İslam peyğəmbərinin həyatı
və nübuvvət arqumenti
Tərtib etdi:
“Çolaq Addım” səhifəsi
İÇİNDƏKİLƏR
ÖN SÖZ...............................................................................................................................................1
Nəyə görə İslam peyğəmbəri?..............................................................................................2
İslam peyğəmbərinin həyat tarixinin qorunması....................................................3
Peyğəmbər həyatının əsas qaynaqları...........................................................................4
Peyğəmbərin həyatı haqqında yazılan kitabların hicri
üçüncü əsrdə yazılmağa başlanması şübhəsi...........................................................7
Rəvayətlərə hökm vermək...................................................................................................9
1-ci qayda. Sadəcə sənədi olan hədislərin toplanması......................................10
2-ci qayda. Toplanmış sənədlərin səhihliyinin kritikası..................................11
3-cü qayda. Ravilərin kritikası.........................................................................................13
4-cü qayda. Ravilərin mərtəbələri.................................................................................14
5-ci qayda. Yalandan rəvayət uyduranın rədd edilməsi....................................15
6-cı qayda. Rəvayətlərin mətninin kritikası............................................................15
7-ci qayda. Möcüzələrdən xəbər verən rəvayətlərin yoxlanılması..............16
8-ci qayda. "Mənim adımdan qəsdən yalan danışan...”........................................16
Yekun söz......................................................................................................................................16
1
ÖN SÖZ
Səhifəmizdə Allahın varlığı, monoteizmin doğruluğu haqqında və inancsızların
şübhələrinə cavab olaraq bir çox yazımız mövcuddur. Bu yazımızda İslam
dininin doğruluğuna dair arqumetlər silsiləsinin ilk arqumentini - Peyğəmbər
həyatının qorunduğu arqumentini oxucularımıza təqdim edirik.
Lakin bu yazını qələmə almağımızda yeganə səbəb bu deyil. Yaxında Cristopher
Hitchensin "God is not Great" kitabının Azərbaycan dilinə tərcümə olunduğu
xəbərini aldıq. Yazımız eyni zamanda Hitchensin Peyğəmbərin həyatı haqda
qeyd etdiyi açıq aydın təhriflərə cavab vermək məqsədini də daşıyır.
2
Nəyə görə İslam peyğəmbəri?
İslam peyğəmbəri Muhammədin həqiqi bir peyğəmbər olduğuna kifayət
qədər arqument mövcuddur. Bu yazı silsiləmizdə təqdim etmək
istədiyimiz Peyğəmbərin həyatının, dedikləri sözlərin və etdikləri
əməllərin qorunub saxlanmasının onun peyğəmbərliyinə dəlalət
etməsidir. Diqqət yetirin ki, arqumentimiz onun etdiyi və ya dediyi hər
hansı bir müəyyən söz və ya əməldə deyil, ümumən onun həyatı
haqqındakı məlumatların qorunub saxlanılmasındadır.
Başlamazdan öncə mühüm bir məsələyə toxunaq. Səhifəmizdə ateizmin,
deizmin və politeizmin doğru olmayacağı haqqında kifayət qədər
materiallar paylaşmışıq. Bu yazımızı o paylaşımlar işığında
dəyərləndirmək lazımdır. Çünki biz, yaratdıqlarına qayğı göstərən bir
Yaradıcının var olduğunu isbat edə biliriksə o zaman mütləq olaraq bu
Yaradıcının yaratdıqlarına bir mesaj, risalə göndərməsini də gözləməliyik.
Bu peyğəmbərlik mesajını mövcud olan monoteistik dinlərdə
araşdırmağımız lazımdır.
Nəyə görə İslam peyğəmbəri?
Bəli, belə bir sual ilə qarşılaşa bilərik. Bu sualın cavabı əslində çox sadədir:
digər peyğəmbərlərin həyatlarını araşdırmağımız mümkün deyildir. Misal
üçün, biz İncillərin tamamilə tarixi gerçəkləri əks etdirdiyini qəbul etsək
belə İsa peyğəmbər, onun həyatı və sözləri haqqında çox az məlumat
alacağıq. Yahudilərin peyğəmbəri Musanın da həyatı həmçinin çox
qaranlıq qalır. İslam peyğəmbərinin həyatı isə əksinə bizə çox dəqiq
şəkildə gəlib çatmışdır. İrəlidə bunu isbat etməyə çalışacağıq. Ona görə də
onun həyatı ilə başlamaqdan başqa çarəmiz yoxdur.
3
İslam peyğəmbərinin həyat tarixinin qorunması
Müsəlmanlar İslam peyğəmbərinin həyat tarixinin qorunmasını onun
həqiqi peyğəmbər olmasına dəlil hesab edirlər. Çünki peyğəmbər
olduğunu iddia edən şəxsin həyatını onun haqda hökm verməyimiz -
doğru deyib demədiyini öyrənməyimiz üçün başlıca şərtdir. Qarşı tərəf isə
onun həyatının sonrakı nəsillər tərəfindən uydurulduğunu iddia edir.
Çünki özləri də çox gözəl başa düşürlər ki, Peyğəmbərin həyat hekayəsinin
qorunduğunu qəbul etdikləri halda onun peyğəmbərliyini də zəruri olaraq
qəbul etməlidirlər. Oriyentalistlərdən bəziləri o həddə çatıblar ki,
Muhamməd adlı şəxsin ümumiyyətlə mövcud olduğunu inkar ediblər.
Almaniyalı oriyentalist Karl-Heinz Ohlig buna ən bariz nümunədir.
Biz burada peyğəmbərin həyat hekayəsinə daxil ola biləcək və ya daxil
olan müəyyən hadisədən danışmırıq. Bəli, onun həyatı haqqında sonrakı
dövrlərdə müəyyən uydurma və zəif hədislər mövcud ola bilər. Biz
ümumən onun həyat hekayəsinin elmi əsaslar üzərində qorunduğunu
iddia edirik. Bir
tarixi şəxsiyyət haqqında müəyyən yalanın deyilməsi onun
mövcud olduğunu inkar etməz. Əksinə, islam alimlərinin çox dəqiq elmi
əsaslar üzərə doğru xəbəri yalan xəbərdən ayırmaqları bizə bu alimlərin
tarixi hadisələrə necə qayğı ilə yanaşdıqlarını göstərir. Hicri birinci əsrdə
yaşamış alim Muhamməd ibn Sirin artıq bizə hədis rəvayət edənlərin kim
olduqları, nə ilə məşğul olduğunu xəbər vermişdir. Oriyentalizmin ərsəyə
gəlmədiyi bir dövrdə müsəlman alimlər artıq rəvayətlərin kritikası ilə
məşğul idilər. Dediyimiz kimi İslam peyğəmbəri peyğəmbərlik iddia
edənlər arasında həyatını dəqiqliklə izləyə biləcəyimiz yeganə
şəxsiyyətdir.
4
Bunu deyənlərdən biri də ingilis araşdırmacısı George Albert Wells`dir.
Digər oriyentalist və yepiskop Benjamin Smith özünün "Mohammad and
Mohammedanism" adlı kitabında deyir: "İsa Məsih haqda bildiklərimiz
onun həyatının sadəcə çox az hissəsini təşkil edir... Həyatının bir çox
şeyindən isə ümumiyyətlə xəbərsizik... İslama gəldikdə isə hər şey
açıq aşkardır. Onun səhih tarixi mövcuddur. Onlar (müsəlmanlar)
Muhammədin həyatını Martin Luther`in və ya John Milton`un
həyatını bildikləri kimi bilirlər. Onun haqqında yazılan kitablarda nə
uydurma hekayələr nə də mümkünsüzlüklər yer alır... Heç kəs nə
özünü nə də başqasını aldatmasın. (Muhammədin həyatı) günəş kimi
açıq aydındır". Hətta dini təəssübü ilə məşhur olan 18-ci əsr oriyentalisti
Ernest Renan "Mahomet et les origines de l’islamisme" kitabında deyir:
"Digər dinlərdən fərqli olaraq İslam dini tarixin qaranlıqlarında
deyil, tarixi izləyə biləcəyimiz bir vaxt ərəsəyə gəlib. Bu dini təsis
edənin həyatı bizə on altıncı əsrdə yaşamış istənilən reformatorun
həyatı qədər məlumdur".
Peyğəmbər həyatının əsas qaynaqları
Təbii ki, ən əsas qaynaq Qurandır. Quran bir çox ayədə İslam dəvətinin ilk
illəri, müsəlmanların zəif olub sıxışdırıldıqları, müsəlmanların müşriklər
və yəhudilərlə olan əlaqələri, çəkdikləri əziyyətlər, onların dini, siyasi və
iqtisadi durumu haqda bizə xəbər verir. Burada bir kəsin Qurana inanıb
inanmaması əhəmiyyət daşımır, hər iki halda Quranın bizə Peyğəmbər
həyatından bəzi faktları xəbər verdiyi danılmazdır. Buna görə də
oriyentalistlərin böyük əksəriyyəti Quranın xəbərlərini təsdiq edirlər.
Hətta bütün hədis kitablarının sonradan uydurulduğunu iddia edən
5
belçikalı oriyentalist Henri Lammens "l'islam croyances et institutions" adlı
kitabında Quranın etibara alına biləcək bir qaynaq olduğunu qəbul
etmişdir.
Quranla bərabər rəvayətləri isnadı ilə zikr olunan təfsir kitabları da əsas
qaynaqlardan hesab olunur. Bu kitablar Quranın müəyyən ayəsinin hansı
müəyyən hadisəyə dəlalət etdiyini özündə ehtiva edir. Bundan sonra bunu
isbatlamaq üçün müəyyən bir rəvayət zikr edir. Bu xəbərin doğru olub
olmamasını yoxlamaq üçün bu xəbəri rəvayət edən şəxslərin adları da
qeyd olunur. Misal üçün kitab müəllifi deyir ki, bu rəvayəti mənə A adlı
şəxs B adlı şəxsdən rəvayət edib. B adlı şəxs isə öz növbəsində bunu C adlı
şəxsdən eşidib, C adlı şəxs isə bu hadisənin şahidi olub. Beləliklə xəbər
bizə isnadı ilə rəvayət olunur. İrəlidə bunun
haqda daha ətraflı söhbət
açacağıq. Bu cür kitablardan İmam ibn Vəhbin, Yəhyə ibn Sələmin, İmam
Abdur-Razzaqın, Abd ibn Humeydin, İmam Nəsəinin ilkin əsrlərdə yazdığı
təfsir kitablarını
1
zikr etmək olar.
Quranla bərabər Peyğəmbər həyatının əsas qaynaqları hədis, sirət
(Peyğəmbər həyatı) və şamail (Peyğəmbərin sifətləri haqda yazılan)
kitabları sayılır. Erkən dövrlərdən İslam alimləri Peyğəmbərin həyatını
qorumaqdan ötrü xüsusi səy göstəriblər. Buna şahidlik edənlərdən biri
yəhudi oriyentalist Bernard Lewis olub. Lewis ümumən İslama qarşı
neqativ baxışları ilə seçilsə də "İslam in History" adlı əsərində deyir: "İlk
dövrlərdən İslam alimləri Peyğəmbər adından rəvayət olunan
uydurma hədislərin təhlükəsini anlamışdılar. Buna görə də
1
İmam ibn Vəhbin (hicri 197 vəfat edib) "Təfsiri", Yəhyə ibn Sələmin (h. 200) "Təfsiri", İmam
Abdur-Razzaqın (h. 211) "Təfsiri", Abd ibn Humeydin (h. 249) "Təfsiri", İmam Nəsəinin (h.
307) "Təfsiri".
6
rəvayətlərə kritik yanaşmaq üçün çox geniş bir elm ərsəyə
gətirmişlər... Hədis elmində rəvayətlərin isnadlarına (rəvayət edən
şəxslərə) çox dəqiq kritika ilə yanaşılması, rəvayətlər arasında
ixtilaflara dəqiq hökm verilməsi və rəvayətlərin qorunması orta əsr
ərəb tarixinə elə bir güc qatır ki, biz bunun mislini nə qədim
dövrlərdə nə də orta əsr Avropa tarixində tapa bilirik. İslam tarixi ilə
müqayisədə latın dilində yazılmış xristianlıq tarixi çox zəif görsənir.
Hətta latın tarixindən daha çox inkişaf etmiş yunan dilində yazılmış
xristianlıq tarixi də İslam tarixi ilə müqayisə oluna bilməz: nə
həcmində nə də tarixi təhlillərin dəqiqliyində". Livanlı xristian tarixçi
Əsəd Rüstəm isə hədis elmi haqqında daha da insaflı yazır: "Nizamlı
şəkildə tarixi hadisələrin isnadlarının kritikası ilə ilk məşğul olanlar
islam alimləri olublar. Onlar Quranı doğru anlamaq və ədaləti
yaymaq üçün Peyğəmbərlərinin sözlərinə və fellərinə qayğı
göstərmək məcburiyətində olublar. Beləliklə, onlar rəvayətləri
toplamaq və onları detallı şəkildə öyrənməklə tarix elminə elə
qaydalar bəxş ediblər ki, bu qaydalar bu günə qədər aktualdır"
2
Sadəcə Peyğəmbərin sirəti (həyatı) haqqında Suleyman ət-Teyminin, İbn
İshaqın, ibn Sadın
3
, Peyğəmbərin xislətləri haqqında ət-Tirmizinin, Əbi
Şeyxin, Vahb ibn Kəsir əl-Quraşinin, ibn Mədininin, əbu Dəvud əs-
Sicistaninin kitablarını
4
qeyd etmək
olar. Yazını uzatmamaq xatirinə bu
2
Əsəd Rüstəm, Mustələh ət-tarix.
3
Suleyman ət-Teymi (h.143) "Səhih Sirət", İbn İshaq (h. 151) "Sirət", ibn Sad (h. 230) "ət-
Təbəqat əl-Kubra".
7
qədəri ilə kifayətlənirik. İslam tarixinə azacıq nəzər salan dərhal anlayacaq
ki, sirət haqqında və ümumən hədis elmi haqqında yazılmış kitabların sayı
o qədərdir ki, tarix boyu heç bir tarixi şəxsiyyət haqqında bu qədər kitab
yazılmamışdır. Bu, İslam Peyğəmbərinin necə bir şəxsiyyət olduğunu isbat
etməyə kifayət deyilmi?
Peyğəmbərin həyatı haqqında yazılan kitabların hicri üçüncü əsrdə
yazılmağa başlanması şübhəsi
Oriyentalistlərin İslam Peyğəmbərinin həyatı haqqında ortaya atdıqları ən
bariz şübhə onun həyatı haqqında yazılan kitabların hicri üçüncü əsrdə
yazılmağa başlanmasıdır. Bizim sizə təqdim etdiyimiz çox qısa bir
siyahıdakı kitabların əksəriyyəti də bu cürdür. Lakin Peyğəmbərin həyatı
haqqında iddia edilən bu şübhə üç yöndən batildir:
1. Bilmək lazımdır ki, üçüncü əsrdə qələmə alınmağa başlayan kitabların
xüsusi bir məziyyəti vardır. Bu kitabı yazan alimlər onları xüsusi mövzular
üzrə cəm edirdilər. Misal üçün bəziləri sadəcə səhih hədisləri, bəziləri
Peyğəmbərin həyatını, bəziləri fiqh elmi ilə əlaqəli hədisləri toplayırdılar.
Lakin yazılı sünnətin mövcudluğuna gəldikdə isə hicri birinci əsrdə belə
bir çox hədis aliminin özünə məxsus hədis dəftərləri mövcud olub. Bu
alimlər burada öz şeyxlərindən eşitdikləri hədisləri isnadları ilə bərabər
toplayıblar. Lakin onları xüsusi mövzulara bölməyiblər. Bu mövzu haqda
azərbaycan dilində xüsusi bir kitab yazıldığından dolayı maraqlananlar
ona müraciət edə bilərlər. Lakin şəkk yoxdur ki, hədis elminin müntəzəm
4
ət-Tirmizi (h. 279) "Şamail", Əbi Şeyx (h. 269) "Peyğəmbərin əxlaqı və ədəbi", Vahb
ibn Kəsir əl-Quraşi (h. 200) "Sıfətun-Nəbi", ibn Mədini (h. 234) "Sulhun-Nəbi", əbu
Dəvud əs-Sicistani (h. 275) "Məişətun-Nəbi".
8
olaraq kitab şəklində qələmə alınması hicri üçüncü əsrdə özünün ən
yüksək dərəcəsinə çatmışdır. Biz bunda xüsusi bir ilahi hikmətin olduğuna
inanırıq və gələcək sətirlərdə bunu izah etməyə çalışacağıq.
2. Bu şübhənin ən böyük xətası isə qərb oxucusunda elə bir təsəvvür
yaratmasıdır ki, üçüncü əsrdə bir qrup insan heç bir elmi əsas olmadan öz
xəyallarından və ya mövcud olan şayələri toplayaraq hədis və ya
peyğəmbər həyatı yazıblar. Bu isə çox böyük bir xətadır. İslam tarixinin və
hədis elminin ən böyük məziyyəti odur ki, istər hədis olsun istər də İslam
Peyğəmbərinin həyatı olsun - bütün bunlar isnad ilə rəvayət olunur. İsnad
nədir? İsnad müəyyən bir hədisi rəvayət edən şəxslər zənciridir. Müəllif
bir rəvayətə kitabında yer verirsə o zaman mütləq olaraq bunu kimdən
eşitdiyi qeyd edir. Sonra o şəxsin bu rəvayəti kimdən eşitdiyini qeyd edir.
Və beləcə hədisin isnadı əmələ gəlir və peyğəmbərə qədər uzanır. Bir
isnadda mövcud olan ravilərin sayı fərqli ola bilir. Tarixçilər bu isnadlara
baxaraq, ordakı ravilərin halını öyrənərək müəyyən bir tarixi hadisə
haqqında onun doğru olub olmadığına hökm verirlər. Bunun haqda irəlidə
söhbət açacağıq.
İsnad ilə hədis rəvayət etmək İslam tarixinin və hədis elminin
unikallıqlarından
biridir.
Nə
müsəlmanlardan
sonra
nə
də
müsəlmanlardan əvvəl digər millətlərin tarix elmlərində belə bir şey
mövcud deyildir. Təsəvvür edin ki, bununla "hədis kitabları sonrakı
əsrlərdə uydurulmuş isnadlarla yazılmışdır" deyənlər vardır. Deməli
təsəvvür edin ki, Malik ibn Ənəs adlı islam alimi hicri ikinci əsrdə hədis
kitabı yazır və ora hədis əlavə edir. Hədisin isnadı belədir: Malik Nafidən
eşidib, Nafi Abdullah ibn Ömərdən eşidib, o isə öz növbəsində
Peyğəmbərdən eşidib. İndi bu etirazı edənə sual vermək lazımdır: sənin
9
üçün bu hədisi Malik tərəfindən yazılması ilə Abdullah ibn Ömər
tərəfindən yazılması arasında nə fərq var? Yəni, əgər kitab birinci əsrdə
ibn Ömər tərəfindən yazılsa idi o zaman sən avtomatik olaraq bunun
doğruluğunu təstiqləyəcəkdin? Amma Malik bunu qələmə tökürsə və
kimdən eşitdiyini də qeyd edirsə o zaman ona inana bilmərik? Yəni bir
şəxsin doğru danışmağının əlaməti sadəcə nə zaman yaşadığındadır?
Birinci əsrdə yaşadığı təqdirdə doğru danışacaq, üçüncü əsrdə yaşadığında
isə avtomatik olaraq yalançı və uydurmaçı olur? Qərb tarix elmi
rəvayətlərə beləmi qiymət verir?
3. Hədis və islam tarixi elminə zəif rəvayətlərin daxil olması məsələsi isə
oriyentalistlərin kəşfi deyildir. Hədis elmi yazıya tökülməmişdən öncə belə
İslam alimləri zəif rəvayətlərin mövcud olduğundan xəbərdar idilər və
onların kritikası ilə məşğul olurdular. Zəif hədislərin mövcud olması çox
normal bir haldır, istənilən tarixi şəxsiyyət haqda müxtəlif rəvayətlər
vardır. Bu zəif hədislərin mövcudluğu hədis elminə heç bir zərər vermir,
əksinə onun gücünə güc qatır. İrəlidə buna işarə edəcəyik.
Rəvayətlərə hökm vermək.
Rəvayətlərə hökm vermək - İslam tarix elminin unikallığıdır.
Hədis kitabları - istər İslam Peyğəmbərinin həyatı haqqında olsun istərsə
də onun sözləri və əməlləri haqqında - isnadları ilə hifz olunan
rəvayətlərdən ibarətdir. Lakin bəziləri etiraz edirlər və deyirlər ki, bu
hədislər həqiqətə uyğun deyildir. Onların sonrakı dövrlərdə yaşayan
insanlar tərəfindən uydurulması mümkündür. Bu etiraza bir neçə yöndən
cavab verəcəyik:
10
1-ci qayda. Sadəcə sənədi olan hədislərin toplanması.
Sadəcə sənədi olan hədislərin toplanması özü-özlüyündə çox böyük işdir.
Tarixi hadisələri bu cür ələ almaq ümumiyyətlə nə xristianlıqda nə
yəhudilikdə nə də heç bir başqa tarixi qaynaqlarda mövcud olmayıb.
Rəvayətləri sənədi ilə rəvayət etmək və bu sənədlərin doğru olub
olmadığını yoxlamaq müsəlman tarixçilərinə xas bir şeydir. Bu əməli necə
mənasız və uydurma adlandırmaq olar?
Müsəlman alimləri oriyentalizm ərsəyə gəlmədən öncə belə zəif və
uydurma rəvayətlərin mövcud olduğunu bilir və bəyan edirdilər. Zəif
hədislərin mövcudluğunun nə əhəmiyyəti var? Cavab olaraq deyirik:
a) Zəif və uydurma rəvayətlər bizə o rəvayətləri nəql edən ravilərin halını
göstərir. Öncə də qeyd etdiyimiz kimi bəzi ravilər yalandan hədis
uydurmaqla bərabər bu hədislərə çox səhih isnad da uydurmağa cəhd
göstəriblər. Lakin alimlər bu ravinin bütün hədislərini ələ alır və onun
sadəcə bir yerdə yalan dediyini anlayırlarsa o zaman bu ravinin rəvayət
etdiyi bütün hədisləri inkar edirlər. Hətta rəvayət etdiyi hədisin mətni
"Allahdan başqa ilah yoxdur" sözü kimi İslamın ən bariz simvolu olsa belə
alimlərimiz bu hədisin isnadını rədd edirlər. Beləliklə, zəif və uydurma
hədislərin birinci faydası ravilərin halını araşdırmağa imkan vermələridir.
b) Zəif və uydurma hədislər bizə bu elmin sonradan uydurulmadığını isbat
edir. Əgər bir qrup insan İslam dinini dəstəkləmək üçün hədis uydurası
olacaqdırsa sadəcə səhih hədislər uydurar və müsəlmanlara bunlara
inanmağa sövq edərdi. On minlərcə zəif və ya yalançı ravini uydurmağa nə
ehtiyac var idi? Sonra da bu ravilərin rəvayət etdikləri hədisləri
uydurmağa nə qədər güc və nə qədər enerji tələb olunduğunu təsəvvür
edirsiz? Bunu kim və nə zaman uydurub? Biz belə bir şeyin mümkün
11
olduğuna inanmırıq. Belə bir şey edən bir qrup insan mütləq olaraq bəzi
yerlərdə elə xəta buraxacaqdır ki, onların yalanları açıq-aydın şəkildə üzə
çıxacaqdır. Üstəlik unutmayın ki, bu insanlar real tarixi şəxsiyyətlər idi.
Hədis alimləri onlar haqqında "bu doğru deyəndir, bu yalançıdır, bu
unutqandır" deyəndə sadəcə xəyallarından filankəs ibn filankəs haqqında
danışmırdılar. Öz dövrlərində və ya özlərindən öncə yaşamış real
şəxsiyyətlər haqqında danışırdılar. Necə olur ki, onlar istədiklərinə
istədikləri hökmü verir, lakin digər müsəlmanlar bu yalanı başa
düşmürlər?
2-ci qayda. Toplanmış sənədlərin səhihliyinin kritikası.
İslam alimləri rəvayətlərin isnadlarını topladıqdan sonra bu isnadların
səhih olub olmaması haqqında hökm vermək üçün müəyyən şərtlər
qoyublar. Bu şərtləri qeyd edək:
1) Sənədinin kəsilməməsi (ittisalus sənəd). Bu nə deməkdir? Tutaq ki, bir
hədis kitabında İslam Peyğəmbərinin müəyyən bir sözü qeyd olunur. Bu
sözü kitabın müəllifi A şəxsindən, A şəxs B-dən, o isə C dən eşidib. C şəxs
isə bunu Peyğəmbərdən eşidib. Buna biz rəvayətin isnadı deyirik. Bu
isnadın kəsilməməsi lazımdır. Yəni, müəllifin həqiqətən də A şəxsini
gördüyünü və ya görmək imkanı olduğunu bilməliyik. Eyni şey A ilə B, B ilə
C və C ilə Peyğəmbər arasında olmalıdır. Məsələn A şəxsi müəllif
doğulmadan öncə vəfat etmişdir. O zaman biz qəti olaraq bilirik ki, müəllif
bunu A şəxsindən eşidə bilməz. Belə bir rəvayət təbii olaraq səhih qəbul
olunmur. Və ya A şəxsi B şəxsi ilə eyni zamanda yaşamışdır, lakin biz
bilirik ki, A şəxsi heç bir zaman öz şəhərini tərk etməmişdir. Eyni zamanda
12
B şəxsinin də А-nın yaşadığı şəhəri ziyarət etmədiyini bilirik. Bu zaman da
rəvayətin səhih olması rədd olunur.
2) Ravilərin ədaləti. Bunun mənası isnadda mövcud olan bütün ravilərin
İslamın vacib gördüyü əməlləri yerinə yetirməsi, böyük günahlardan və ya
kiçik günahlarda israr etməkdən çəkinməsidir. Əgər ravinin günahkar
olduğu bizə aydın olarsa o zaman bu ravinin mövcud olduğu isnad artıq
etibarlı hesab olunmur. Ona görə də hədis alimləri isnadları toplamaq ilə
bərabər bu isnadlarda mövcud olan şəxslər haqqında məlumatları toplayıb
və buna əsasən ravilərə hökm veriblər. İçində on minlərcə ravinin həyatı
qeyd olunan bu kitablara "ricəl" kitabları deyilir. Bəzən isə alimlər daha da
irəli gedərək mürvət sifətinə zidd olan əməllər edən ravilərin sözlərini də
qəbul etmirlər. Misal üçün keçmişdə islam cəmiyyətində kişilərin küçədə
başı açıq olması mürvətə zidd hesab olunurdu. Diqqət yetirin bunu etmək
nə böyük, nə də kiçik günah deyildir, lakin isnanların xoş görmədikləri
əməl olduğu üçün ravinin bu əməli etməsi onun rəvayətlərinin rədd
olunması ilə nəticələnə bilərdi. İslam alimlərinin rəvayətlərə qarşı nə
qədər həssas olduğuna diqqət yetirin!
Bu fəxr olunası şərt islam qanunvericiliyində də mövcuddur. Hər birimiz
istər türk, istərsə də amerikan filmlərində məhkəmə səhnələrini
görmüşük. Bir şəxs məhkəmə qarşısına çıxır, əlini müqəddəs kitaba basır
və əsas protaqonistə qarşı ifadə verir. Beləcə də əsas qəhramanın aleyhinə
hökm verilir. Bəli, qərb ədalət sistemi bunun üzərində qurulmuşdur.
İstənilən şəxs - ən facir və mənəviyyatsız birisi olsa belə - çıxıb sənə qarşı
şahidlik edib həyatını bərbad edə bilər. İslam qanunvericiliyində isə hədis
elmində olduğu kimi insanların örfünə müxalif olan birisinin sözü qəbul
13
olunmur, günah işləyən birisi haqqında isə söhbət belə etmirik. İkisi
arasında hansının daha ədalətli olduğuna özünüz qərar verin.
3) Ravinin hifz sahibi olması. Ya bu ravinin güclü hafizəsi olduğunu ya da
sadəcə yazdıqlarını rəvayət etdiyini bilməyimiz lazımdır. Saleh bir şəxs
olsa belə hafizəsində problem olan ravinin rəvayətləri etibarlı hesab
olunmur.
4) Rəvayətin mətni şaz olmasın. Bunun mənası odur ki, bəzən eyni
rəvayəti iki müxtəlif ravi iki müxtəlif rəvayət kanallarından rəvayət edir.
Rəvayətin mətni bir birinə çox yaxındır, lakin aralarında bəzi fərqliliklər
var. Bu zaman biz iki rəvayət arasında cəm edə bilmədiyimiz təqdirdə
ravilərin halına baxırıq. Görürük ki, ikisi də saleh adam olub və hifzlərində
problem yoxdur. Sadəcə ikisindən biri digərindən daha güclü hifzə
malikdir. Bu zaman daha güclü hifzə malik olanın rəvayəti üstün hesab
olunur.
5) Rəvayətin mətnində və ya isnadında gizli problemin olmaması.
Bu şərtlərdən sadəcə birinin olmaması rəvayəti etibarsız edir.
3-cü qayda. Ravilərin kritikası
Müsəlmanlar digər müsəlmanlara qarşı daim yaxşı zəndə olmaqla əmr
olunublar. Belə demək mümkündürsə islam alimləri bundan istisnadır.
Hədis elmi ehtiyat üzərə qurulub, buna bəzi misallar verək:
a) Halı məchul olan ravinin rəvayətləri səhih hesab olunmur. Yəni, əgər biz
hədisin sənədində olan bir ravinin ədalət sahibi olub olmadığını
bilmiriksə
o
zaman
bu
rəvayət
səhih
hesab
olunmur.
b) Əgər biz bir ravinin müəyyən dövrdən sonra hafizəsinin zəiflədiyini
14
biliriksə, lakin bunun nə zaman baş verdiyini bilmiriksə, o zaman ehtiyat
edərək o ravinin rəvayət etdiyi bütün rəvayətlər zəif hesab edirik.
c) Əgər ravilərin halını araşdıran alimlər bir ravinin halı haqda ixtilaf
edirlərsə - bəziləri onun ədalətli olduğunu bəziləri isə ədalətli olmadığını
deyirlərsə o zaman ümumi qayda olaraq bu ravinin hədisləri zəif hesab
olunur.
d) Rəvayətin sənədində qopuqluq olarsa - yəni iki ravi arasında olan
ravinin adı qeyd olunmazsa - o zaman bu hədis etibara alınmır.
e) Əgər bir ravi hədis ilə dolu bir kitabı digər bir ravidən nəql edərsə və
içindəki hədislərdən sadəcə birində şəkk edərsə - o zaman xətadan
qorunmaq üçün bütün hədislər etibardan düşürülər.
4-cü qayda. Ravilərin mərtəbələri
Hədis alimlərinin dəqiqliyi o həddə çatmışdır ki, bəzən eyni ravinin bəzi
hədislərini qəbul edir digərlərini isə qəbul etmirlər. Misal üçün, bir ravinin
müəyyən şəxsdən rəvayət etdiklərini qəbul edirlər, digər şəxsdən rəvayət
etdiklərini isə qəbul etmirlər və ya müəyyən bir yaş həddinə qədər rəvayət
etdiklərini qəbul edirlər ondan sonra rəvayət etdiklərini isə qəbul etmirlər
və ya tək rəvayət etdiyini qəbul etmir başqa ravilərlə bərabər rəvayət
etdiklərini isə qəbul edirlər və ya yazdıqlarından rəvayət etdiyini qəbul
edirlər hafizəsindən rəvayət etdiklərini isə qəbul etmirlər.
Buna görə də hədisi qəbul olunan və olunmayan ravilərin mərtəbələri eyni
deyildir. Misal üçün rəvayəti qəbul olunmayan lakin halı ən yüngül olan
ravi haqqında "onun haqqında danışılıb" deyə ifadə edirlər. Bundan daha
aşağı olan raviyə "hədisləri inkar olunar" deyilir. Bundan sonra "hədisləri
rədd olunan" ravilər, daha sonra "yalanda ittiham olunan" ravilər, ən
15
sonda isə "yalançı" və "insanların ən yalançısı" vəsfləri ilə vəsfləndirilənlər
gəlir.
Hədisi qəbul olunanlar da həmçinin yuxarıdan aşağıya belə
vəsfləndirilirlər: "insanların ən doğru danışanı", "doğru danışan", "onda
problem yoxdur", "doğru danışandır", "hədisləri yazılar"
Bu bölgünün faydası odur ki, iki ravi bir birinə zidd hədislər rəvayət
etdiklərində biz hansının daha çox etibar oluna biləcəyini bilirik. Düşünün,
sadəcə yalandan hədis uydurmaq istəyənlərin bu təfsilatlara girməsinin
mənası nədir?
5-ci qayda. Yalandan rəvayət uyduranın rədd edilməsi.
İstər islam dinini, istərsə də Peyğəmbəri ucaltmaq üçün yalandan rəvayət
uyduranın bütün rəvayətləri alimlərin ittifaqı ilə rədd olunar. İslamı
pisləmək üçün yalandan rəvayət uyduran ilə onu ucaltmaq üçün rəvayət
edən arasında fərqin qoyulmaması alimlərin bu rəvayətləri qorumaq üçün
necə ədalətli davrandıqlarına ən bariz dəlillərdəndir.
6-cı qayda. Rəvayətlərin mətninin kritikası.
Alimlər sadəcə rəvayət edənlərin halını deyil, rəvayətlərin mətnini də
kritika ediblər. Misal üçün rəvayətin mətnində problemin olduğuna işarə
edən bəzi nöqtələr bunlardır:
a) rəvayətin əqlə və ya qəti məlum olan tarixi hadisəyə tərs olması
b) Peyğəmbər həyatından qəti bilinənə müxalif olması
c) Rəvayət çox məşhur bir hadisə haqqında olması ilə bərabər onun sadəcə
16
bir-iki şəxs tərəfindən rəvayət olunması
d) Qurana açıq aşkar zidd olması
7-ci qayda. Möcüzələrdən xəbər verən rəvayətlərin yoxlanılması.
Peyğəmbərin möcüzələrindən xəbər verən rəvayətlər digər rəvayətlər
kimi eyni dərəcədə yoxlanılır, onlar arasında da uydurma olanlar rədd
olunur. Misal üçün məşhur alim ibnul Cövzinin uydurma hədislər
haqqında yazdığı kitabda "Peyğəmbərin fəzilətləri" ünvanı altında bir fəsil
vardır.
8-ci qayda. "Mənim adımdan qəsdən yalan danışan...”
Müsəlmanlar nəsilbənəsil bir hədisi rəvayət edirlər. Bu hədisdə
peyğəmbər deyir: "Mənim adımdan qəsdən yalan danışan özünə
Cəhənnəmdə yer hazırlasın". Sadəcə səhabələrdən bu hədisi yetmiş
nəfərdən çox ravi rəvayət edib.
İslam alimlərinin qoyduğu şərtlər kifayət deyilmi? Bu şərtlərin üzərinə nə
əlavə etmək olar?!
Yekun söz.
Maraqlıdır ki, oriyentalist Reinhart Dozy bəzi səhih hesab olunmuş
hədislərin ləfzlərindəki ixtilafları hədislərin uydurulmamasına dəlil olaraq
görüb. Çünki "dinlərinə yardım etmək üçün yalan danışanlar cədəl üçün
qapı açmazdılar" (Essai sur l'Histoire de l'İslamisme). Misal üçün eyni
hədisin bir rəvayətində imanın yetmiş digərində isə altmış şöbə olduğu
qeyd edilir. Belə ixtilafların əsas səbəblərindən bəzi ravilərin rəvayət
17
etdiklərinin bəzi hissələrindən əmin olmamasıdır. Və adətən ravilər şəkk
etdikləri ləfzi qeyd edirlər, beləliklə hədisin əsli sabit olur sadəcə bəzi
ləfzlərində tərəddüd ola bilir. Bunlar da digər hədislər ilə aradan qaldırılır.
Gördüyünüz kimi Dozy bu cür ixtilafları dəlil gətirir ki, hədis elmi
uydurulmayıb. Rəvayət uyduran insanlar belə bir şey etməzdilər.
Burada yenə də xatırlatmaq istəyirik ki, qeyd etdiyimiz peyğəmbərlik
arqumenti hansısa müəyyən hədisin səhihliyində və ya zəifliyində, yəni bu
qaydaların müəyyən tətbiqində deyildir. Arqument peyğəmbərin
həyatının qorunması üçün bu cür dəqiq elmi qaydaların mövcud olmasıdır.
Çünki əql bizə işarə edir ki, əgər bir peyğəmbər özündən sonra peyğəmbər
olmamaq surəti ilə bütün bəşəriyyətə elçi olaraq göndərilirsə o zaman bu
insanın həyatı ən kamil sürətdə hifz olunmalı idi. İslam Peyğəmbərinin
həyatı kimi heç bir tarixi şəxsiyyətin həyatı nə öyrənilməyib, nə də
qorunmayıb. Təsəvvür edin ki, bəzi hədislərdə peyğəmbərin saqqalında
olan ağ tüklərin sayı qeyd olunur. Əgər bir kimsənin həyatı bu cür qayğıya
layiqdirsə şübhəsiz ki, buna ən layiq olan bir peyğəmbərin həyatıdır. Digər
cəhətdən baxdığımızda isə, əgər biz bu elmi mənhəci göz ardına alaraq
onun həyatının qorunmasına şübhə ilə yanaşırıqsa, o zaman əmin olun ki,
heç bir tarixi şəxsiyyətin həyatı haqqındakı tarixi məlumatlara
inanmamalıyıq.
Tasitin "Analları" Oktavian Avqustdan sonra, yəni təqribən miladi 18-ci
ildən 68-ci ilə qədər hökmdarlıq edən Roma imperatorlarının həyatı
haqqında bəhs edir. Tasit özü ehtimal olunana görə miladi 55-ci ildə
anadan olub. Deməli kitabının ən azı böyük hissəsini rəvayətlərə əsasən
yazır, özü bu hadisələrin şahidi olmur. Şahidi olmadığı hadisələri kimdən
öyrəndiyini qeyd etməsə belə onun Analları bu dövrün öyrənilməsi üçün
18
əsas qaynaqlardan hesab olunur. Hədis elmi kriteriyalarına görə bu kitab
səhih mənbə qəbul edilə bilməz (Tasitin özünün etibar oluna biləcək biri
olub olmaması məsələsini də unutmayın). Müəllif hadisələrə yaxın dövrdə
yaşayıb? "Analların" ən qədim əlyazısı miladi 9-cu əsrdə Almaniya
ərazisində yazılan nüsxədir. Arada 8 əsr naməlum bir kitab isnadı vardır.
Üstəlik bu nüsxənin yazarı haqqında da heç bir məlumat yoxdur. Bütün
bunlar "Analları" tarixi qaynaq kimi ələ almağa manedirmir?
O zaman hədis elminə olan bu qərəz təəssübdən başqa bir şey deyildir.
Xatırlayırsızsa, daha öncə biz qeyd etmişdik ki, hədislərin sonrakı
dövrlərdə kitab halına salınmasında ilahi bir hikmət vardır.
Oriyentalistlərin klassik etirazı odur ki, nəyə görə Peyğəmbərin həyatı və
hədisləri öz dövründə qələmə alınmamış və kitab halına salınmamışdır.
Bunun bir çox səbəbi vardır. Lakin sizi inandırmaq istəyirik ki, əgər
kitablar o dövrdə yazılsa idi o zaman oriyentalistlər bu dəfə deyəcəkdirlər
ki, Peyğəmbərin peyğəmbər olmasını isbat etmək üçün bir qrup səhabə
Mədinədə toplanmış və yalandan hədis uydurmuşdur. O zaman
səhabələrin böyük əksəriyyəti Mədinədə yaşamış və belə bir işə bərabər
qatılmalarında mümkünsüz bir şey yoxdur deyiləcəkdi. Üstəlik kitablarda
qeyd olunan hədislərin sənədlərində sadəcə bir ravi - müəyyən bir səhabə
qeyd olunacaqdı. Bir ravidən ibarət sənədləri uydurmaqda isə heç bir
çətinlik yoxdur. Lakin hədislər ikinci və üçüncü əsrdə toplananda artıq
məsələ bu qədər bəsit olmur. Ravilərin sayı bir neçə yüz səhabə ilə bitmir.
Ravilərin həyatları öyrənilən xüsusi "ricəl" kitablarında ravilərin sayı
onminlərlədir, bəzi kitablarda otuz min insanın halı qeyd olunur. Bu
ravilər və bu ravilər haqda yazan hədis alimləri sadəcə bir şəhərdə deyil,
şərqdə Çindən başlayan qərbdə isə İspaniyada bitən nəhəng bir
19
imperiyanın ərazisində yaşayıblar. Bir hədis alimi Əndəlüsdə yaşayır və
bir hədisi müəyən bir isnad ilə rəvayət edir, digər alim isə ömründə
Mədinəni tərk etmir lakin tamamilə başqa isnad ilə eyni ləfzli hədis
rəvayət edir. İndi bu cür hədislərin sayının minlərcə olduğunu düşünün və
bu hədislərin bir qrup adam tərəfindən qəsdli şəkildə uydurulmasının
mümkün olduğuna qərar verin. Bunları uyduranlar kimlər idi? Hansı
dövrdə harada bir araya gəlmişlər? Az bir sayda adamın olduğunu nəzərə
alsaq o zaman bu insanlar necə bu cür coğrafiyaya bu qədər uydurma
hədis yaya bilmişlər? Və ya bütün hədis alimləri uydurma üzərində
toplanıblar? Bu mümkün deyildir.
Birincisi, hətta əsas hədis kitablarını yazan bir çox alim heç bir zaman
qarşılaşmayıb. Ya müxtəlif dövrlərdə, ya da müxtəlif yerlərdə yaşayıblar.
İkincisi isə, uydurulma olsaydı bütün bu insanlar əslində İslam dininə
inanan deyil, münafiqlər olardılar. Və ya az sayda insan tərəfindən
uydurulan hədislərin əslində uydurulma olduğunu bu elm ilə 12 əsrdir
məşğul olan yüz minlərcə digər alim anlamamışdırmı? Və ya anlayıb bunu
qəsdən gizlədirlərmi? Təsəvvür edin ki, bir şəxs sizə yer kürəsinin əslində
düz olduğunu dövlətindən və yerindən asılı olmayaraq, bunun belə
olmadığını bilən hər kəsin bizə yalan deməsini iddia edir. Bu qədər insan
yalan üzərində birləşə bilərmi? 12 əsr ərzində hədis elmi ilə iştiğal edən
alimlərin sayı milyonlara çatmırsa belə ən azı yüz minləri keçmişdir. Yüz
minlərcə adamın və ya hədislərin yalan olduğunu iddia edən bir neçə yüz
oriyentalistin yalan üzərində toplanması daha möhtəməl deyilmi? (Nəzərə
alın ki, hədis elminin tamamən yalan olduğunu əsasən əvvəlki dövrlərdəki
təəssübkeş xristian oriyentaistləri deyiblər. Müasir dövrdə bu cür rəyə
sahib olmaq artıq cahillik hesab olunur).
20
Bunu da qəbul etməyənlərə son sözümüz isə belə olacaqdır. Quran özü
kimi ikinci bir kitabın yazıla billinməyəcəyini iddia edir. Quran ortadadır,
bu iddianı qəbul etmək istəyən özünü sınaya bilər. Hədis elmi də
yüzminlərcə hədisləri, isnadları və raviləri ilə ortadadır. Kim bu elmin
yalan olduğunu isbat etmək istəyirsə hədis elmini öyrənsin və elmi şəkildə
ona rədd versin. Və ya bu qədər rəvayətin yalan olduğunu iddia edirsə o
zaman onun kimi bir yalanı uydursun və belə bir şeyin uydurula biləcəyini
isbat etsin. İstənilən tarixi şəxsiyyəti götürsün və onun haqda belə bir
yalan uydursun. Bu günə qədər heç bir oriyentalist bunu isbat edə
bilməmişdir. Oriyentalistlər sadəcə mətnləri inkar etməklə məşğul olublar.
Misal üçün Peyğəmbərin meraca getməsini oxuyublar və mümkünsüzdür
deyə inkar ediblər. Eyni zamanda bunlardan bəziləri İsa peyğəmbərin ilah
olduğuna inanır. Dövrümüzdəki ateist inkarçılar isə multikainat kimi
istənilən absurdun mümkün ola biləcəyi bir dünyaya inanır. Lakin hədis
elmini elmi müstəvidə ələ alan oriyentalist görməmişik. Əksinə, elmi
şəkildə yanaşanlarından bir çox müasir oriyentalist bu elmin tamamının
yalan olmasını şiddətli olaraq inkar edirlər. Bunlardan bir çoxunun
adlarını artıq qeyd etmişik.
Hədis elminin uydurulmasının mümkünsüzlüyünü isbat edən bir çox amil
vardır. Bunlardan biri də hədisləri rəvayət edən on minlərcə ravi. Yüz
minlərə qədər çatan hədis uydurmaq və bu hədislərə yalandan on
minlərcə ravinin adını qeyd etmək nə qədər çətin olacağını təsəvvür
edirsiz? Sonra hər bir raviyə yalandan bir hal uydurmaq (bəzilərini doğru
danışan, bəzilərini isə yalançı və bu ikisinin arasında kateqoriyalara
bölmək) və hədisləri də bu ravilərin halına uyğunlaşdırmağın nə qədər
çətin olacağını düşünün? Üstəlik bu ravilər sadəcə filankəs ibn filankəslər
21
deyildir. Bunlar real tarixi şəxsiyyətlərdir. Hədis elmi uydurulmuşdur
adındakı bu böyük konspirasiyaya hədisçilərlə bərabər digər
müsəlmanları da qatmaq zorunda qalacağıq. Bu ravilərin müxtəlif
zamanlarda və müxtəlif coğrafiyalarda yaşadıqlarını da nəzərə alın.
Alimlərin hədis elmində təfsilatlara girməsi isə uydurulmamasının başqa
bir dəlilidir. Bizim qeyd etdiklərimiz sadəcə aysberqin görünən hissəsidir.
Hədis elminin əslində nə qədər dərin olduğunu sadəcə onu müstəqil
şəkildə öyrənənlər anlaya bilər. Əgər bu, bir uydurma olsa idi o zaman hər
dəfə təfsilatlara girmək sadəcə yalanın üstü açılması ehtimalını çoxaldardı.
Az şahidi olan bəsit yalanın üstünün açılması daha az ehtimallıdır. Bunu
uyduranlar bunu anlamayacaq qədər ağılsız idilər? O zaman bu ağılsız
insanlar tarixdə misli olmayan bir yalanı necə uydurmağa müvəffəq
olublar?! Alimlərin müəyyən hədislər haqqında səhih və ya zəif olması
barəsində ixtilafı da uydurulmamasına ən bariz dəlillərdəndir.
Dediyimiz kimi, uydurmaq istəyənlər bəsit bir yalan uyduraraq istədikləri
qədər səhih hədis uydurar və insanlara buna inanın deyərdi. Bu mərhələni
keçdiklərini təqdir etsək o zaman bu səhih hədislərlə yanaşı bir qədər də
yalan hədis uydurardılar və bunlara inanmayın deyərdilər. Lakin eyni
hədis haqqında bəzilərinin bu səhihdir digərlərinin isə bu səhih deyil
deməsinin mənası nədir? Üstəlik hədis elmində mütavatir hədislər deyilən
bir şey vardır. Onlar elə hədislərdir ki, onu Peyğəmbərdən yalan üzərində
birləşmələri mümkün olmayan sayda ravi rəvayət edir. Bundan sonra hər
bir ravidən də bu hədisi yalan üzərində birləşmələri mümkün olmayan
qədər ravi rəvayət edir. Və beləcə hər bir təbəqədə bu qədər ravinin
olması şərtdir. Belə hədislər qəti olaraq Peyğəmbərin dedikləridir. Misal
üçün Quran mütavatir olaraq rəvayət olunub. Ona görə də bu gün dünyada
22
iki müsəlmanın Quran üzərində ixtilaf etməsi mümkün deyildir. Mövcud
olan bütün Quran nüsxələri məhv olunsa o zaman nəinki alimlər
müsəlmanların həddi buluğa çatmamış uşaqları belə Quranı kamil şəkildə
toplaya bilərlər. Bu zaman belə sual yaranır: yalan danışmaq istəyən hədis
alimləri nəyə görə bütün səhih kimi göstərmək istədikləri hədislərin
mütəvatir olduğunu deməyiblər? Ümid edirik ki, hədis elminin tamamının
uydurma ola bilməyəcəyini aydın şəkildə izah etməyə müvəffəq olduq.
Dostları ilə paylaş: |