İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   22   23   24   25   26   27   28   29   30

54

DEKABR. 2012. № 13



www.uluturk.info

sayılan Parvat məbədinə getməsi və orada keçirilən

ibadət mərasimini ətraflı təsvir etməsi dediklərimizə

sübutdur. Gündəlikdəki yazılardan məlum olur ki,

o, fars, Türk və hind dillərini kifayət qədər öyrən-

məyə nail olmuşdu. Ümumiyyətlə Afanasi Niktini

hər şey maraqlandırırdı: geyim dəbləri, yeməklər,

silahlar,  müharibə  qaydaları,  heyvanat  və  bitki

aləmi, bazarlardakı vəziyyət və s.

“Üç dəniz arxasına səyahəti” oxuyarkən, kitabın

mətni boyunca müəllifin dini baxışlarının nə qədər

təbəddülata uğradığının şahidi oluruq. Nikitin öz

gündəliyini xristian əqidəsinə uyğun olan dua ilə

başlayır  və  səfərə  çıxarkən  həm  xristian

keşişlərindən, həm də yerli knyazlardan xeyir-dua

aldığını  bildirir.  Lakin  gündəliyin  sonrakı

səhifələrində müəllifin xristian dininə bağlılığını nü-

mayiş etdirən sübutlar getdikcə azalır, bunun əvəz-

inə  Nikitinin  müsəlmanlara  və  İslam  dininə

rəğbətini göstərən ifadələr görünməyə başlayır.

Afanasi Nikitinin Hindistanda keçirdiyi günlər

haqqında xatirələrində bir maraqlı məqam diqqətə

layiqdir. Səyyah səfərinin lap əvvəlində bütün əm-

lakını,  o  cümlədən,  kitablarını  və  təqvimini  də

itirdiyi üçün, xristian dini ayinlərini vaxtında icra et-

məyə  çətinlik  çəkirdi.  Müsəlman  Bəhmənilər

dövlətində hicri təqvim işləndiyinə görə, xristian

dini  ayinlərinin  miladi  təqvimlə  vaxtını  dəqiq

bilmək səyyah üçün qeyri-mümkün idi. Buna görə

Afanasi Nikitin bir müddət təqribi hesablamalar va-

sitəsilə xristian təqviminin əlamətdar günlərini təyin

edir və dini ayinləri yerinə yetirir. Maraqlıdır ki, bu

zaman  Nikitin  Tanrıya  müsəlman  duaları  ilə

müraciət edirmiş. Dua orijinalda belə səslənir: “Tan-

qrıdan istremen ol saklasın. Ollo xudo, ollo akber,

ollo raqim, ollo kerim. Tanqrısen, Xudo sensen”.

Bir müddət keçdikdən sonra Afanasi Nikitin xris-

tian ayinlərinin vaxtını təqribi də olsa təyin etmək

fikrindən əl çəkir və müsəlmanlarla birlikdə dini

ayinləri icra etməyə başlayır. O yazır: “Muhəmməd

Rəsulullahın  dininə  əsasən,  müsəlmanların  ulu

bayramından bir ay əvvəl Bidardan çıxdım. Pasxa,

İsanın dirilməsi bayramları nə vaxtdır bilmirəm.

Müsəlmanlarla birlikdə onların oruc vaxtında oruc

tutdum, onlarla eyni vaxtda orucumu qurtardım”.

Diqqət yetirin ki, burada müəllif İslam peyğəm-

bərini müsəlman əqidəsinə tam uyğun olaraq “Rə-

sulullah”, yəni Allahın elçisi adlandırır.

Afanasi Nikitinin yerli müsəlman feodalı Məlik

Həsən Bəhri ilə görüşünün təsviri də gündəliyin

maraqlı hissələrindəndir. Məlik səyyaha təklif edir

ki, İslam dinini qəbul etsin. Lakin mətndən görünür

ki, bu təklif məcburi deyildi. Nikitin həmin söhbət-

dən sonra qəlbində yaranmış təlatümü bu sözlərlə

təsvir  edir:  “Vay  mənim  halıma!  Düz  yoldan



azmışam, bilmirəm ki, hansı yolla gedim. Ey hər

şeyə  qadir  olan,  yeri-göyü  yaradan  Tanrı!  Öz

bəndəndən üz çevirmə, məyusluq içindəyəm. İlahi,

mənə  rəhmin  gəlsin,  axı,  məni  sən  yaratmısan.

Məni  düzgün  yoldan  döndərmə.  İlahi,  məni  öz

düzgün yoluna hidayət et. Mən ehtiyac üzündən

sənə  yaxşı  bəndəlik  etməmişəm,  günlərimi  şər

içində  yaşamışam”. Dua  bu  sözlərlə  qurtarır:

“Allah  pərvərdigar,  Allah  sənsən.  Kərim  Allah,

rəhim Allah, əlhəmdulillah”. Bu ifadələr müəllifin

qəlbində  öz  keçmiş  əqidəsinə  qarşı  şübhələrin

yarandığını  və  onun  “düzgün  yol” -  siratəl-

müstəqim axtarışında olduğunu göstərir.

Qeyd etdiyimiz kimi, Afanasi Nikitinin gündəliyi

lap əvvəldən xristian rahiblərin əlinə keçdiyi üçün,

onun mətnində xeyli uyğunsuzluqlar mövcuddur.

Belə  ki,  burada  xristian  əqidəsi  ilə  müsəlman

əqidəsini bildirən ifadələr bir-birinə qarışıb. Bəzi

yerlərdə müəllifin dilindən söylənən və İsa Məsihi

tanrı kimi vəsf edən cümlələrə rast gəlinir. Bəzən

isə Nikitinin obrazı böyük çətinliklə öz əqidəsini

qoruyan  təəssübkeş  xristian  təsiri  bağışlayır.

Məşhur amerikalı tədqiqatçı Lenkoff və başqaları

bu  cümlələrin  xristian  katiblər  tərəfindən  mətnə

sonradan əlavə edildiyini bildirirlər.



“Üç dəniz arxasına səyahət”, müəllifin əhatəli

bir duası ilə sona çatır. Bu duanın mətninin mövzu

ilə bağlılığını nəzərə alaraq, onu orijinalda olduğu

kimi səsləndiririk: “İsa rux ollo, alik solom. Ollo



akber. La iləqila illollo. Ollo pervordiqer. Alxamdu

lillo,  şukur  xudo  afatad.  Bismilnaqi  raxman  ir-

raqim. Xuvo muqu ləzi lə iləqu illə quə. Alimul-

qaybi  va  şaqadati.  Xuva  raxmanu  raqim.  Xuva

moqu ləzi lə iləqa illəxu”. Zənnimizcə, bu sözlərin

Natiq Rəhimov




55

DEKABR. 2012. № 13



www.uluturk.info

tərcüməsini  söyləməyə  ehtiyac  yoxdur.  Yalnız

İsanın xristianlıqda olduğu kimi, “Allahın oğlu”

deyil, əsil müsəlman əqidəsincə, “Allahın ruhu”

adlandırıldığını vurğulamaq istərdik. Duanın so-

nunda  isə  azacıq  təhrif  olunmuş  şəkildə  Allah-

təalanın gözəl adlarından 28-i çağırılır: “əl-Məlik,

əl-Quddus, əs-Səlam, əl-Mömin, əl-Muheymin, əl-

Əziz, əl-Cabbar, əl-Mutəkəbbir, əl-Xaliq, əl-Bari,

əl-Musəvvir, əl-Ğafir, əl-Qəhhar, əl-Vahid, ər-Raziq,

əl-Faiq, əl-Alim, əl-Qabiz, əl-Basit, əl-Hafiz, ər-

Rəfi,  əl-Məvuf,  əl-Muzill,  əs-Səmi,  əl-Bəsir,  əl-

Qaim, əl-Adil, əl-Lətif!”. Kitabın sonluğunu təşkil

edən bu müqəddəs kəlmələr sanki bir müsəlmanın

ölümqabağı söylədiyi kəlmeyi-şəhadət cümlələrini

xatırladır.

Sonda bu məşhur rus səyyahının İslamı qəbul et-

məsi barədə gətirilən sübutlara inanıb-inanmamağı

oxuyucuların öz öhdəsinə buraxırıq. Yalnız bunu

xatırlatmaq istərdik ki, Afanasi Nikitindən təqribən

30 il əvvəl Hindistana səfər etmiş italyan səyyahı

Nikola de Konti də Hindistanda İslamı qəbul etmiş

və orada evlənərək bir müddət yaşamışdı.

1957-ci ildə Amerikanın cənubunda araşdırma

aparmaq üçün baza quran Nasanın ekspeditorlarını

bir gün azyaşlı qırmızıdərili uşaq görür və qaça-

qaça  uzaqda  olan  düşərgələrinə  gedib  babasına

xəbər verir.

-Baba,  ağ  adamlar  gəlib,  aşağıdakı  vadidə

gördüm…  Çoxdular  və  nəsə  edirlər.  Yaşlı  qır-

mızıdərili fikrə gedir..Əsəbi halda

-Onlarla danışdın?

-Xeyr,  məni  görmədilər.  Mən  böyük  təpənin

üzərindən onları izlədim.

-Onda  səhər  yanlarına  get  və  orada  nə  ax-

tardıqlarını soruş.

Kiçik qırmızıdərili ertəsi səhər yola düşür. Eks-

peditorların yanına çatır və ağ adamlardan birinə:

-Burada nə edirsiniz? deyə soruşur

Ağ adamlardan bir neçəsi uşağın başını tumarla-

yaraq gülümsəyərək:

- Gecələr səmada parlayan bir şey var ha, biz

burdan onu seyr edirik.

-Ayı?! Yaxşı, amma niyə?

Adamlar  kiçik  uşağın  sualına  yenə  gülüm-

səyərək cavablandırırlar.

-Gələcəkdə… çox illər sonra burdan ora insan-

ları  apara  və  orada  yeni  bir  həyat  qura  bilmək

üçün… Anladınmı?

Kiçik qırmızıdərili tam anlamasa da «Anladım»

deyir və qaça-qaça uzaqlaşır ordan.

Qaçaraq babasının yanına gedir və özünə dey-

ilənləri izah edir. Yaşlı qırmızıdərili nəvəsinin izah

etdiklərini dinlədikdən sonra çox əsəbləşir, qışqırıb

bağırır.

Ertəsi səhər yenə nəvəsini yanına çağırır, heyvan

dərisi  üzərinə  sərt  bir  çubuqla  və  öz  dillərində

yazdığı qeydi ona uzadaraq deyir ki:

-Götür bunu, ağ adamlara ver və onlara de ki;

«Bunu  babam  göndərdi…  Ora,  yəni  aya  get-

diyinizdə bunu oradakılara verərsiniz».

Kiçik qırmızıdərili babasının dediyi kimi də edir.

Ağ adamlardan birinə qeydi verir, babasının dedik-

lərini də çatdırır və ordan uzaqlaşır.

Ekspeditorlar müəyyən hissələri yandırılmış dəri

parçasına baxıb saatlarla gülürlər.

Ancaq hadisədən bir neçə gün keçdikdən sonra,

yaşlı qırmızıdərilinin o qeydlə ayda yaşayanlara

necə  bir  mesaj  çatdırmaq  istədiyi  ilə  maraqlan-

mağa  başlayırlar.  Bu  maraq  gündən-günə  elə

böyüyür ki, bir tərcüməçi çağırmağa qərar verir-

lər.


Tərcüməçi gəldiyində hər kəs bir yerə toplaşır

və  maraqla  gözləməyə  başlayırlar.  Bu  vaxt

gülüşmələr hələ arada bir davam edir.

Tərcüməçi dəri parçasını əlinə alır, oxuyur və

ağlamağa başlayır. Hərkəs çaşır. Tərcüməçi yaşlı

gözlərlə üzünü adamlara çevirir və deyir ki;

-Dəri parçasında bu sözlər yazılmışdı:

«Bu  adamlardan  ehtiyatlı  olun:  Əlinizdən

topraqlarınızı almağa gəlirlər!

“Bu adamlardan ehtiyatlı olun: 

Əlinizdən topraqlarınızı almağa gəlirlər!"



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə