İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


DEKABR. 2012. № 13 www.uluturk.info



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix20.08.2018
ölçüsü0,92 Mb.
#63666
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

34

DEKABR. 2012. № 13



www.uluturk.info

Azərbaycan ərazilərinə nəzarəti ələ keçirməsi ilə

faktiki olaraq qurulmuş olan Hürrəmilər dövlə-

tinin ideya əsasları əsasən İslami yönümlü olsa

da,  ortodoksal  İslama  yox,  heterodoks  İslama

mənsub  olmaqla  Abbasi  sarayının  rəsmi

məzhəbi  olan  Mötəziliyyəyə  qarşı  idi.  Bu

dövlətdə  şəriət  qanunları  dövlətin  idarə  olun-

masında heç də mühüm rola malik deyildi / Ab-

dülkahir  el-Bağdadi,  “Mezhepler  arasındaki



farklar” (El-Fark  Beynel-Fırak),  Ankara,

Türkiye Diyanet Vakfı Yayınları, 2005./. Bunu

isbatlayacaq  kifayət  qədər  fakt  tərəfimizdən

“Babək və Hürrəmilik: yalanlar və gerçəklər”

adlı kitabda sadalanmışdır / Ceyhun Bayramlı,

“Babək və hürrəmilik” (yalanlar və gerçəklər),

Bakı, Kitab Aləmi, 2011./. Bu gün ortaya daha

bir məntiqi sual çıxmaqdadır: Hürrəmilər dövlə-

tini  tarixdə  ilk Türk-müsəlman  dövləti  olaraq

qəbul edə bilərikmi və bunun üçün əldə hansı

ciddi əsaslar vardır?

İlk  əvvəl  onu  bildirək  ki,  tarix  elmində  ilk

Türk-İslam dövləti olaraq Qaraxanlılar dövlə-

tinin qəbul edilməsi fikri yanlışdır. Çünki bun-

dan  çox-çox  əvvəl  İslam  xilafətinin  təsir

dairəsində olan torpaqlarda Türk sülalələrinin

qurmuş olduqları dövlət qurumlarının mövcud-

luğu  faktı  vardır.  Bu  sırada Azərbaycanda  IX

əsrin  II  yarısından  etibarən  siyasi  səhnəyə

çıxmış olan Sacoğulları (Sacilər) dövlətini xatır-

lamaq  kifayət  edər.  Lakin  Hürrəmilər

hərəkatının 816-cı ildən etibarən yenidən vüsət

alaraq genişlənməsi və qarşısıalınmaz qüvvəyə

çevrilməsi ilə İslam coğrafiyasında müstəqil bir

dövlət  qurulmuşdur  ki,  bu  faktı  isbatlayacaq

dəlillərdən bəzilərini bundan əvvəl qeyd etdik.

Bu  dövlətin  təməl  prinsiplərinin  Hürrəmilər

hərəkatının və cərəyanının ideya prinsipləri ilə

eyniyyət təşkil etməsi aydındır və heç bir şübhə

doğurmur.  O  zaman  Hürrəmilər  hərəkatının

ideyalarında  ən  ümdə  yeri  tutan  prinsiplərin

milli  təşəkkül,  Türk  özünüdərki  və  İslam

imanından  ibarət  olmasını  təsdiqləyə  biləcək

faktları da demək lazımdır ki, Hürrəmilər dövlə-

tinin təməl prinsiplərinin Türk-İslam sintezinə

əsaslanması tezisinin ciddi əsaslara malik olması

üzə çıxsın.

1.Hürrəmilərin  milliyyətçi  dünyagörüşünə

sahib  olmalarını  təsdiqləyən  faktlar  çoxdur,

lakin  bunun  ən  bariz  nümunəsinə  İbn  Vazeh

Yəqubinin “Tarixi-Yəqubi” əsərində rast gəlmək

mümkündür:  “Sonra  o,  (xəlifə  əl-Məmun

nəzərdə tutulur – C.B.) Hatim ibn Hərsəmə ibn

Əyunu  Ərminiyyəyə  vali  təyin  edir.  O,  ölkəyə

gəlir  və  mütəzililərlə  ifrat  milliyyətçilər

arasında qalmış olur. Onlar bir-biri ilə elə vu-

ruşurlar  ki,  az  qala  məhv  olacaqdılar,  sonra

barışırlar. Hatim ibn Hərsəmə elə bir neçə gün

ölkədə qalmışdı ki, ona atası Hərsəmənin ölüm

xəbəri və onun necə şəraitdə ölməsi çatır” / Orta

əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid

materiallar, Bakı, “Nurlan”, 2005./. Burda söh-

bət xilafət dövründə “Ərminiyyə” adlandırılan

Quzey Azərbaycan torpaqlarında xəlifə Məmun

dövründə hakim mötəziliyyə cərəyanının tərəf-

darları ilə onlara qarşı etiraz çıxışları edən ifrat

milliyyətçilərin olduqca sərt qarşıdurmasından

gedir. İfrat milliyyətçi adlanan cinahın mənsub-

larının məhz Hürrəmilərdən ibarət olması tarix

yazarlarının  qeydlərindən  də  aydın  görün-

məkdədir. Əks təqdirdə bu cinahın mənsubları

Hürrəmilərdən ayrı bir qüvvə olaraq daha ətraflı

və  məxsusi  olaraq  qeyd  olunardı,  İbn  Vazeh

Yəqubi isə öz əsərində 212-ci hicri ilində (827-

828-ci  illərdə)  baş  verən  hadisələrə  və  Hür-

rəmilərin fəaliyyətinə toxunarkən bu hadisəni

qeyd edir. Deməli, Hürrəmilər məhz Azərbay-

canın  milliyyətçi  qüvvələri  idi  ki,  bölgəyə

nəzarəti əllərinə keçirmiş, Abbasi ordularını ard-

ardına məğlub etmiş, müstəqil dövlət qurmuş-

dular.


Babək  başda  olmaqla  Hürrəmilərin  İslam

inancına sahib olmaları və imanlı müsəlmanlar

olaraq da İslam adından sui-istifadə edən xilafət

sarayının zülmünə qarşı cihad etmələri ilə bağlı

faktlar  müxtəlif  mənbə  məlumatlarına  istinad

edilməklə  “Babək  və  hürrəmilik:  yalanlar  və



gerçəklər” adlı kitabımda sadalanmışdır. Hür-

rəmilərin  məhz  heterodoks  İslamın  bir  qolu

olduqları sözügedən faktlarla öz təsdiqini tap-

maqdadır.  Azərbaycan  tarixində  bu  cür  Türk

Ceyhun Bayramlı



35

DEKABR. 2012. № 13



www.uluturk.info

milli  özünüdərk  məfkurəsinə  əsaslanan  və  İs-

lamın heterodoksal yönümünə uyğun prinsiplərə

dayanan  dövlət  qurulması  hadisəsinə  Hür-

rəmilərdən təxminən yeddi əsr sonra – Səfəvi

Qızılbaş dövlətinin qurulması dönəmində də rast

gəlinmişdir, bu üzdən Hürrəmilər dövlətinin ide-

oloji tərəflərini dəqiq müəyyən etmək üçün onu

sonrakı dövrlərlə də müqayisə etmək və paralel-

lər  aparmaq  lazım  gəlir.  Azərbaycan  Səfəvi

Qızılbaş dövlətinin təməl prinsiplərinin özülü

hələ  bu  dövlət  qurulmamışdan  əvvəl  –  Qızıl-

başların mürşidi Şeyx Cüneydin və oğlu Şeyx

Heydərin  zamanında  qoyulmuşdu.  Şeyx  Hey-

dərin  təliminin  Hürrəmilik  ideyaları  ilə  nə

dərəcədə  bağlı  olub-olmadığını  isə  müxtəlif

mənbələrdən bilmək olar. Bu mənbə məlumat-

larından birini bu yazıda xatırlamaq, zənnimcə,

məsələyə aydınlıq gətirməyə kömək edər. 

Fəzlullah  ibn  Ruzbehxanın  fikrincə,  “Şeyx



Heydər öz müridlərinə Babəkin dini qayda-qa-

nunlarını təbliğ edirdi” /Ziya Bünyadov, “Azər-

baycan  VII-IX  əsrlərdə”,  Bakı,  “Şərq-Qərb”,

2007./. Buradan belə bir nəticə hasil edə bilərik

ki,  Şeyx  Heydər  oğlu  Şah  İsmayılın  qurduğu

Səfəvi Qızılbaş dövləti öz dini-ideya məzmu-

nuna görə məhz Babəkin qurmuş olduğu Hür-

rəmilər dövlətinin məntiqi davamı olmaqla onun

təməl prinsipləri ilə eyniyyət təşkil edirdi. 

Yuxarıda sadalanan tarixi mənbə məlumatları

və bir sıra tarixi faktlar onu söyləməyə əsas verir

ki, Babək Abbasilərin yürütdüyü siyasətə qarşı

milli-azadlıq hərəkatının öndəri olmaqdan əlavə,

həmçinin, bu hərəkatın nəticəsi kimi bölgədə or-

taya çıxmış, Türk-İslam düşüncəsinə əsaslanan

müstəqil Hürrəmilər dövlətinin də hökmdarı ol-

muşdur. Mənbə müəllifləri bu dövlətin ismini o

səbəbdən öz əsərlərində qeyd etməmişlər ki, iqti-

darda olan işğalçı Abbasi xanədanı mənsubları

bunu yazmağı qadağan etmişlər. Sonrakı yüzil-

liklərin tarix yazarları isə Babəkin başçılıq etdiyi

Hürrəmilər hərəkatı və Hürrəmilər dövləti barədə

yazdıqları qeydlərdə özlərinə əziyyət vermədən,

sadəcə olaraq özlərindən əvvəlki dövrlərin saray

tarixçilərinin qərəzli məlumatlarına istinad et-

məyi daha doğru hesab etmişlər. 

Babəkin hökmdarı olduğu Hürrəmilər dövləti

barədə  ilk  növbədə  bunları  demək  olar  ki,  bu

dövlət  Azərbaycan  Türklərinin  816-cı  ildə

yenidən baş qaldıran milli-azadlıq hərəkatının

məntiqi nəticəsi kimi təxminən 820-ci ildə mey-

dana çıxmışdır. Azərbaycan Hürrəmilər dövlə-

tinin  banisi  olan  Babək  Hürrəminin  konkret

ərazilərdə  idarəetmə  sisteminə  malik  olması

bunu söyləməyə əsas verir. Hürrəmilər dövlətinin

təməlində dayanan ideoloji prinsiplər Türklük və

heterodoks İslam düşüncəsi idi, dövlət şəriət qa-

nunları  ilə  idarə  olunmurdu.  Qonşuları  Xəzər

xaqanlığı  ilə  Bizans  imperiyasının  tənəzzül

dövrünə təsadüf edən Hürrəmilər dövləti mövcud

olduğu 22 il ərzində İslam dini adı altında İslama

tamamilə zidd mövqe tutan və ərəb imperializmi

düşüncəsi  ilə  işğal  siyasəti  yürüdən Abbasilər

dövlətinin davamlı təhdid və müdaxiləsi ilə baş-

başa qalmış, özünümüdafiə məqsədilə bu işğalçı

dövlətlə arasıkəsilmədən müharibələr aparmalı

olmuşdur. Bu müharibələr zamanı Azərbaycan

Hürrəmilər dövlətinin orduları hökmdar Babəkin

başçılığı altında uzun müddət nəinki vətən tor-

paqlarını  yadellilərin  təcavüzündən  qorumuş,

hətta Abbasilər xilafətinin bir sıra digər əraziləri

(Xorasan,  İsfahan,  Təbəristan  və  s.)  üzərində

nəzarəti zaman-zaman ələ keçirmişdir. 

Bir sıra tarixçilərimiz ilk Türk-İslam dövlətinin

Volqa  Bulqarlarının  dövləti  olması  fikrini

müdafiə  etməkdədir.  Bu  fikirdə  az  da  olsa,

həqiqət  payı  vardır.  Lakin  onu  nəzərə  almaq

lazımdır  ki,  Volqa  Bulqarlarının  dövləti

yaranışında İslam inancına söykənməmişdi, son-

radan İslam dinini qəbul etməklə öz təməl prin-

siplərində dəyişiklik etmişdi. Babəkin qurucusu

olduğu Hürrəmilər dövləti isə məhz Türklük və

İslam düşüncəsi üzərində qurulmuş dövlət idi, bu

baxımdan Hürrəmilər dövlətini çəkinmədən ilk

Türk-müsəlman  dövləti  olaraq  qəbul  etmək

mümkündür. İnanmaq olar ki, bu səmtdə aparıla-

caq  gələcək  tədqiqatlar  Hürrəmilər  dövləti  ilə

bağlı daha qaranlıq məqamları üzə çıxarmaqla

yanaşı,  onun  Türklük  və  İslam  prinsipləri

üzərində  bərqərar  olması  fikrini  də  möhkəm-

ləndirəcəkdir. 

Bir daha Babəkin Türk-müsəlman hökmdarı olması barədə




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə