İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   22   23   24   25   26   27   28   29   30

58

DEKABR. 2012. № 13



www.uluturk.info

Rəşid Behbudov adı-

na  Dövlət  Mahnı  Teat-

rında Dünya Türklərinin

Həmrəylik  Gününə  -

Türk Dövlətlərinin Bir-

liyi  Gününə  həsr  olun-

muş vətənpərvərlik kon-

sert proqramı baş tutub.

Tədbir “Müasir İnkişaf”

İctimai  Birliyi,  Bakı

Şəhər Gənclər və İdman

Baş İdarəsi, “Türk Hərəkatı” İctimai Birliyinin

birgə təşkilatçılığı ilə həyata keçirilib. 

“Müasir İnkişaf” İctimai Birliyinin İdarə

Heyətinin sədri Mübariz Göyüşlü qeyd edib ki,

“uzun  zamandan  bəri,  cəmiyyətin  ayrı-ayrı

fərdlərinin  həyata  keçirdiyi  işləri  artıq  dövlət

başçıları həyata keçirir. Bu çox sevindirici haldır.

Ona görə də biz mütəmadi olaraq bayram kimi bu

günü qeyd etməliyik”.



“Türk  Hərəkatı”  İctimai  Birliyinin  sədri

Həbib  Ələkbərsoy çıxışında  3  oktyabrın

mahiyyətindən danışaraq vurğulayıb  ki, “bu gün

bayram kimi qeyd etdiyimiz həmin tarixdə Türk

xalqlarının birləşməsi və həmrəyliyi istiqamətində

Türk dövlətləri Naxçıvan Zirvəsində çox mühüm

qərarlar alınmışdı. Bu iqtisadi, siyasi, mədəni və

digər sahələri əhatə edirdi. Alınmış mühüm qərar-

lardan biri də Turan şəhərciyinin yaradılmasıdır

ki, hazırda salınan bu şəhərcik Türk Dünyasının

mənəvi mərkəzi olacaq. Yəni Avropa üçün Vatikan

nəyi ifadə edirsə, Türk Dünyası üçün də Turan

şəhəri  elə  bir  mərkəz  olacaq.  O  əməkdaşlığın

nəticəsidir ki, bu gün artıq Türk Birliyinin vahid

bayrağı var. Başımızın üstündən asılmış bu bayraq

Avropa Birliyinin bayrağı kimi simvolik xarekter

daşımır,  bu  bayraq  Türkün  mənəviyyatını  və

ruhunu  özündə  əks  etdirdiyindən  Türk  milləti

üçün müqəddəslik simvoludur!” Həbib Ələkbər-

soy  sonda  bir  şüar  da  səsləndirdi:  “Bizim

Hərəkatda böyük həqi-

qəti özündə əks etdirən

kiçik bir zarafatımız var:

Bir  Türk  yaxşı  insan

deməkdir, iki türk yaxşı

dost,  üç  türk  hakimiy-

yət.  Biz  birləşsək  dün-

yanı  idarə  edərik.  O

zaman  dünya  ədalət,

dostluq və insanlıq qa-

nunları  ilə  idarə  olu-

nacaq!”

Bakı  Şəhər  Gənclər  və  İdman  Baş  İdarə-

sinin rəisi Raqif Abbasov bildirib ki, bu cür kon-

sertlərin keçirilməsində məqsəd Türk Dünyasının

bəşəriyyətə tanınmasında rol oynamaqdır: “Türk

Dünyası həmişə ədalətin rəmzi kimi qəbul olunub

və biz də hesab edirik ki, bu kimi tədbirlər Türk

Dünyası haqqındakı bilgiləri daha da artıracaq”. 



BMT-nin Xalq Yaradıcılığı Şurasının üzvü,

həkim Seyfəddin Əsəd, Türk Xalqları Assam-

bleyasının vitse-prezidenti Yəhya Yusif Canı-

yar və digər qonaqlar öz çıxışlarında təəccüblərini

gizlədə bilməyiblər və təşkilatçılara gənclərə bu

ruhu aşıladıqları üçün minnətdarlıqlarını bildiri-

blər.


Bayram konserti Novruz Novruzlu, Şəmistan

Əlizamanlı,  Nuriyyə  Hüseynova,  Əlirza  Aman-

bəyli,  Nemət  Qasımlı,  Yaqub  Zurufçunun

möhtəşəm ifaları ilə rövnəqləndirilib.  Azərbaycan

Sayokan Döyüş növlləri Federasiyasının azyaşlı

üzvləri maraqlı idman nömrəsilə, Azərbaycanın

xalq rtisti Rüfət Xəlilzadənin “Azəri inciləri” rəqs

qrupu  isə  “Zəngəzur  yallısı”yla  çıxış  ediblər.

