Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə80/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   76   77   78   79   80   81   82   83   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



239 

 

II. 5.  ġAĠRĠN  ESTETĠK  ĠDEALI  ĠLƏ 



  SƏSLƏġƏN  POETĠK  TƏRCÜMