İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   2   3   4   5   6   7   8   9   ...   30

10

DEKABR. 2012. № 13



www.uluturk.info

xarakterli  amilləri,  Qarabağ  müharibəsindən

sonra əhalidə yaranmış nisbi ruh düşgünlüyünü

aid etmək olar. Təəssüflər olsun ki, müstəqil-

liyinin  ilk  dövründə  dövlətçilik  təcrübəsi  ol-

mayan Azərbaycan Republikasının zorla cəlb

edildiyi ədalətsiz və qeyri-bərabər müharibə,

uzunmüddətli  sülhlə  əvəz  olunsa  da  nəticə

etibarilə beynəlxalq hüquq tərəfindən tanınan

ərazimizin  20%-ni  itirilməsi  ilə  nəticələn-

mişdir. Bu isə əhalidə müharibə dövründə min-

lərlə vətən övladının mənasız yerə şəhid olması

kimi bədbin fikir aşılamışdır. Xüsusən bir sıra

hallarda müharibənin bir çox qəhrəmanlarının

layiq olduğu qiyməti almaması, erməni şovin-

istlərinin insanlıqla və müharibə qanunları ilə

bir araya sığmayan vəhşilikləri, baş vermiş bir

çox xəyanət halları insanlarda müharibə xofu

formalaşdırmış, bəzi hallarda isə valideynlərin

övladlarına vətən qarşısında öz borcunu yerinə

yetirməsinə əngəllər yaratması üçün bəhanə ol-

muşdur. 


3. Xarici əks təsirlər

Bu qrup amillər daha təhlükəli olub qlobal-

laşma və beynlxalq inteqrasiya zəminində milli

və  mənəvi  dəyərlərin  aşınması,  daha  dəqiqi

xarici  qüvvələrin  məqsədyönlü  fəaliyyəti

nəticəsində insanların öz dəyərlərinə qarşı yad-

laşması, daha çox deformasiyaya uğraması ilə

seçilən  qərb  dəyərlərinə  meyl  etmək,  bütün

bunların  nəticəsi  kimi,  öz  dövlətinə  və

cəmiyyətinə qarşı bəzi hallarda düşmən müna-

sibətə keçən ifrat kosmopolitizm toxumlarının

səpilməsi ilə müşayət edilir. Bu məqsədyönlü

fəaliyyət daha çox gənclərə qarşı yönəlmişdir.

Artıq heç kimə sirr deyil ki, xaricdən Azərbay-

can dövlətinə qarşı dost münasibətdə olmayan

qüvvələr  tərəfindən  gənclərin  milli-mənəvi

dəyərlərdən  uzaqlaşdırılması,  öz  dövlətinə

qarşı düşmən münasibət formalaşdırılması is-

tiqamətində artıq uzun illərdir ki, məqsədyönlü

iş görülür. Bu məqsədlə milli və mənəvi dəyər-

ləri alçaldan, dövlətçiliyi zəiflədən layihələrə

maddi  dəstək  verilir,  bu  sahədəki  layihələrə

olduqca  yüksək  məbləğdə  qrantlar  ayrılır.

Xarici  qüvvələrin  maraqlarına  xidmət  edən

təlim-tədris mərkəzləri yaradılaraq, xüsusən bi-

likli, intellektual və perspektivli gənclər mərkə-

zlərdəki təlimlərə cəlb edilirlər. Bu istiqamətdə

informasiya  texnologiyalarından  olduqca

səmərəli şəkildə istifadə edilir, sosial şəbəkələr

vasitəsilə yalanlarla dolu rəy formalaşdırılaraq

insanlar  öz  cəmiyyətinə  və  dövlətinə  qarşı

itaətsizliyə, özbaşınalığa, bu şəbəkələrdən kə-

nara çıxmayan “inqilablara” çağrılır. 

Nəticədə nə baş verir? Gələcəkdə öz milləti

və dövləti üçün mühüm işlər görə biləcək bu

kadrlar mənsub olduğu millətə tamamilə yad-

laşdırılaraq  iyrənc  məqsədlər    üçün  istifadə

edilir. 


Son olaraq 2012-ci ilin may ayında təşkil ol-

unan “Eurovision 2012” mahnı müsabiqəsi isə

özünün  möhtəşəmliyi  ilə  dünyaya  səs-küy

salmaqla  yanaşı,  ölkəmizə  qarşı  açıq  şəkildə

düşmən münasibətdə olan bir çox qüvvələrdə

həsəd hisslərinin yaranmasına səbəb olmuşdur.

Həmin  dövrdə  daxildə  və  xaricdə  ölkəmizdə

qarşı  aparılan  iyrənc  əks-təbliğat  dövlət  rəs-

milərini  də  məsələyə  açıq  şəkildə  etirazını

bildirməyə  vadar  etdi.  Bununla  bağlı  olaraq

dövlət  başçısı  baş  verənlərə  düzgün  qiymət

verərək bildirmişdi ki, “bizə qarşı informasiya

müharibəsi  aparılır.  ....  Bu  informasiya

müharibəsinin aparılması işində, əlbəttə ki, ilk

növbədə, erməni lobbisi öz fəallığı ilə seçilir.

Azərbaycanı  qaralamaq,  Azərbaycan  real-

lıqlarını danmaq, Azərbaycanı geridə qalmış,

antidemokratik  ölkə  kimi  dünyaya  təqdim

etmək cəhdləri, ilk növbədə, erməni lobbisinin

çirkin əməllərindən qaynaqlanır”.

4. Dini və milli radikalizm

Azərbaycan dövlətinə qarşı düşmən mövqedə

olanların gözə çarpayan daha bir məqsədyönlü

fəaliyyəti dövlətçiliyimizin təməlləri olan Türk-

lük, İslam və müasirlik arasında ziddiyyət yarat-

maq, guya onların birinin digərini inkar etməsi

istiqamətində təbliğat aparmaqdı. Bəzi hallarda

Aqşin Atalızadə




11

DEKABR. 2012. № 13



www.uluturk.info

vətənpərvər, millətçi qismə qarşı gizli təsirlər

göstərilərək  onlara  radikalizm,  faşizm  ele-

mentləri sızdırılır. Bu zaman millətçi gənclərdə

ifrat  dərəcədə  turançılıq,  Azərbaycan  Türk-

lüyünün inkarı üzərində qurulmuş Türkiyə-Os-

manlı  Türklərinin  üstünlüyü,  min  illər  boyu

qardaş kimi bir vətəni bölüşdüyümüz digər etnik

qruplara  qarşı  düşmənçilik  hissləri  yaradılır.

Türklüklə İslamın bir araya sığmaması kimi heç

bir əsası olmayan mülahizələr yürüdülür, yüzil-

lər  boyu  dəyərlər  sistemimizin  tərkib  hissəsi

olan və artıq sistemləşmiş milli-mənəvi dəyər-

lərimiz olan İslam dini ehkamları inkar edilir,

hətta Azərbaycanda nə vaxtsa mövcud olması

mübahisəli olan tenqriçilik təbliğ olunur. 

Eyni ssenari dindar əhali kütləsi arasında da

cızılır. Tarixən Azərbaycan müxtəlif dindən və

məzhəbdən  olan  insanların  qardaş  kimi  bir

yerdə yaşadığı tolerant bir cəmiyyət kimi bütün

dünyaya nümunə olmuşdur. Məzhəb fərqliliy-

inə baxmayaraq müsəlman əhali İslam dəyər-

lərini  yerli  xüsusiyyətlər  nəzərə  alınmaqla

mənimsəmiş, tarixi inkişaf prosesində bir-bir-

inə hörmət edən müxtəlif məzhəblərin mövcud

olduğu  özünəməxsus  İslam  dini  modeli

təşəkkül tapmışdır. Hətta sovet dövründə uzun

illər mövcud olan ateizm siyasəti və təbliğatı

belə  ölkəmizdə  İslam  dəyərlərinə  zərbə  vura

bilməmişdir.  Müstəqilliyin  son  illərində  dini

təbliğat  sahəsində  mövcud  olan  boşluqdan

xarici qüvvələr öz məqsədləri üçün istifadə et-

məyə, müxtəlif maraqlara xidmət edən və Azər-

baycan cəmiyyətinə yad olan dini təriqətlər və

missioner  sektalar  ölkəmizə  soxulmağa

başlamışlar. Bu siyasətin mənfi nəticəsi olaraq

ölkəmizin böyük bir qismində İranmeylli daha

radikal  şiə  qruplar  və  son  20  ilə  qədər  ümu-

miyyətlə  respublikamızda  rast  gəlinməyən

vəhabilik adlanan sağ radikal dini qruplaşmalar

formalaşmışdır. Bu qruplaşmalara cəlb edilən

insanlarda  digər  məzhəblərə  qarşı  nifrət,

məzhəb  üstünlüyü  kimi  əhalini  ümumi  bir-

likdən uzaqlaşdıran çalışmlar aparılır, məzhəb-

daxili  sistem  formalaşdırılır.  Azərbaycan

vətəndaşlarına guya mənsub olduqları dövlətin

Allahsız  olması  barədə  fikir  yeridilir,  onlar

daha çox maliyyələşdikləri dövlətlərin siyasə-

tinin həyata keçirilmısinə cəlb edilir. 

Bütün bunların nəticəsi olaraq ölkəmizdə az

da olsa dini sferada qütbləşmə meylləri hiss ol-

unur ki, bu da gələcəkdə respublikamızda dini

toqquşma potensialı yaradır. Azərbaycan Re-

spublikasında dövlət səviyyəsində əhalinin dini

inanclarının qorunması istiqamətində bir çox

tədbrilər həyata keçirilir. Ölkəmizdə daha çox

xarici  dini  təsirlərin  qarşısının  alınması  is-

tiqamətdə tədbirlər görülsə də bu tədbirlər artıq

oturuşmuş olan radikal qrupları daha da qıcıq-

landırır. 

Etiraf etmək lazımdır ki, hazırda ölkəmizdə

milli, dini və mənəvi dəyərlərin təbliği bu hal-

lara qarşı dayanacaq dərəcədə lazımi səviyyədə

deyildir. Bir çox hallarda Azərbaycan Respub-

likasına qarşı heç də xoş münasibətdə olmayan

qüvvələr  tərəfindən  dəstəklənən  həmin  qru-

pların öz sıralarına kifayət qədər gənci cəlb edə

bilməsi, əslində heç də güclü ənənəvi qüvvəyə

və  təsirə  malik  olmalarında  deyil,  cəmiyyə-

timizin  özündə  həqiqi  İslamın  mahiyyətinin

düzgün  dərk  edilməməsi  və  bu  sahədə

məqsədyönlü  siyasətin  aparılmamasındadır.

Vətəndaşların, xüsusən gənclərin Azərbaycan

üçün ənənəvi olmayan dini və dinə zidd olan

birliklərə  (məsələn,  satanizmə,  krişnaizmə,

emoçuluğa, Yeqova şahidlərinə, vəhabiliyə, ul-

traradikal şiəliyə və s.) qoşulması əsasən xarici

qüvvələr 

tərəfindən 

maliyyələşdirilən

təbliğatın, psixoloji təsirin  nəticəsidir. 

5. Mənəviyyatsızlaşdırma

Hazırda  ölkəmizdə  düşmən  qüvvələr

tərəfindən əhali arasında məqsədöynlü şəkildə

əxlaqsızlıq, mənəviyyatsızlıq stimullaşdırılır,

əxlaqi cəhətdən geri qalan, mənəviyyatı zəif in-

sanların  təbliğatı  aparılır,  bu  şəxslər  yetişən

gənc nəslə nümunə kimi təbliğ olunur. Bunun

nəticəsində  hazırda  cəmiyyətdə  gənclərin

mənəvi  və  əxlaqi  aşınması  da  müşahidə

Milli dövlətçiliyimizə daxili təhdidlər 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə