14
DEKABR. 2012. № 13
www.uluturk.info
Doğu Türküstan
Ramil Cəfərov
Doğru Türküstan -
Şərqi Türküstan dedikdə
əslində Rusiya Fed-
erasiyasından sonra Türk
Dünyasının ən çox zülm
görmüş, assimilyasiyaya
məruz qalmış bir parçası,
eli, obası başa düşülür.
Başqa cür desək, Şərqi
Türküstan dedikdə Türk
coğrafiyasının
Çin
dövlətinin işğalı altında
olan hissəsi başa düşülür.
Çin əsarəti altında
olan Türk ərazilərində yaşayan Türk boylarından
ən çox saylıları uyğur, qazax, qırğız, salar Türk-
ləri, sarı uyğurlar və tatarlar sayılır. Çin dövlə-
tinin, daha doğrusu, Çin Xalq Respublikasının
qurucu xalqları və ya muxtariyyatı olan Türk
xalqları sırasında yuxarıda göstərilən sarı
uyğurlar və tatarlardan başqa Türk boylarının ad-
ları da keçməkdədir. Xatırladım ki, Çin Xalq Re-
spublikası deyilən kommunist, totalitar bir
dövlətin 52 əsas etnosdan təşkil edilməsi
sözügedən dövlətin Konstitusiyasında əks olun-
muşdur. Bu Konstitusiyada nəzərdə tutulan hüquq
və haqlara nə dərəcədə əməl edilməsinə toxun-
mazdan öncə Çin işğalı altında olan Türk
coğrafiyası, onun əhalisi, siyasi-iqtisadi vəziyyəti
haqqında bilgilərə diqqət edək.
ÇXR adlanan ölkədə Türk xalqları Şərqi
Türküstan dediyimiz Sintszyan – Uyğur Muxtar
Rayonunda və Qansu əyalətində yaşayırlar.
SUMR-da başlıca olaraq uyğurlar, qazaxlar,
qırğızlar, sarı uyğurlar və tararlar yaşayırlar. Qeyd
edim ki, Uyğur Muxtar Rayonunda qazaxlara
məxsus muxtar vilayət, qırğızlara məxsus muxtar
qəza da mövcuddur.
Həmçinin, Uyğur Mux-
tar Bölgəsində «parçala,
hökm sür» prinsipinə
uyğun olaraq xalxa-
monqollara
məxsus
muxtar vilayət və qəza,
eləcə də, dunqallara və
taciklərə məxsus muxtar
qəza da vardır. Qansu
əyalətində isə salar
Türklərinə məxsus (ti-
betlilərlə birgə) 3 mux-
tar qəza mövcuddur.
Qeyd edim ki, Çində Türk xalqları digər böl-
gələrdə, xüsusilə Daxili Monqolustan Muxtar
Bölgəsi və Tibet Muxtar Bölgəsində də ən qədim
dövrlərdən indiyədək yaşamaqdadırlar. Dini
baxımdan Çində yaşayan Türk xalqlarının, sarı
uyğurlardan başqa, hamısı müsəlmanlardır. Sarı
uyğurlar isə əsasən buddist, az qismi şamandırlar.
Çin Türkləri içərisində göy tanrıçı inamlarını
saxlayanlar da var.
Çağdaş siyasi etnoqrafik ədəbiyyatda Şərqi
Türküstan dedikdə əsasən Sintszyan Uyğur Mux-
tar Rayonu başa düşülür. Şərqi Türküstanın adı
1876-cı ildə Çin-Mancur imperiyasının bu tor-
paqları işğal etməsindən sonra, 1884-cü ildə çincə
«yeni torpaq» anlamına gələn Sintszyan sözü ilə
dəyişdirilmişdir. 1949-cu ildə Çində hakimiyyətə
gələn kommunistlər tərəfindən yenidən işğal
edildikdən sonra 1955-ci ildə Sintszyan Uyğur
Muxtar Bölgəsi təşkil edilmiş və bu cür adlan-
mağa başlanılmışdır. Bölgə Asiyanın ortasında
yerləşməklə bərabər, ərazisi 1828418 kv. kilomet
(bir milyon səkkiz yüz iyirmi səkkiz min dörd yüz
on səkkiz kv. kilometr) təşkil edir. Xatırladım ki,
15
DEKABR. 2012. № 13
www.uluturk.info
bizim orta məktəb dərsliklərində səhvən bu ərazi
1650000 kv. kilometr olaraq göstərilir. Əlavə
edim ki, Türk Dünyasının ən hündür (Coqori
zirvəsi) və ən aşağı nöqtəsi (Turfan çökəkliyi) bu-
rada yerləşir. Avropalı elm adamları tərəfindən
«Pivot of Asia», yəni «Asiyanın ürəyi» olaraq ad-
landırılan bu əsir ölkə geopolitik və strateji yer-
ləşməsi, tarixi keçmişi, etnik kimliyi və dini
inancları ilə birlikdə Türk və İslam Dünyasının
ayrılmaz bir parçasıdır.
Uzun tarixi gediş prosesində Şərqi Türküs-
tanda bir çox Türk dövlətləri mövcud olmuşdur.
Bu dövlətlər haqqında danışmazdan öncə əlavə
edim ki, son tarixi araşdırmalarda aydın omuşdur
ki, bu ərazilər ən qədim mədəniyyət mərkə-
zlərindən biridir. Belə ki, burada tapılmış pi-
ramida quruluşlu tikililər və məbədlər, eləcə də
mumyalar 15 min il eramızdan əvvələ aid edilir.
Bu tikililər, yazı işarələri, mumyalar qədimliyinə
görə Misir, Şumer, Mayya mədəniyyətlərindən
çox-çox əvvəllərə aid edilir. Dünyada mövcud
olan piramida tipli tikililərin Doğu Türküstanda
mövcud olan mədəniyyətdən və tikililərdən qay-
naqlandığı ehtimal edilir. Həmçinin, Türk
xalqlarının simvol öndəri olan Oğuz xaqanının
sonevinin (qəbrinin), hətta mumyasının burada
tapılmış nəhəng tikililərdə saxlanıldığı ehtimal ol-
unur. Həmçinin, Çörçvod adlı tarixçi alimin
bildirdiyinə əsasən, qədim Mu imperiyasının və
mədəniyyətinin uyğurlara məxsus olduğu isbat-
lanır. Eyni zamanda həmin alimin bildirdiyinə
əsasən, Amerika qitəsində təşəkkül tapmış Mayya
mədəniyyətinin də Uyğur Türk mədəniyyətinin
davamı olduğu irəli sürülür.
Yuxarıda qeyd edilənlərə əlavə olaraq, bu böl-
gədə qurulmuş bir çox Türk dövlətlərinin
mövcudluq tarixinə nəzər salaq. Bu bölgə milad-
dan öncə VIII-III əsrlərdə iskitlərə, m.ö. 300-93-
cü illərdə hunlara, miladdan sonra 40-420
tarixlərində Kuşan Türk dövlətinə, 220-386-cı il-
lərdə siyempilərə, bizim eranın 383-460-cı il-
lərində Tofar dövlətinə, bizim eranın 402-555-ci
illərində Jujan tatar dövlətinə (bunlar avarların əc-
dadı hesab olunur), 450-ci illərdə Ağ Hun dövlət-
inə, 552-774-cü illərdə Göytürk dövlətinə, 774-
840-cı illərdə Uyğur dövlətinə, 751-870-ci illərdə
Qarluk dövlətinə, eləcə də Qaraxanlılar dövlətinə,
1217-1508-ci illərdə monqollara, 1509-1679-cu
illərdə Seydiyyə xanlığına məkan olmuşdur.
Çinlə Şərqi Türküstan arasında (o dövrdə çinlilər
bura «Hsi Yu»- «Qərb ölkəsi» deyirdilər) qeydə
alınmış ilk təmas Vu-Ti-nin elçisinin miladdan
öncə 139-119-cu illərdə bu bölgəyə gəlməsi ilə
başlamışdır. Daha sonra 744-cü ilə qədər Çin bu
bölgəni 6 dəfə işğal etmişdir. Bu işğalların heç
birinin müddəti 45 ildən artıq olmamışdır və cəm
halında 175 il təşkil etmişdir. VIII və XVIII əsrlər
arası minillik dönəmdə Çin ilə bu bölgə arasında
sülh dövrü yaşanmışdır. Ancaq sülh dövrü 1759-
cu ildə Çin-Mancur imperiyasının işğalı ilə sona
çatmışdır. Həmin vaxt Şərqi Türküstanı 4 bölgəyə
ayıran Çin dövləti 1 milyondan artıq uyğur
türkünü müxtəlif işgəncələrlə məhv etmişir. Bu
dəfəki işğal 103 il davam etmişdir. Çin zülmünə
qarşı 42 dəfə üsyana qalxan uyğurlar 1863-cü ildə
yenidən öz dövlətlərini qura bilmişlər. Bu ildə
Yaqub xanın başçılığı ilə Şərqi Türküstan İslam
dövləti qurulmuşdur. Bir çox dövlətlər tərəfindən,
o cümlədən, Osmanlı, İngiltərə və Rusiya
tərəfindən rəsmən tanınmışdır. Qeyd edim ki,
dövlətin qurucusu Yaqub xan dönəmin Osmanlı
sultanı Əbdüləzizi İslam xəlifəsi kimi tanımış,
onu bütün müsəlmanların başçısı kimi qəbul
etmiş, adına xütbə oxutdurmuş və pul kəs-
dirmişdir. Bu dövlətin ömrü 15 il sürmüşdür.
1876-cı ildə Şərqi Türküstan Çin-Mancur im-
periyası tərəfindən yenidən işğal edilmiş və 1884-
cü ildə «Hisin Çyan Şinq» - «Yeni torpaqlar
bölgəsi»
adlandırılaraq,
Çinin
tərkibinə
qatılmışdır. Bu işğal dövrü 1911-ci ilə qədər
davam etmişdir. 1911-ci ildə Çində mancurların
hakimiyyətinə son qoyulmuş və Homindan təşk-
ilatı hakimiyyətə gəlmişdir. 1911-ci ildən 1933-
cü ilə qədər Şərqi Türküstanda Çin əsgəri valilər
dövrü deyilən bir rejim formalaşmışdır. Xalqın
mübarizəsi nəticəsində 1933-cü ildə mərkəzi
Kaşkar (Qaşqar) olan Doğu Türküstan İslam
Cümhuriyyəti qurulmuşdur. Ancaq 1935-37-ci il-
Doğu Türküstan