İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   22   23   24   25   26   27   28   29   30

50

DEKABR. 2012. № 13



www.uluturk.info

porada təmsil olunan ermənilərdən fərqi o qədər

də çox deyildi. Kommunistlər mövcud sovet sis-

teminin şərtləri altında hərəkət etməyə məcbur

idilər. 1965-ci ildə Ermənistanda uydurma “er-

məni  soyqırımı”nın  ildönümünün  geniş  keçir-

ilməsi  sovet-Türk  münasibətlərində  yenidən

narahatlıq  yaratdı.  Çünki  mərkəzin  icazəsi  ol-

madan  SSRİ-ni  təşkil  edən  respublikalardan

birində belə tədbirlərin keçirilməsi yolverilməz

idi. Aprelin 20-də Yerevan Dövlət Universitetinin

yeni 

binasında 



Ermənistan 

Elmlər


Akademiyasının və Universitetin ermənilərin uy-

durma  “soyqırımı”nın  50  illiyinə  həsr  edilmiş

birgə elmi sessiyası keçirildi. Sessiyanı giriş sözü

ilə  EA-nın  prezidenti  V.  Ambartsumyan  açdı.

Hüquq  elmləri  doktoru,  professor  A.  Yesayan

“Osmanlı  imperiyasında  erməni  xalqının

soyqırımı və beynəlxalq imperializm” adlı məruzə

ilə çıxış etdi. Digər natiqlər də tarixdə heç bir

zaman olmayan “erməni soyqırımı”ndan geniş

söz açdılar. Aprelin 21-də Yerevanda incəsənət

işçiləri evində Ermənistan ali məktəblərində təh-

sil alan xarici ölkələrdən olan erməni tələbələrin

iştirakı  ilə  uydurma  “soyqırım”a  həsr  edilmiş

gecə  keçirildi.  Gecəni  giriş  sözü  ilə  Xaricdə

Yaşayan 

Ermənilərlə 

Mədəni 

Əlaqələr


Komitəsinin sədri V. Amazaspyan açdı. Sonra şair

Gevorq Emin çıxış etdi. Daha sonra akademik A.

Şaginyan, tələbələr A. Arabyan, M. Adamyan, T.

Torosyan,  şair  Silva  Kaputikyan  nitqində  Os-

manlı imperiyasını bu “faciəni” törətməkdə gü-

nahkar  hesab  edirdilər.  (Musa  Qasımlı,

səh.139-140)

Kifayət  qədər  güclənmiş  təşkilatların

hökumətlə birgə fəaliyyəti nəticəsində 24 aprel

1965-ci  ildə  ilk  dəfə  olaraq  Yerevanda  siyasi

gərginlik hiss olunmağa başladı. Məhz həmin gün

A. Spandaryan adına Yerevan Dövlət Akademik

Opera  və  Balet  Teatrının  binasında  şəhər  icti-

maiyyəti 

nümayəndələrinin 

uydurma


“soyqırım”la bağlı tədbiri keçirildi. Toplantının

Rəyasət Heyətində Ermənistan rəhbərləri Q. Aru-

tunyan,  H.  Arutunyan,  E.  Asatryan,  O.  Baq-

dasaryan,  D.  Draqunskiy,  Y.  Zarobyan,  A.

Koçinyan, M. Melkonyan, Q. Ter-Qazaryan, B.

Muradyan, S. Arakelyan, S. Poqosyan, nazirlər,

yazıçı, şair və alimlər əyləşmişdilər. Bütün er-

mənilərin katalikosu I Vazgen də burada idi. Təd-

birdə  həmçinin  Suriya,  Fransa,  Livan,  İran  və

başqa ölkələrdən gəlmiş 200-ə yaxın erməni işti-

rak edirdi. Ermənistan SSR Ali Soveti Rəyasət

Heyətinin sədri H. Arutunyan toplantını açaraq

bu günün bir daha təkrarlanmayacağı inamı ilə

xatırlatdı, genosid siyasətini ittiham etdi. Məruzə

edən Ermənistan EA-nın prezidenti V. A. Ambart-

sumyan  çıxışında  tez-tez  “Sultan  Türkiyəsinin



müstəmləkəçiləri əvvəlcədən hazırladıqları planı

həyata  keçirdilər,  Qərbi  Ermənistanda  erməni

əhalisini  kütləvi  şəkildə  məhv  etdilər” kimi

sərsəm fikirlər səsləndirdi. Bundan sonra iclas

bağlı  elan  edildi.  Ermənistan  rəhbərliyi  özünü

mərkəzin  tənqidlərindən  qorumaq  üçün  xarici

qonaqların Yerevandakı Lenin abidəsinə çələng

qoymalarını təşkil etdi. Həmin gün sahəsi 200

hektardan çox olan Çiçernakabert parkında uy-

durma “erməni soyqırımı” qurbanlarının xatirəs-

inə ucaldılmış abidənin açılışı oldu. Bu zaman

Yerevan küçələrinə çıxan dörd yüz mindən artıq

erməni  əbədi  məşəl  abidəsini  ziyarət  etdilər.

Əvvəlcə sakit məcrada davam edən nümayiş daha

sonra nəzarətdən çıxmış, bir sıra obyektlərə ciddi

ziyan dəymiş, qatı antitürk düşmənçiliyi ruhunda

şüarlar  səsləndirilmişdir.  Nümayişçilərin  əsas

tələbləri  Türkiyənin  1915-ci  il  hadisələrini

soyqırımı olaraq tanımasını və Şərqi Anadolu tor-

paqlarının Ermənistana birləşdirilməsi və s. ol-

muşdur. Nümayiş və mitinqlərin yatırılmasında

keçmiş hökumət və dini rəhbərlərin qabaqlayıcı

tədbirləri də bir nəticə verməmişdir. Yalnız güc

strukturlarının işə qarışmasından sonra nümayiş

dağıdılmış və bir sıra nümayiş iştirakçıları həbs

edilmişdir. Erməni qəzetləri sonradan bu hadisəni

yalnız matəm kimi deyil, “milli tarixin yaddaş

səhifəsi” kimi qiymətləndirirdi. Ermənistan mət-

buatında Q. Qaroyan, D. J. Kirakosyan, M. Ner-

sisyan və başqalarının uydurma “soyqırım”a həsr

olunmuş məqalələri çap edildi. Belə hərəkətlər

Türkiyə tərəfdən narahatlıqla izlənilirdi. Əslində,

Taleh Cəfərov




51

DEKABR. 2012. № 13



www.uluturk.info

SSRİ rəhbərliyinin bu məsələyə münasibəti heç

də radikal olmamış, əksinə bu tipli nümayişlərin

keçirilməsinə  gizli  şəkildə  dəstək  verilmişdir.

(Musa Qasımlı, səh.139-140) 

Məlum olduğu kimi, erməni diasporası, Er-

mənistan hökuməti və daşnaqlar qondarma “er-

məni soyqırımı”nın 50-ci ildönümü ilə əlaqədar

olaraq dünyanın hər tərəfində iri miqyaslı kom-

paniyaların  keçirilməsi  haqqında  bildirişlər

yayımlamağa  başladılar.  Xüsusilə,  ermənilərin

böyük patriarxı, Eçmiədzin Katalikosu I Vazgenin

və “Böyük Kilikiya Katalikosu” kimi tanınan I

Xorenin dünya ermənilərinə müraciəti bu prosesi

bir qədər də sürətləndirdi. 1964-cü ildən başlanan

erməni  miliyyətçiliyinin  yeni  dalğası  məhz  bu

Katalikosların çağırışlarından sonra daha da şid-

dətləndi. “Soyqırımı” qurbanlarının xatirəsinin

əbədiləşdirilməsi istiqamətində bir sıra iri şəhər-

lərdə abidələrin ucaldılmasına başlanıldı. ABŞ-

da  ilk  erməni  “soyqırımı” abidəsi  Kaliforniya

ştatının Montebello şəhərində ucaldıldı. Rəsmi

açılış mərasimi 21 aprel 1968-ci ildə təşkil edildi.

Türkiyəni hədəfə alan bu abidənin ucaldılmasına

qarşı mübarizə aparan və heç olmasa abidənin

üzərində yazılacaq sözlərin daha yumşaq olması

üçün Türkiyə Cümhuriyyətinin Vaşinqtondakı sə-

firliyi ABŞ-da Xairici İşlər Nazirliyi səviyyəsində

ard-arda  düzənlədiyi  tədbirlərə  baxmayaraq,

abidənin  üzərinə  bu  ifadələr  həkk  etdirildi:

“Türklərin insanlığa qarşı təşkil etdikləri qətliam

və Türklər tərəfindən qətlə yetirilən ermənilərin

xatirəsinə”. Göründüyü kimi, abidənin üzərində

həkk etdirilən bu yazı Türklərin qaniçən, vəhşi,

barbar  xalq  olduğunu  dünya  ictimaiyyətinin

diqqətinə çatdırmaq baxımından erməni diaspo-

rasının növbəti oyunu idi.

Bu abidənin açılışından sonra daha da fəal-

laşan erməni diaspora təşkilatları digər iri şəhər-

lərdə  də  bu  kimi  abidələrin  qoyulmasına

başladılar. Əslində abidələrin ucaldılmasında əsas

məqsəd  qondarma  “soyqırımı” qurbanlarının

xatirəsini əbədiləşdirməkdən daha çox dünyada

Türk düşmənçiliyini daha da qızışdırmaq idi. 

Qeyd edək ki, ilk dəfə belə bir abidə 7 ok-

tyabr 1967-ci ildə Ermənistan SSR-nin paytaxtı

Yerevan  şəhərinin  mərkəzi  meydanlarından

birində ucaldıldı. Bu abidə də birinci abidədən elə

də fərqlənmirdi. Burada da Türk düşmənçiliyi,

xüsusilə, Osmanlı Türklərinin erməniləri kütləvi



“soyqırımı”na məruz qoyduqlarını və komunizm

ideolgiyasının  bu  və  ya  digər  formada  dəstək-

ləndiyi aşkar şəkildə qeyd olunurdu. 

29 oktyabr 1967-ci ildə Sovet Ermənistanın

Sisernakabert şəhərində xatirə daşı şəkilində daha

bir “soyqırımı” abidəsi ucaldıldı. Açılış mərasi-

mində nitq söyləyən A. Y. Koçinyan “1915-ci il

“soyqırımı”nın  yüzilliklər  boyunca  Osmanlı

boyunduruğunda yaşadıqları böyük faciənin son

pərdəsi  olduğunu,  şərqdəki  ermənilərin  XVIII

əsrin əvvəllərində Rusiyaya qatılaraq qurtulmuş

olduqlarını, Osmanlıların ermənilərə olan siyasə-

tinin XX əsrdə ilk “soyqırımı” siyasəti olduğunu,

bu  siyasətin  daha  sonra  faşistlər  tərəfindən

Avropada  daha  geniş  şəkildə  tətbiq  edildiyini,

hələ də (1967-ci ildə) Vyetnamda qan tökülməkdə

olduğunu” qeyd  etdi.  Bu  fikirlərə  qarşı  çıxan

akademik  Ramiz  Mehdiyev  yazır:  “ermənilər



birinci dünya müharibəsi illərində Osmanlı im-

periyasında erməni qiyamının nəticələri barədə

nə üçün on illiklər boyu şüvən qaldırılar? Onlar

özləri öz dövlətinə xain çıxmış, ona arxadan zərbə

vurmuş, düşmən tərəfə keçmiş, ölkənin şərqində

müsəlman əhalini qırmağa başlamışlar və bunun

nəticələrinə görə elə özləri də məsuliyyət daşıyır-

lar. Guya bu cür əməllərin nəticələri xoşagələn

də  ola  bilərmiş.  Ermənilər  hansı  “soyqı-

rımı”ndan danışa bilərlər ki, o vaxt bu söz yox

idi. Hələ üstəlik, onlar XX əsrdə “soyqırımı”nın

ilk qurbanları olmaq istəyirlər, guya bundan əvvəl

bütün  müsəlman  əhalini  qılıncdan  keçirən  er-

mənilər özləri deyilmiş və 1904-1907-ci illərdə

Namibiyada  gerrero  və  hottentot  xalqlarının

qırğını olmamışdır”. Göründüyü kimi, akademik

Ramiz  Mehdiyev  haqlı  olaraq  ermənilərin  XX

əsrin ilk “soyqırımı” qurbanları olması iddialarını

uydurma, cəfəngiyyat adlandırmış və bəhs olunan

dövrdə hələ hüquq sistemində “soyqırımı” adlı

hər hansı bir ifadənin, terminin olmadığını qeyd

XX əsrin 50-60-cı illərində erməni diasporasının antitürk fəaliyyəti



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə