İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

48

DEKABR. 2012. № 13



www.uluturk.info

Qeyd  etmək  lazımdır  ki,  I  Vazgen  SSRİ

tərəfindən dəstəkləndiyi halda, I Xoren də ABŞ

tərəfindən himayə edilməkdə idi. Hər iki patri-

arxın əsas məqsədi erməni xalqını ayağa qaldır-

maq, onlarda ümumtürk düşmənçilik hisslərini

daha da alovlandırmaq, Türkiyənin Avropaya in-

teqrasiyasını ləngitmək və bütövlükdə qarşısını

almaq,  regionda ABŞ-ın  və  Qərbin  mövqeyini

birmənalı şəkildə dəstəkləmək idi. Bu işdə onlara

dəstək  verən  ABŞ  və  SSRİ  erməni  kartından

Türkiyəyə  qarşı  zaman-zaman  təzyiq  vasitəsi

kimi  istifadə  etməkdə  idilər.  Tarixçi  Musa

Qasımlı da məsələyə münasibət bildirərək qeyd

edir ki, “...belə yanaşma təkcə 1915-ci ildə hərbi

əməliyyatların gedişində baş vermiş hadisələrlə

bağlı  deyildi,  Türkiyənin  Avropa  Birliyinə  üzv

olmaq  istəyinə  və  Kipr  məsələsində  Türklərin

milli  maraqlarına  mane  olmaq  niyyətləri  gü-

clənirdi”. (Musa Qasımlı “səh. 104”

Qeyd etmək lazımdır ki, erməni xalqına səs-

lənən hər iki patriarxın çağırışlarından bu günə

qədər baş verən hadisələri aşağıdakı kimi sistem-

ləşdirmək olar:

1.  Türk  xalqını  qondarma  soyqırımla  gü-

nahlandıran  sistemli  və  əsası  olmayan  kom-

paniyanın başladılması;

2.  Qondarma  “erməni  soyqırımı” qurban-

larının  xatirəsini  yaşatmaq  üçün,  əslində  isə

Türkiyəyə qarşı kin və nifrət duyğuları aşılamaq

məqsədi  ilə  müxtəlif  ölkələrdə  “soyqırımı”

abidələrini acılması;

3.  Türk  təşkilatlarına,  missiyalarına  və  Türk

diplomatlarına qarşı terror aktları təşkil ediməsi,

Türk    diplomatlarının  və  ailə  üzvlərinin  şəhid

edilməsi;

4. Əsassız erməni iddialarının siyasi müstəvidə

müzakirəsi  və  müxtəlif  ölkələrin  qanunverici

orqanlarında  “soyqırımı  tanıma” qərarlarının

çıxarılması;

5. AB və BMT təşkilatlarından Türkiyəyə qarşı

təzyiq vasitəsi kimi istifadə olunması;

6.  Türkiyə  daxilində  peyda  olan  bəzi  iş

adamlarından və media vasitəçilərindən erməni

maraqları üçün istifadə olunması.

Xüsusilə, bir faktı qeyd edək ki, 1955-1994-

cü illərdə Katalokos vəzifəsində oturan I Vazgen

kilsədə mühüm islahatlar aparmış, diaspora er-

məniləri ilə əlaqələri möhkəmləndirmiş və Qriqo-

ryan  Erməni  Kilsəsini  1962-ci  ildə  Dünya

Kilsələr  Birliyi  üzvlüyünə  qəbul  etdirmişdir.

Məhz  bu  illərdə  ermənilərin  azadlıq  mübari-

zəsinin arxasındakı gücün kilsə olduğu haqqında

ciddi fikirlər formalaşmışdı. 1988-1990-ci illərdə

(ermənilər bu illəri milli-azadlıq mübarizəsinin

ilk  illəri  kimi  qəbul  edirlər-T.C)  kilsə  yenə  də

siyasi  mübarizə  meydanında  ön  plana  çıxmış,

ancaq  daha  sonrakı  mərhələdə  öz  yerini  siyasi

partiya  və  qeyri-hökumət  təşkilatlarına  bu-

raxmışdır.

Qondarma  “erməni  soyqırımı”nın  50-ci

ildönümü  yaxınlaşdıqca  erməni  diasporasının

fəaliyyətində də bir canlanma hiss olunmuş və di-

asporanın sosial bazası daha da rəngarəng xarak-

ter almışdır. 60-cı illərdən başlayaraq, Ermənistan

SSR-də  yeni-yeni  antitürk  əhval-ruhiyəli  gizli

təşkilatlar və dərnəklər yaratmağa başladı. 1967-



XX əsrin 50-60-cı illərində erməni 

diasporasının antitürk fəaliyyəti

Taleh Cəfərov

*

(II yazı)



*Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi,

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü


49

DEKABR. 2012. № 13



www.uluturk.info

ci  ildə  qeyri-rəsmi  milliyətçi  Milli  Birlik  Par-

tiyasının  yaradılması  və  mayasında  millətçilik

ideologiyasının əsas götürülməsi bu partiyanın

gizli şəkildə fəaliyyət göstərməsinə gətirib çıxar-

mışdı. Yerli orqanları da gizli şəkildə fəaliyyət

göstərən partiyanın əsas hədəfi Azərbaycan SSR-

in  ayrılmaz  tərkib  hissələri  olan  Qarabağ  və

Naxçıvan  MSSR-nin,  eləcə  də  ermənilərin

“Qərbi Ermənistan” adlandırdıqları Türkiyənin

Şərqi Anadolu bölgəsinin Ermənistan SSR-ə bir-

ləşdirilməsi idi. Bu istiqamətdə fəaliyyət göstərən

partiyanın əsas başbilənləri kütləvi sayda kitablar,

bukletlər, xəritələr çap etdirərək gizli şəkildə ölkə

ərazisində  fəaliyyət  göstərən  yerli  orqanlarına

paylatdırmış, gizli xəfiyyələr vasitəsilə mütəmadi

olaraq əhaliyə çatdırmış, eləcə də ölkə xaricindəki

erməni diasporasının ayrı-ayrı təşkilat və orqan-

larına  çatdırımasına  nail  olmuşdur.  Lakin  qısa

müddət  ərzində  SSRİ  Təhlükəsizlik  Orqanları

tərəfindən partiyanın fəaliyyətinə son qoyulmuş,

fəal üzvləri isə həbs cəzasına məhkum edilmişdir.

Digər təşkilatların ölkə xaricindəki nümayəndə-

likləri də iri şəhərlərdə bu istiqamətdə bir sıra

kompaniyaları davam etdirməkdə maraqlı idilər.

Xüsusilə, ABŞ-da, Fransada, SSRİ-də və digər

aparıcı ölkələrdə Türk düşmənçiliyi adı altında

keçirilən kompaniya kütləviliyi ilə diqqəti cəlb

etmişdir. Belə ki, Ermənistan SSR hökumətinin

qondarma “erməni soyqırımı”nın 50-ci ildönümü

ilə bağlı ölkə rəhbərlərinə, hökumət üzvlərinə,

beynəlxalq təşkilatlara, mədəniyyət mərkəzlərinə,

universitet  rektorlarına,  dünyanın  tanınmış

simalarına göndərmiş olduğu məktublarda açıq-

aşkar Türk düşmənçiliyi, qisas məqamının yaxın-

laşdığı  qeyd  olunmuş,  ümumtürk  düşmənçilik

əhval-ruhiyyəsi daha çox qabardılmışıdr. 1964-

cü ildən başlayaraq, davam edən kompaniyada

dünyadakı erməni təşkilatlarının və dərnəklərinin

sayında nəzərəçarpacaq dərəcədə artım hiss ol-

undu,  yüzlərlə  yeni  erməni  birlikləri  yarandı.

Təkcə ABŞ-da erməni təşkilatlarının ümumi sayı

1228-ə çatdı ki, bunların da 182-si kilsələr idi.

(Bilal Şimşir, səh. 373) Təşkilatların sayı artdıqca

onların  fəaliyyəti  də  genişlənməkdə  idi.  Daş-

naqsütyun partiyasının xeyir-duası ilə açılan yeni

yaranmış təşkilatlardan biri də Erməni Məsələsini

Müdafiə  Komitəsi  idi.  Komitənin  qısa  müddət

ərzində bir sıra iri şəhərlərdə nümayəndəlikləri

açıldı.  Açılmış  təşkilatlarının  maliyyələşdiril-

məsində  daha  çox  mərkəzi  qərargahı  Por-

tuqaliyada  yerləşən  Gülbənkyan  fondunun

mühüm  rolu  olmuşdur.  Təşkilatın  1966-cı  il

fəaliyyət  hesabatında  dünya  ermənilərinə

təxminən 1 milyon 548 min 330 dollar verildiyi

qeyd edilmişdir. Ayrılmış vəsait dünyanın müx-

təlif 


yerlərinə 

səpələnmiş 

ermənilərin

mədəniyyət, təhsil və sənət sahələrində inkişafına

və  sosial  yardım  məqsədilə  olan  ehtiyaclarına

xərclənmişdir. 1956-cı ildən fəaliyyətə başlayan

dərnəyin 31 dekabr 1966-cı ilə qədərki fəaliyyəti

dövründə erməni vətəndaşlarına verilmiş vəsaitin

ümumi  məbləği  9  milyon  781  min  730  dollar

təşkil etmişdir.(Bilal Şimşir, səh. 374)

Yuxarıda  qeyd  etdik  ki,  Sovet  dövləti

Eçmiədzindəki erməni kilsəsinin vasitəsilə xarici

erməni təşkilatlarına təsir etməyə çalışırdı. Eyni

zamanda SSRİ-də akkreditə olunmuş diplomatik

korpusun nümayəndələrinin və səfirlərin Cənubi

Qafqaza  səfərləri  zamanı  kilsə  rəhbərləri  ilə

görüşləri təşkil edilirdi. Belə bir səfər 1963-cü il

martın  18-23-də  oldu.  Heyətin  tərkibində

Türkiyənin SSRİ-dəki səfiri Fahri Korutürk də

vardı.  Ermənistana  səfər  edən  diplomatik  kor-

pusun nümayəndələri və səfirlər bir sıra görüşlər

keçirdilər. Qədim əlyazmalar institutu ilə tanış

olduqdan sonra Eçmiədzində erməni katalikosu

ilə söhbət etdilər. Daha sonra kilsə ilə tanış oldu-

lar. Katalikos I Vazgen erməni kilsəsinin bütün

dünyada “sülhə tərəfdar” olduğunu bildirirdi.

60-ci illərin əvvəlləridə Türkiyə Avropa Bir-

liyinə  üzv  olmaq  üçün  müraciət  etdi.  Bundan

sonra  təkcə  erməni  dairələri  deyil,  sovetlər  də

hərəkətə  keçdi.  Erməni  dairələri  Türkiyənin

Avropa Birliyinə üzv olmasının əleyhinə çıxdılar.

Xüsusilə, xarici ölkələrdəki erməni diaspora təşk-

ilatları sovet-Türk yaxınlaşmasının açıq şəkildə

əleyhinə çıxırdılar. İdeoloji müxtəlifliyinə bax-

mayaraq, Ermənistandakı kommunistlərin dias-

XX əsrin 50-60-cı illərində erməni diasporasının antitürk fəaliyyəti




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə