İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

44

DEKABR. 2012. № 13



www.uluturk.info

düşərgə var). “Ümumdünya İslam Hərəkatının”

ideallarını həyata keçirməyi iddia edən ən böyük

İslam qruplarından olan Hizbullahın (mənası Al-

lahın tərəfdarları, Allahın Partiyası) özünü dəyər-

ləndirməsi 

belədir. 

“Hizbullah 

yaxşı

təşkilatlanmış partiya və ya siyasi bir qurup deyil,

dünyanm hər yerindəki müsəlmanlarla İslam ide-

ologiyasına dayanaraq siyasi bağları olan bir üm-

mətdir”. Öz  siyasi-ideoloji  görüşlərində  İran

İslam İnqilabının lideri Xomeyniyə söykənən və

İranın  hərbi  maliyyə  dəstəyindən  bəhrələnən

Hizbullahın məqsədi millət dövləti deyil, bütün

müsəlmanların bir dövlətdə, İslam dövlətində bir-

ləşməsini və ümmət dövlətini qurmaqdır. Hizbul-

lah Xomeyninin vilayəti-fəqih idarəetmə sistemini

İslam dövlətinin idarəedilməsi modeli kimi qəbul

edir. Hizbullahın yaranma səbəbləri: Livan Şiə lid-

eri  Şeyx  Musa  Sədrin  1978-ci  ildə  yox  olması

(oğurlanması). Musa Sədr 1959-cu ildə Livana

gəlmiş,  1967-ci  ildə  yüksək  İslami  Şiə  Kon-

qresinin  keçirilməsinə  nail  olmuş,  1970-ci  ildə

“Məhrum  edilmişlərin  hərəkatı”,  1974-cü  ildə

“Livan Müqavimət Alayı” hərbi birliyini yarat-

mışdır. (Bu hərəkatlar Nəcəf və Qum Şiə hərəkat-

larına  bağlı  idi).  1978-1982-ci  illərdə  İsrailin

Livanı işğal etməsi, 1979-cu ildə İran İslam İnqi-

labının  qalib  gəlməsi  və  bunun  digər  İslam

hərəkatlarına bir örnək olması əsas kimi göstərilir.

Beləliklə göstərə bilərik ki, İslam Dünyası və in-

tellektualları  qloballaşmaya  və  Qərb  hegemon-

luğuna  qarşı  yeganə  yol  kimi  İslam  siyasi

hərəkatının mübarizə aparması zəruriliyini qəbul

edirlər. 

- Orta Şərqdə dominantlıq təşkil edən İslam dini

inancı  əsasında  formalaşmış  ortaq  mədəniyyət

ortaq  tarix,  ortaq  dünyagörüşü  paylaşan

dövlətlərin  və  millətlərin  ortaq  “sentrizm”

ideyalarnın olmaması: (Məsələn, Avropa sentrizm

xristian birliyi, xristian klubu və s. kimi) İslam xi-

lafəti ideyasının iflasa uğraması, hərbi, iqtisadi,

siyasi blok və təşkilatlarının ortaq strateji təhlükə-

sizlik konsepsiyalarının olmaması, İƏT-in qərar-

larının tövsiyəedici bir xarakter daşıması, İslam

sivilizasiyasının öz içərisində müxtəlif etno-milli,

dini, ideoloji münaqişələrin mövcud olması, yeni

İslam sivilizasiyasının formalaşmasma mane olan

ciddi faktorları terrorizmin səbəbləri kimi göstərə

bilərik.


Vahid İslam Dünyası, vahid İslam təhlükəsizliyi,

hərbi  strategiyası  ideyası  Osmanlı  dövləti

çökdükdən  sonra  tarixə  gömülmüşdür.  İslam

Dünyası  dini  təriqət  və  məzhəblərə  parçalan-

mışdır. Vəhabizm, sünnü, şiə, əhmədiyyə, nurçu-

luq  kimi  cərəyanlar,  sünnü-şiə  qarşıdurmaları

İslam sivilizasiyasının gələcəyini təhdid edir. Bu

gün XXI əsrdə İslam Dünyasında mərkəzi dövlət

yoxdur və İslam ölkələri ayrı-ayrı sivilizasiya və

mədəniyyətləri  təmsil  edən  (əsasən  Qərb)

dövlətlərin periferiyasına çevrilmişlər.

“İran 

İslam 

mərkəzli 

dövlətin 

əsas

keyfıyyətlərinə  malik  olsa  da,  (əhalisinin  90%

şiədir) yalnız İslamın şiə qanadına rəhbərlik edə

bilər. Pakistan yoxsulluğu ucbatından lider roluna

iddia  edə  bilməz.  İslamın  beşiyi  olan  Səudiyyə

Ərəbistanı Amerikanın təsiri altındadır. Dünyəvi

dövlət  kimi  Türkiyə  İslam  liderliyinə  iddia  edə

bilməz”.

Orta Şərqdəki ərəb ölkələri adına dövlət deyilsə

də, bu dövlətlər daha çox anonim şirkətlərə bölün-

müş  vəziyyətdədir.  Orta  Şərqdə  mövcud  status

kvonu ərəb milləti yaratmamışdır. İngilis və Fran-

sız imperialistlərinin Seykess-Pikott müqaviləsi

əsasında  bu  ölkələrin  istəklərinə  uyğun

cızılmışdır. Bu baxımdan indiki ərəb şeyxlikləri

və əmirlikləri ərəb millətinin problemlərini həll

edən liderlərdən və təsisatlardan daha çox impe-

rialist  status  kvosunun  siyasi,  hərbi  və  iqtisadi

baxımdan yerli icraedici funksionerləridir. Küveyt

dövlətdən çox holdinqə oxşayır. “Küveytin neft

təşkilatı Q8-in beş qitədə 22 ölkədə cəmi 6500 neft

stansiyası var. Yalnız Qərbi Avropada 4800 ədəd

benzin stansiyası var. 90-cı ildə Küveytin dünya

banklarında 110 milyard dolları var idi. Küveyt,

sərvətinin  böyük  bölümünü  “Ərəb  ölkələri

xaricində” yatırmışdır. Küveyt ABŞ-dakı xarici

yatırımların  10%-nə  sahibdir.  Küveyt  Yatırımı

Ofisi (KİO) ABŞ-dakı Canta-fe və İngiltərədəki st.

Martuns  Property  Corparation  kimi  böyük

şirkətlərin yatırılmalarına ortaq durumdadır”.

1988-ci ildə Səudiyyə Ərəbistanı neft təşkilatı

Yasəmən Qaraqoyunlu



45

DEKABR. 2012. № 13



www.uluturk.info

Aramco ABŞ neft şirkəti Texasonu aldı və birlikdə

Star  Enterprise  şirkətini  qurdular.  Bu  şirkətin

ABŞ-da  11450  benzin  stansiyası  var.  Ərəb

monarxistləri və şeyxlikləri inkişafını xarakterizə

edərkən  deməliyik  ki,  industrial  istehlak

mərhələsini  aşmış,  neft  sayəsində  maliyyə  sər-

mayəçilərinə, maqnatlarına çevrilmişlər. Neft ixra-

catından gələn gəlir metropol ölkələrinin finans

mexanizminə yatırılır. 1973-1981-ci illər arasında

OPEC-in  əldə  etdiyi  400  milyard  dolların  (ki,

bunun  4/5  ərəb  ölkələrinə  aiddir.  Bu  rəqəmin

yarısı  Səudiyyə  Ərəbistanına  aiddir)  80%-i

metropol  ölkələrin  böyük  bank  və  şirkətlərinə

axmışdır. Körfəz Əməkdaşlıq Şurasının baş katibi

1989-cu ilin sonunda altı üzvün 342 milyard dol-

larlıq varlığa sahib olduğunu bildirdi. Bu pulun

47,4%-nin  Amerikada  və  Avropada  olduğu

açıqlanmışdır.

“Ərəb  Fransız  Bankları  Birliyi  başqanının

ifadəsinə  görə,  1989  ilin  sonunda  ərəblərin

metropol ölkələrin banklarında 670 milyard dol-

ları olmuşdur. Bütün bu milyardlar beynəlxalq

banklarda dolaşmaqda və əsas maliyyə strate-

giyası  isə  anqlo-sakson  maliyyə  mərkəzləri

tərəfindən təyin edilməkdədir”. İndi isə Vikolas

Sarkisin  (petrol  et  qaz  arabes,  16  mart  1990)

1988-ci il statistikasına əsaslanaraq təsbit etdiyi

adambaşına düşən gəlirin cədvəlinə baxaq. “So-



malı - 17$, Misir - 650$, Birləşmiş Ərəb Əmir-

likləri – 15.700$, Sudan - Yəmən 543$, Ürdün

1154$.”

Birləşmiş  Ərəb  Əmirliklərində  əhalinin  69%

xarici işçilər olmasa idi, gələn gerçək gəlir adam

başına  15.700$  yox,  54  min  dollar  olmalı  idi.

Qətərdə də əhalinin 73,2% xaricilərdir. Fələstin

xalqı  isə  bütün  yaşayış  səviyyələrini  itirmiş

qaçqına çevrilmişlər. Bütün bu kimi səbəblər və

“Anqlo-sakson  maliyyə  qurumlarının  apardığı

maliyyə siyasət”ləri nəticəsində ərəb ölkələrinin

beynəlxalq banklarda 670 milyard dollar yatırımı

olduğuna baxmayaraq, 260 milyard dollar xarici

borcları var. Bu qədər borcların olmasına baxma-

yaraq bölgədəki münaqişə ocaqlarının mövcud

olması dini, etnik savaşlar sürətlə silahlanmanı

qaçılmaz etmişdir.

“Dünyanın ən böyük silah idxalatçıları bu böl-

gədədir.  İsrail,  Türkiyə  və  İranda  ən  üstün

texnologiyaya malik silah sənayesi və istehsalı

getdikcə inkişaf etməkdədir. Bölgəsəl güc olma

strategiyasına  söykənən  silahlanma  iqtisadi

inkişaf  baxımından  problemlər  yaratmaqdadır.

Orta  Şərq  dünya  silah  maqnatlarının  əsas

bazarıdır.  1963-cü  ildə  Orta  Şərq  ölkələrinin

hərbi  xərci  ümumilikdə  dörd  milyard  dollar,

1983-cü ildə 68 milyard, 1992-ci ildə isə 150 mil-

yard olmuşdur”.

ABŞ  bu  bölgəyə  silah  ixracatında  birinci

yerdədir.  1973-1978-ci  illərdə  silah  bazarının

51%-ni,  1979-83-cü  illərdə  62%-ni  gerçək-

ləşdirdi.  ABŞ  və  Fransanın  dəstəklədiyi  atom

silah  proqramı  əsasında  İsrail  yüzlərlə  atom

başlığına sahib oldu.

İsrailin  ən  müasir  silahlara  sahib  olması  ona

səbəb oldu ki, Ariel Şaron atom gücü təhdidi ilə

Orta Şərq xəritəsini yenidən çözmək iddiasında

bulundu. İsrail eyni zamanda atom texnologiyası

ixracatçısıdır və Cənubi Afrika ölkələrinə atom

silah araşdırmaları tədqiqatlarının aparılmasında

iştirak edir. 

Terrorizmi doğuran digər səbəb isə Orta Şərqdə

və İslam sivilizasiyasında baş verən sosial-iqti-

sadi böhran, sürətli urbanizasiya və onun doğur-

duğu sosial-psixoloji gərginliklərdir. Qeyd edək

ki, “müsəlmanlar dünya əhalisinin 22%-ni təşkil

edir və onlara məxsus torpaqların sadəcə 2%-ni

istifadə edə bilirlər”. Bu gün İslam Dünyasında

əhali sürətlə artır, insanların ehtiyacları isə ödən-

mir.

Bu  bölgədəki  torpaqların  işlənməsi,  məh-



sulların süni artırılması artan ehtiyacları qarşılaya

bilmir.  Beləliklə  insanların  həyatda  qalma

savaşları artır. Buna görə terror da daxil olmaqla

bütün mübarizə vasitələrindən istifadə olnur. Bu

səbəbdən də Şərq-Qərb çatışmalarının müasir as-

pektlərindən biri olan terrorizmin əsas səbəblərini

İslamda yox, sosial-iqtisadi vəziyyətin ağırlaş-

masında axtarmaq lazımdır.

Müsəlmanlar  dünya  əhalisinin  22%-ni  təşkil

etsə  də,  (1500000000  nəfər  olmaqla)  dünya

miqyasında ümumi milli məhsulun yalnız 5%-i

Terrorizm və resurslar uğrunda mübarizə Şərq-Qərb qarşıdurmaları aspektində




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə