AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
31
onların hüquqi şəxslərdəki paylarından
tutulması məqsədilə Vergilər Nazirliyi
15 fiziki şəxsə qarşı məhkəmələrdə id-
dialar qaldırmışdır. Artıq müvafiq iddi-
alardan 2 iş üzrə borc məbləğinin hüquqi
şəxsin əmlakındakı payına yönəldilməsi
barədə qətnamə çıxarılmış, 2 iş üzrə isə
borc məbləği ödə nildiyindən müvafiq
məhkəmə qərardadı qəbul olunmuşdur.
38 borclu fiziki şəxslə aparılan müvafiq
tədbirlər nəticəsində isə borcların tam
olaraq dövlət büdcəsinə alınması təmin
edilmişdir.
Bununla yanaşı, hazırda sahibkarlıq
fəaliyyətlərini dayandıran, lakin dövlət
büdcəsi qarşısında öhdəlikləri tam icra
etməyən fiziki şəxslərin borclarının onların
mülkiyyətində olan nəqliyyat vasitələrinə
yönəldilməsi prosesi də sürətləndirili -
mişdir.
Belə ki, ötən dövr ərzində 15 ver gi
ödəyicisinin nəqliyyat vasitəsinin üzərinə
həbs qoyulması məqsədilə aidiy yəti struk-
turlara müraciət edilmiş, 921 borclu vergi
ödəyicisinin 674,6 min ma nat məbləğində
borc məbləğinin dövlət büdcəsinə
ödənilməsi təmin edilmişdir.
Bundan başqa, vergidən yayınma faktı
ilə əlaqədar barəsində hökm çıxarılmış
şəxslərin tərkibi də tərəfimizdən mütəmadi
olaraq araşdırılır. Belə ki, aparılmış
araşdırma ilə vergidən yayınma faktı ilə
əlaqədar barəsində hökm çıxarılmış
hüquqi şəxslərin rəhbərlərindən azadlıq-
dan məhrum etmə cəzasının müddəti
başa çatmış və vergi orqanında ayrıca
fi ziki şəxs kimi uçota duraraq yenidən
sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu,
eləcə də Vergilər Nazirliyinin baza məlu -
matlarına əsasən aktivləri müəyyən edilən
şəxslər barədə də tədbirlərin görülməsinə
başlanılmışdır.
Nəhayət, qeyd etdiyiniz məsələ ilə
bağlı, ötən dövr ərzində vergi orqanları
tərəfindən 800-dək borclu vergi ödəyi-
cisinin ölkədən getmək hüququnun məh-
dudlaşdırılması barədə müvafiq icra
şöbələrinə müraciətlər edilmişdir. Həmin
vəsatətlər nəticəsində müvafiq əsas -
landırılmış təqdimatlar hazırlanmış, o
cümlədən 33 vergi ödəyicisinin ölkədən
getmə hüququ müvəqqəti olaraq məh-
dudlaşdırılmışdır. Görülmüş tədbirlər
nəticəsində 7 vergi ödəyicisi vergi borcunu
ödədiyinə görə barələrində icraatlar
dayandırılmışdır.
Göründüyü kimi, vergi borcunun alın-
ması prosesində çoxşaxəli təsir imkan-
larından istifadə olunur. Vergi borclarının
aradan qaldırılması istiqamətində aparılan
çevik menecment cari ilin birinci yarısında
borc məbləğlərinə təsir etmişdir. Belə
ki, ümumi borc məbləği cari ilin 1 yanvar
tarixi ilə müqayisədə 8,3%, ötən ilin mü-
vafiq dövrü ilə müqayisədə isə 17,8 %
azalmışdır. Hesab edirəm ki, bu göstəri-
cilər vergi borclarının idarəolunması
sahəsində aparılan səmərəli menecmentə
dəlalət edir.
- Vergi borcları daha çox hansı səbəb -
lərdən yaranır? Vergi borcunun
yaranmaması üçün Vergilər Nazirliyi
tərəfindən hansı qabaqlayıcı addımlar
atılır?
- Vergi ödəyicilərinin büdcə qarşısın-
dakı öhdəliklərinin tam və vaxtında icra
etməmələrinin səbəbləri, yəni borcların
yaranma səbəbləri müxtəlif ola bilər. Bu-
rada öhdəliklərin icra edilməməsi, mü -
vəqqəti maliyyə çətinlikləri və ya büdcəyə
32
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
ödənilməli olan vəsaitlərin digər is-
tiqamətlərə, məsələn, dövriyyə vəsait -
lərinin artırılmasına yönəldilməsi ilə
müşayiət oluna bilər.
Bəzən borcların yaranmasının obyektiv
səbəbləri də olur. Məsələn, mövcud qa-
nunvericilik kəndli-fermer təsərrüfatlarının
fəaliyyəti, eləcə də dövlətdən sosial yar -
dım alan vətəndaşlarımız üçün vergi
orqanlarında qeydiyyatdan keçməyi
məcburi hesab edir. Azərbaycanda kənd
təsərrüfatının vergidən azad edildiyinə
görə, bir çox hallarda fermerlər vergi
ödəmədiklərinə görə, vergi orqanlarına
müvafiq bəyannamələri də təqdim et-
mirlər. Halbuki, qanunvericilik vergi
güzəştləri olduğu halda belə, vergi bəyan-
namələrinin təqdim edilməsini tələb edir.
Bu eləcə də sosial yardım alan vətən-
daşlarımıza aiddir. Vergi orqanlarında
qeydiyyatdan keçmiş hər bir şəxs qa-
nunvericiliklə müəyyən edilmiş dövrlərdə
vergi öhdəliklərinin yaranıb-yaranma-
masından asılı olmayaraq bəyannamələrini
təqdim etməyə borcludur. Bəyannamə
təqdim edilmədiyi halda, bu maliyyə
sanksiyalarının tətbiq edilməsinə səbəb
olur ki, bu da son nəticədə həmin ödəyi-
cilərin borc öhdəliklərinin yaranmasına
gətirir.
Bu baxımdan, biz bu sahədə məlumat-
landırma və maarifləndirmə işlərindən
geniş istifadə edirik. Hesab edirəm ki,
əslində məcburi tədbirlərə keçməzdən
əvvəl vergi ödəyicilərinin öhdəliklərini
vaxtında yerinə yetirilməsi baxımından
məlumatlandırılması kimi proqressiv iş
metodları daha səmərəli nəticələr əldə
etməyə imkan verir. Ümumiyyətlə, nəzə -
rinizə çatdırım ki, dünya təcrübəsi ictimai
təsir vasitələrindən istifadə edilməsinin
səmərəli olduğunu göstərir. Biz bu sahədə
hələ ilk addımları atırıq. Bu ilin martın
sonunda ilk dəfə "2012-ci ildə vergi
borcu olmadan" adı altında ictimai aksiya
keçirilmişdir. Bu aksiya zamanı vergi
ödəyicilərinə vergi bəyannamələrinin
təqdim edilməsi və ödəmələrin vaxtında
həyata keçirilməsi haqqında bildirişlər
paylanmış, borclu vergi ödəyicilərinin
birbaşa təsərrüfat subyektlərinə getməklə
onlara borclarının olduğu barədə məlumat-
lar çatdırılmışdır. Əlbəttə, bu da təsir
vasitələrindən biridir, biz gələcəkdə bu
kimi aksiyaların mütəmadi olaraq keçir-
ilməsini planlaşdırırıq.
Nəhayət, qeyd etmək istərdim ki,
Cinayət Məcəlləsinin 213-cü maddəsinə
edilmiş son dəyişikliklərdən sonra
vergiləri ödəməkdən yayınma faktı cinayət
tərkibi yaradır. Bu vergidən yayınma
hallarının məsuliyyət dərəcəsini artırmışdır
və sözsüz ki, vergi ödəyicilərinin vergi -
lərdən yayınmaq istəyi və cəhdlərinin
azalmasına yönəlmiş təsir vasitəsidir.
Hazırda vergidən yayınmaq niyyətində
olan vergi ödəyicilərinin sayı kifayət
qədər azalmışdır.
- Bu il Avropadaxili Vergi Adminis-
trasiyaları Təşkilatının "Vergi
borclarının idarə edilməsi" üzrə işçi
qrupunun ilk iclası Bakı şəhərində
keçirildi. Azərbaycanın vergi borc -
larının idarə edilməsində beynəlxalq
qurumlarla əməkdaşlığı necə gedir
və yerli vergi sistemi bu sahədə
beynəlxalq təcrübədən yararlanırmı?
- Beynəlxalq təşkilatlarla, o cümlədən
Avropadaxili Vergi Administrasiyaları
Təşkilatı (IOTA) ilə mövcud olan əmək-
Dostları ilə paylaş: |