İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   22   23   24   25   26   27   28   29   30

56

DEKABR. 2012. № 13



www.uluturk.info

“Türk Dünyası QHT-lər Birliyinin yaradılması”

mövzusunda konfrans keçirildi

“Müasir  İnkişaf”  İctimai  Birliyi,  “Türk

Hərəkatı” İctimai Birliyi və Türk Ocaqlarının Bakı

Təmsilçiliyinin  birgə  təşkilatçılığı  ilə  3  oktyabr

Dünya Türklərinin Həmrəylik Günü münasibətilə

“Türk Dünyası QHT-lər Birliyinin yaradılması”

mövzusunda konfrans keçirildi. 

Tədbiri giriş sözüylə açan “Müasir İnkişaf”



İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz

Göyüşlü iştirakçıları salamlayandan sonra hər kəsi

“3  oktyabr  Türk  Dövlətlərinin  Birliyi  Günü  –

Dünya Türklərinin Həmrəylik Günü” münasibətilə

təbrik etdi: “Bu, təsadüfi bir gün deyil. Türk dövlət

başçılarının 2010-cu ildə Türk Dövlətlərinin Bir-

liyi Günü, Əməkdaşlığı Günü, Dünya Türklərinin

Həmrəylik Günü kimi İstanbulda keçirilən Zirvə

Sammitinin yekun bəyannaməsində qəbul edilib”.

O, Türk Dünyası Qeyri-Hökumət Təşkilatlarının

birliyinin  yaradılmasının  yeni  deyil,  gündəmdə

olan  bir  məsələ  olduğunu  söyləyib:  “Bu  is-

tiqamətdə diqqətəlayiq çalışmaları Azərbaycanın

ən böyük QHT platforması olan Milli QHT Fo-

rumu  edib.  Yalnız  bəzi  obyektiv  və  subyektiv

səbəblərdən ən son məqama qədər bu işi həyata

keçirmək  mümkün  olmayıb.  Müzakirəmizin

mahiyyəti  isə  bu  məsələylə  bağlı  təkliflər

toplusunu Türk dövlətlərinin rəsmi qurumlarına,

eyni zamanda da Türk dövlət başçılarına göndər-

məkdir. Bu işin təşkil olunmasının  zamanı çatıb.

Madam  ki,  rəsmi  səviyyədə  əlaqələr  sürətlənir,

genişlənir niyə də ictimai sektorda bu istiqamətdə

işlər görülməsin, niyə Türk Dünyası bu sektorda

da bir araya gəlməsin? Bu baxımdan rəsmi qurum-

lar məsələni öz himayələrinə götürməli, amma iş

aparıcı  qeyri-hökümət  təşkilatlarının  fəallığıyla

təşkil olunmalıdır. Azərbaycanda bunun üçün Milli

QHT Forumu ilə yanaşı, Prezident yanında QHT-

lərə Dövlət Dəstəyi Şurası platformasının olması

da işin təşkili üçün böyük dəstək ola bilər”. 



Tədbirin  digər  təşkilatçısı,  “Türk

Hərəkatı” İctimai Birliyinin sədri Həbib Ələk-

bərsoy da öz növbəsində iştirakçıları salamladıq-

dan sonra bayram münasibətilə hamını təbrik etdi.

Bildirdi ki,  Gənc Türklər Hərəkatının bazasında

yaranan  “Türk  Hərəkatı”  İctimai  Birliyinin  ana

prinsiplərini bu ideyalar təşkil edirdi. Hələ 1999-

cu  ildən  bu  prinsiplərə  əsasən  görülən  işlərdən

danışan  Həbib  bəy  qeyd  etdi  ki,  ölkənin

inkişafında Qeyri-Hokumət Təşkilatları çox böyük

töhfə verməkdədir: “Türk ökələri arasında müx-

təlif sahələrdə birliklər yaradılmış, formalaşmış və

inkişafdadır.  Amma  Qeyri-Hökumət  Təşkilat-

larının  mərkəzləşmə  forması  yoxdur.  Məhz  bu

baxımdan bu məsələ çox önəmlidir”. Çıxışının so-

nunda Həbib bəy hər kəsi bu məsələdə dəstək ol-

mağa çağırdı. 

Milli  QHT  Forumunun  prezidenti  Rauf

Zeyni bu işin, çox müqəddəs və vacib olduğunu

dedi: “2004-cü ildə Foruma Azay Quliyevin rəh-

bərlik etdiyi vaxtda bu ideyanı təklif olaraq irəli

sürdük. Bu istiqamətdə bir neçə işlər də görüldü.

Amma maliyyə imkanları ucbatından gerçəkləşdirə

bilmədik. 2008-ci ildən mən Forumun prezidenti

seçiləndən sonra layihə yazıldı, büdcə təyin olundu.

Ramiz Mehdiyevə məktub ünvanladıq. Eləcə də

beynəlxalq qurumlara müraciətlər etdik. TİKA təd-

birin keçirələcəyi halda 20 min dollar vəsait ayıra-

cağını rəsmi məktubla bildirdi. Təklifimiz dövlət

tərəfindən də dəstəkləndi. Lakin bu işi sona çatdıra

bilmədik. Mən çox sevinirəm ki, dostlarımız bu

məsələni sönməyə qoymurlar, çox gözəl təşəbbüslə

çıxış edirlər. İrəli sürdüyünüz bu təşəbbüsdə sizinlə

bir yerdəyik, tərəfdaşıq”. Rauf Zeyni təklif olaraq

bu qurumun formalaşdırılması üçün İşçi Qrupunun

yaradılmasını, onun saytının yaradılmasını, keçir-

ilən  konfransların  vaxtının,  gününün  orada

bildirilməsinin vacibliyini söylədi.



Sabiq  millət  vəkili  Nazim  Məmmədov

çıxışında  fondların  yaradılması  məsələsini  önə

sürdü. Türkçülüyü bir ideya kimi qəbul etdiyini

bildirəndən  sonra  qeyd  etdi  ki,  Türk  Birliyi  is-




57

DEKABR. 2012. № 13



www.uluturk.info

tiqamətində ictimai inteqrasiya, iqtisadi inteqrasiya

daha çox ön plana çıxmalıdır.

Türk Xalqları Beynəlxalq Assambleyasının

vitse-prezidenti Yəhya Yusif Canıyar Astanadan

məhz bu tədbir üçün gəldiyini bildirib: “Bir zabit

kimi,  bu  cür  işlərin  başında  belə  gənclərin  ol-

masıyla  qürur  duyuram.  Bir  vaxtlar  bu  cür

məsələlər asanlıqla danışılmırdı. Hazırda dünyada

Türk  adından  qorxulur.  Anlamırlar  ki,  Türk

Dünyası sivilizasiya tarixidir, intellektual tarixdir”.

O, haşiyə çıxaraq Ramil Səfərov məsələsinin Türk

dövlətlərində çox yüksək əhval-ruhiyyə yaratdığını

dedi. Bildirdi ki, Azərbaycan tarixini, mədəniyyə-

tini,  bayrağını  təhqir  edəni  Ramil  Səfərovun

öldürdüyü erməninin taleyi gözləyir. Çıxışçı, Türk

Xalqları  Beynəlxalq  Assambleyası  olaraq  Türk

Dünyası QHT-lər Birliyinin yaradılması ilə bağlı

təşəbbüsə qoşulduqlarını bəyan etdi. Eyni zamanda

yaradılacaq  qurumun  qərargahının  da  tikintisi

Qazaxıstanda başa çatmaqda olan Turan şəhərində

olmasını təklif olaraq dilinə gətirdi. 



Milli Dəyərlər Mərkəzinin sədri Azər Həsən-

soy idman, tarix, mədəniyyət sahəsindəki QHT-ləri

bu təşəbbüsə cəlb etmək lazım olduğunu vurğula-

yaraq  konkret  addımlar  atılmasına  tərəfdar

olduğunu bildirdi. 



Azərbaycan  Milli  Elmlər  Akademiyasının

Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidin

çıxışından  sonra  AzTV-nin  “Turan”  verlişinin



aparıcısı Zərnişan İnqilabqızı Türk Dünyasının

dünyaya inteqrasiyasını təşkil edən yolda müxtəlif

təşkilatların  yaradılmasının  vacib  olduğunu

söyləyib. O, eyni zamanda hansı QHT-nin nəyə xid-

mət elədiyinə diqqət ayırılmasını təklif edib.

Professor Məhəmməd Teymurlunun çıxışın-

dan sonra tarixçi Taryel Faziloğlu Türk Dünyası

QHT-lər  Birliyinin  yaradılması  üçün  Türkiyə

təcrübəsindən  yararlanmağın  lazım  olduğunu

söyləyib. Qeyd edib ki, Türkiyə dövləti Baş Nazir-

lik yanında Xaricdəki Türklər və Əqraba Toplu-

luqları üzrə komitə təsis edib: “Həmin Komitə isə

öz  fəaliyyətini  Türk  Dünyasında  fəaliyyət

göstərən  QHT-lərlə  əməkdaşlıq  etməklə,  Türk

Dünyasının  inteqrasiyası  və  tanıtımı  üzərində

qurub. Bunu bir təklif olaraq önə çıxarıb, mətbuatı

da cəlb edərək  piarın qurulması lazımdır”. 



Daha sonra tədbirdə Azərbaycan Jurnalist

Qadınlar  Assosiasiyasinın  prezidenti  Sevil

Yusifova; “Türk Hərəkatı” İctimai Birliyinin

sədr  müavini  Nigar  İbrahimova;  Gürcüstan

Gənclərinə  Yardım  və  Maarifləndirmə

Dərnəyinin sədri Musa Hacıyev də çıxış edərək

müxtəlif təkliflər səsləndiriblər. 

Bundan başqa tədbirdə Qardabani Gənclər

Mərkəzinin sədri Məhəmməd Sarıyev; Millətçi

Gənclər Təşkilatının sədri İlkin Əliyev; AMEA

Fəlsəfə  İnstitutunun  əməkdaşı  Faiq  Qəzən-

fəroğlu; "Türküstan" qəzetinin baş redaktoru

Aqil  Camal;  Türkiyə  Səfirliyinin  Din  Xid-

mətləri Müşaviri Sadık Eraslan; Müstəqil Mət-

buat  Mərkəzinin  sədri  Elçin  Xalidbəyli;

Korrupsiyaya  Qarşı  Mübarizə  Fondunun

əməkdaşı  Samirə  Haşımzadə və  s.  şəxslər,

aidiyyatı  qurumların,  KİV-lərin  təmsilçiləri,

tələbələr iştirak və çıxış ediblər. Tədbirin sonunda

Türk 


Dövlətlərinin 

Başçılarına, 

Türk

Dövlətlərinin  Əməkdaşlıq  Şurasına,  Türk



Dövlətlərinin Parlament Assambleyasına ünvan-

lanan və Türk Dünyası QHT-lər Birliyinin yaradıl-

ması üçün dörd bənddən ibarət olan Müraciət qəbul

olunmuşdur:

-Türk Dünyası QHT-lər Birliyinin yaradılması

üçün bu günə qədər görülən işləri dəstəkləyirik. 

-Türk  Dünyası  QHT-lər  Birliyinin  yaradıl-

masına nail olmaq üçün dövlət başçılarından və

qərargahı İstanbulda yerləşən Türk Dövlətlərinin

Əməkdaşlıq Şurasından bu işlə birbaşa məşğul ol-

mağı, ona dəstək olmağı xahiş edirik. 

-Birliyin  yaradılması  üçün  hər  bir  Türk

dövlətində və ya muxtar qurumunda aktiv fəaliyyət

göstərən, real imkanlara malik olan aparıcı ictimai

təşkilatların nümayəndələrindən ibarət ortaq İşçi

Qrupu yaradılmasını məqbul sayırıq. 

Konfransın  yekun  nəticələri  ilə  bağlı  Türk

dövlətlərinin  başçılarının,  Türk  Dövlətlərinin

Əməkdaşlıq  Şurasının,  TÜRK  PA-nın,  TÜRK-

SOY-un, Türk Dünyasının Ağsaqqallar Şurasının,

Türk Akademiyasının məlumatlandırılmasını, on-

lardan  bu  istiqamətdə  görülən  işlərə  dəstək  ol-

malarını xahiş edirik.

“Türk Dünyası QHT-lər Birliyinin yaradılması” mövzusunda konfrans keçirildi




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə