İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə34/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   30   31   32   33   34   35   36   37   ...   88

78
Y.Kəlbiyev. Kapitalın dəyəri konsepsiyası və kapital dəyəri artımının vergiyə cəlb olunması problemləri
dət ərzində sahiblikdə olan aktivlərə kapitalın dəyərinin artımı adətən qısamüddətli
“spekulyativ” artıma nisbətən daha əlverişli qaydalar üzrə vergiyə cəlb olunur. Bir
sıra hallarda müəyyən müddətdən artıq sahiblikdə olan aktivlər üzrə kapital artımı
tamamilə vergidən azad olunur.
Kapitalın dəyərinin azalması. Əksər ölkələrdə kapitalın dəyərinin reallaşdırılmış
azalmasının həmin ildə kapitalın dəyərinin artımı hesabına nəzərə alınmasına yol
verilir. Lakin kompensasiya olunmayan zərərlərin yol verilən miqyasda gələcək
(keçmiş) dövrlərə keçirilməsində, həmçinin onların digər gəlir növləri hesabına
nəzərə alınması qaydalarında əhəmiyyətli müxtəlifliklər mövcuddur.
İnflyasiya düzəlişlərinin edilməsi. Ötən əsrin 70-ci illərində bir sıra ölkələrdə
kapital dəyəri artımının vergitutmaya cəlb olunması qaydalarına aktivin “alınma
dəyəri”nin  yüksəlməsini  nəzərdə  tutan  inflyasiya  düzəlişləri  tətbiq  edilməyə
başlanıldı. Bu düzəliş əmsalı aktivin əldə edilməsi anından müəyyən qiymət indeks -
lərinin artmasına uyğun olaraq reallaşdırılan dəyər artımının hesablanması zamanı
nəzərə alınır. Hazırda vergitutma məqsədləri üçün şirkətlərin kapitalının dəyərinin
artımının indeksləşdirilməsi İƏİT-in ölkələr siyahısına Avstriya (aktivə sahiblik müd-
dəti 19 aydan artıq olan hallarda), İrlandiya, Portuqaliya və Birləşmiş Krallıq aiddir
[4, 9]. Alınma dəyərinin indeksləşdirilməsinin bu konsepsiyasının sadə olması ilə
yanaşı, ciddi inzibati mürəkkəbliklərə də gətirib çıxarır. Məsələn, bu və ya digər növ
aktivə (məsələn, konkret müəssisədə müəyyən növ səhmə) sahiblik hüququ bir neçə
il ərzində formalaşmışdırsa, indeksləşdirilməyən sistemdə ona ”məcmu” formasında,
yəni faktiki olaraq bir aktiv kimi baxıla bilər; lakin indeksləşdirmənin aparılması
zamanı bu məcmudan aktivlərin konkret təqdim edilməsinin müəyyən alınma ta -
rixlərinə aid edilməsinin ətraflı qaydası tələb oluna bilər.
4. Nəticə
Kapitalın dəyərinin artımının vergitutmaya cəlb olunmasının kifayət qədər müx-
təlif strukturu əsasında bir sıra ümumi problemlər durur.
Onlardan birincisi gəlir kimi hesab edilən hesablanmış artımla (hansı ki, bu artım
vergiyə cəlb olunur, lakin praktiki səbəblərdən bu, reallaşdırma əsasında və xüsusi
qaydalar tətbiq olunmaqla aparılır) ümumiyyətlə vergitutmaya cəlb olunmayan
artım arasında müvafiq sərhədin müəyyən edilməsi ilə bağlı çətinliklərdən ibarətdir.
Belə ki, maliyyə bazarları adətən oxşar növ əməliyyatların vergiyə cəlb olunmasında
istənilən müxtəlifliyi istismar etməyə çalışır, bu sərhədlərə, çox ehtimal ki, yenidən
baxmaq zəruri olacaqdır. Məsələn, son illərdə Birləşmiş Ştatlar və Birləşmiş Krallıq
kimi  ölkələrdə  müəyyən  dövrdə  çox  az,  yaxud  sıfır  faizli  gəlir  gətirən,  lakin
əhəmiyyətli diskontla buraxılan qiymətli kağızların sahiblərində formalaşan kapital
dəyəri artımının adi gəlir vergisi sferasına cəlb edilməsi mexanizminin hazırlan-
masını vacib hesab etmişlər.


79
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
Reallaşdırma anında kapitalın dəyəri artımının vergiyə cəlb olunması zamanı
yaranan ikinci çətinlik ondan ibarətdir ki, bu cür yanaşma investorun aktivlərin ləğ -
vinə olan marağını azaltmaqla, onun bu istiqamətdə fəaliyyətini “məhdudlaşdıra-
caqdır”, ona görə ki, bu zaman vergi öhdəliklərinin yaranması labüddür. Bir sıra
öl kə lərdə, o cümlədən Birləşmiş Ştatlarda əldə olunan bu cür effektlərin empirik
qiymətlər miqyası bir-birindən güclü şəkildə fərqlənə bilər, lakin məlum situasiya -
larda bu, kifayət qədər yüksək ola bilər. Qeyd etmək lazımdır ki, aktivin təqdim edil -
mə sindən imtina adətən yalnız verginin tutulmasını təxirə salır, lakin onun tamamilə
ödənilməsinin qarşısını ala bilmir. Əgər ödəyici aktivə sahib olmaqla, təqaüdə çı -
xanadək tutulan vergini azaltmaq, yaxud vəfat edənədək aktivi ləğv (təqdim) et-
məməklə vergilərin ödənilməsindən tam şəkildə yayınmaq imkanına malik olarsa,
onda uyğun olaraq məhdudlaşdırma effektinin miqyası da kəskin şəkildə artacaqdır.
Müəyyən tipli əməliyyatlar üçün “vaxtını uzatma” barədə müddəalar məhdudlaş -
dır manın potensial effektini minimuma gətirib çıxarmalıdır. Lakin bu kapitalın dəyə -
rinin hesablanan artımının faktiki vergitutma dərəcəsinin aşağı salınması yolu ilə
əldə olunur ki, bu da kapital dəyəri artımının və digər növ gəlirlərin diferensi  a  siyalı
şəkildə vergiyə cəlb olunması ilə bağlı olan istənilən təhrifin dərəcəsini yüksəldir.
Ümumi xarakterli üçüncü çətinlik inflyasiya səbəbindən yaranır. Yuxarıda qeyd
edildiyi kimi, zəruri inflyasiya düzəlişləri kifayət qədər sadə konseptual əsasa ma-
likdir və son illərdə bir sıra ölkələrdə belə düzəlişlər kapital dəyəri artımının vergiyə
cəlb olunması rejiminə daxil edilmişdir. Lakin bu düzəlişlər kapitalın dəyərinin
artımına  verginin  bir  sıra  geniş  yayılmış  müddəalarının  xeyrinə  olan  dəlilləri
(məsələn, bütün reallaşdırılan artıma güzəştli vergi dərəcəsinin, uzun müddət sahib -
likdə  olan  aktivlərə  aşağı  vergitutma  dərəcəsinin  tətbiqi,  həmçinin  kapitalın
dəyərinin artımının tam məbləğdə məcmu vergi tutulan gəlirə daxil edilməməsi və
s.) zəiflədir ki, bu da çox vaxt inflyasiyanın nəticələrinin uçotunun kobud, lakin ef-
fektli metodları kimi müdafiə edilir. Digər növ gəlirlər (məsələn, faiz gəlirləri) üçün
indeksləşdirmənin həyata keçirilmədiyi zaman kapitalın dəyərinin artımı üzrə in-
deksləşdirmənin aparılması nəticəsində vergitutma sistemində yeni qeyri-adiliklər
baş verə və təhriflər yarana bilər.
Ədəbiyyat siyahısı:
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Bakı: CBS nəşriyyatı, 2011.
2. Azərbaycanın vergi xəbərləri jurnalı. 2003-2011-ci illər.
3. İqtisadi nəzəriyyə. Q.P.Juravlyovun ümumi redaktəsi ilə (Azərbaycan dilində). “Daşkov və K” nəşriyyat-ticarət
korporasiyası, M.: 2008, 752 s.
4. Kəlbiyev Y.A., Məhərrəmov R.B., Rzayev P.Q. Xarici ölkələrin vergi sistemi. Bakı: İqtisad Universiteti, 2011,
554 s.
5. Məmmədov F.Ə. və başqaları.Vergilər və vergitutma, II nəşr. Bakı: CBS Poligraphic production, 2010, 512 s.
6. Кугаенко А.А., Белянин М.П. Теория налогообложения. М.: Вузовская книга, 1999, 344 с.
7. Курс экономической теории. Под общей редакцией проф. М.Н.Чепурина и проф. Киселевой Е.А. Киров:
Издательства “АСА”, 2007, 560 c.
8. Налоговая реформа в России: проблемы и решения: [в двух томах]. Авторский коллектив. М.:ИЭПП, 2003,
634 c.
9. Пособие по налоговой политике. Под редакцией Партасарати Шома. Вашингтон: Международный Валют-
ный Фонд, 1995, 388 c.


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə