İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə36/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   32   33   34   35   36   37   38   39   ...   88

vestisiya üçün ehtiyat mənbəyi kimi istifadə etmək lazımdır. Bundan çıxış edərək o,
kifayət qədər yüksək və proqressiv vergi dərəcələrinin zəruriliyini əsaslandırırdı.
Onun fikrincə, proqressiv vergi sistemi istehsalçını investisiya sahəsində riskli qərar-
lar qəbul etmək üçün stimullaşdırmalıdır. Bundan başqa aşağı vergilər dövlət xə -
zinəsinə daxilolmaları azaldır və bununla da iqtisadi dayanıqsızlığı gücləndirir.
Bununla da, Keyns nəzəriyyəsinə görə, vergilər dövlət tənzimlənməsi sistemində
mühüm rol oynamalıdırlar. Yüksək vergilər iqtisadi fəallığı stimullaşdırır, iqtisadiy -
yatdakı balanslaşmaya təsir edir.
J.M.Keyns göstərirdi ki, iqtisadiyyatın inkişafının yüksək surəti bazarın tutumu-
nun genişlənməsi və bununla əlaqədar olan kütləvi istehsalın artmasına əsaslan-
malıdır. Bundan çıxış edərək dövlət müdaxiləsi səmərəli tələbə nail olunması yolu
ilə həyata keçirilir. Yalnız qənaətçilliyi milli sərvətin əsası hesab edən sələflərindən
fərqli  olaraq  J.M.Keyns  bu  məqsədə  nail  olunmasında  zirək,  bacarıqlı  olmağın
mühüm rol oynadığını əsaslandırdı.[5, 11].
XX  əsrin  80-cı  illərində  amerikalı  alimlər  M.Berns,  Q.Stayn  və  A.Laffer
tərəfindən işlənib hazırlanmış təklif iqtisadiyyatı nəzəriyyəsində vergilərə iqtisadi
inkişafın və tənzimləmənin əsas amillərindən biri kimi baxılır. Bu nəzəriyyəyə görə
vergitutma səviyyəsinin yüksək olması sahibkarlıq və investisiya fəallığına mənfi
təsir göstərir, bu isə son nəticədə vergi ödənişlərinin azalmasına gətirib çıxarır. Ver-
gitutmanın proqressivliyi və büdcə gəlirləri arasındakı kəmiyyət asılılığının parabolik
əyrisini quraraq, A.Laffer belə bir nəticəyə gəldi ki, vergilərin azaldılması investisiya
fəallığına müsbət təsir göstərir. O yazırdı ki, “Əyrinin əsasında duran fundamental
ideya ondan ibarətdir ki, vergi dərəcələrinin son həddi nə qədər yüksək olarsa, ayrı-
ayrı fərdlərdə ondan yayınmanı doğuran motivlər bir o qədər güclü olacaq”. İn-
vestisiya fəallığının yüksəldilməsi  əsas iqtisadi problemlərdən biridir. İnvestisiya
sferası  birbaşa  istehsalın  səmərəliliyini  və  texniki  səviyyəsini,  onun  modern-
ləşdirilməsini, dünya bazarında rəqabətədavamlılıq xüsusiyyətini, ölkənin iqtisadi
və sosial inkişaf tempini təyin edir [4, 5].
Deməli, müəyyən dövr ərzində vergilərin inkişafı və formalaşması ilə vergi me -
xanizmi də formalaşmış və inkişaf etmişdir. Vergi mexanizminin inkişafında iqti-
sadiyyatın  pul  iqtisadiyyatına  çevrilməsi,  istehsal  və  məşğulluq  normasının
yüksəlməsi, istehsalın bazar iqtisadiyyatındakı tələbin ödənilməsinə uyğun olaraq
həyata keçirilməyə başlanması, biznesin inkişafı və genişlənməsi çox böyük rol oy-
namışdır. Maliyyə statistikası ilə (bu statistik göstəricilər beynəlxalq maliyyə insti-
tutları tərəfindən hesablanır və yazılır) yaxın tanış olduqda görərik ki, inkişaf etmiş
ölkələrdəki  vergi  mexanizmləri  ilə  bu  ölkələrin  iqtisadi  və  sosial  vəziyyətləri
arasında çox böyük uyğunluq və əlaqə möcuddur. Vergi mexanizminin mükəmməllik
səviyyəsi ölkənin sosial-iqtisadi inkişafını müəyyən edən göstəricilərdəndir. Vergi
mexanizmini təşkil edən vergilərin tətbiqi və vergiqoyma taktikası iqtisadi və sosial
strukturla sıx əlaqədardır. Ona görə də həyata keçirilən vergi siyasətinin reallığa
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
83


uyğun olması, istifadə edilən vergilərlə bu vergilərin mahiyyəti arasındakı uyğun-
luğun qorunması vacibdir.
Araşdırmalar göstərir ki, biznes və investisiya mühitinin formalaşmasında önəmli
rola  malik  amil  vergi  mexanizmləridir.  Vergi  mexanizmi  vergitutmanın  idarə
edilməsinin  təşkilati-hüquqi  forma  və  üsullarının  məcmusudur.  Dövlət  bu  me -
xanizmə vergi qanunvericiliyi vasitəsi ilə hüquqi forma verir. Vergi mexanizminin
yaradılması aşağıdakı mərhələlərindən ibarət olan ardıcıl prosesdir:
 vergi mexanizminin işlənib hazırlanması, yəni müasir mərhələdə vergi siyasə-
tinin məqsəd və vəzifələrinin yerinə yetirilməsini təmin edən vergi münasi-
bətlərinin müəyyən edilməsi;
 vergi mexanizminin praktiki tətbiqi;
 vergi münasibətlərinin müəyyən edilmiş forma və üsullarına əməl edilməsinin
yoxlanılması,  informasiyanın  yığılması,  vergi  mexanizminin  fəaliyyətinin
müsbət və mənfi cəhətlərinin aşkar edilməsi üçün nəzarət tədbirlərinin həyata
keçirilməsi;
 mövcud  vergi  sisteminin  təhlili,  onun  qiymətləndirilməsi  və  vergi  me -
xanizminin təkmilləşdirilməsi üzrə təkliflərin işlənib hazırlanması. 
Vergi mexanizmi vergi münasibətlərinin təşkilinin yalnız forma və üsullarını
deyil, həm də onların kəmiyyət və keyfiyyətinin müəyyən edilməsi üsullarını özündə
birləşdirir. Vergi dərəcəsi, vergi güzəştinin həcmi, ümumi daxili məhsulun vergilər
vasitəsi ilə büdcəyə alınan hissəsi, vergilərin yığım səviyyəsi və s. kəmiyyət para-
metrlərinə malik olan vergi mexanizmi elementlərinə aiddirlər.
Vergi tənzimlənməsinin səmərəliliyi, cəmiyyətin iqtisadi inkişafına, investisiya
siyasətinin həyata keçirilməsinə vergilərin təsiri və s. isə keyfiyyət parametrlərinə
malik olan vergi mexanizmi alətlərinə aiddirlər.
Vergi mexanizmi vergi nəzəriyyəsinin bu anlayışı iqtisadi kateqoriya kimi şərh
edən bir sahəsidir. Vergi mexanizmi prosesi zamanı yaranan münasibətləri aşağıdakı
kimi qruplaşdırmaq olar:
 hüquqi tənzimləmə və reqlamentləşdirmə;
 vergi planlaşdırması və proqnozlaşdırması;
 vergitutmanın  idarə edilməsi;
 vergi nəzarəti.
Hüquqi tənzimləmə və reqlamentləşdirmə dövlət orqanları tərəfindən həyata
keçirilən vergi tənzimlənməsinin təşkili üzrə qanunvericilik aktlarının işlənib hazır-
lanması və qəbul edilməsidir.
Vergi planlaşdırması mərkəzi hakimiyyət tərəfindən, iqtisadiyyatın inkişafının
məqsədli təmayülünə uyğun olaraq proseslərin koordinasiyası, bütün sahə və region-
ların  inkişafının balanslaşdırılması yolu ilə, obyektiv surətdə fəaliyyət göstərən iqti-
sadi qanunları nəzərə almaqla, iqtisadiyyatın iradi tənzimlənməsidir.
Vergi  tənzimlənməsi  investisiya  proseslərinə,  xalq  təsərrüfatının  müxtəlif
P.Rzayev. Biznes mühitinin formalaşmasında vergi mexanizmlərinin rolu
84


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə