İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   2   3   4   5   6   7   8   9   ...   30

12

DEKABR. 2012. № 13



www.uluturk.info

Aqşin Atalızadə

edilməkdədir.  Əsasən  xarici  dillərdə  olan  və

cəmiyyətə  yad  dünyagörüşü  və  şüuru,  ifrat

müasirliyi  təbliğ  edən  ədəbiyyatların,  tele-

viziya proqramlarının, teleserialların, filmlərin,

musiqi janrlarının gənclər arasında geniş yayıl-

ması  onlarda  milli  kimliyin  unudulmasına,

dövlətçiliyi istisna edən kosmopolitikaya meyl-

liyə,  əsasən  ənənələrə  əsaslanan Azərbaycan

cəmiyyətinin və dövlətin ilkin əsası olan ailə

daxilində parçalanmalara, münaqişələrə, mil-

lətə və dövlətə olan bağlılığın zəifləməsi kimi

mənfi nəticələrə gətirib çıxara bilər. 

Bu təsirlərin başlıca hədəfləri milli dəyərlər,

İslam  dininin  yüzillər  boyu  xalqımızın  şüu-

runda möhkəmlənmiş ehkamları və nəhayət ən

əsası  məhz  Azərbaycan  dövlətçiliyidir.  Xü-

susən  son  illər  dini  bayramların,  ənənələrin,

mərasimlərin, din xadimlərinin, vətənpərvər və

əxlaqlı  kütlənin  ələ  salınması,  sıxışdırılması

kimi hallar müşahidə olunur. Tam əsasla demək

olar ki, ölkəmizdə aparılan ateizm təbliğatı in-

sanları Azərbaycan dövlətinə qarşı itaətsizliyə

sövq etməyə yönəlib. Çünki, İslam insanlarda

vətənə, dövlətə məhəbbət hissi aşılayır. Müqəd-

dəs kitabımız olan Qurani-Kərim də insanlar-

dan  bunu  tələb  edir.  Nisa  surəsinin  59-cu

surəsində deyilir:

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və

özünüzdən olan əmr sahiblərinə itaət edin!”

Göstərilən təsnifat şərti xarakter daşıyır və

ümumilikdə dövlətimizə və millətimizə qarşı

aparılan  ümumi  təxribat  siyasətinin  tərkib

hissələridir.

Təəssüflər olsun ki, bu məqsədlərə müəyyən

ölçüdə nail olunur. Buna səbəb kimi aşağıdakı

amilləri qeyd etmək olar

1. Birinci növbədə həmin qüvvələrin güclü

təbliğat mexanizminə, maliyyə dayaqlarına və

xüsusi  əlaqələrə  malik  olması.  Bu  mənbələr

qismində maraqlı xarici dövlətlərlə yanaşı ayrı-

ayrı  dövlətlər  üzərində  təzyiq  mexanizminə,

güclü  maliyyə  resurslarına  malik  beynəlxalq

təşkilatları, fondları da göstərmək olar. Həmin

qurumlar ölkəmizdə guya demokratiya, insan

hüquqlarının  təbliği  adı  altında  qərb  dəyər-

lərinin təbliği, paralel olaraq isə yerli əhalinin

dəyərsizləşdirilməsi işi ilə məşğuldurlar.  

2.  Təəssüflə  qeyd  etmək  lazımdır  ki,

ölkəmizin  kifayət  qədər  iqtisadi  resurslara

malik  olmasına  baxmayaraq  sosial-mənəvi

sferaya ayrılan vəsait əks qüvvələrin ayırdığı

vəsaitlə müqayisə edilməyəcək dərəcədə azdır.

Əslində hazırda dövlətə əks mövqedə dayanan

bir çox ziyalıların belə ürəklərində güclü vətən

sevgisi yatır. Nəzərə alsaq ki, yaradıcı insanlar

öz  qabiliyyətlərini  daha  çox  maddi  təminat

üçün deyil, məhz ədəbi, bədii, incəsənət əsər-

lərinin yaradılmasına yönəldirlər, onların mad-

diyyat  tələbatlarının  kənardan  ödənilməsi

zəruridir.  Bu  baxımdan  dövlətdən  lazımınca

dəstək görməyən bir çox yaradıcı insanlar sırf

maddi  həvəsləndirməyə  görə  əks  qütbə  cəlb

edilirlər.  Xüsusən  intellektual  gənclərin  bu

yolla cəlb edilməsi dövlətimizin gələcəyi üçün

böyük  təhlükə  yaradır.  Bir  zamanlar  ürəyi

Türklüklə,  milli-mənəvi  dəyərlərlə  döyünən

şəxslər qəfildən tamamilə Allahsızlaşmış, milli

dəyərləri  ələ  salan,  dövlətçiliyə  qarşı  açıq

düşmən  münasibəti  bəsləyən  ifrat  kos-

mopolitlərə çevrilirlər. 

3. Hazırda Azərbaycan Respublikasında gən-

clərin  milli  vətənpərvərlik  ruhunda  tərbiyə

edilməsi, onlarda yüksək dövlətçilik şüurunun,

mənsub olduğu millətə və dövlətə qarşı qürur

hisslərinin formalaşdırılması işində boşluqların

olmasını  da  qeyd  etmək  olar.  Hazırda  tor-

paqlarının  20%  qədəri  işğal  altında  olan,  bir

çox  tarixi  doğma  əraziləri  başqa  dövlətlərin

tərkibində  qalmış  Azərbaycanda,  gənclərin

vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə

edilməsi, onlarda vətəndaşlıq vəzifələrinin və

dövlətə  sədaqət  ruhunun  aşılanması  is-

tiqamətdə  həyata  keçirilən  tədbirlər  lazımi

səviyyədə deyil. Bunu ilk növbədə nə rəsmi, nə

də ki, qeyri rəsmi səviyyədə analoji Konsep-

siyaların,  layihələrin  və  proqramların  olma-

ması, yaxud lazımi səviyyədə olmaması ilə izah

etmək olar. 

4. Ölkə rəhbərliyi tərəfindən vətəndaşlarda

milli 


vətənpərvərlik 

hisslərinin 

gü-



Milli dövlətçiliyimizə daxili təhdidlər 

13

DEKABR. 2012. № 13



www.uluturk.info

cləndirilməsi, milli-mənəvi dəyərlərin qorun-

ması, xaricdən gələn yad təsirlərin qarşısının

alınması istiqamətində xeyli işlər görülmüşdür.

Lakin, hazırkı vəziyyət görülən işlərin heç də

lazımi səviyyədə olmadığını göstərir. Xüsusən

son illər dövlətimiz tərəfindən gənclərin xar-

icdə təhsil alaraq ölkəmiz üçün lazımi kadrlar

kimi yetişməsi yönündə aparılan siyasət, bunun

üçün ayrılan maliyyə vəsaitləri bir sıra hallarda

əks nəticələr doğurmuşdur. Xaricə göndərilən

gənclər  yaşlarının  xüsusiyyəti  və  dövlət

nəzarətindən  kənarda  qalmaları  ilə  əlaqədar

daha  tez  mənfi  təsir  altına  düşür,  xarici

qüvvələr tərəfindən əməkdaşlığa cəlb olunaraq

geri qayıtdıqdan sonra kənar məqsədlər üçün

istifadə edilir. Nəticədə dövlətimiz öz pulu ilə

özünə qarşı kadrlar yetişdirmiş olur. Yaranan

bu  problem  də  əslində  bu  sahədə  olan

boşluqlardan,  xüsusən  xaricdə  fəaliyyət

göstərən səfirliklərimizin fəaliyyətsizliyindən

xəbər verir.

5.Təəssüflər  olsun  ki,  bəzən  dövlətə  qarşı

olan  mənfi  ünsürlərə  qarşı  seçilən  mübarizə

üsulları da tamamilə əks effektlər verir ki, bu

da  onların  yanlışlığını  göstərir.  Dövlətçiliyə

zidd dini qruplarla ən yaxşı mübarizə heç də

onlarla açıq mübarizə deyil, istifadə etdikləri

əsas  silahı  –  dini  və  mənəvi  dəyərləri

milliləşdirmək  və  dövlət  siyasətində  ondan

səmərəli şəkildə istifadə etməkdir. Buna görə

də    dini  sahədə  yarana  biləcək  problemlərin

həlli üçün dəqiq mexanizmin işlənib hazırlan-

ması, mövcud mexanizmlərdən daha səmərəli

şəkildə  istifadə  edilməsi  zəruridir.  Təcrübə

göstərir  ki,  fəaliyyəti  açıq  şəkildə  dövlətə

xəyanət  kimi  görünən  qüvvələrin  güc  struk-

turları vasitəsilə zərərsizləşdirilməsi cəhdindən

digərləri dövləti ləkələmək üçün təbliğat va-

sitəsi kimi istifadə edir. 

Belə hallarda ən səmərəli mübarizə üsulu isə

təbliğata  qarşı  mübarizə  yox,  daha  səmərəli

milli  təbliğatın  aparılmasıdır.  Bunun  üçün

dövlət hakimiyyəti və yerli özünüidarə orqan-

larının, qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı

fiziki  və  hüquq  şəxslərin  məqsədyönlü

fəaliyyətlərinin  koordinasiyası  zəruridir.  Bu

məqsədlə  müxtəlif  üsul  və  mexanizmlər  va-

sitəsilə əhali və xüsusən gənclər arasında Azər-

baycan  xalqının  dövlətçilik  ənənələri,  milli

rəmzləri təbliğ edilməli, milli-mənəvi dəyər-

lərin qorunması istiqamətndə işlər görülməli,

vətəndaşlarda vətənə və dövlətə münasibətdə

qürur hissi formalaşdırılmalı, gənclərdə vətən-

pərvərlik  və  vətəndaşlıq  hisslərinin  gü-

cləndirilməsi  istiqamətində  təhsil  prosesinin

keyfiyyəti  artırılmalı,  bu  istiqamətdə  elmi-

nəzəri və metodiki tövsiyələr işlənib hazırlan-

malı,  əhalidə  vətənpərvərlik  və  vətəndaşlıq

hisslərinin  gücləndirilməsi  üzrə  normativ-

hüquqi  bazanın  yaradılmasına  nail  olunmalı,

gənclərdə vətənpərvərlik və vətəndaşlıq hiss-

lərinin  gücləndirilməsi  prosesinə  təhsil,

mədəniyyət  müəssisələrinin,  hərbi  hissələrin,

bütün dövlət və yerli özünüidarə orqanlarının,

qeyri-hökumət  təşkilatlarının  və  ayrı-ayrı

fərdlərin cəlb edilməsinə nail olunmalı, milli-

mənəvi dəyərləri, azərbaycançılığı təbliğ edən

müxtəlif  istiqamətli  müsabiqələr  keçirilməli,

həyata keçirilən tədbirlərin nəticələrinin ümu-

miləşdirilməsi və sistemləşdirilməsi nəticəsində

“Ümumi Konsepsiya” hazırlamalıdır.

Bu  cür  proqram  xarakterli  sənədlərin

zəruriliyini Prezident İlham Əliyev 28 May Re-

spublika Günü münasibətilə rəsmi qəbulda da

bildirmişdir: “Bizim bu illər ərzindəki ən böyük



uğurumuz ondan ibarətdir ki, müstəqillik yol-

undan dönməmişik. Müstəqillik sadəcə olaraq

dövlət  atributları  deyildir.  Müstəqillik  o

deməkdir ki, ölkə müstəqil siyasət apara bilir,

yoxsa  yox.....  Xüsusilə,  böyük  güc  mərkə-

zlərinin  maraqlarının  kəsişdiyi  bir  coğrafi

məkanda yerləşən ölkələr üçün bu, aktualdır.

Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə

zəngin olan Azərbaycan müstəqil siyasət aparır

və aparacaqdır. Əgər sənin ləyaqətli siyasətin,

kifayət qədər cəsarətin və ölkə üçün, ölkənin

gələcəyi  üçün  aydın  strategiyan  varsa  bunu

etmək mümkündür”. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə