İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

32

DEKABR. 2012. № 13



www.uluturk.info

yaxud idarə tərzimizi dəyişmək üçün çalışmaqdır.

Bunlar bizim düşmənlərimizdir».

Bütün  bunları  gözə  alaraq  sonralar  böyük

Türkçü  M.Ə.Rəsulzadə  yazırdı  ki,  ümumilikdə,

Nəsib bəy xalqçı, idealist, millətpərvər, demokrat və

liberal bir şəxsiyyət olmuşdu: «O, milli Azərbaycan

demokratiyasının  yetişdirdiyi  ən  tipik  müməs-

silərindən biridir. Elə bir müməssil ki, milli Azər-

baycan hərəkatının istiqlala müncər olan qayəsini

formulə etmək onun ismi ilə mərbutdur».

Fikrimizcə, M.Ə.Rəsulzadənin silahdaşı, məs-

ləkdaşı Nəsib bəy haqqında dedikləri o qədər doğru,

dürüst və səmimidir ki, bu deyilənlərə əlavə bir söz

demək  çox  çətindir.  Rəsulzadənin  Yusifbəyli  ilə

bağlı dediklərində diqqəti çəkən məqamlardan biri

də, Nəsib bəyi milli Azərbaycan ideyasının müəllifi

kimi göstərməsidir. Bu onun göstəricidir ki, Rə-

sulzadə memarı olduğu Azərbaycan Cümhuriyyəti

ideyasında Nəsib bəyin rolunu daha üstün verməklə

öz ləyaqətinin ucalığını ifadə etmişdir. Başqa sözlə,

Rəsulzadənin bu fikirlərindən belə nəticə çıxarmaq

olar ki, milli və müstəqil Azərbaycan ideyasının

mənəvi-ideoloji müəllifi Rəsulzadə, siyasi-praktiki

hədəfçisi isə Nəsib bəy olmuşdur. Nəsib bəy Rə-

sulzadənin  nəzəri  şəkildə  irəli  sürdüyü  milli  və

müstəqil Azərbaycan ideyasını siyasi bir tələb kimi

ifadə etmişdir. Deməli, Azərbaycan Cümhriyyəti iki

böyük liderin nəzəri-ideoloji və siyasi praktiki əməl-

lərinin nəticəsidir. Bu mənada bu iki böyük Azər-

baycan  Türkünün  Azərbaycan  Cümhuriyyətinin

yaranması və inkişafında göstərdiyi xidmətlər mis-

ilsizdir.

Çox təəssüflər olsun ki, N.Yusifbəyli Azərbay-

can Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal

edildikdən qısa bir müddətdən sonra (1920-ci ilin

iyun-iyul  aylarında)  naməlum  şəkildə  şəhid  ol-

muşdu. Burada onun hansı şəkildə şəhid olması ilə

bağlı  geniş  müzakirə  açmadan  yalnız  onu  qeyd

etmək istərdik ki, bütün hallarda Nəsib bəy Yusif-

bəyli  Azərbaycan-Türk  millətinin,  Azərbaycan

Cümhuriyyətinin böyük şəhid oğullarından biridir.

O, yalnız Azərbaycan Cümhuriyyətinin baş naziri

kimi deyil, milli Azərbaycanın siyasi istiqlalının ilk

müəlliflərindən  biri  və  şəhid  oğlu  olaraq  sonsuz

sevgiyə və hörmətə layiqdir.

Bu mənada hesab edirik ki, Nəsib bəy Yusifbəyli

bu gün Azərbaycanın ən böyük şəhərlərində (Bakı,

Gəncə və b.) və həmin şəhərlərin ən görkəmli yer-

lərində abidəsi ucaldılmalı olan ən layiqli dövlət

xadimlərindən, mütəfəkkirlərindən biridir. Ən azı

ona görə ki, o bugünkü Azərbaycan Respublikasının

(Cümhuriyyətinin)  müstəqilliyi  uğrunda  şəhid

olmuş baş nazirdir. Bu gün torpaqları rus-erməni

hərbi birləşmələri tərəfindən işğal altında olan bir

dövlət və millət üçün Nəsib bəy Yusifbəyli örnəyini

öyrənmək  və  tanımaq  son  dərəcə  zəruridir.  Hər

halda Azərbaycan xalqı bilməlidir ki, onun milli

varlığı və müstəqilliyi uğrunda şəhid olan Nəsib

bəy Yusifbəyli kimi baş nazir də olmuşdur!!!

Faiq Ələkbərov (Qəzənfəroğlu)

Həyatın güzgüsü...

Bir  gün  ata  oğlu  ilə  meşədə  gəzintiyə

çixmışdı.Birdən oğlanın ayağı ilişib yıxılır və

«OFF»  deyə  qışqırır.  Qarşıdakı  dağın

zirvəsindən  «OFF»  səsi  eşidən  uşaq  təəc-

cüblənir. «Sən kimsən?» deyə qışqırır. Aldığı

cavab sən kimsən olur. Qəzəblənən oğlan «Sən

bir qorxaqsan » deyə yenidən qışqırır. Dağın

cavabı  oğlanın  sözləri  ilə  eyni  olur.  Nə  baş

verdiyini anlamayan uşaq atasından bunun nə

olduğunu  soruşur.Atası  "Oğlum  dinlə  və

öyrən» söyləyir. O dağa tərəf çevrilib, «sənə

heyranam,  sən  möhtəşəmsən»  deyə  qışqırır.

Dağdan  gələn  səs  təbii  ki,  atanın  sözləri  ilə

eyni olur. Oğlan nə baş verdiyini yenə də an-

lamamışdı. Ata oğluna izah edir: «Oğlum, in-

sanlar buna əks-səda deyirlər. Əslində isə bu

həyatın özüdür. Həyat daima sənə sənin ona

verdiklərini  verir.  O,  davranışlarımızın  ay-

nasıdır. Daha çox sevgi istədiyin zaman daha

çox sev. Daha çox qayğı gözlədiyin zaman,

daha çox qayğı göstər. Hörmət istəyirsənsə, in-

sanlara daha çox hörmət et. İnsanların səbirli

olmasını istəyirsənsə, o zaman sən daha səbirli

olmağı  öyrən.  Bu  qayda  həyatımızın  bir

parçasıdır və hər kəs üçün gərəklidir. Həyat bir

təsadüf deyil, etdiklərimizin aynadakı əksidir.»



33

DEKABR. 2012. № 13



www.uluturk.info

Hürrəmilər dövlətinin mövcudluğu ilə bağlı bir

sıra suallar

Babəkin hökmdar olması fikrini dəstəkləyən

tədqiqatçılar adətən əks fikirdə olanların belə bir

sualı ilə üzləşirlər – Babək müstəqil bir dövlətin

hökmdarı olubsa, niyə 22 il ərzində öz adına pul

sikkəsi buraxdırmayıb? Doğrudan da, ilk baxışda

məntiqli və maraqlı sualdır. Lakin bu sualın cav-

abını verərkən ilk növbədə onu qeyd etmək lazım

gəlir ki, Babəkin əsas fəaliyyət məkanı olan İran

ərazisində  arxeoloji  qazıntılar  aparmaq  uzun

müddətdir  ki,  müşkülə  çevrilib.  Belə  olduğu

halda,  heç  kim  əminliklə  deyə  bilməz  ki,

Babəkin bir hökmdar kimi pul sikkəsi yox idi.

Faktı  bu  cür  söyləmək  lazımdır  ki,  müxtəlif

maneə və əngəllər ucbatından Güney Azərbay-

can  ərazilərində,  ələlxüsus,  Bəzz  nahiyəsində

arxeoloji  qazıntılar  aparmaq  mümkün  ol-

madığına görə bu günədək Babək Hürrəminin

adına  kəsilmiş  hər  hansı  pul  sikkəsi  hələ  ki

aşkara çıxarılmamışdır. Digər tərəfdən, Babəkin

öz adına pul sikkəsinin olmamasını da izah edə

biləcək  üç  ciddi  səbəbi  görməzlikdən  gəlmək

olmaz, bu səbəblərə toxunmaq lazımdır:

1. Babəkin vətən torpağını işğaldan qorumaq

məqsədilə apardığı bitib-tükənməyən savaşlar,

onun xalq ordusu üçün silah əldə etmək, lokal

xarakterli gündəlik çatışma və vuruşların baş ver-

məsi, hətta Babək istəsəydi belə, onun pul sikkəsi

buraxdırmasına çətin ki imkan verəydi. Təkcə

Afşin Hidr ibn Kavus və onun çoxsaylı qoşun

sərkərdələri ilə ayrı-ayrılıqda aparılan gündəlik

savaşlar  iki  il  yarımdan  artıq  çəkib.  Bundan

əvvəlki xilafət sərkərdələri ilə də eyni dərəcədə

gərgin savaşlar yaşanıb. Bu cür gərgin bir du-

rumda olan hər hansı bir hökmdarın pul sikkəsi

buraxdırması  müşkül  işdir,  ən  azı  böyük  xərc

çəkilərək kəsdirilən sikkələrin həmin hökmdarın

hökmünün işlədiyi bütün ərazilərdə dövriyyəyə

buraxılması  qədər  çətin,  hətta  bəlkə  qeyri-

mümkün bir işdir. Bu qədər çoxsaylı işğalçı or-

duların cavabını verə bilmək üçün külli miqdarda

silah  düzəldilməsi  lazım  gəldiyi  bir  halda,

Babəkin öz adına sikkə buraxdırmaq üçün pul

ayırması ağlabatan görünmür.

2. Babəkin İslamın sufi yolunda olduğunu bir

çox  mənbələr  qeyd  edir,  sufilikdə  isə  insanın

şəxsi “mən”i arxa plana keçməlidir. Belə olduğu

halda, Babək niyə öz adına pul sikkəsi buraxdır-

malı idi ki?

3. İslam dünyasının hər yerində istifadə edilən

pul vahidi, ola bilər ki, Babək üçün də keçərli ol-

muşdur və Babək bu cür, necə deyərlər, ikinci

dərəcəli məsələyə diqqət ayırmağı artıq hesab et-

mişdir. 


HAŞİYƏ: bir müddət əvvəl Güney Azərbay-

canda üzərində Babəkin adı yazılmış olan pul

sikkələrinin  tapılması  xəbəri  yayıldı.  Ümid

etmək olar ki, yaxında bu dəyərli tarixi şəxsiyyə-

timizin pul sikkələrinin təsvirləri üzə çıxarılacaq

və  tarixçilərin  bu  məsələdə  əndişəsinə  də  son

qoyulacaq. 

Hürrəmilər dövlətini ilk Türk-müsəlman

dövləti kimi qəbul etmək olarmı?

Babəkin rəhbərliyi altında 816-cı ildən başla-

yaraq geniş vüsət almış Hürrəmilər hərəkatının

Bir daha Babəkin Türk-müsəlman 

hökmdarı olması barədə

(II yazı)



Ceyhun Bayramlı*

* “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə