16
DEKABR. 2012. № 13
www.uluturk.info
lərdə müxtəlif bəhanələrlə Şərqi Türküstana yer-
ləşən sovet-rus agentləri bu cümhuriyyətin var-
lığına son qoymuşlar. Sovet–rus ordusu
tərəfindən Şərqi Türküstan İslam Cümhuriyyə-
tinin başçısı Xoca Niyaz Hacı və daha 300000
nəfər həbs edilmiş, müxtəlif bəhanələrlə güllələn-
mişlər. 1937-1944-cü illərdə SSRİ adlanan rus
imperiyası tərəfindən Şərqi Türküstan işğal al-
tında qalmış və bu ölkədə tam bir soyqırım
siyasəti həyata keçirilmişdir. 1944-cü ilin ön-
lərində Çin yenidən burada hakimiyyəti ələ keçir-
miş, ancaq uğur əldə edə bilməmişdir. 1944-cü
ildə Şərqi Türküstan yenidən müstəqillik əldə et-
mişdir və bu müstəqillik 1949-cu ilə qədər davam
etmişdir. 1949-cu ildə Mao Tsze Dunun başçılıq
etdiyi kommunist Çin dövləti tərəfindən Şərqi
Türküstanın müstəqilliyinə son qoyulmuş və bu
ölkə yenidən işğal olunmuşdur. Qeyd edim ki,
1949-cu ildə bu ölkə işğal olunan vaxt burada
yaşayan milli azlıqların, o cümlədən, çinlilərin
toplam sayı 600 min civarında olub, ölkə əhalinin
6 faizini təşkil edirdi. İşğaldan sonra bu günə
qədər keçən dövrdə isə xan çinlilərin bu ölkədəki
sayı 40-50 faiz civarındadır. Burada qeyd edim
ki, bu çinlilər Çin dövləti tərəfindən buraya
köçürülüblər. Bu isə Çinin milli azlıqlara qarşı as-
similyasiya siyasətinin təzahürüdür. Əlavə edim
ki, Çin dövləti əhali sayı artımına, daha doğrusu,
uşaq doğumuna məcburi qadağalar qoyduğundan
uyğur ailələri öz uşaqlarını gizli olaraq dünyaya
gətirməyə məcbur olur və dövlət qeydiyyatından
gizlədirlər. Ancaq Çinin bu «sakit soyqırım»
siyasəti bütün milli azlıqlara, o cümlədən,
uyğurlara qarşı davam etməkdədir. Uyğur qadın-
larının uşaqları ya ana bətnində, ya da təzə doğu-
dan vaxt məcburi məhv edilir. Eyni zamanda
Şərqi Türküstanda uyğur etirazçıların edam olun-
ması adi haldır. Bu edamlar haqqında Beynəlxalq
Amnistiya Təşkilatı da məlumat yaymış və öz eti-
razını bildirmişdir. Qeyd edim ki, uyğurların
müntəzəm olaraq 1953, 55, 57, 62, 67, 69, 70, 89
və 2009-cu illərdə baş vermiş etiraz aksiyaları
dünya mətbuatında da işıqlandırılmışdır. Əlavə
edim ki, 1949-cu il işğalından sonra sonuncu
Uyğur dövlətinin başçıları Çin dövləti tərəfindən
1952-ci ildə aldadılaraq, təyyarə qəzasında məhv
edilmişlər.
Çin dövləti Şərqi Türküstanda din-vicdan
azadlığına da imkan vermir. Bölgədəki Çin Kom-
munist idarəsinin başçısı general Vanq En Movun
1988-ci il 14 may tarixində bölgənin mərkəzi
Urumçi şəhərində etdiyi çıxış rejimin gerçək
üzünü ortaya qoymuşdur. O, çıxışında belə
demişdir: «… Dinə inanmama (ateist)
fəaliyyətlərinə təşviq etməni gücləndirməyimiz
və sosializmə dəstək verəcək din adamlarıyla
əməkdaşlıq etməyimiz lazımdır. Dini bilgilərin tə-
drisini məhdudlaşdırmalıyız. Həccə gedənlərin
miqdarını məhdud çərçivədə saxlamalıyız».
1949-cu ildə Çin Şərqi Türküstanı işğal
edərkən burada 115 00000 baş qoyun, 1600000
baş sığır, 780000 baş at, 20000 baş dəvə vardı.
Çin Kommunist Partiyası xalqa ət yeməyi
qadağan etdi. 10 il ərzində qoyunların sayı
22000000 başa çatdı. Uzun və zərif yunlu qoyun-
lardan əldə edilən yunun miqdarı 1960-cı ildə
ABŞ-dan, 1962-ci ildə isə Avtsraliyadan artıq idi.
Həmin illərdə uyğur ölkəsində istehsal edilib
Çinə aparılan heyvani məhsulların miqdarı
1759000 baş qoyun, 128000 baş at, 6405000 ədəd
qoyun dərisi, 2600000 dəst dəri geyim, 4600800
cüt ayaqqabı, 5199 ton yun, 985 ton süd məhsulu,
bu bölgənin bütün faydalı qazıntıları da, xüsusilə
uran, neft, daş kömür və qızıl Çin dövləti
tərəfindən talan edilməkdədir. Əlavə edim ki,
Çinin şərq regionları ilə qərb regionlarının
inkişafı fərqlidir. Xüsusilə, milli muxtar bölgələr
şərq regionlarından olduqca geridə qalır. Şərqi
Türküstanda yenicə fəaliyyətə başlayan neft,
kömür, dəmir, qızıl və digər mədənlərdə çalışan
işçilər isə Çinin digər regionlarından bura müx-
təlif yollarla gətirilən xan çinlilərdir. Buna görə
də uyğur əhalisi arasında çinlilərə nisbətdə işsiz-
lik faizi oluqca çoxdur.
Bütün imperiyaların tətbiq etdiyi metoda Çin
də əl atır. Bu, xalqları dilindən məhrum etməkdir.
Bizdə olduğu kimi uyğurların da əlifbası bir neçə
dəfə dəyişdirilib. Hazırda uyğurların gidər Türk-
Ramil Cəfərov
17
DEKABR. 2012. № 13
www.uluturk.info
lərdən mədəni əlaqəsini kəsmək üçün onlara ərəb
əlifbasından istifadə etməyə icazə verilib. Uyğur
dilində mədrəsələr, məktəblər, universitetlər
demək olar ki, yoxdur. Uyğur dili, uyğur xalqı
məhv edilir. Bu siyasət Çində yaşayan bütün Türk
xalqlarına qarşı, o cümlədən, qeyri-çin xalqlarına
qarşı da aparılır.
Uyğur ölkəsi Çinin daxili müstəmləkəsinə
çevrilmişdir. Qeyd edim ki, bu fikri uyğurlar
haqqında ilk dəfə 1998-ci il 6-7 aprel tarixində
Fransa-Anadolu
Araşdırmaları
İnstitutu
tərəfindən İstanbulda təşkil edilən «XX əsrdə
uyğurlar» mövzulu konfransda Havay Uni-
vesitetindən professor, doktor Dru Ce. Qladney
tərəfindən işlədilmişdir. Dru Ce. Qladney Şərqi
Türküstanı tarix-etnik, dil, iqtisadiyyat, ölkə
torpaqları və inanc başlıqları altında tədqiq
edərək, bölgənin artıq Çinin «daxili müstəm-
ləkə» regionuna çevrilmiş olduğunu izah et-
mişdir. «Daxili müstəmləkə» termini ilk dəfə
amerikalı sosioloq M.Hetcher 1975-ci ildə İn-
giltərədə yaşayan keltlərlə bağlı araşdırmasın-
dan sonra ortaya atılmışdır. Ona görə, daxili
müstəmləkəçilik mərkəzi yönətimin sərhəd böl-
gəsini siyasi və iqtisadi cəhətdən idarə etməsi,
talan etməsidir. Qeyd edim ki, bu zülmlərə
rəğmən, uyğurlar Çin rejiminə qarşı
mübarizələrini davam etdirirlər. Uyğurlar
beynəlxalq miqyasda təşkilatlanmaqda və öz
səslərini dünya ictimaiyyətinə çatdırmaqdadır-
lar. Uyğurların ən nüfuzlu təşkilatı Dünya
Uyğur Konqresidir. Bu təşkilatın rəhbəri
«uyğurların anası» kimi tanınan Rəbiyə
Qadirdir. Qeyd edim ki, Türk və İslam
Dünyasından
Nobel
mükafatına
rəsmi
namizədliyi göstərilən ilk siyasətçi (2006-cı ildə
namizədliyi irəli sürülmüşdür) qadındır. Eyni
zamanda o, Çin parlamentinin də üzvü olmuş-
dur. Ancaq həbs edilmiş, mühacirətə getməyə
məcbur olmuşdur. Bu məqaləni Rəbiyə Qadirin
(Rabiya Kadir) keçirdiyi konfransların birində
dediyi sözlərlə tamamlamaq istəyirəm. O, belə
deyir: «… Kaşkarın 5 min illik bir tarixi var. Bu
tarix çinlilər tərəfindən təhrif edilir. Dilimizi,
tariximizi, mədəniyyətimizi və yaşayış tərz-
imizi, ənənələrimizi öldürməyə çalışırlar. Qı-
zlarımızı zorla işlətmək üçün başqa bölgələrə
göndərirlər. Uyğur uşaqları zorla Çin dilində
oxudulur. Valideynləri etiraz edəndə «sepa-
ratçılıq» ittihamı ilə həbsə atılırlar. Uyğurları
təhsildən məhrum edirlər. İqtisadi inkişafımıza
mane olurlar. Uyğur gənclərini həbs edir, edam
edirlər. Öz torpaqlarımızda öz dilimizdə danışa
bilmirik. Terrorla mübarizə adı altında
uyğurlara təzyiq edilir, silahlı islamçı olmaqda
günahlandırırlar. Biz namus, şərəf üçün
yaşayırıq. Çinlilər ən müqəddəs dəyərlərimizə
hücum edirlər. İnanc azadlığı yoxdur. Çinlilər
namusumuza təcavüz edir, xalqımızı planlı şək-
ildə tədricən yox edirlər. Dünya uyğurların
fəryadını duymur. Çin zülmü altında səsimizi
ucalda bilmirik. Torpaq sahibi olan uyğurlar
indi öz torpaqlarında qul kimi işlədilməkdə,
buna
etiraz
edənlər
isə
həbsxanada
çürüməkdədirlər. Uyğurlar hər şeyi gözə alaraq
zülmə qarşı müqavimət göstərsələr də, ailələri
və uşaqları çinlilərin əlində girov olduğundan
bu müqavimət zəifləməkdədir… Təəssüf ki,
bütün dünya uyğurların faciəsinə və əzilib yox
edilməsinə seyrçi qalır».
Doğu Türküstan
Özünü axtaran adam
B
B
ir şirkət işçisi psixoloqa müraciət
edir: “Özümü axtarıram, xahiş
edirəm mənə kömək edin”.
Həkim ondan: “Özünüzü tapdıqda
qarşınızda necə adamı görmək istəyərdiniz?”
– deyə soruşur. O isə belə cavab verir:
“Qarşımda görəcəyim adam istəyirəm ki,
müdirim kimi uğurlu biznesmen, hamı
tərəfindən sevilən, çoxlu pulu olan, dünyanın
bir çox ölkəsini gəzmiş olsun...” Həkim
onun sözlərini yarıda kəsir: “Bağışlayın,
onda siz özünüzü deyil, müdirinizi ax-
tarırsınız”.