Gənclərin bayraq şöləni hər kəsi ayağa qaldırıb.

Bayram konserti Novruz Novruzlunun Azərbay-

can bayrağına sarılmış halda oxuduğu “Giziroğ-

lu Mustafa bəy” mahnısıyla sona çatıb.

Dünya Türklərinin Həmrəylik Günü möhtəşəm 

bayram konserti ilə qeyd olunub


59

DEKABR. 2012. № 13



www.uluturk.info

Azərbaycan,  Tür-

kiyə  və  İranın  xarici

işlər  nazirləri  Elmar

Məmmədyarov,  Əh-

məd  Davudoğlu,  Əli

Əkbər Salehi arasında

Naxçıvanda  keçirilən

üçtərəfli  görüş  başa

çatmışdır.

Regional əlaqələrin

və  layihələrin  müza-

kirə olunduğu görüşün

yekunlarına 

dair

Naxçıvan 



Bəyanatı

qəbul olunmuşdur.

Azərbaycanın xarici işlər naziri Elmar Məm-

mədyarov bu görüşün ölkələrimiz arasında əmək-

daşlığın  daha  da  inkişaf  etdirilməsinə  zəmin

yaradacağına  əminlik  ifadə  etmişdir.  Nazir

E.Məmmədyarov  növbəti  görüşün  bu  ilin

sentyabrında Van şəhərində keçiriləcəyini bildi -

rmişdir.

Türkiyənin xarici işlər naziri Əhməd Davu-

doğlu  və  İranın  xarici  işlər  naziri  Əli  Əkbər

Salehi  də  belə  görüşlərin  gələcəkdə  davam  et-

dirilməsinin vacibliyini vurğulamışlar.

AzərTAc  Xarici  İşlər  Nazirliyinin  mətbuat

xidmətindən daxil olmuş Bəyanatın tam mətnini

təqdim edir.

Azərbaycan  Respublikası, Türkiyə  Respub-

likası və İran İslam Respublikasının xarici işlər

nazirlərinin Naxçıvan Bəyanatı

Azərbaycan Respublikasının xarici işlər naziri

Elmar Məmmədyarovun dəvətinə əsasən Türkiyə

Respublikasının xarici işlər naziri Əhməd Davu-

doğlu və İran İslam Respublikasının xarici işlər

naziri  Əli  Əkbər  Salehinin  (bundan  sonra

Tərəflər)  iştirakı  ilə  xarici  işlər  nazirlərinin

üçtərəfli  görüşünün  ikinci  sessiyası  2012-ci  il

martın 7-də Naxçıvan şəhərində keçirilmişdir.

Tərəflər, 

Ortaq

mədəni irs, tarixi kök-



lər  və  dini  dəyərlərə

söykənən  dostluq  və

yaxın qonşuluq müna-

sibətlərinin  hər  üç

ölkə  xalqlarının  əsas

mənafelərinə  cavab

verməsinə  və  birgə

səylərin 

müştərək

maraqların 

həyata

k e ç i r i l  m ə s i n d ə ,



müasir  təhdid  və

çağırışların 

aradan

qaldırılmasında vacib-



liyinə inanaraq; 

Hər üç ölkə arasında həm ikitərəfli, həm də

çoxtərəfli  əlaqələrin  inkişafından  məmnunluq

ifadə edərək siyasi, iqtisadi, ticarət, mədəniyyət,

humanitar, turizm və idman sahələrində əmək-

daşlığın daha da genişləndirilməsi imkanlarının

araşdırılması qətiyyətlərini vurğulayaraq;

BMT Nizamnaməsinə və beynəlxalq hüququn

hamılıqla qəbul olunmuş əsas norma və prinsi-

plərinə sadiq olduqlarını bəyan edərək və bütün

ölkələrin davamlı inkişafa nail olmaq, bilik və

texnologiyalardan azad və bərabər şəkildə yarar-

lanmaq hüquqlarına hörmət edilməsini vurğula-

yaraq;


Üç  ölkə  arasında  əməkdaşlığın  regional  və

beynəlxalq  sülh  və  sabitlik,  təhlükəsizlik  və

tərəqqiyə töhfə verdiyini qeyd edərək;

2011-ci il aprelin 16-da İran İslam Respub-

likasının Urmiyə şəhərində keçirilmiş xarici işlər

nazirlərinin üçtərəfli görüşünün ilk iclası zamanı

qəbul edilmiş Urmiyə Bəyanatının əhəmiyyətini

vurğulayaraq;

2011-ci il noyabrın 29-da İran İslam Respub-

likasının Tehran şəhərində keçirilmiş Üçtərəfli

İqtisadi Komitənin birinci iclasının tövsiyələrini

Naxçıvan Bəyannaməsində nələr var?

7 mart 2012-ci il



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə