İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

26

DEKABR. 2012. № 13



www.uluturk.info

verənləri bilməkdən ibarət deyil. Tarixi təcrübədən

ibrət almaq lazımdır. Ermənilər Osmanlı dövlətinin ən

zəif  dövründə  beynəlxalq  imperializmin  tərəfindən

dövlətin parçalanması üçün istifadə etmişlər. O dövrdə

ermənilərin silahlı üsyanları, Türkləri Anadolunun hər

yerində ağlagəlməz işgəncələrlə öldürmələri, kənd-

kənd, məhəllə-məhəllə yox etmələri hər kəs tərəfindən

bilinən həqiqətdir. Bu gün üzə çıxarılan toplu müsəl-

man-Türk məzarları bu hadisələrə şahidlik edir. 

Hal hazırda gözlərimiz önündəki mənzərə Azər-

baycanın həm dövlət, həm də millət olaraq cox səy

göstərməsini, çalışmasını tələb edir. Azərbaycan dias-

poru ilə fəaliyyətdən məsul olan qurumların üzərinə

böyük  iş  düşür.  Uzun  illər  Türkiyədə  yaşayan  biri

olaraq diasporluq fəaliyyətləri ilə bağlı da bir neçə

məsələyə  toxunmaq  istrərdim.  Bu  gün  Türkiyədə

Azərbaycan  diasporunun  bir  hissəsi  tələbələrdən

ibarətdir. Bir hissəsi də dünən tələbə olmuş, bu gün biz-

imlə universitetlərdə və müxtəlif təşkilatlarda işləyən

azərbaycanlılardır. Azərbaycan diasporu olmasaydı,

Türk millətçilərinin səsi erməni lobbisinin səsini batır-

maq üçün yetərli olmayacaqdı. Lakin Qarabağla bağlı

yenə də əskik qalan nöqtələr var, cavab verilməsi lazım

gələn suallar var. Xüsusilə işğal prosesində yaşananlar,

problemin həllinin bu qədər uzadılması, alternativ yol-

lardan  istifadə  edilib-edilməyəcəyi  və  s.  kimi

məsələlərdə Türkiyə ictimaiyyətinə doğru, məntiqli və

realist informasiya çatdırılmalıdır. [4]  

Digər bir məsələ. Bu gün Türkiyədə bir çox ölkənin

mədəniyyət mərkəzi fəaliyyət göstərir. Sadəcə Amerika,

İngiltərə, Fransa kimi böyük dövlətlərin deyil, bir çox

ərəb ölkələrinin və İranın da mədəniyyət mərkəzləri

fəaliyyət göstərir. Bu mərkəzlər öz ölkələrinin tarixi,

dili, mədəniyyəti və ictimai əlaqələri sahəsində müxtəlif

tədbirlər,  daimi  və  müvəqqəti  kurslar  təşkil  edir.

Ölkələrinin bayramlarını və təntənəli günlərini qeyd

edirlər. Təəssüf ki, bu günə qədər  Türkiyədə Azərbay-

can Mədəniyyət Mərkəzi təsis edilməmişdir. Halbuki,

buna ən çox imkanı, sosial bazası və hüququ olan dövlət

Azərbaycandır.  Ermənilərin  onlarla  vəqfi,  xeyriyyə

fondu, sadəcə Ermənistanın mənafeləri çərçivəsində

nəşrlər buraxan yayın evləri, qəzetlər olduğu halda,

biz Türkiyədə bunların heç birinə sahib deyilik. Bu

problemin həlli istiqamətində lazımi addımların atıl-

masının vaxtı çoxdan çatmışdır. Bu gün Türkiyədə

Azərbaycan  mədəni  dəyərlərinin  inventarizasiya

aparılmalı, kataloqları hazırlanmalı, hüquqi müdafiə

vasitələrinə müraciət edilməlidir. Bunları etmədiyimiz

müddətcə  ermənilər  hələ  də  mədəni  dəyərlərimizi

qəsb etməyə davam edəcəklər. 

Mənbələr:

1. Alevilik Şah İsmail'in tarikatıydı!,

http://www.haberturk.com/polemik/haber/597711-

alevilik-sah-ismailin-tarikatiydi

2. Çırpınırdı Karadeniz' de soğuk duş,

http://www.samanyoluhaber.com/h_215664_.html.

21.Kasım.2008.

3. Çırpınırdı Karadeniz Şarkısı Ermeni Orjinli

Çıktı, http://www.haberpan.com/cirpinirdi-karad-

eniz-sarkisi-ermeni-orjinli-cikti/

4. Gözde Kılıç, "Xocalı soyqırımını törədən-

lərin cəzalandırılmasına nail olmaq məcburiy-

yətindəyik", http://www.ayna.az/2011-02-26/

siyaset/ 5231-GozdeKlic-Xocaly-soyqirim/print

5. Lena Umay, Şah İsmail Aslında  Kürt”tü,

http://www.odatv.com/n.php?n=sah-ismail-bili-

nenin-aksine-kurtdu--1612091200, 16.12.2009.

6. Lena Umay, Şah İsmail Türkmenlere Nasıl

Davranmıştı, http://www.odatv.com/n.php?n=lena-

umay-3112091200

7. Perihan Özcan, İki Şarkı İki Öykü: Çırpınırdı

Memleketim, http://www.yeniaktuel.com.

tr/top101,176@2100.html

8. Soykırım İddiasına Filmli Cevap, Milliyet, 2

Mayıs 2001.

9. Ülkücüler şarkıyı yanlış biliyor, yanlış

söylüyor, http://webarsiv.hurriyet.com.

tr/2000/11/21/262962.asp, Hürriyet, 21 noyabr

2000.

10. Ülkücülere Çırpınırdı Karadeniz Şoku,



http://www.habervitrini.com/haber.asp?id=372933.

21 noyabr 2008.

11. Xocalı soyqırımının ildönümündə

Türkiyənin dövlət kanalı niyə "ermənilərlə

dostluğu" təbliğ edən veriliş yayımladı?

http://www.milli.az/print/news/politics/39020.html,

28 fevral 201.

12. Yunus Zeyrek, Ahıska Araştırmaları, Ankara

2006, s. 225-235.

13. Yunus Zeyrek, Bu Dosyayı Kaldırıyorum-

Ermeni Meselesi, Ankara 2011, 2. Bsk., s. 229-243.

Ələsgər Ələsgərli




27

DEKABR. 2012. № 13



www.uluturk.info

İslam dininin ilkin çağırışlarından biri insan-

ları cəhalətdən qurtulub düşünməyə, təfəkkür et-

məyə,  elmə  yiyələnməyə  dəvət  etmək  olub.

Məhz  əql,  elm  və  düşüncə  üzərində  qurulan

dünyagörüşü və bu dünyagörüşü üzərində quru-

lan həyat tərzi insanı çaşqınlıqlardan qoruya və

onun sağlam həyat tərzinə zamin ola bilər. Elmə

yiyələnmək, biliklər əldə etmək, düşünüb-daşın-

maq  çağırışı  həm  “Qurani-Kərim”in  bir  çox

ayələrində buyurulur, həm də sevimli peyğəm-

bərimiz  Həzrət  Məhəmmədin  (s.ə.s.)  hədis-

lərində nəql edilir.

Cəhalətdən qurtuluşun yolu məhz düşünmək,

əql  işlətmək,  oxumaq,  öyrənmək,  bilməkdən

keçir. Rəbbimiz “Quran”da buyurur: “…Məgər

əqlinizi işlətmirsinizmi?” (surə 21, ayə 10). Bu

ayədə insan düşünməyə, əql işlətməyə çağırılır.

Təsadüfi deyil ki, “Quran”ın ilk nazil olan ayəsi,

ilk sözü də elə “oxu!” olub.

İslam  dini  elmi  insan  fəaliyyətinin  aparıcı

stimulu  kimi  təqdim  edib.  Sevimli  peyğəm-

bərimiz  Həzrət  Məhəmməd  (s.ə.s.)  buyurur:

“Kim  elm  axtarmaq  yolu  ilə  getsə, Allah  onu

cənnətə aparar. Həqiqətən mələklər qanadlarını

elm əhlindən razılıq əlaməti olaraq yerə sərərlər.

Doğrudan da göy və yerdə olan hər bir şey elm

axtarışında  olan  kəsin  günahlarının  bağışlan-

masını istəyər, hətta dənizdə olan balıqlar belə.

Alimin abiddən üstünlüyü on dördüncü gecədə

ayın ulduzlardan üstünlüyü kimidir. Həqiqətən

alimlər  peyğəmbərlərin  varisləridirlər.  Çünki

peyğəmbərlər dinar, dirhəm irs qoymurlar, on-

ların irsi elmdir. Kim ondan bəhrələnərsə, çoxlu

nəsib əldə etmiş olar” (Üsuli-Kafi, c. 1, s.95-96).

Həzrət Peyğəmbər (s.ə.s.) başqa bir hədisdə

buyurur: “Elm axtarışında olmaq hər bir müsəl-

mana vacibdir. Həqiqətən Allah elm axtaranları

sevir” (Üsuli-Kafi, c.1, s.83).

İmam  Baqir  (ə)  buyurur:  “Elmindən

bəhrələnən  alim  yetmiş  min  abiddən  daha

üstündür” (Üsuli-Kafi, c.1, s.91).

İmam Sadiq (ə) buyurur: “Səhəri üç nəfərdən

biri olaraq aç: alim, elm öyrənən və elm əhlini

sevən. Bunlardan başqa bir kəs olma ki, onları

sevməmək  nəticəsində  həlak  olarsan.  Elm  və

etiqad vəhdətdə əvəzolunmaz işlər törədə bilər”

(Üsuli-Kafi, c.1, s.95).



Tarixə səyahət

Tarixə nəzər saldıqda dinimizin elmə və maar-

ifçiliyə  nə  qədər  əhəmiyyət  verdiyinin  şahidi

olarıq. Hələ İslam dininin yeni zühur etdiyi və

təqib edildiyi vaxtlarda müsəlmanlar Mədinəyə

hicrət edib və orada ilk gördükləri işlərdən biri

təhsil ocağı açmaq olub. Avropada kitabxanaları

barmaqla saymaq mümkün olan vaxtlarda Bağ-

dadda xəlifə əl-Məmunun yaratdığı “Müdriklər

evi” kitabxanasında müxtəlif mövzulara dair 4

milyon kitab vardı. O dövrdə müsəlman alimləri

ilahiyyat, fəlsəfə, ədəbiyyat, kəlam kimi elm-

lərlə yanaşı riyaziyyat, astronomiya, fizika, tibb

və  digər  təbiət  elmlərinə  mükəmməl  şəkildə

yiyələnir, bu elmlərin inkişafına öz töhfələrini

bəxş edirdilər.

Lakin  bununla  belə,  gözümüz  önündə  olan

belə  bir  faktla  üzləşməkdəyik  ki,  çağdaş  zə-

manəmizin bir çox elmi və texniki nailiyyətləri

bilavasitə  Qərb  alimlərinin  adıyla  bağlıdır.

Günümüzdə bu bir gerçəklik olaraq qəbul edilir.

Lakin elmin inkişafı tarixindən bu da məlumdur

ki, Qərbdə renessans dövründən sonra inkişafa

qədəm qoyan Avropa ölkələrinin elmi bazaları,



Cəhalətdən qurtuluş

Elşən Mustafaoğlu

*

* “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, fəlsəfə doktoru, ilahiyyatçı




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə