Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının II Zirvə toplantısının Bəyannaməsi
www.uluturk.info
DEKABR. 2012. № 13
8
təsdiq etdilər.
9.Kipr məsələsinin adada iki xalqın siyasi
bərabərliyinə əsaslanan, BMT-nin himayəsi al-
tında danışıqlar vasitəsilə qarşılıqlı şəkildə
razılaşdırılmış həllinə tam dəstəklərini təsdiq et-
dilər və Kiprin bərabər və vahid tərkibin tərəfdaşı
olan Kiprin Türk əhalisinin dinc, təhlükəsiz və
firavan həyat yaşamaq istəkləri ilə həmrəylik-
lərini ifadə etdilər.
10.Türk Şurasını BMT, İslam Əməkdaşlıq
Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada
Qarşılıqlı Fəaliyyət və Tədbirləri üzrə Müşavirə,
ATƏT, YUNESKO və Avropa Şurası kimi
beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyəti
inkişaf etdirməyə çağırdılar.
11.Türk Şurası və TÜRKPA-nın Dublində
təşkil olunacaq ATƏT-in Nazirlər Şurasında işti-
rakı da daxil olmaqla onların ATƏT çərçivəsində
daha da tanıdılması məqsədilə birgə səylərin gü-
cləndirilməsi barədə xarici işlər nazirlərini təli-
matlandırdılar.
12.Su ehtiyatlarına dair vacib məsələni 2013-
cü ildən başlayaraq Xarici İşlər Nazirləri
Şurasının sessiyalarının gündəliyinə mütəmadi
mövzu kimi daxil etdilər. Bu məqsədlə Üçüncü
Zirvə Toplantısına hesabat təqdim etmək üçün
Katibliyə üzv dövlətlərin xarici işlər nazirlikləri
və tədqiqat institutları, eləcə də beynəlxalq təşk-
ilatlarla əməkdaşlıq etməyi tapşırdılar. Hesabat
ətraf mühitə dəyən zərəri, iqlim dəyişikliyini və
su etiyatlarının rasional istifadəsinin geniş kon-
tekstini əhatə edəcək və mövcud su ilə əlaqəli
sosial-iqtisadi problemlərin həlli üzrə fəaliyyət
planını təklif edəcəkdir.
13.Türk dövlətləri arasında siyasi dialoqun gü-
cləndirilmədində parlamentlərarası əlaqələrin
əhəmiyyətini vurğuladılar. Bu baxımdan:
a)TÜRKPA-nın 3-cü sessiyasının nəticələrindən
məmunluğu qeyd etdilər;
b)Türk Şurasının işinə təkan vermək üçün
TÜRKPA-nı Türk Şurasının məqsədləri naminə
üzv dövlətlərin parlamentlərində paralel olaraq
mövzuların müzakirəsini təşkil etməyə çağırdılar.
Digər məsələlər
14.Baş katibin təqdim etdiyi illik hesabata
əsasən əldə edilən ümumi nailiyyətdən mə-
munluq ifadə etdilər və Baş katibə 2013-cü ilin
may ayına kimi əlavə aralıq icmal hesabat ver-
ilməsini tapşırdılar.
15.2011-2012-ci illərdə Türk Şurasına sədrlik
edən Qazıxıstanın hesabatını qəbul edərək təşk-
ilatın ilk fəaliyyətdə olan sədri kimi Qazax
tərəfini uğurlu sədrliyə görə təbrik etdilər.
16.Naxçıvan Sazişinin 10-cu maddəsinə
uyğun olaraq Azərbaycan Respublikasından
Qismət Gözəlovu və Qazaxıstan Respublikasın-
dan Darxan Kıdıralını müvafiq olaraq 1 fevral
2012 və 24 aprel 2012-ci ildən Türk Şurası Baş
katibinin müavinləri vəzifəsinə təyin etdilər.
17.Türk Şurasının Üçüncü Zirvə Toplantısının
2013-cü ildə Azərbaycan Respublikasında keçir-
ilməsinə qərar verdilər.
Türk Şurasının İkinci Zirvə Toplantısının
müzakirələrini yüksək səviyyədə apardığına görə
Qırğızıstan Respublikasının Prezidenti Zati-
Aliləri Almazbek Atambayevə dərin təşəkkür-
lərini ifadə etdilər və Qırğız Hökuməti və
xalqının səmimi qonaqpərvərliyini yüsək -
qiymətləndirdilər. Yekun olaraq, 2012-2013-cu
illər üçün Türk Şurasına sədrliyin Qırğız Respub-
likasına keçməsini alqışladılar.
23 avqust 2012-ci ildə Bişkek səhərində Azər-
baycan Türkcəsi, Qazaxıstan Türkcəsi, Qırğızıs-
tan Türkcəsi və Türkiyə Türkcəsində imaza-
lan mışdır.
Azərbaycan Resublikasının Baş Naziri
Artur Rasi-zadə
Qazaxıstan Respublikasının Prezidenti
Nursultan Nazarbayev
Qırğızıstan Respublikasının Prezidenti
Almazbek Atambayev
Türkiyə Cümhuriyyətinin Prezidenti
Abdullah Gül
9
DEKABR. 2012. № 13
www.uluturk.info
Milli dövlətçiliyimizə daxili təhdidlər
Aqşin Atalızadə*
* “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, hüquqşunas
“Vətən eşqi maya kimidir, südü pozuq olan-
larda tutmaz”.
Türkiyə türklərində deyim
Son illər sosial, iqtisadi, mədəni və digər
sahələrdə həyata keçirilən məqsədyönlü siyasət
və irimiqyaslı islahatlar nəticəsində ölkəmiz
sürətlə dünyanın inkişaf etmiş dövlətləri sırasına
yaxınlaşmış, bir çöx sahələrdə böyük nailiyyətlər
əldə edilmiş, əhalinin sosial rifah halında
nəzərəçarpacaq dəyişikliklər baş vermişdir. İqti-
sadiyyatında müşahidə olunan canlanma Azər-
baycan Respublikasının vətəndaşlarının maddi
vəziyyətinin sabitləşməsinə, dövlətin və vətənin
problemlərinə həssaslığın artmasına şərait
yaratmışdır. Respublikamız irimiqyaslı iqtisadi
layihələrin iştirakçısına çevrilmiş, dövlətimiz
dünya siyasi sitemində öz yerini möhkəm-
ləndirmiş, siyasi və iqtisadi müstəqilliyimizin
qorunması istiqamətində balanslaşdırılmış
siyasət davam etdirilməkdədir.
Məqsədyönlü şəkildə Azərbaycan xalqının
maddi-mədəni irsinin beynəlxalq miqyasda
təbliği, düşmən tərəfindən mənimsənilən
mədəniyyət nümunələrimiz üzərində adımızın
bərpası prosesləri gedir, ölkəmiz bir çox
beynəlxaq miqyaslı mədəniyyət layihələrinə ev
sahibliyi edir. Ölkəmizin nailiyyətləri sadəcə
mədəni sfera ilə məhdudlaşmır. Həyata keçir-
ilən düzgün siyasətin nəticəsi olaraq artıq tam
əminliklə demək olar ki, respublikamız üçün ən
aktual məsələ olan Qarabağ probleminin
həllində haqq səsimiz eşidilməyə başlamış,
ölkəmizin beynəlxaq nüfuzu artmışdır. Respub-
likamızın BMT Təhlükəsizlik Şurasına qeyri-
daimi üzv olması da bu uğurların nəticəsi kimi
qiymətləndirilə bilər.
Sosial, iqtisadi, mədəni və digər sahələrdə
dövlət tərəfindən görülən məqsədyönlü işlərin
əhəmiyyətini vurğulamaqla yanaşı qeyd etmək
lazımdır ki, ölkə əhalisinin mənəvi həyatı,
milli-mədəni dəyərlərin qorunması, vətən-
daşların, xüsusən gənclərin milli vətənpərvərlik
ruhunda tərbiyəsi və ümumən milli kimliyin
formalaşdırılması istiqamətində müəyyən
problemlər mövcuddur ki, bu da bir sıra amil-
lərlə bağlıdır.
1. Maddi dəyərlərə ifrat meyllilik
Bu amil daha çox obyektiv səciyyə daşıyır və
ifrat dərəcədə maddiyyata meyl ilə bağlıdır.
Belə ki, yüksək iqtisadi inkişaf, maddi
resursların bolluğu şəraitində əhalinin
əhəmiyyətli bir qismi cəmiyyətin problem-
lərindən uzaqlaşaraq, daha çox şəxsi mənfəət,
mövcud imkanlardan maksimum dərəcədə
yararlanmaq barədə düşünməyə başlamışdır.
Tarixi təcrübə göstərir ki, insanların yalnız
şəxsi mənfəətlərini düşündüyü, cəmiyyətin və
dövlətin problemlərinə biganə yanaşdığı halda
bu təkcə onların özünün deyil, bütün
cəmiyyətin daxilində mənəvi aşınmaya səbəb
olur. Fərdin cəmiyyətə və dövlətə qarşı bi-
ganəliyi son nəticədə cəmiyyətin maddiyyata
uyaraq mənəvi cəhətdən kasadlaşmasına gətirib
çıxarır. Son illər təəssüf ki, cəmiyyətimizdə də
bu proseslərin cərəyan etməsinin şahid oluruq.
2. Mənəvi ruh düşkünlüyü
Bu xarakterli amillərə mənəvi-psixaloji