İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

24

DEKABR. 2012. № 13



www.uluturk.info

uzun mahnılardan sayılır. Uzun türkülər isə Türk

xalqlarının  folklorunun  önəmli  bir  hissəsi  hesab

edilir. Bəstələmə tərzinə görə, digər xalqların mah-

nılarından nəqarətin olmaması ilə fəqrlənir. Azərbay-

can  milli  musiqisi  Şərq  musiqisini  təcəssüm

etdirdiyindən, musiqinin ruhu Şərqə yaxındır.  Mah-

nının əsas melodiyası ilə sonrakı hissəsi arasındakı

fərq, Şur muğamıına xarakterik olan bir xüsusiyyət-

dir. Başqa sözlə, bu, Şur muğamının vizit kartıdır.

Cavanşir Quliyev bundan yola çıxaraq “Sarı gəlin”

bir Azərbaycan türküsü, yəni Türk xalqının musiqisi

olduğunu ifadə etmişdir. [9]   

Son dövrdə süni şəkildə mübahisə mövzusuna

çevrilən  musiqi  əsərlərindən  biri  də  “Çırpınırdı

Qaradəniz” mahnısıdır. Bəzən bir siyasət adamının,

tanınmış bir araşdırmaçının bilmədən işlətdiyi bir

ifadə  ictimai  fikirdə  öz  mənfi  təsirini    göstərir.

Ankarada bir restoranda işləyən erməni akkordionçu

Ohanes Baronyan Türkiyədə bu mahnını türk və er-

məni dillərində oxumuşdur. O dövrdə MHP sədrinin

müavini  olmuş  Şevket  Bülent  Yahnici  çox  mə-

suliyyətsiz  bir  açıqlama  vermiş,  bu  mahnının

musiqisinin  qədim  bir  erməni  türküsü  olduğunu

ifadə etmişdir. Özünü türk və Türklük ideallarına

həsr etmiş bir partiyanın sədr müavininin bilmədiyi

bir şey haqqında belə iddialı danışması çox təəssüf

doğurur.  Qulaqdan dolma, səhv, heç bir əsası ol-

mayan belə fikirlər təəssüf ki, qısa bir müddətə əks-

səda doğurur və Türkiyədə məşhur olan “ağzı olan

konuşuyor” zərb məsəlini əks etdirən bir mənzərə or-

taya çıxır. 

Şevket  Bülent Yahnici  isə  sanki  fikrində  israr

edərək  bu  mahnının  musiqisinin  erməni  musiqisi

olduğunu, sözlərin daha sonradan bu musiqi üzərinə

montaj edildiyini, mahnının Qara dəniz və Qafqazda

ləzgilər  tərəfindən  də  ifadə  edildiyini  demişdir.

Musiqiylə, tarixlə heç bir əlaqəsi olmayan bu adam

bilmədiyi şeylərdən bəhs etməyə davam etmişdir:

Ermənilər  Qafqaz  mədəni  sahəsi  içində  türk

mədəniyyətinin təsiri altında qalmışlar. Türkiyədə er-

məni əsilli xalq şairləri türkcə türkülər, xalq şeirləri

oxumuşlar. Məsələn, Sarı Gəlin bizdə də, onlarda da

ifa olunur. Klassik  Türk musiqisinin ən böyük usta-

ları erməni ud, kanon ustaları olmuş, Türk musiqis-

inə  yüzlərlə,  minlərlə  əsər  qazandırmışlar.  Bu

deyilənləri  adi  polemika  olaraq  qəbul  etmək

mümkün deyil. Çünkü bu cür sərsəm fikirlər vax-

taşırı olaraq “xortlamışdır”. 

Son  iki  il  içində  də  Türkiyə  və  Ermənistan

arasında  başladılmış  “açılım  prosesində”  yenidən

diletantlar və fikir dəllalları tərəfindən dilə gətirilmiş,

Azərbaycanın  mədəni  dəyərləri  üzərindən  alver

edilərək  haradasa  psixoloji  təzyiq  göstərilmişdir.

Sanki “alın payınızı” havasında əsən bu yalan rüz-

garı Türk mətbuatında bir dalğa effekti yaratmışdır.

Liberal, mühafizəkar, bəzən də ölkədəki siyasi ab-

havaya görə tez-tez donunu dəyişən mətbuat orqan-

ları  demək  olar  ki  son  iki  il  içində  ermənilərin

təbliğatını aparmaqla fəxr etmişlər. Türkiyə mətbu-

atında  yazılan  yazılara,  manşetlərə  baxdığımızda

bunu əyani şəkildə görə bilərik. “Türkiyədəki mil-

liyyətçilərin en çok dinlədikleri və hər toplantıda

çaldıqları "Çırpınırdı Karadeniz" mahnısı Erməni or-

jinli  çıktı.  Memleketim  şarkısı  ise Yahudi...”,  [2]

Ülküçülere "Çırpınırdı Karadeniz" Şoku... [10] İki

şarkı iki öykü: Çırpınırdı Memleketim [7]. Çırpınırdı

Karadeniz' de soğuk duş : “Haftalık haber dergisi

Yeni Aktüel'in son sayısında yayınlanan bir haber

milliyetçi camiada soğuk duş etkisi yapacak.” [2]

Erməni açılımını dəstəkləyən kəsimlər qəzetçi,

sənətçi, tədqiqatçı etikasını bir yana ataraq, bu mah-

nının  musiqisinin  Sayat  Nova  tərəfindən

bəstələndiyini  və  ermənilərin  əsrlər  boyu  ox-

uduqlarını, 1967-68-ci illərdə ülküçülər tərəfindən

üzərinə söz yazıldığını iddia etmişlər. Guya bu əsərin

musiqisi  neçə  əsrlər  bundan  əvvəl  Sayat  Nova

tərəfindən kamançaya həsr edilmiş "Aşuği Pasnis

Kamança" mahnısının musiqisidir. Məqalənin müəl-

lifi  bunu  isbat  etmək  üçün  heç  bir  tarixi  faktlara

söykənməmiş,  bar  və  pavilyon  çalğıcılarının  rakı

süfrəsindəki söhbətlərinə isdinad etmiş, youtube adlı

saytda bu mahnının ermənicə sözlərlə oxunan imi-

tasiyasına əsaslanmışlar. Nə gədər gülünc və faciəvi

bir mənzərə!

Sözləri  Əhməd  Cavada  və  musiqisi  Üzeyir

Hacıbəyliyə aid olan “Çırpınırdı Qaradəniz” mahnısı

Azərbaycanın mədəniyyət tarixində özünəməxsus

mənəvi yeri olan, Türkiyə-Azərbaycan qardaşlığını

əks etdirən çox qiymətli əsərdir. Burada söhbət hər

hansı bir mahnının alınması və oxunmasından get-

mir. Məsələyə başqa bir cəhətdən də yanaşa bilərik.

Bu əsərləri meydana çıxarmış insanların hüquqlarına

Ələsgər Ələsgərli




25

DEKABR. 2012. № 13



www.uluturk.info

hörmətsizlik  edilir,  onların  bir  müəllif  olaraq

hüquqları tapdanır. 

Bu gün  Türkiyədə ‘Dağlar qızı Reyhan” mah-

nısının  sözləri  Teyyub  Qurban,  bəstəsi  Fikrət

Əmirov,  “Arzu  qızım”  (sözləri  İskəndər  Çoşqun,

bəst.  Ələkbər  Tağıyev), Azad  bir  quşdum  (Cəfər

Cabbarlı)  və  s.  onlarla  mahnı  barədə  “anonim”

olduğu yazılmaqda və ifa olunmaqdadır.

Türk mediası və erməni tərəfkeşliyi

Azərbaycanın  mədəni  və  tarixi  dəyərlərinin

aşındırılması, erməniləri bir məzlum millət olaraq

göstərilməsi istiqamətində Türkiyədəki bir çox mət-

buat orqanları hətta İrəvandakı dostlarını belə geridə

qoymuşlar. Türkiyənin özündə yalançı soyqırım id-

diaları ilə bağlı erməni lobbisinin apardığı təbliğat

öz  mənfi  təsirini    göstərməkdədir.  Bu  dairələr

Türkiyə cəmiyyətini “suçluluq kompleksi”nə sürük-

ləməkdədirlər. Öz dövlətinə və millətə qarşı bu cür

haqsız mövqedən çıxış edən mətbuat orqanları hər

vəhclə Azərbaycan-Ermənistan münaqişəsində  guya

“tərəfsiz” qalmağa çalışmışlar. Bu qələm əhli əslində

ermənilərin yalan iddialarını müdafiə etməyə səy

göstərməkdədirlər.  Bu  cür  faktlar  yüzlərlədir  və

məncə  Türkiyə  mətbuatındakı  Azərbaycan  imici

ətraflı  şəkildə  tədqiq  edilməlidir.  Mən  sadəcə

bununla  bağlı  iki  misal  göstərəcəyəm.    Məsələn

2009-cu  ildə  əvvəl  NTV,  sonra  da  “Axşam”

qəzetlərinin əməkdaşları birbaşa Dağlıq Qarabağa

getmişdilər. “Akşam” qəzetinin yazarlarından Naga-

han  Alçı  ermənipərəst  media  tərəfindən  az  qala

qəhraman elan edilmişdi. Daha sonra onu TRT-2-də

bir  proqrama  çağırdılar.  Proqram  başdan-ayağa

cəfəngiyyat, yalan və böhtanla dolu idi.  Hal hazırda

da TRT-nin arxivində saxlanılan və tərəfimizdən alı-

naraq  dəfələrlə izlədiyimiz “Medya Müfəttişi” pro-

qramında 

bu 

cümlələr 



işlədilməkdədir:

“Azərbaycanın  bu  səfərə  təpkisi  komik  deyilmi?

Sovetlər  Birliyi  dağıldıqdan  sonra,  Dağlıq

Qarabağda  ermənilər  və  azərbaycanlılar  arasında

çatışma başlayır. Bir-birlərini öldürürlər. Azərbay-

canda ermənilərə qarşı sistematik yoxetmə siyasəti

yürüdülüb”. (!) 

Başqa  bir  misal.  26  fevral  2011-ci  ildə

Türkiyənin TRT-1 telekanalı Türklərə qarşı son 100

ildə  törədilmiş  ən  dəhşətli  soyqırım  olan  Xocalı

qətliamının  anım  günündə  ermənilərlə  dostluğu

təbliğ edən veriliş yayımlamışdır. “Pusula” adlı bu

proqram  əvvəldən  axıra  qədər  Türk-erməni

dostluğuna  həsr  olunmuşdur.  Proqramda  iki  xalq

(yəni ermənilər və Türklər) arasında dostluq müna-

sibətlərinin qurulması, biznes əlaqələrinin vacibliyi,

həmçinin vətəndaş cəmiyyətlərinin və biznes struk-

turlarının bu “dostluq münasibətlərinin qurulmasın-

dakı”  rolundan  bəhs  edilmişdir.  Həqiqətən  də

anlaşılmaz bir vəziyyətdir. Xocalı soyqırımını rəsmi

şəkildə  anıldığı  bir  gündə  dövlət  telekanalı  er-

mənilərlə dostluğa həsr olunmuş proqram yayım-

layır.  Halbuki  TRT  Xocalı  soyqırımı  kadrlarını

dünyaya yayan media orqanlarından biridir. Azər-

baycanın  informasiya  blokadasında  olduğu  dövr-

lərdə Azərbaycanın dərdlərini Türkiyə ictimaiyyətinə

və dünyaya çatdıran çox sayda cəsur, vətənpərvər və

obyektiv əməkdaşları var. Onlar hər zaman Azərbay-

canın yanında, daha doğrusu ədalətin tərəfində yer

almışdır. Bu il də bir gün əvvəl İctimai Televiziya ilə

birlikdə canlı veriliş yayımladılar. Bir çox proqramda

Xocalı faciəsi gündəmə gətirildi. [11] Demək ki o

gün erməni lobbisi şox effekiv çalışmışdır.

Nə etməli?

Türkiyədə Azərbaycanın tarixi və mədəni dəyər-

lərinin  bir  çox  müstəvidə  analiz  edilməsi

mümkündür. Tarixi  tədqiqatlar,  yazılı  mətbuat  və

digər media orqanları, ictimai şüur bu müstəvilərdən

bir neçəsidir. Azərbaycanın istər qədim, istərsə də bu

günkü tarixi, maddi və mədəni dəyərləri ona məxsus-

dur. Təəssüf ki bu dəyərlərin çox vaxt siyasi görüşlər

və manevrlər məngənəsi içində sıxışdırıldığının şahidi

oluruq.  Məsələn  “erməni  problemi” Azərbaycanın

olduğu  qədər,  Türkiyənin  də  problemidir.  Lakin

Türkiyədəki biganəlik, hətta daha irəli gedərək erməni

lobbisinin meydan sulaması insanı təəccübləndirməyə

bilməz. Bəlkə də bu gün də Türkiyə  cəmiyyəti er-

mənilərlə  bağlı  tarixi  həqiqətlərin  unudulmasının

əziyyətini çəkir. Unutmamaq kin saxlamaq demək

deyil. Unutmamaq millətin tarix şüurunu canlı tut-

masının ən vacib şərtidir. Tarix şüurundan məhrum bir

millətin gələcəyi isə qaranlıqdır. Tarix şüuru bir ağac

kimidir. Hər zaman bəslənməlidir. Əgər bəsləməsən

yavaş-yavaş quruyar və axırda da məhv olub gedər.

Tarix şüurunun canlı tutulması, sadəcə, tarixdə baş

Türkiyədə Azərbaycan tarixi-mədəni dəyərlərinin tanınması və qəbul edilməsinə dair bəzi məsələlər



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə