İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   22   23   24   25   26   27   28   29   30

52

DEKABR. 2012. № 13



www.uluturk.info

etmişdir.

Türkiyənin  yaxın  müttəfiqi  və  NATO-nun

əsas  qurucularından  olan  ABŞ-ın  Montebello

şəhərində erməni soyqırımı abidəsinin ucaldıl-

masının  qarşısını  ala  bilmədiyi  kimi,  Varşava

Paktı ölkəsi SSRİ-nin də buna bənzər abidə ucalt-

masına mane ola bilməməsi hər kəsdə bir maraq

doğurmaqdadır.  Əslində  hər  iki  dövlətin  əsas

niyyəti Türkiyəyə qarşı erməni diaspora təşkilat-

larını hərəkətə gətirmək və bu ölkənin beynəlxalq

nüfuzuna sarsıdıcı zərbələr vurmaqdan ibarət idi.

Maraqlısı ondan ibarətdir ki, XIX əsrdəki ingilis-

rus  rəqabəti  bu  dəfə  amerika-rus  yarışması  ilə

davam etdi. 

Erməni  diasporasının  maaliyyə  vəsaitləri

hesabına  ucaldılan  bu  abidələrin  növbətisi

Avropada  ermənilərin  daha  çox  məskunlaşdığı

ölkədə - Fransada ucaldıldı. Fransada ilk erməni

“soyqırımı” abidəsi  1971-ci  ilin  aprel  ayında

Marsel şəhərində erməni kilsəsinin baxçasında

ucaldıldı.  Fransa  abidə  yarışında  digər

dövlətlərdən geridə qalmaq istəməmiş, əksinə bu

cür abidələrin ucaldılmasına hərtərəfli dəstək nü-

mayiş  etdirmişdir.  O  zaman  Türkiyənin

Fransadakı  səfiri  Hasan  Esat  Işık  abidənin

ucaldılmasına  öz  kəskin  etirazını  bildirməklə

protest  etmiş  və  Fransanı  tərk  etmək

məcburiyyətində qalmışdır. Ölkəni tərk edən səfir

bir daha geri dönməmişdir. Qeyd edək ki, səfir

Işık 1967-ci ilin oktyabr ayında Ermənistanda er-

məni “soyqırımı” abidələrinin ucaldıldığı vaxt

Türkiyə Cümhuriyyətinin Moskvadakı səfiri pos-

tunda  yer  almışdı.  O  zaman  səfir  Ermənistan

SSR-də  açılmış  bu  abidələrin  hər  iki  dövlət

arasındakı  mövcud  əlaqələrin  pozulacağına

gətirib  çıxaracağını  dəfələrlə  qeyd  etmişdir.

Fransa  bu  oyuna  gec  başlasa  da  qısa  müddət

ərzində digər ölkələri geridə qoya bilmişdir. Belə

ki, bu gün Fransada erməni “soyqırımı” ilə əlaqə-

dar 34 ədət abidə, xaç, meydan və s. adına rast

gəlmək mümkündür. 

XX əsrin 60-cı illərindən başlayaraq, bu günə

qədər  davam  edən  qondarma  “soyqırımı”

abidələrinin  ucaldılması  prosesi  nisbətən  zəi-

fləməyə  başladı.  Bu  kompaniyaya  qoşulan

dövlətlər içərisində Almaniyanın da adını qeyd

etmək lazımdır. Belə ki, Almaniyada ilk erməni

abidəsi 24 aprel 2005-ci ildə Bremen şəhərində

açıldı. Qısa müddət ərzində digər iri şəhərlərdə

də,  o  cümlədən,  Berlində  də  bu  cür  abidələr

ucaldıldı. O zaman erməni diaspora fondları bu

abidələri  daşnaqların  ən  böyük  qələbəsi  kimi

qeyd edirdilər.

60-ci illərin sonu-70-ci illərin əvvəllərindən

başlayaraq, erməni diasporasının Türk Dünya-

sına qarşı fəaliyyətində mühüm dəyişiklik baş

verdi  və  dünyanın  dörd  bir  yanında  fəaliyyət

göstərən Türk diplomatlarına, missiyalarına və

təşkilatlarına qarşı geniş terror kompaniyasına

start verildi.

Taleh Cəfərov

Sağır kurbağa

Kurbağalar  bir  gün  yarışma  düzenlemiş.

Hedef çok yüksek bir kulenin tepesine çık-

makmış.  Bir  sürü  kurbağa  da  arkadaşlarını

seyretmek için toplanmış ve yarış başlamış.

Gerçekte  seyirciler  arasında  hiç  biri  yarış-

macıların  kulenin  tepesine  çıkabileceğine

inanmıyormuş. Sadece şu sesler duyulabiliy-

ormuş:  ''Zavallılar!  hiç  bir  zaman  başara-

mayacaklar!''

Yarışmaya başlayan kurbağalar kulenin

tepesine  ulaşamayınca  teker-teker  yarışı

bırakmaya başlamışlar. İçlerinden sadece bir

tanesi  inatla  ve  yılmadan  kuleye  tırman-

maya  çalışıyormuş.  Seyirciler  bağırmaya

devam  ediyorlarmış:  ''Zavallılar!  Hiç  bir

zaman başaramayacaklar!''

Sonunda bir tanesi hariç, hepsinin ümitleri

kırılmış ve bırakmışlar. Ama kalan son kur-

bağa büyük bir gayret ile mücadele ederek ku-

lenin  tepesine  çıkmayı  başarmış.  Diğerleri

hayret içerisinde bu işi nasıl başardığını öğren-

mek istemişler. Bir kurbağa ona yaklaşmış ve

sormuş; 'Bu işi nasıl başardın?'' diye. O anda

farkına  varmışlar  ki;  Kuleye  çıkan  kurbağa

sağırmış!




53

DEKABR. 2012. № 13



www.uluturk.info

XV-XVI əsrlər tarixdə coğrafi kəşflər əsri kimi

tanınır.  Məhz  həmin  dövrdə  dünyanın  ən  ucqar

nöqtələri  elm  aləminə  məlum  olmuş  və  xəritəyə

salınmışdır. Orta əsr səyyahları arasında özünəməx-

sus yerə malik olan, Kolumb, Magellan, Ameriqo

Vespuççi kimi tədqiqatçılarla bir sırada adı çəkilən

şəxsiyyətlərdən biri də məşhur rus səyyahı Afanasi

Nikitindir. 

Öz  yazılarından  məlum  olduğu  kimi,  Afanasi

Nikitinin əsas məqsədi Şərq bazarlarında rus malına

olan tələbatı öyrənmək idi. Onun səyahətləri 1466-

cı ildə başlamış və təqribən 8 il davam etmişdir.

Məhz həmin ildə Nikitin daha bir neçə tacirlə bir-

likdə iki gəmidə qədim rus şəhəri Tveri tərk edib,

Volqa çayı boyunca cənub istiqamətində yola düşür.

Həştərxan  yaxınlığında  yerli  hakimlə  aralarında

yaranmış anlaşılmazlıq üzündən tacirlərin gəmiləri

qarət olunur. Nikitin yoluna davam edib, əvvəlcə

Dərbəndə, oradan da “sönməyən alovun yandığı”

Bakıya gəlir. Sonra o, şimaldan cənuba İran tor-

paqlarını  arxada  qoyaraq,  dəniz  yolu  vasitəsilə

Hindistana keçir. Müflisləşmiş səyyah Hindistan

torpağında yolun hər qarışını min bir əziyyətlə qət

edirdi. Yol boyu xırda ticarətlə məşğul olan Nikitin

öz yol xərcini çətinliklə təmin edə bilirdi. Hindis-

tanda yüksək qiymətə sata biləcəyi ümidi ilə aldığı

cins atla hərəkət etmək də əlavə çətinliklər törədirdi.

Nəhayət, səyyah Hindistanın mərkəzi vilayətlərini

idarə edən müsəlman Bəhmənilər dövlətinin pay-

taxtı  Bidar  şəhərinə  gəlir.  Nikitin  burada  Bəh-

mənilərin böyük vəziri, bacarıqlı sərkərdə və bilikli

alim  kimi  tanınan  Mahmud  Havanla  tanış  olur.

Məhz böyük vəzirin nüfuzu sayəsində o, radikal

düşüncəli  bəzi  yerli  hakimlərin  təzyiqlərindən

amanda qalır. Üç il Hindistan torpaqlarında gəzib-

dolaşdıqdan sonra Nikitin Vətənə qayıtmaq qərarına

gəlir. O, İran və Türkiyədən keçərək, Qara dəniz va-

sitəsilə Rusiya ərazisinə daxil olur, amma öz şəhəri

Tverə çatmadan Smolensk yaxınlığında vəfat edir.

Afanasi  Niktininin  səyahəti  həm  də  ona  görə

müstəsna  əhəmiyyət  daşıyır  ki,  o,  Avropadan

Hindistana  gedən  dəniz  yolunu  kəşf  etmiş  Por-

tuqaliya  səyyahı Vasko  da  Qamadan  25  il  əvvəl

Hindistanda olmuşdur. Nikitin öz səfər xatirələrini

“Üç dəniz arxasına səyahət” adlı gündəlikdə qeyd

edirdi. Səyyah öz zəmanəsi üçün fantastik sayıla

biləcək məsafə qət edərək, 3 dənizi üzüb keçmişdi.

Bunlar Xəzər dənizi, Ərəbistan dənizi və Qara dəniz

idi.

Afanasi Nikitinin vəfatından dərhal sonra onun



səfər  gündəliyi  Moskva  knyazının  katibi  Vasili

Mamıryovun  əlinə  keçmiş,  artıq  XV  əsrin  son-

larında  Rusiyanın  Salnamələr  məcmuəsinə  daxil

edilmiş, II Sofiya və Lvov salnamələrində öz əksini

tapmışdı.

Hər  şeydən  öncə  onu  qeyd  etmək  lazımdır  ki,

Afanasi Nikitinin səfər gündəliyinin mətni katiblər

və  xristian  rahibləri  tərəfindən  dəfələrlə

köçürüldüyü üçün, müəllifin orijinal əlyazması bizə

gəlib-çatmamışdır. Hal-hazırda gündəliyin 3 mötə-

bər əlyazma nüsxəsi məlumdur: Salnamələr, Troitsa

və Suxanov nüsxələri. Bu nüsxələr arasında kifayət

qədər fərqlər mövcuddur. Elə bu fərqlər kitabın mət-

ninin  sonralar  dəyişiklik  və  təhriflərə  məruz

qaldığını göstərir. Lakin bütün bu təhriflərə baxma-

yaraq, əsərdə diqqət çəkici xeyli məqamlara rast

gəlmək mümkündür.

Nikitin gəzdiyi ölkələrdə əhalinin dini inancları,

adət-ənənələri və məşhur ziyarətgahlarla maraqla-

nırdı. Onun hinduizm dinində əsas ziyarətgahlardan



Məşhur rus səyyahı Afanasi 

Nikitin müsəlman imiş?

Natiq Rəhimov*

* Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru, ilahiyyatçı




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə