İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

30

DEKABR. 2012. № 13



www.uluturk.info

Azərbaycan  Türkçülüyü  ideyasının  yaran-

masında və formalaşmasında ən mühüm xidmətlər

Məhəmməd Əmin Rəsulzadədən sonra Nəsib bəy

Yusifbəyliyə məxsusdur. Çünki, bu iki böyük ide-

alist, millətpərvər və demokrat milli və müstəqil

Azərbaycan  ideyasının  əsas  müəllifləridir.

Doğrudur,  bu  məsələ  ilə  həm  nəzəri,  həm  də

təcrübi  baxımdan  M.Ə.Rəsulzadə  daha  çox

uğraşmış, daha böyük mənəvi-ideoloji və siyasi-

fəlsəfi  irs  qoyub  getmişdir.  Xüsusilə,  M.Ə.Rə-

sulzadənin  mənəvi-ideoloji  irsi  ilə  müqayisədə

N.Yusifbəylinin  bu  sahədə  zəngin  bir  irsindən

danışmaq mümkün deyildir.

Bütün bunlara baxmayaraq, Nəsib bəy Yusif-

bəylinin milli və müstəqil Azərbaycan ideyasının

müəlliflərindən biri olması da danılmazdır. Öncə

qeyd  edək  ki,  Nəsib  bəy  də  M.Ə.Rəsulzadə,

Ü.Hacıbəyli və başqa bir çox tanınmış ziyalılarımz

kimi, ilk dövrlərdə maarifçliklə uğraşmış və daha

çox solçulara (sosial-demokratlara) meyil göstər-

mişdir. Onun ilk qələm təcrübələrindən olan «Təs-

lim» hekayəsinin məzmununda da Türk millətinin

maariflənməsi, başqa millətlər kimi inkişaf etməsi

və s. məsələlər təşkil etmişdi. O qeyd edirdi ki,

başqa millətlərin dili zəngin, əlifbaları mükəmməl,

qrammatikaları müəyyən olub, dövlət məktəblərin

tərəqqisinə, maarifə nəzarətə çalışdığı halda müsəl-

man-Türk xalqlarında vəziyyət əksinədir. O yazır:

«Zavalı  bizlər!  Bu  vəzifələrin  həpsini  öz

öhdəmizdə bulunduruyoruz… Bu mədrəsədə, bu

müqəddəs binada xidmət etmək üçün yalnız müəl-

lim olmaq kafi deyildir, fədakar olmaq lazımdır».

N.Yusifbəyli hesab edirdi ki, xalqın nicatına nail

olmaq  üçün,  artıq  millətin  övladlarına

mühafizəkar,  dindar  ruhanilər  deyil,  millətini,

vətənini  sevən,  eyni  zamanda  tərəqqipərvər

dünyagörüşlü müəllimlər dərs verməlidir. Yalnız

bu halda millətdə milli amal, milli mədəniyyəti,

milli tərbiyə və s. yarana bilər.

Bütün bunlarla yanaşı, o, ilk dövrlərdə sosial-

demokratların bütün millətlərin bərabər hüquq və

azadlıqlara malik olması ilə bağlı ideyalarına da

müəyyən qədər meyil göstərmişdi.  Belə ki, Nəsib

bəy Odessda tələbə olarkən (1902-1906) və «Tər-

cüman»da çalışdığı ilk illərdə (1906-1907) siyasi

cərəyanlar  arasından  sosial-demokratlara  meyil

göstərmişdir. Hətta Yusifbəyli 1906-1907-ci illərdə

«Tərcüman»da yazdığı məqalələrdə Bakıda nəşr

olunan «İrşad» və b. milli-dini yönlü qəzetlərdə

sosial-demokratizmdən 

və 


onların 

nü-


mayəndələrindən (Marks, Plexanov, Jores, Bebel

və b.) bəhs olunmasını təqdir etmişdi. Xüsusilə, o,

«İrşad» da N.Nərimanovun sosial-demokratlarla

bağlı məqaləsini şərh etmiş, müəyyən dərəcə də

onun fikirləri ilə razılaşdığını ifadə etmişdi. Onun

fikrincə, yalnız sosial-demokrat cərəyanı dövrünün

başqa şovinist «pan»izmlərindən fərqlənir və yal-

nız  ona  ləkə  yaxmaq  doğru  deyildir:

«Panslaviyanizm, panxristianizm, panermənizm,

panyəhudizm və qeyri panizmlər ancaq qarnı tox

ağaların  xam  xəyallarıdır  və  füqarayi-kasibəyə

böylə böhtan atmaq pəva deyil!.. Doğrudur, Yer

üzünün cəmi ictimaiyyun ammiyyunların (sosial-

demokrat larının) da bir «panizmi» var, ona dəxi

panxristianizm deməzlər, bunu adı «panfüqarayi-

kasibizm»dir».

N.Yusifbəyli  ilk  dövrlərdə,  sosial-demokra-

tizmə meyilli bir şəxs kimi hesab edirdi ki, çar

Rusiyası Avropa ölkələrindən fərqli olaraq baş ver-

miş inqilabdan düzgün nəticə çıxarmır: «Avropada

təcrübə və timsali olub keçmiş inqilab və hərəkat-

lardan Rusiya dövləti ibrət almaq gərək idi. Qay-

nayıb  axan  bir  suyun  önünü  kəsmək  mümkün

olmadığı  kimi  oyanmış,  qəlyanə  gəlmiş  xalqın

hüquq və vəzifəsini anlamış camaatın da önündə

durub toxtatmaq mümkün olamayacağını düşün-



Milli Azərbaycan ideyasının siyasi

müəllifi: Nəsib bəy Yusifbəyli

Faiq Ələkbərov (Qəzənfəroğlu)


31

DEKABR. 2012. № 13



www.uluturk.info

mək və bilmək gərək idi». Çar Rusiyasının inqil-

abın önünü kəsmək üçün müxtəlif hiylələrə əl at-

dığını  qeyd  edən  Yusifbəyli  yazır  ki,  artıq  bu

hiylələr baş tutmayacaq. Onun fikrinə görə, çar

Rusiyasının qarşısında iki yol var: ya qəsb olun-

muş hüquqların hamısını qaytarmaq, ya da əvvəlki

istibdad yolu ilə davam etmək.

Ancaq  çox  keçmir  ki,  N.Yusifbəyli  sosial-

demokrat təlimindən uzaqlaşaraq Türkçülük, daha

sonra onun bir qolu olan Azərbaycan Türkçülüyü

uğrunda  uğraşmışdı.  Nəsi  bəy  də  Türkçülük

ideyasının yaranmasında və formalaşmasında isə

ilk  olaraq,  böyük  Türkçülərdən  İsmayıl  bəy

Qaspıralının mühüm rolu olmuşdu. Ancaq Yusif-

bəyli də Türkçülük məfkurəpsinin yaranmasında

1908-1909-cu illərdə Türkiyədə yaşaması və bu-

rada  «Türk  dərnəyi»  üzvləri  ilə  birgə  apardığı

mübarizə mühüm rol oynamışdır.

1910-cu illərdən etibarən əsasən, Azərbaycanda

(Gəncədə)  yaşayan  N.Yusifbəyli  etnik-milli

Türkçülüyün əsas dava adamlarından biri olmuşdu.

Məhz bunun nəticəsidir ki, 1917-ci ilin martında

yaranan  «Türk  ədəmi-mərkəziyyət»  partiysının

lideri kimi N.Yusifbəyli Rusiyanı federativ şəkildə

görmış, bu federasiya çərçivəsində isə Azərbay-

canın muxtariyyətini tələb etmişdir. Bu faktordan

çıxış edərək M.Ə.Rəsulzadə mühacirət dövründə

(1920-1930-cu  illərdə,  Türkiyədə)  yazırdı  ki,

N.Yusifbəylinin Azərbaycan istiqlalı hərəkatındakı

rolu yalnız maarif naziri və baş nazir olmaqla ki-

fayətlənməmişdir: «Onun hərəkatdakı həqiqi rolu

sonra tutduğu bu rəsmi  mövqelərdən çox əvvəl

başlamışdır. Bu rol onun Gəncədə 1917-də «Türk

ədəmi  mərkəziyyət  xalq  firqəsi»  namıyla  təsis

edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəb-

büs etməsiylə başlayır. Azərbaycan ideyasını siyasi

bir tələb maddəsi şəklində formulə etmək şərəfi

mərhum  Nəsib  bəyindir».  M.Ə.Rəsulzadə  daha

sonra qeyd edir ki, əslində Azərbaycan-Türk milli

ideyası onların tanışlığının ilk illərindən (1914-

1915-ci  illər)  hər  ikisində  yaranmışdı:  «Bu

dostluğu bu qədər mətin bağlarla bir görüşmədə

bağlayan  şey,  şübhəsiz,  müştərək  bir  qayə,

müştərək bir ruh daşıdığımızı mütəqabilən kəşf

edişimiz  idi.  Bu  ruhi-müştərək  Gəncədə  Nəsib

bəyə siyasi bir firqə maddəsinin yazılmasını təlqin

etdiyi bir zamanlarda, mənə də Bakıda «Açıq söz»

qəzetəsinə eyni tezisi müdafiə edən bir baş məqalə

yazdırmışdı».

Qeyd edək ki, Nəsib bəy 1917-ci il aprelində

Bakıda keçirilən Qafqaz Müsəlmanlarının 1-ci qu-

rultayında  «kim  dava  edə  bilər  ki,  biz  kəndini

(özünü - F.Ə.) idarəyə səlahiyyətdar bir millət dey-

ilik!» demişdir. Beləliklə, Rəsulzadənin də yazdığı

kimi, o, bu qurultayda milliyyətçilik (Azərbaycan

Türkçülüyü),  Türkçülük,  xalqçılıq  və  mod-

ernələşmə (yeniləşmə) prinsiplərini müdafiə et-

mişdi.  Hətta,  bununla  kifayətlənməyərək  eyni

prinsiplərlə çıxış edən iki partiyanın birləşməsinə

təşəbbüs  göstərmiş  və  həmən  bunun  tətbiqini

istəmişdi. Rəsulzadə yazır: «Bir tərəfdən Nəsib

bəy,  digər  tərəfdən  də  M.Ə.Rəsulzadə  ilə

A.Kazımzadə tərəfindən təmsil olunan Gəncə və

Bakı  milliyyətçi  Azərbaycan  istiqlalçılıq

hərkatında çox mühüm əsərləri sonradan meydana

çıxan bu ittihadın hüsulunda Nəsib bəyin zəka və

səmimiyyətinin qəti rol oynadığını burada təsbiq

etməliyəm».

Azərbaycan  Cümhuriyyətinin  qurulmasında

mühüm işlər görmüş Nəsib bəy bu dövrdə bir baş

nazir kimi bəyan edirdi ki, Azərbaycan Türklərinin

yeganə  ideyası  Azərbaycanın  milli  istiqlalıdır.

N.Yusifbəylinin fikrinə görə, bu dövrdə Azərbay-

can Türkçülüyü ideyasının tamamilə ziddinə olan

isə bolşevizm olmuşdur. «Bolşevizm bizim üçün

bir təhlükədir, bəlkə də daha böyük təhlükədir»

deyən, Nəsib bəy daha sonra qeyd edir: «Əgər bu

saat mənə desələr ki, səni tanıyıb və istiqalını təs-

diq edirəm, mən sabah burada bir bolşevik qoy-

maram.  Çünki  bolşeviklərin  təhlükəsini  biz  öz

istiqlalımız ilə ölçürük. Biz hürriyyəti-vicdan tərəf-

darıyıq».  N.Yusifbəylinin  bildirirdi  ki,  milli  is-

tiqlalçı kimi bütün qüvvələrə bir nəzər ilə baxır:

«Mənim  tutduğum  nə  bolşevik,  nə  də  menşe-

vikdlir.  Mən    yalnız  vətənimizin,  istiqalliyyə-

timizin  düşmənlərini  tuturam.  Onlar  öylə

adamlardır  ki,  hər  zaman  fikirləri  bizim

hüququmuza və istiqlalımıza təcavüz etməkdir və

Milli Azərbaycan ideyasının siyasi müəllifi: Nəsib bəy Yusifbəyli




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə