İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

16

DEKABR. 2012. № 13



www.uluturk.info

lərdə müxtəlif bəhanələrlə Şərqi Türküstana yer-

ləşən sovet-rus agentləri bu cümhuriyyətin var-

lığına  son  qoymuşlar.  Sovet–rus  ordusu

tərəfindən Şərqi Türküstan İslam Cümhuriyyə-

tinin başçısı Xoca Niyaz Hacı və daha 300000

nəfər həbs edilmiş, müxtəlif bəhanələrlə güllələn-

mişlər. 1937-1944-cü illərdə SSRİ adlanan rus

imperiyası tərəfindən Şərqi Türküstan işğal al-

tında  qalmış  və  bu  ölkədə  tam  bir  soyqırım

siyasəti  həyata  keçirilmişdir.  1944-cü  ilin  ön-

lərində Çin yenidən burada hakimiyyəti ələ keçir-

miş, ancaq uğur əldə edə bilməmişdir. 1944-cü

ildə Şərqi Türküstan yenidən müstəqillik əldə et-

mişdir və bu müstəqillik 1949-cu ilə qədər davam

etmişdir. 1949-cu ildə Mao Tsze Dunun başçılıq

etdiyi  kommunist  Çin  dövləti  tərəfindən  Şərqi

Türküstanın müstəqilliyinə son qoyulmuş və bu

ölkə yenidən işğal olunmuşdur. Qeyd edim ki,

1949-cu ildə bu ölkə işğal olunan vaxt burada

yaşayan milli azlıqların, o cümlədən, çinlilərin

toplam sayı 600 min civarında olub, ölkə əhalinin

6  faizini  təşkil  edirdi.  İşğaldan  sonra  bu  günə

qədər keçən dövrdə isə xan çinlilərin bu ölkədəki

sayı 40-50 faiz civarındadır. Burada qeyd edim

ki,  bu  çinlilər  Çin  dövləti  tərəfindən  buraya

köçürülüblər. Bu isə Çinin milli azlıqlara qarşı as-

similyasiya siyasətinin təzahürüdür. Əlavə edim

ki, Çin dövləti əhali sayı artımına, daha doğrusu,

uşaq doğumuna məcburi qadağalar qoyduğundan

uyğur ailələri öz uşaqlarını gizli olaraq dünyaya

gətirməyə məcbur olur və dövlət qeydiyyatından

gizlədirlər.  Ancaq  Çinin  bu  «sakit  soyqırım»

siyasəti  bütün  milli  azlıqlara,  o  cümlədən,

uyğurlara qarşı davam etməkdədir. Uyğur qadın-

larının uşaqları ya ana bətnində, ya da təzə doğu-

dan  vaxt  məcburi  məhv  edilir.  Eyni  zamanda

Şərqi Türküstanda uyğur etirazçıların edam olun-

ması adi haldır. Bu edamlar haqqında Beynəlxalq

Amnistiya Təşkilatı da məlumat yaymış və öz eti-

razını  bildirmişdir.  Qeyd  edim  ki,  uyğurların

müntəzəm olaraq 1953, 55, 57, 62, 67, 69, 70, 89

və 2009-cu illərdə baş vermiş etiraz aksiyaları

dünya mətbuatında da işıqlandırılmışdır. Əlavə

edim  ki,  1949-cu  il  işğalından  sonra  sonuncu

Uyğur dövlətinin başçıları Çin dövləti tərəfindən

1952-ci ildə aldadılaraq, təyyarə qəzasında məhv

edilmişlər. 

Çin  dövləti  Şərqi  Türküstanda  din-vicdan

azadlığına da imkan vermir. Bölgədəki Çin Kom-

munist idarəsinin başçısı general Vanq En Movun

1988-ci  il  14  may  tarixində  bölgənin  mərkəzi

Urumçi  şəhərində  etdiyi  çıxış  rejimin  gerçək

üzünü  ortaya  qoymuşdur.  O,  çıxışında  belə

demişdir:  «…  Dinə  inanmama  (ateist)

fəaliyyətlərinə təşviq etməni gücləndirməyimiz

və  sosializmə  dəstək  verəcək  din  adamlarıyla

əməkdaşlıq etməyimiz lazımdır. Dini bilgilərin tə-

drisini məhdudlaşdırmalıyız. Həccə gedənlərin

miqdarını məhdud çərçivədə saxlamalıyız». 

1949-cu  ildə  Çin  Şərqi  Türküstanı  işğal

edərkən burada 115 00000 baş qoyun, 1600000

baş sığır, 780000 baş at, 20000 baş dəvə vardı.

Çin  Kommunist  Partiyası  xalqa  ət  yeməyi

qadağan  etdi.  10  il  ərzində  qoyunların  sayı

22000000 başa çatdı. Uzun və zərif yunlu qoyun-

lardan  əldə  edilən  yunun  miqdarı  1960-cı  ildə

ABŞ-dan, 1962-ci ildə isə Avtsraliyadan artıq idi.

Həmin  illərdə  uyğur  ölkəsində  istehsal  edilib

Çinə  aparılan  heyvani  məhsulların  miqdarı

1759000 baş qoyun, 128000 baş at, 6405000 ədəd

qoyun dərisi, 2600000 dəst dəri geyim, 4600800

cüt ayaqqabı, 5199 ton yun, 985 ton süd məhsulu,

bu bölgənin bütün faydalı qazıntıları da, xüsusilə

uran,  neft,  daş  kömür  və  qızıl  Çin  dövləti

tərəfindən  talan  edilməkdədir.  Əlavə  edim  ki,

Çinin  şərq  regionları  ilə  qərb  regionlarının

inkişafı fərqlidir. Xüsusilə, milli muxtar bölgələr

şərq regionlarından olduqca geridə qalır. Şərqi

Türküstanda  yenicə  fəaliyyətə  başlayan  neft,

kömür, dəmir, qızıl və digər mədənlərdə çalışan

işçilər isə Çinin digər regionlarından bura müx-

təlif yollarla gətirilən xan çinlilərdir. Buna görə

də uyğur əhalisi arasında çinlilərə nisbətdə işsiz-

lik faizi oluqca çoxdur. 

Bütün imperiyaların tətbiq etdiyi metoda Çin

də əl atır. Bu, xalqları dilindən məhrum etməkdir.

Bizdə olduğu kimi uyğurların da əlifbası bir neçə

dəfə dəyişdirilib. Hazırda uyğurların gidər Türk-

Ramil Cəfərov




17

DEKABR. 2012. № 13



www.uluturk.info

lərdən mədəni əlaqəsini kəsmək üçün onlara ərəb

əlifbasından istifadə etməyə icazə verilib. Uyğur

dilində  mədrəsələr,  məktəblər,  universitetlər

demək olar ki, yoxdur. Uyğur dili, uyğur xalqı

məhv edilir. Bu siyasət Çində yaşayan bütün Türk

xalqlarına qarşı, o cümlədən, qeyri-çin xalqlarına

qarşı da aparılır. 

Uyğur ölkəsi Çinin daxili müstəmləkəsinə

çevrilmişdir. Qeyd edim ki, bu fikri uyğurlar

haqqında ilk dəfə 1998-ci il 6-7 aprel tarixində

Fransa-Anadolu 

Araşdırmaları 

İnstitutu

tərəfindən İstanbulda təşkil edilən «XX əsrdə

uyğurlar»  mövzulu  konfransda  Havay  Uni-

vesitetindən professor, doktor Dru Ce. Qladney

tərəfindən işlədilmişdir. Dru Ce. Qladney Şərqi

Türküstanı  tarix-etnik,  dil,  iqtisadiyyat,  ölkə

torpaqları  və  inanc  başlıqları  altında  tədqiq

edərək, bölgənin artıq Çinin «daxili müstəm-

ləkə»  regionuna  çevrilmiş  olduğunu  izah  et-

mişdir. «Daxili müstəmləkə» termini ilk dəfə

amerikalı sosioloq M.Hetcher 1975-ci ildə İn-

giltərədə yaşayan keltlərlə bağlı araşdırmasın-

dan  sonra  ortaya  atılmışdır.  Ona  görə,  daxili

müstəmləkəçilik mərkəzi yönətimin sərhəd böl-

gəsini siyasi və iqtisadi cəhətdən idarə etməsi,

talan  etməsidir.  Qeyd  edim  ki,  bu  zülmlərə

rəğmən,  uyğurlar  Çin  rejiminə  qarşı

mübarizələrini  davam  etdirirlər.  Uyğurlar

beynəlxalq  miqyasda  təşkilatlanmaqda  və  öz

səslərini dünya ictimaiyyətinə çatdırmaqdadır-

lar.  Uyğurların  ən  nüfuzlu  təşkilatı  Dünya

Uyğur  Konqresidir.  Bu  təşkilatın  rəhbəri

«uyğurların  anası»  kimi  tanınan  Rəbiyə

Qadirdir.  Qeyd  edim  ki,  Türk  və  İslam

Dünyasından 

Nobel 

mükafatına 



rəsmi

namizədliyi göstərilən ilk siyasətçi (2006-cı ildə

namizədliyi irəli sürülmüşdür) qadındır. Eyni

zamanda o, Çin parlamentinin də üzvü olmuş-

dur. Ancaq həbs edilmiş, mühacirətə getməyə

məcbur olmuşdur. Bu məqaləni Rəbiyə Qadirin

(Rabiya Kadir) keçirdiyi konfransların birində

dediyi sözlərlə tamamlamaq istəyirəm. O, belə

deyir: «… Kaşkarın 5 min illik bir tarixi var. Bu

tarix çinlilər tərəfindən təhrif edilir. Dilimizi,

tariximizi,  mədəniyyətimizi  və  yaşayış  tərz-

imizi, ənənələrimizi öldürməyə çalışırlar. Qı-

zlarımızı zorla işlətmək üçün başqa bölgələrə

göndərirlər.  Uyğur  uşaqları  zorla  Çin  dilində

oxudulur.  Valideynləri  etiraz  edəndə  «sepa-

ratçılıq» ittihamı ilə həbsə atılırlar. Uyğurları

təhsildən məhrum edirlər. İqtisadi inkişafımıza

mane olurlar. Uyğur gənclərini həbs edir, edam

edirlər. Öz torpaqlarımızda öz dilimizdə danışa

bilmirik.  Terrorla  mübarizə  adı  altında

uyğurlara təzyiq edilir, silahlı islamçı olmaqda

günahlandırırlar.  Biz  namus,  şərəf  üçün

yaşayırıq. Çinlilər ən müqəddəs dəyərlərimizə

hücum edirlər. İnanc azadlığı yoxdur. Çinlilər

namusumuza təcavüz edir, xalqımızı planlı şək-

ildə  tədricən  yox  edirlər.  Dünya  uyğurların

fəryadını duymur. Çin zülmü altında səsimizi

ucalda  bilmirik.  Torpaq  sahibi  olan  uyğurlar

indi  öz  torpaqlarında  qul  kimi  işlədilməkdə,

buna 


etiraz 

edənlər 


isə 

həbsxanada

çürüməkdədirlər. Uyğurlar hər şeyi gözə alaraq

zülmə qarşı müqavimət göstərsələr də, ailələri

və uşaqları çinlilərin əlində girov olduğundan

bu  müqavimət  zəifləməkdədir…  Təəssüf  ki,

bütün dünya uyğurların faciəsinə və əzilib yox

edilməsinə seyrçi qalır».

Doğu Türküstan

Özünü axtaran adam

B

B



ir şirkət işçisi psixoloqa müraciət

edir:  “Özümü  axtarıram,  xahiş

edirəm mənə kömək edin”. 

Həkim  ondan:  “Özünüzü  tapdıqda

qarşınızda necə adamı görmək istəyərdiniz?”

–  deyə  soruşur.  O  isə  belə  cavab  verir:

“Qarşımda  görəcəyim  adam  istəyirəm  ki,

müdirim  kimi  uğurlu  biznesmen,  hamı

tərəfindən sevilən, çoxlu pulu olan, dünyanın

bir  çox  ölkəsini  gəzmiş  olsun...”  Həkim

onun  sözlərini  yarıda  kəsir:  “Bağışlayın,

onda  siz  özünüzü  deyil,  müdirinizi  ax-

tarırsınız”.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə