6
DEKABR. 2012. № 13
www.uluturk.info
dair Türk Şurasının Katibliyi (bundan sonra Kat-
iblik adlandırılacaq), mədəniyyət nazirlikləri,
YUNESKO milli komissiyaları, TÜRKSOY və
İslam Tarixi, İncəsənət və Mədəniyyət üzrə
Araşdırma Mərkəzinə müraciət etdilər;
e)Türk xalqları arasında humanitar əlaqələri
və sivilizasiyaların dialoqunu təşviq edərək,
2013-cü ildə Türk xalqlarının böyük yazıçısı,
İssık-Kul Forumunun banisi Çingiz Aytmatovun
anadan olmasının 85-ci ildönümü xatirəsinə
İssık-Kul Forumunun keçirilməsi təşəbbüsünü
dəstəklədilər;
f)Ümumi tarix, ənənə, dil və mədəniyyətə hör-
mət əlaməti olaraq Türk xalqlarının ənənələrinin
dirçəldilməsi və dəstəklənməsi məqsədilə
“Köçərilərin Oyunu”nun müntəzəm olaraq
keçiriməsi barədə Qırğızıstan Respublikasının
təşəbbüsünü alqışladılar;
g)2013-cü ildə Birgə Terminologiya Komitəsi
tərəfindən rəsmi istinad üçün təqdim olunacaq
yeni lüğətin qəbul edilməsi məsələsini nəzrdən
keçirmək niyyətini təsdiqlədilər;
h) TÜRKSOY-un 19 illik fəaliyyəti dövründə
naliyyətlərini yüksək qiymətləndirdilər və təşk-
ilatın maliyyə və hüquqi əsaslarını möhkəm-
ləndirməyin zəruriliyini qeyd etdilər;
i) Üçüncü Zirvə Toplantısından əvvəl Türk
Dünyası Mükafatının Əsasnamə layihəsini
yekunlaşdırmaq məqsədilə üzv dövlətlərin mü-
vafiq hökumət qurumları ilə əlaqələndirilmiş
qaydada işləmək üçün Katibliyə tapşırıq
verdilər;
j) Türk xalqlarının mədəni inte-
qrasiyasına böyük əhəmiyyət verərək
Türk Ölkələrinin Yazıçılar Birliyinin
və Türk Ölkələrinin Kino İşçiləri Bir-
liyinin yaradılması təşəbbüsünü
alqışladılar.
Elm və təhsil sahəsində əməkdaşlıq
2.Xüsusi proqramlar və birgə insti-
tutlar vasitəsilə elm və təhsil
sahəsində geniş əhatəli və əsaslı
əməkdaşlıq yaratmaq.
Bu münasibətlə:
a)Türk Şurasının üzv dövlətlərinin
10 avqust 2012-ci ildə Qırğızıstan Re-
spublikasının Çolpan-Ata şəhərində
keçirilmiş təhsil nazirlərinin birinci iclasının
hesabatını alqışladılar və təhsil nazirlərinə mün-
təzəm görüşlərin davam etdirilməsini tapşırdılar;
b)Təhsil nazirlərini milli tədris planlarına
daxil edilmə imkanları olan Türk tarixinin
ümumi dərsliyinin hazırlanması üzrə işlərin
davam edilməsinə çağırdılar;
c)Türk Ölkələrinin Universitetlərarası Bir-
liyinin təsis edilməsi təşəbbüsünü alqışladılar;
d)Katiblik tərəfindən təqdim olunmuş
araşdırma layihəsi əsasında Türk Elmi-Tədqiqat
Fondunun təsis edilməsi istiqamətində zəruri
olan birgə addımları nəzərdən keçirmək üçün
elm üzrə müvafiq qurumlara müraciət etdilər.
İqtisadi əməkdaşlıq
3.İqtisadi əməkdaşlığın gücləndirilməsi və
onun əhatəsinin genişləndirilməsi məqsədi ilə 14
avqust 2012-ci ildə Türk dövlətlərinin iqti-
sadiyyat üzrə məsul nazirlərinin Bakı şəhərində
keçirilmiş ikinci iclasının hesabatını alqışladılar.
Bu münasibətlə:
a)Sərmayə mühitinin yaxşılaşdırılması üçün
hüquqi çərçivənin işlənib hazırlanması barədə
çağırış etdilər;
b)Sərmayə mühitinin təhlilinin, eləcə də Türk
Şurasının üzv dövlətləri arasında beynəlxalq
ticarət sahəsində təhlil araşdırmalarının aparıl-
masının əhəmiyyətini vurğuladılar;
c)Regionda rifahın və sabitliyin gü-
cləndirilməsi, eləcə də iqtisadi əməkdaşlıq və in-
Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının II Zirvə toplantısının Bəyannaməsi
Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının II Zirvə toplantısının Bəyannaməsi
7
DEKABR. 2012. № 13
www.uluturk.info
teqrasiya sahələrinin dərinləşdirilməsi və
genişləndirilməsi məqsədilə Türk Şurasının
İnkişaf Fondunun yaradılmasına dair Qırğızıstan
Respublikasının təşəbbüsünü alqışladılar və
İnkişaf Fondunun yaradılmasını əsaslandıran
araşdırmaların tezləşdirilməsi barədə iqti-
sadiyyat üzrə məsul nazirlərə təlimat verdilər;
d)Nəqliyyat sahəsində mövcud əməkdaşlığı
gücləndirmək və inkişaf etdirmək məqsədilə
nəqliyyat nazirlərinə müntəzəm olaraq görüşlər
keçirməyi tapşırdılar;
e)Nəqliyyat imfrastrukturu sahəsində təcrübə
mübadiləsi və ən qabaqcıl təcrübənin tətbiq
edilməsi məqsədilə aidiyyəti qurumlara mövcud
nəqliyyat ifrastrukturunun araşdırılması barədə
müraciət etdilər;
f)Türk Biznes Şurasını üzv dövlətlərin kiçik
və orta sahibkarlığının rəqabət qabiliyyətini
artırmaq üçün birgə proqramları inkişaf et-
dirməyə çağırdılar;
g)Gömrük fəaliyyətinə aid olan məsələlər üzrə
müntəzəm görüşlərin keçirilməsi vasitəsilə
aidiyyəti qrumlara gömrük xidmətləri sahəsində
əməkdaşlığın güçləndirilməsini tapşırdılar;
h)2013-cü ilin birinci yarısında İstanbulda
keçiriləcək Türk dövlətlərinin iqtisadiyyat üzrə
məsul nazirlərinin üçüncü iclası zamanı
Türkiyənin Palatalar və Birjalar Birliyi
tərəfindən təşkil olunacaq Biznes Forum və
İxrac Məhsullarının Sərgisinin keçirilməsinə
dair Türkiyənin təklifini alqışladılar;
i)“Türk Şurasının Birgə Sərmayənin Təşviqi
Portalı”nın yararadılmasını alqışladılar və ən
qabaqcıl təcrübənin mübadiləsi, eləcə də qadın
və gənclərin sahibkarlığının təşviq edilməsinin
əhəmiyyətini vurğuladılar.
Xarici siyasət və təhlükəsizlik məsələləri
üzrə əməkdaşlıq
4.Regional və qlobal sabitlik, sülh və əmin-
amanlığa birgə töhfə vermək məqsədilə üzv
dövlətlər arasında xarici və təhlükəsizlik siyasə-
tinin daha sıx əlaqələndirilmədini təmin etmək.
Bu məqsədlə:
a)Fəaliyyətdə olan sədrin himayəsi altında
aşağıdakı vasitələr də daxil olmaqla beynəlxalq
məsələlərə dair müntəzəm məsləhətləşmələrin
davam etdirilməsi barədə xarici işlər nazirlərinə
təlimat verdilər:
I.hər ilin sentyabr ayında BMT Baş Assamb-
leyası zamanı qeyri-rəsmi toplaşma;
II.hər hansı bir tərəfin təşəbbüsü əsasında
Xarici İşlər Şurasının növbədənkənar iclasları;
b)Beynəlxalq təşkilatlarda, o cümlədən BMT-
də bir-birinin namizədliklərinə dəstək verməyə
çağırdılar, beynəlxalq təşkilatlara və vəzifələrə
namizədliklər, eləcə də beynəlxalq tədbirlər üzrə
Türk Şurası Katibliyi vasitəsilə əməkdaşlıq və
əlaqələndirmə aparmaq niyyətini ifadə etdilər;
c)Azərbaycan Respublikasının BMT Təhlükə-
sizlik Şurasına üzvlüyünün türkdilli dövlətlərin
ümumi maraqlarına töhfə verəcəyinə dair əmin-
liklərini ifadə etdilər;
5.Terrorçuluq, separatizm və ekstremizmin
bütün forma və tazahürləri, transmilli mütəşək -
kil cinayətkarlıq, insan alveri və qeyri-qanuni
miqrasiya, narkotik və psixotrop maddələrin
qeyri-qanuni dövriyyəsi və silah alverinə qarşı
mübarizədə əməkdaşlıq və əlaqələndirmə üzrə
öhdəliklərini bir daha təsdiqlədilər.
6.Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və
milli birliyinə dəstəklərini vurğuladılar və İstan-
bul prosesi kimi regional əməkdaşlığın gü-
cləndirilməsinə
yönəldilmiş
təşəbbüslər
vasi təsilə ölkənin təhlükəsizliyi, sabitliyi və
inkişafına töhfə verilməsinə hazır olduqlarını
ifadə etdilər.
7.Suriyada davam edən böhran və onun re-
gional təhlükəsizlik və sabitliyə mənfi təsirindən
ciddi narahatlıq ifadə etdilər və böhranın
Suriyanın ərazi bütövlüyü və milli birliyi
çərçivəsində Suriya xalqının iradə və istəklərinə
uyğun olaraq dərhal dayandırılması barədə
çağırış etdilər.
8.Davamlı sabitliyə və regional əməkdaşlığa
əsas maneələrdən biri olan Ermənistan-Azərbay-
can Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan
Respublikasının suverenliyi, ərazi bütövlüyü və
sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu
ilə həll edilməsinin vacib olduğunu qeyd etdilər
və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ mü-
naqişəsinin həllinin Avrasiya məkanında sülh,
sabitlik və rifahın təmin edilməsi istiqamətində
mühüm tərəqqi olacağına əminliklərini bir daha