İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   2   3   4   5   6   7   8   9   10   ...   30

14

DEKABR. 2012. № 13



www.uluturk.info

Doğu Türküstan

Ramil Cəfərov

Doğru  Türküstan  -

Şərqi Türküstan dedikdə

əslində  Rusiya  Fed-

erasiyasından sonra Türk

Dünyasının ən çox zülm

görmüş, assimilyasiyaya

məruz qalmış bir parçası,

eli,  obası  başa  düşülür.

Başqa  cür  desək,  Şərqi

Türküstan dedikdə Türk

coğrafiyasının 

Çin

dövlətinin işğalı altında



olan hissəsi başa düşülür. 

Çin  əsarəti  altında

olan Türk ərazilərində yaşayan Türk boylarından

ən çox saylıları uyğur, qazax, qırğız, salar Türk-

ləri, sarı uyğurlar və tatarlar sayılır. Çin dövlə-

tinin, daha doğrusu, Çin Xalq Respublikasının

qurucu  xalqları  və  ya  muxtariyyatı  olan  Türk

xalqları  sırasında  yuxarıda  göstərilən  sarı

uyğurlar və tatarlardan başqa Türk boylarının ad-

ları da keçməkdədir. Xatırladım ki, Çin Xalq Re-

spublikası  deyilən  kommunist,  totalitar  bir

dövlətin  52  əsas  etnosdan  təşkil  edilməsi

sözügedən dövlətin Konstitusiyasında əks olun-

muşdur. Bu Konstitusiyada nəzərdə tutulan hüquq

və haqlara nə dərəcədə əməl edilməsinə toxun-

mazdan  öncə  Çin  işğalı  altında  olan  Türk

coğrafiyası, onun əhalisi, siyasi-iqtisadi vəziyyəti

haqqında bilgilərə diqqət edək. 

ÇXR  adlanan  ölkədə  Türk  xalqları  Şərqi

Türküstan dediyimiz Sintszyan – Uyğur Muxtar

Rayonunda  və  Qansu  əyalətində  yaşayırlar.

SUMR-da  başlıca  olaraq  uyğurlar,  qazaxlar,

qırğızlar, sarı uyğurlar və tararlar yaşayırlar. Qeyd

edim  ki,  Uyğur  Muxtar  Rayonunda  qazaxlara

məxsus muxtar vilayət, qırğızlara məxsus muxtar

qəza  da  mövcuddur.

Həmçinin, Uyğur Mux-

tar Bölgəsində «parçala,

hökm  sür»  prinsipinə

uyğun  olaraq  xalxa-

monqollara 

məxsus


muxtar vilayət və qəza,

eləcə də, dunqallara və

taciklərə məxsus muxtar

qəza  da  vardır.  Qansu

əyalətində  isə  salar

Türklərinə məxsus  (ti-

betlilərlə birgə) 3 mux-

tar  qəza  mövcuddur.

Qeyd  edim  ki,  Çində  Türk  xalqları  digər  böl-

gələrdə,  xüsusilə  Daxili  Monqolustan  Muxtar

Bölgəsi və Tibet Muxtar Bölgəsində də ən qədim

dövrlərdən  indiyədək  yaşamaqdadırlar.  Dini

baxımdan Çində yaşayan Türk xalqlarının, sarı

uyğurlardan başqa, hamısı müsəlmanlardır. Sarı

uyğurlar isə əsasən buddist, az qismi şamandırlar.

Çin  Türkləri  içərisində  göy  tanrıçı  inamlarını

saxlayanlar da var. 

Çağdaş  siyasi  etnoqrafik  ədəbiyyatda  Şərqi

Türküstan dedikdə əsasən Sintszyan Uyğur Mux-

tar Rayonu başa düşülür. Şərqi Türküstanın adı

1876-cı ildə Çin-Mancur imperiyasının bu tor-

paqları işğal etməsindən sonra, 1884-cü ildə çincə

«yeni torpaq» anlamına gələn Sintszyan sözü ilə

dəyişdirilmişdir. 1949-cu ildə Çində hakimiyyətə

gələn  kommunistlər  tərəfindən  yenidən  işğal

edildikdən sonra 1955-ci ildə Sintszyan Uyğur

Muxtar Bölgəsi təşkil edilmiş və bu cür adlan-

mağa başlanılmışdır. Bölgə Asiyanın ortasında

yerləşməklə bərabər, ərazisi 1828418 kv. kilomet

(bir milyon səkkiz yüz iyirmi səkkiz min dörd yüz

on səkkiz kv. kilometr) təşkil edir. Xatırladım ki,



15

DEKABR. 2012. № 13



www.uluturk.info

bizim orta məktəb dərsliklərində səhvən bu ərazi

1650000  kv.  kilometr  olaraq  göstərilir.  Əlavə

edim  ki,  Türk  Dünyasının  ən  hündür  (Coqori

zirvəsi) və ən aşağı nöqtəsi (Turfan çökəkliyi) bu-

rada yerləşir. Avropalı elm adamları tərəfindən

«Pivot of Asia», yəni «Asiyanın ürəyi» olaraq ad-

landırılan bu əsir ölkə geopolitik və strateji yer-

ləşməsi,  tarixi  keçmişi,  etnik  kimliyi  və  dini

inancları ilə birlikdə Türk və İslam Dünyasının

ayrılmaz bir parçasıdır. 

Uzun  tarixi  gediş  prosesində  Şərqi Türküs-

tanda bir çox Türk dövlətləri mövcud olmuşdur.

Bu dövlətlər haqqında danışmazdan öncə əlavə

edim ki, son tarixi araşdırmalarda aydın omuşdur

ki,  bu  ərazilər  ən  qədim  mədəniyyət  mərkə-

zlərindən  biridir.  Belə  ki,  burada  tapılmış  pi-

ramida quruluşlu tikililər və məbədlər, eləcə də

mumyalar 15 min il eramızdan əvvələ aid edilir.

Bu tikililər, yazı işarələri, mumyalar qədimliyinə

görə Misir, Şumer, Mayya mədəniyyətlərindən

çox-çox əvvəllərə aid edilir. Dünyada mövcud

olan piramida tipli tikililərin Doğu Türküstanda

mövcud olan mədəniyyətdən və tikililərdən qay-

naqlandığı  ehtimal  edilir.  Həmçinin,  Türk

xalqlarının simvol öndəri olan Oğuz xaqanının

sonevinin (qəbrinin), hətta mumyasının burada

tapılmış nəhəng tikililərdə saxlanıldığı ehtimal ol-

unur.  Həmçinin,  Çörçvod  adlı  tarixçi  alimin

bildirdiyinə əsasən, qədim Mu imperiyasının və

mədəniyyətinin uyğurlara məxsus olduğu isbat-

lanır.  Eyni  zamanda  həmin  alimin  bildirdiyinə

əsasən, Amerika qitəsində təşəkkül tapmış Mayya

mədəniyyətinin də Uyğur Türk mədəniyyətinin

davamı olduğu irəli sürülür. 

Yuxarıda qeyd edilənlərə əlavə olaraq, bu böl-

gədə  qurulmuş  bir  çox  Türk  dövlətlərinin

mövcudluq tarixinə nəzər salaq. Bu bölgə milad-

dan öncə VIII-III əsrlərdə iskitlərə, m.ö. 300-93-

cü  illərdə  hunlara,  miladdan  sonra  40-420

tarixlərində Kuşan Türk dövlətinə, 220-386-cı il-

lərdə  siyempilərə,  bizim  eranın  383-460-cı  il-

lərində Tofar dövlətinə, bizim eranın 402-555-ci

illərində Jujan tatar dövlətinə (bunlar avarların əc-

dadı hesab olunur), 450-ci illərdə Ağ Hun dövlət-

inə, 552-774-cü illərdə Göytürk dövlətinə, 774-

840-cı illərdə Uyğur dövlətinə, 751-870-ci illərdə

Qarluk dövlətinə, eləcə də Qaraxanlılar dövlətinə,

1217-1508-ci illərdə monqollara, 1509-1679-cu

illərdə  Seydiyyə  xanlığına  məkan  olmuşdur.

Çinlə Şərqi Türküstan arasında (o dövrdə çinlilər

bura «Hsi Yu»- «Qərb ölkəsi» deyirdilər) qeydə

alınmış ilk təmas Vu-Ti-nin elçisinin miladdan

öncə 139-119-cu illərdə bu bölgəyə gəlməsi ilə

başlamışdır. Daha sonra 744-cü ilə qədər Çin bu

bölgəni 6 dəfə işğal etmişdir. Bu işğalların heç

birinin müddəti 45 ildən artıq olmamışdır və cəm

halında 175 il təşkil etmişdir. VIII və XVIII əsrlər

arası minillik dönəmdə Çin ilə bu bölgə arasında

sülh dövrü yaşanmışdır. Ancaq sülh dövrü 1759-

cu ildə Çin-Mancur imperiyasının işğalı ilə sona

çatmışdır. Həmin vaxt Şərqi Türküstanı 4 bölgəyə

ayıran  Çin  dövləti  1  milyondan  artıq  uyğur

türkünü müxtəlif işgəncələrlə məhv etmişir. Bu

dəfəki işğal 103 il davam etmişdir. Çin zülmünə

qarşı 42 dəfə üsyana qalxan uyğurlar 1863-cü ildə

yenidən öz dövlətlərini qura bilmişlər. Bu ildə

Yaqub xanın başçılığı ilə Şərqi Türküstan İslam

dövləti qurulmuşdur. Bir çox dövlətlər tərəfindən,

o  cümlədən,  Osmanlı,  İngiltərə  və  Rusiya

tərəfindən  rəsmən  tanınmışdır.  Qeyd  edim  ki,

dövlətin qurucusu Yaqub xan dönəmin Osmanlı

sultanı Əbdüləzizi İslam xəlifəsi kimi tanımış,

onu  bütün  müsəlmanların  başçısı  kimi  qəbul

etmiş,  adına  xütbə  oxutdurmuş  və  pul  kəs-

dirmişdir.  Bu  dövlətin  ömrü  15  il  sürmüşdür.

1876-cı  ildə  Şərqi  Türküstan  Çin-Mancur  im-

periyası tərəfindən yenidən işğal edilmiş və 1884-

cü  ildə  «Hisin  Çyan  Şinq»  -  «Yeni  torpaqlar

bölgəsi» 

adlandırılaraq, 

Çinin 


tərkibinə

qatılmışdır.  Bu  işğal  dövrü  1911-ci  ilə  qədər

davam etmişdir. 1911-ci ildə Çində mancurların

hakimiyyətinə son qoyulmuş və Homindan təşk-

ilatı hakimiyyətə gəlmişdir. 1911-ci ildən 1933-

cü ilə qədər Şərqi Türküstanda Çin əsgəri valilər

dövrü deyilən bir rejim formalaşmışdır. Xalqın

mübarizəsi  nəticəsində  1933-cü  ildə    mərkəzi

Kaşkar  (Qaşqar)  olan  Doğu  Türküstan  İslam

Cümhuriyyəti qurulmuşdur. Ancaq 1935-37-ci il-

Doğu Türküstan



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə