İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

22

DEKABR. 2012. № 13



www.uluturk.info

aparmaq lazımdır. Azərbaycan və Türkiyə arasında

yumşaq  güc  ünsürü  də  diqqətə  alınaraq  tarixi  və

mədəni dəyərlərin qəbul edilməsinə dair bəzi prob-

lemlərdən bəhs etməkdə fayda vardır.

Tarixi dəyərlərə baxış 

Ümumtürk  tarixi,  Türklərin  əcdadlarının

Asiyadan  Anadoluya  doğru  köçləri,  tarixi  Türk

dövlətləri, Səlcuqlu, Osmanlı və nəhayət Türkiyə

Cümhuriyyətinin  qurulmasını  və  müasir  Türk

dövlətlərinin  müstəqillik  dövrlərini  əhatə  edir.

Türkiyə üçün Azərbaycan soy bağına əsaslanan qar-

daş dövlətdir. “Bir millət iki dövlət” və “Azərbay-

canın  sevinci  bizim  sevincimiz,  kədəri  bizim

kədərimiz”  şüarları  iki  ölkə  arasındakı  münasi-

bətlərin təməl fəlsəfəsini ən azından nəzəri cəhətdən

ifadə edir. Türkiyədəki ictimai tarix şüuru, Azərbay-

canı 1918-20-ci illərdə müstəqil olmuş, daha sonra

sovet zülmü altında yaşamış, 1991-ci ildə yenidən

müstəqilliyə qovuşmuş bir dövlət olaraq qəbul edir.

1918-ci  ildə    Azərbaycan  Xalq  Cümhuriyyətinin

yaradılmasında  Osmanlı  dövlətinin  böyük  rolu

olduğu,  Azərbaycanın  müstəqilliyi  uğrunda  türk

əskərlərinin şəhid olduğu Türkiyədə bilinən və iftixar

edilən tarixi hadisədir. 

Təəssüf ki, bu dövrdən əvvəlki dövr sadəcə icti-

mai şüurda yer almamaqda, hətta əksinə səhv şəkildə

təqdim edilməkdədir. Bunu xüsusilə Azərbaycan tar-

ixinin parlaq dövrlərindən olan Səfəvilər imperiyası

dövrünə aid materiallarda görə bilərik.   Bu materi-

allarda və ensiklopedik maddələrdə Səfəvi dövləti

bir  İran  dövləti,  fars  hökmdarlığı  olaraq  ver-

ilməkdədir. Səfəvi-Osmanlı müharibəsi uzun əsrlər

boyu hər iki cəmiyyətin tarix yaddaşında mənfi mə-

nada dərin iz buraxmışdır. Məzhəb fərqi, məzhəb

təəssübkeşliyi subyektiv tarixi qiymətləndirmələrə

səbəb olmuşdur. Bunun bir səbəbi də Türkiyədə tar-

ixi tədqiqatların son dərəcə səthi şəkildə aparılmasın-

dan  irəli  gəlir.  Əksər  hallarda  əl  altında  olan

mənbələrin  araşdırılması  zəhmətindən  qurtularaq

xarici mənbələrə əsaslanan tədqiqatlar aparılır, məh-

fumlar,  kateqoriyalar,  istilahlar  və  tezislər  bu

çərçivədə  qəbul  edilir.    Bu  yanaşma  sadəcə  elmi

araşdırmalarla  məhdudlanmamış,  dövlət  və

hökümətlərin  siyasəti  üzərində  də  təsirini  göstər-

mişdir.  Türkiyə  Cümhuriyyətinin  dövlət  gerbinin

üzərindəki ulduz sayına baxdığımız zaman 16 tarixi

Türk imperiyasının hər biri üçün rəmzi olaraq bir ul-

duzun olduğunu görürük. 16 imperiya ümumtürk tar-

ixinə  sahiblənmək  baxımından  çox  vacib  bir

yanaşmadır. Lakin bu ulduzlar arasında 17-ci ulduz

yoxdur.  Yerini  almayan  ulduz  isə  Səfəvi  im-

periyasının ulduzudur.  

Populist  və  gündəm  yaratma  ilə  məşğul  olan

odatv.com adlı internet saytında Lena Umay adlı biri

2009-cu ildə “Şah İsmail Aslında Kürt”tü” adlı bir

məqalə  yayınlamışdır.  Bu  məqalə  başdan  ayağa

cəfəngiyyatla dolu, elmi əsaslardan məhrum olan bir

yazıdır [5]. Daha sonra Azərbaycandan gələn təp-

kiləri diqqətə alaraq, Lena Umay Azərbaycanda Şah

İsmayılın yaxşı tanınmadığını da iddia edərək  “Şah

İsmail Türkmənlərə nasıl davranmıştı” adlı ikinci bir

məqaləsini yayınlamışdır. Bu məqalə də xarakteri

etibarilə  birincisindən  çox  fərqlənmir.  Məqalənin

axırında milliyətcə kürd olan İranlı sənətkar Şahram

Nazareye aid bir cem ayini musiqisini də hansısa

məntiqlə (əslində məntiqsizliklə)  “dəlil” olaraq ver-

mişdir [6]. Türkiyədə çıxan Atlas Tarih dərgisinin 5-

ci  sayında  AKP  millət  vəkili  Reha  Çamuroğlu

Azərbycan Səfəvilər dövlətinin qurucusu olan Şah

İsmayılın Türk olmasına da şübhə ilə yanaşaraq belə

deməkdədir: “Ələviliyin köçəri Türklərin özünəməx-

sus İslami baxışları olduğu barədə şərhləri də qəbul

etmirəm.  Bu  şərhlər  köhnə  olduğundan  yanlışdır.

Şah  İsmayılın  milli  mənsubiyyəti  də  müzakirə

mövzusudur.  Şah  İsmayılın  əslən  kürd  olması

mümkündür”. [1] AKP-nin İstanbul millət vəkili,

tanınmış yazıçı və publisist Reha Çamuroğlu özü

ələvi olub eyni zamanda `İsmail` adlı bir romanın

müəllifidir. Bu açıqlamadan sonra Türkiyədə şahın

etnik  mənsubiyyətinə  dair  elmi  faktlara  əsaslan-

mayan,  onun  kürd,  əcdadının  tat  əsilli  olduqları

barədə məqalələrə rast gələ bilərik. Hər bir siyasi

şəxsiyyətin kimliyi, mənşəyi müakirə mövzusu ola

bilər, bu təbii şeydir. Lakin əsli olmayan, spekulyativ

xarakterli, cılız siyasi məqsədlərə xidmət edən bu cür

iddialarla gündəm yaratmaq ən azından araşdırmaçı

etikası ilə bir araya sığmır. 

Türkcə, Azərbaycanca, Azəricə...

Azərbaycan Türkcəsi Anadolu Türkcəsinə çox

yaxındır.  Son  dövrdə  Azərbaycanda  Türkiyə

Ələsgər Ələsgərli




23

DEKABR. 2012. № 13



www.uluturk.info

Türkcəsinə maraq çox artmışdır. Xüsusilə Türkiyə

televiziyaları  vasitəsilə  Azərbaycanda  Anadolu

Türkcəsi  çox  yayılmışdır.  Bunu  da  vurğulamaq

lazımdır ki Azərbaycan Türkləri, Türkiyə Türkcəsini

televiziyalardan və daha çox da öz səyləriylə öyrən-

məkdədir. Təəssüf ki, bu proses tək tərəfli olaraq get-

məkdədir. Hətta uzun illər Azərbaycanda yaşayan,

işləyən insanlar, hətta təhsil alan tələbələr Azərbay-

can Türkcəsini öyrənmirlər və ya öyrənə bilmirlər.

Başqa bir vacib məsələ Azərbaycan, Azərbaycan-

lılar, Azərbaycan Türkləri (bu eyni zamanda dilə də

aiddir) ifadələrinin yerinə “Azeri” ifadəsini istifadə

etmələridir. Sadəcə gündəlik həyatda, mediada və

kitablarda deyil, rəsmi yazışmalarda və danışıqlarda

da bu ifadədən istifadə edilir. Azerbaycan sözü ən

yüksək səviyyədə “AZARBAYCAN”, “AZERBEY-

CAN” kimi tələffüz edilməkdə və hətta yazılmaq-

dadır. 

Musiqi əsərləri və mahnılar

Türk mədəniyyəti bu gün böyük ölçüdə populyar

mədəniyyət vasitəsilə tanınır. Yəni Türk sənətçiləri,

mahnıları,  seriallar    və  televiziya  proqramları

Türkiyənin “yumşaq güc” istifadə etməsi baxımın-

dan böyük imkan açır. Azərbaycan mədəniyyəti isə

daha çox klassik və peşəkar əsərlər üzərindən təbliğ

edilir. İkincinin təbliği birincidən daha çətindir və

peşəkarlıq tələb edir. Bu bir tərəfdən obyektiv çətin-

lik doğursa da, həll edilə bilən məsələdir. Təəssüf ki,

Azərbaycanın klassikləşmiş və eyni zamanda pop-

ulyar  sənət  ünsürlərinə  çevrilmiş  bir  çox  mədəni

dəyəri bu çərçivədə qiymətləndirilə bilmir. Bunun

müqabilində Türkiyədəki ermənilər və erməni dias-

porası tərəfindən Azərbaycanın mədəni dəyərlərinin

mənimsənildiyini, daha doğrusu qəsb edildiyini gör-

məkdəyik.  Məsələn  Azərbaycanda,  Qafqazda  və

Türkiyədə  ifa  edilən  “tar”,  “kamança”,  “ud”,

“kanon”, “dəf”, “nağara”, “qoşa nağara” ve “saz”

kimi  çox  sayda  alət    getdikcə  “erməni  xalq  çalğı

alətləri”  şəklində  reklam  edilməkdədir.  Vaxt

keçdikcə bu dəyərlər erməniləşdirilməkdə olub, geri

dönməz  xarakter  alır.  Əlimizdən  çıxmaqda  olan

mədəni dəyərlərin ən bariz nümunəsi “Sarı gəlin”

xalq mahnısıdır. “Sarı gəlin” mahnısının tarixçəsinə

dair Türkiyədə müxtəlif  yanaşmalar vardır. Bunlar-

dan birinə görə bu mahnıda Sarı Gelin adlanan obraz

Penek bəyinin qızıdır. Bu türkü də Sarı gəlinlə Ab-

dülqadir Gilaninin müridlərindən olan Şeyx Sənan

və ya Sənani arasındakı məhəbbətə həsr edilmişdir.

Mahnının bu gün Türkiyədə “Ərzurum çarşı bazar”

yerinə “İrəvan çarşı bazar” sözləri ilə başlayan bir

variantının olduğundan, dolayısı ilə bu mahnının İrə-

van bölgəsinə aid olma ehtimalından da bəhs edilir.

Tanınmış alim Fahrettin Kırzıoğluna görə “bu türkü

XII əsrdə Qafqazların şimalından gələrək Kür və

Çoruk boylarına yerləşən və provoslav gürcü kilsəs-

inə  sitayiş  edən  qıpçaq-kuman  Türklərindən  sarı

gəlinə aşiq olan müəslman türkmən gəncinin məhəb-

bətini... ifadə edir.” [12. 13]

Xalq yaradıcılığında əsərlərinin mənşəyini hər

zaman müəyyən etmək mümkün olmur. Ona görə də

müxtəlif  mübahisələrin  olması  təbii  haldır.  Bu

mübahisələr  aparıldığı  zaman  elmi  əsaslara

söykənilməli,  ortada  olan  mənbəələr  hərtərəfli

araşdırılmalı və nəticə çıxarılmalıdır. Lakin bir çox

mədəni  dəyərlər  kimi  “Sarı  gəlin”  türküsü  də

Türkiyədəki erməni pərəstişkarı olan bəzi qondarma

“ziyalılar” tərəfindən ermənilərin adına yazılmaq-

dadır. Təxminən on il bundan əvvəl millət vəkili və

TRT-dən məsul dövlət naziri Yılmaz Qaraqoyunlu

tərəfindən Türk bir zabitlə erməni qızının məhəb-

bətindən bəhs edən bir film hazırlanaraq yayımlan-

mış,  beləliklə  “Sarı  gəlinə”  erməni  pasportu

verilmişdir.  Filmlə  bağlı  “Milliyyet”  qəzetində

yayımlanmış bir yazının başlığı isə sanki bir erməni

qəzetəsindən alınmışdır: “Yavuz Bingöl ve Yeşim

salkım, Sarı Gelin’in sinema uyarlamasında Ermeni

düşmanlığına  karşı  bayrak  açacak.”  [8] Artıq  Er-

mənistanla  bağlı  proqramlarda,  ermənilərlə  olan

“mehriban  qonşuluq  nağılları”  əks  etdirən  veril-

işlərdə “Sarı gəlin” bir simvola çevrilmişdir.

Azərbaycan şairi Sabir Rüstəmxanlının yaxşı bir

sözü var:  “Biz “Sarı gəlin”i Türk qardaşlarımıza

verdik, Onlar da onu ermənilərə verirlər”. Bu ifadə

bugünkü  mənzərəni  açıq  şəkildə  ortaya  qoymaq-

dadır.

O dövrdə Türk mətbuatında “Sarı gəlin”in er-



məni türküsü olmasına dair onlarla iddianın arasında

türkünün Azərbaycanlılara aid olduğuna dair sadəcə

bir professional açıqlama yer almışdır. Azərbaycanlı

bəstəkar Cavanşir Quliyevə görə “Sarı gəlin” mah-

nısı  Şur  muğamı  əsasında  yaradılıb.  “Sarı  gəlin”

Türkiyədə Azərbaycan tarixi-mədəni dəyərlərinin tanınması və qəbul edilməsinə dair bəzi məsələlər




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə