malında toplanması iki toplum arasın-
dakı razılaşma ilə baş vermişdir. Can
güvənliyinin təmin edilməsi üçün
yaradılan bu şərait içərisində kiprli türk-
lər illərlə problemin həllini gözlədikdən
sonra adanın şimalında öz dövlətini qur-
mağa məcbur qalmışdır. Həyatımızı
davam etdirə bilməmizin yeganə çarəsi
bu idi...
Mülkiyyət probleminin həll edilməsi
üçün hələ də müzakirələr davam edir.
Türkiyə Kiprdə işğalçı deyil, qurtarıcıdır.
Qarabağ torpaqlarının ermənilər tərə -
findən işğalı ilə Kiprdə liderlərin an -
laşması ilə həyata keçirilən əhali
mü ba diləsi sonrasında ortaya çıxan
ayrılma eyni hadisə deyildir. Kiprli türk-
lər cənubda malını-mülkünü qoyaraq,
eynilə şimalda yaşayan yunanlar kimi
can güvənliyini təmin etmək üçün köç
etmişdir. “Annan planı” adı ilə bilinən
BMT həll paketini kiprli türklər fəda -
karlıqla qəbul etmişlər, amma yunanlar
rədd etmişdir. Qara bağda Kiprlə bağlı
saydığım bu proseslərin heç biri yaşan-
mamışdır. Fərq budur.
- Sərdar bəy, rauf bəyin də Azərbay-
can, xüsusilə, Qarabağ problemilə
bağlı özünəməxsus düşüncələri
vardı. Ata nızın bu istiqamətdə ya -
dınızda qalan düşüncə və xatirə -
lərini
oxucularımızla
bölüşə
bi lər sinizmi?
- Azərbaycana çox özəl bir marağı
vardı. Rəhmətlik Heydər Əliyev ilə
Türkiyədə görüşmüşlər və aralarında isti
bir dostluq yaranmışdı... İllər sonra bir-
likdə Azərbaycana getdiyimiz zaman bu
dəfə Prezidentiniz İlham Əliyev ilə
tanışmış və söhbət etmişdi. O görüşdə də
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
37
Serdar DENKTAŞ
1959-cu ildə Lefkoşada doğulmuşdur.
Birləşmiş Krallıqda “London College of
Printing”də mətbəəçilik sahəsində təhsilini
tamamladıqdan sonra, Birləşmiş Krallıq Cardiff
Universitetində iqtisadiyyat təhsili almışdır.
Cardiffdə Türk Tələbə Dərnəyini qurmuş və
Tələbə Birliyi İdarə Heyətinin üzvü olmuşdur.
Şimali Kipr Türk Respublikasında 1986-cı ildə
Şimali Kipr Mədəniyyət Dərnəyini, 1989-cu ildə
isə Gənc İş adamları Dərnəyini quraraq sədr-
liyini etmişdir. Kipr Kredit Bankının müdiri ol-
muşdur.
Serdar Denktaş 1990-cı ilin parlament seç -
kilərində Milli Birlik Partiyasından Lefkoşa mil-
lət vəkili seçilmişdir. 1990-1992-ci illərdə Şimali
Kiprin Daxili İşlər, Kənd İşləri və Ekologiya
naziri olmuşdur.
1993-cü ilin parlament seçkilərində isə
Demokrat Partiyasından Lefkoşa millət vəkili
seçilmiş və 1994-1995-ci illərdə gənclik və
idman naziri olmuşdur. 1996-cı ildə Demokrat
Partiyasının sədri seçilmişdir. 1996-cı ildə
dövlət naziri və Baş nazirin müavini olmuşdur.
2001-2003-cü illər arasında isə turizm və
ekologiya naziri vəzifəsində çalışmışdır.
1998 və 2003-cü il seçkilərində yenidən
Demokrat Partiyasından Lefkoşa millət vəkili
seçilmişdir. Həmin illərdə Baş nazirin müavini
və xarici işlər naziri olmuşdur.
2005-ci il seçkilərində Demokrat Partiyasın-
dan Lefkoşa millət vəkili seçilən Denktaş, 28
aprel 2005-ci ildə qurulan koalisiya hökumə -
tində Baş nazirin müavini və xarici işlər naziri
olmuşdur.
Hazırda Demokrat Partiyasının sədri və
Lefkoşa millət vəkilidir.
ifadə etdiyi kimi, ən böyük arzusu Azər-
baycan – Şimali Kipr Türk Respublikası
əlaqələrinin ən yüksək səviyyəyə çıxarıl-
ması və bu əməkdaşlığın digər dünya
ölkələrinə nümunə təşkil etməsi idi...
Həyatda olduğu zaman bunu görə
bilmədi, inşallah, onun önümüzə qoy-
duğu bu hədəf bir gün gerçəkləşər.
- Bildiyiniz kimi, Qa rabağ proble-
mindən dolayı Azərbaycan Şimali
Kiprin müs təqilliyini rəsmi olaraq
tanıya bil mir. Buna baxmayaraq, iki
qardaş toplum ara sında münasi-
bətlərin inkişaf etdi rilməsi istiqamə -
tində, sizcə, nələr edilə bilər?
- Hər şeydən öncə, Qarabağ problemi
ilə Kipr problemi arasındakı fərqlər həm
akademik, həm də mədəni anlamda in-
cələnməli və fərqliliklər hər kəs tərə -
findən doğru bilinməlidir. Bildiyim
qədəri ilə, bu istiqamətdə başladılmış hər
hansı bir çalışma yoxdur. Bu, təmin
edildikdən sonra, siyasi baxımdan tanın -
ma olmasa belə, mədəni və ticari müna-
sibətlərin inkişaf etdirilməsi önündə heç
bir əngəl qalmaz. Hər iki xalqın içindəki
simpatiya və sevginin daha irəli səviy -
yələrə daşınması üçün iki ölkə səla -
hiyyətlilərinin sıx-sıx bir araya gəlməsi,
mövcud təmasların artırılması yaxşı bir
başlanğıc ola bilər.
- Türk dünyasının inteqrasiyası
yönün də atılan mövcud addımları
necə qiy mət ləndirirsiniz?
- Türk dövlət və toplumları konfe -
derasiyasının formalaşması üçün zəruri
addımların atılmaqda olduğunu gör-
mürəm. Avropa İttifaqı kimi bir inte-
qrasiyanın formalaşması halında bölgədə
böyük bir güc və iqtisadi bazar ortaya
çıxacağına inanıram... Ancaq, dediyim
kimi, bu istiqamətdə atılan sağlam ad-
dımlar olduğu düşüncəsində deyiləm.
- Sərdar bəy, son olaraq jurnalımız
vasitəsilə Azərbaycan toplumuna
vermək istədiyiniz mesajlar varmı?
- Azərbaycanlı qardaşlarıma ən içtən
sev gilərimi çatdırıram.
- Sərdar bəy, çox təşəkkür edirik.
Belə gözəl və səmimi müsahibə
üçün... Sağ olun!
- Mən təşəkkür edirəm, Elşən bəy.
n
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
38
Dostları ilə paylaş: |