İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

28

DEKABR. 2012. № 13



www.uluturk.info

mənbələri əsas etibarilə müsəlman Şərqinin orta

əsrlərdə  əldə  etmiş  nailiyyətləri  olub.  İslam

mədəni  bölgəsi  həmin  dövrlərdə  elm  və

mədəniyyət  sahəsində  aparıcı  rol  oynayırdı.

Müsəlman alimlərinin təbiətşünaslıq, xüsusən

kimya sahəsində mühüm kəşfləri, ixtiraları olub.

Onlar  gümüş,  nitrat,  sulfat  turşusu  və  s.  bir-

ləşmələri hazırlayıb, naşatır spirti, sülema, spirt

(əl-kuhul),  potaş  (əl-qiyl),  bura  (əl-bura)  və

digər maddələri tapıb, bir sıra kimyəvi proses-

lərin ilk izahını veriblər.

Kimya sahəsində müsəlman alimlərinin elmi

əsərləri uzun zamanlar Avropa dillərinə tərcümə

edilərək mənbə əsərlər kimi geniş istifadə edilib.

İmam Cəfər Sadiqin (ə) tələbələrindən olan .

Müsəlman  alimləri  bir  çox  başqa  elmi

sahələrdə də aparıcı rola malik olublar. Belə ki,

Məhəmməd  Xarəzmi  (IX  əsr)  cəbr  (əl-cəbr)

elminin əsasını qoyub, Bəttani, Ömər Xəyyam,

Nəsirəddin Tusi və bir sıra digər görkəmli alim-

lər riyaziyyat və təbiət elmlərini zənginləşdiri-

blər.

Yerin Günəş ətrafında hərəkət etdiyini Əbu



Reyhan Biruni (X-XI əsr) Kopernikdən 500 il

əvvəl bildirib. Əl-Uqlidisi adlı riyaziyyatçı alim

950-ci ildə yazdığı bir əsərində onluq kəsr təlim-

lərinin əsaslarını verəndən 635 il sonra holland

riyaziyyatçısı  Stevin  (1548-1620)  onluq  kəsri

elmə gətirib.

Avropada Alhazen kimi məşhur olan İbn əl-

Heysəm (965-1037) dördüncü qüvvənin tənlik-

lərinin həlli üsullarını göstərib. Bu məsələ ilə 5

əsr yarım sonra italyan riyaziyyatçısı Kardano

(1501-1576) maraqlanıb.

İlk coğrafi qlobusu Marağa Rəsədxanasının

mühəndisi  Kəriməddin  Səlmasi  1266-cı  ildə

hazırlayıb - alman alimi Martin Bahayından 226

il əvvəl.

Tədqiqatlar göstərir ki, Nyutonun korpuskul-

yar  nəzəriyyəsini,  həmçinin  Harveyin  qan

dövranı nəzəriyyəsini onlardan 100-200 il öncə

müsəlman alimləri işləyib hazırlayıb.

Bu nailiyyətlər əqli elmlərdə - məntiq və fəl-

səfədə də özünü göstərib.

Günümüzün reallığı

Lakin  təəssüflər  olsun  ki,  son  əsrlərdə

həqiqi İslami dəyərlərin cəmiyyətdə zəifləməsi

ilə  müsəlman  Şərqində  elm  də  tənəzzülə

uğrayıb. Buna paralel olaraq Avropasentrizm

həyatın  bütün  sahələrində,  xüsusilə  elmdə

özünə  yer  alıb.  Renessansla  inkişafa  qədəm

qoymuş Avropa  zaman-zaman  İslam  mədəni

bölgəsini elm sahəsində qabaqlayıb, öz yeni

elmi  və  texniki  nailiyyətləri  ilə  ikinciləri

geridə qoyub.

Bununla  belə,  qeyd  etmək  lazımdır  ki,

Qərbin  elmi  və  texniki  tərəqqiyə  baxışları

İslam  dünyagörüşünün  elmə  baxışlarından

müəyyən  mənada  fərqlənməkdədir.  Hər  bir

insan  gələcəyi  haqqında  düşünərkən  elmi-

texniki tərəqqiyə böyük ümidlər bəsləyir. Lakin

Qərb dünyagörüşündə elmin qarşısına qoyduğu

məqsədlər mənəvi çalarlardan xalidir və yalnız

maddi  xarakter  daşıyır.  Burada  mənəvi  me-

yarlar, ümumiyyətlə heç bir məna kəsb etmir.

İslam  nöqteyi-nəzərindən  isə  elm  və

texnikadan yalnız yüksək bəşəri ideallara çat-

maq, insanların rifahını təmin etmək, çətinlik-

lərini  həll  etmək,  təbiət  və  cəmiyyətin

xidmətində  durmaq  üçün  istifadə  edilməsi

labüd  sayılır  ki,  bunların  da  məğzini  məhz

mənəviyyat meyarı təşkil edir.



Elmin maddi və mənəvi çalarları

İslam  dünyagörüşündə  cəmiyyətin  inkişafı

təkcə elmlə yox, həm də mənəvi-əxlaqi dəyər-

lər,  bəşəriyyətin  min  illər  boyu  formalaşmış

mədəni  idealları,  humanist  fəlsəfi  fikirləri,

nəhayət,  onun  ən  ali  meyar  və  metodu  olan

mənəviyyat prinsipi ilə bağlıdır. İslam əslində

bütün  bunların  vəhdəti,  insanın  intellektual,

emosional  və  mənəvi-əxlaqi  inkişaf  is-

tiqamətlərinin  birləşdiyi  zirvədir.  Bu  zirvəyə

doğru yüksələn insanın məqsədi onu fəth edərək

kamilliyə  yetişib  səadət  əldə  etməsidir.  Bu

cəhətdən  kamilliyə  yetişmək  üçün  mühüm

şərtlərdən biri isə məhz elmin insanlığa xidmət

etməsi,  onun  insanın  mənəvi  ideallarına  tabe

Elşən Mustafaoğlu




29

DEKABR. 2012. № 13



www.uluturk.info

edilməsidir. İslam insanlığın ülvi dəyərləri ilə

uzlaşmayan  elmi  qəbul  etmir.  İslamın  qəbul

edərək  zəruri,  vacib  saydığı  və  insanları  ona

yiyələnməyə,  ona  sarılmağa,  ondan  bəhrələn-

məyə  səslədiyi  elm  məhz  bəşəriyyətin  ülvi

məqsədlərinə  xidmət  edən  və  onu  kamilliyə

doğru istiqamətləndirən elmdir.



İnsanlığın xidmətində

Əsrimiz kosmos əsridir. Lakin kosmik raket

bizi o vaxt işıqlı sabaha apara bilər ki, onun

sükanında  mənəviyyat  və  insanlığın  keşiyini

çəkən təfəkkür dayanmış olsun. Belə olduqda

raket  süni  peyklərin  Yerin  orbitinə  çıxarıl-

masına, insanların neçə-neçə zəruri tələblərinin

ödənməsinə xidmət edəcək. Belə olmadıqda isə

o, ulduz müharibələrinə yol açan, bəşəriyyətin

məhvinə yönələn niyyətlərin quluna çevriləcək.

Əsrimiz atom əsridir. Hamı bilməlidir ki, bu

əsrdə mənəviyyata söykənən elmin neçə-neçə

evə işıq gətirən həyatverici tərəfi də var (atom

elektrik  stansiyaları),  Xirosima  və  Naqasaki

əhalisi kimi insanlığı əbədi zülmətə qərq edən

tərəfi də (atom bombası). 

Beləliklə,  İslam  dini  elmi  mənəviyyatsız,

alimi mənəvi keyfiyyətsiz təsəvvür etmir. Bu,

əslində hər bir qərəzsiz, vicdanlı insanın etiraf

edəcəyi bir həqiqətdir.



Acı etiraf

Mənəviyyatdan xali olan elmin bəşəriyyətə

vurduğu  ölçüyəgəlməz  zərbələrin  şahidi  olan

Rusiya  məktəblərindən  birinin  müdirinin

söylədikləri  buna  bariz  misaldır.  O,  yeni  işə

qəbul edilən müəllimlərə müraciət edərək deyir:

“Hörmətli  müəllim,  mən  alman  konslagerini

yaşamışam. Mənim gözlərim adi gözlərin gör-

məli olmadığı şeyləri görüb. Alim mühəndislərin

düzəltdiyi qaz kameraları, təcrübəli həkimlərin

zəhərlədiyi  uşaqlar,  klassifikasiyalı  tibb

bacılarının  öldürdüyü  körpələr,  ali  təhsil

ocaqları məzunlarının yandırıb güllələdiyi qadın

və uşaqlar. Ona görə də mən təhsilə inanmıram.

Xahiş  edirəm,  şagirdlərinizə  insan  olmağı

öyrədin.  Onları  insani  keyfiyyətləri  olmayan

məxluqatlara döndərməyin”.

Həqiqətən  də  mənəviyyatsız  elmin

bəşəriyyətə gətirdiyi bəlalar danılmazdır. Məhz

elm  və  texnikanın  inkişafı  ilə  kütləvi  qırğın

silahları meydana gəlib. Təkcə 20-ci əsrdə Qərb-

dən doğmuş iki dünya savaşı nəticəsində bəşər

tarixindəki müharibələrdə qətlə yetirilənlərdən

daha artıq, 10 milyonlarla insan məhv edilib -

təyyarələrin, raketlərin, bombaların, tankların,

top-tüfənglərin,  digər  müasir  silahların  “xid-

mətləri”,  yəni  elmi-texniki  nailiyyətlərin

mənəviyyatdan uzaq istifadəsi sayəsində.



Mənəviyyatla üzvi vəhdətdə

İslama görə, elm və texnika mahiyyət etibarilə

xidmət etdiyi məqsədlərə münasibətdə neytraldır

və buna görə də həm yaradıcı və qurucu, həm də

destruktiv və dağıdıcı məqsədlərə yönəldilə bilər.

O həm insanın özünü tapmasına, həm də özündən

uzaqlaşmasına xidmət etməyə qadirdir. Məhz bu

səbəbdən  də  İslam  bir  tərəfdən  mənəviyyatsı-

zlıqla  mübarizə  apardığı  kimi  elmsizliklə,

cəhalətlə  də  amansız  mübarizə  aparır,  digər

tərəfdən də mənəvi ruha söykənən, yaradıcı və

qurucu, insanlığa xidmət edən, insanlığın, bəşər

mənafelərinin  keşiyində  dayanan  və  ülvi

məqsədlərə yönələn elm və texnikanı dəstəkləyir,

insanları  ona  yiyələnməyə  təşviq  edir  və  bu

ruhda elmə yiyələnməyi hər bir müsəlman kişi

və qadına vacib buyurur!

Bu tələb İslamın başlıca tələblərindən və ülvi

prinsiplərindən  biridir.  Belə  ki,  İslama  görə,

kamilliyin bir qanadı mənəviyyat, digər qanadı

isə elmdir, bilikdir. Bunlar yalnız vəhdət halında

kamil insan yetişdirə bilər, onu səadətini təmin

edə bilər. Bu qanadlardan biri olmadan isə insan

kamillik ülviliyinə parvaz edə bilməz.

Allah-təalanın  buyurduğu  ayə  məhz  bu

həqiqəti  tərənnüm  etməkdədir:  “Heç  elmi

olanla elmi olmayan bir ola bilərmi?” (surə 39,

ayə 9). Əlbəttə, ola bilməz! Allah bizləri bilən-

lərdən, elm əhlindən qərar versin və elmimizi

saf mənəviyyatımızla vəhdətdə ülviliyə, kamil-

liyə,  səadətə  xidmət  edən  bir  vasitə  eləsin.

Amin!


Cəhalətdən qurtuluşa


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə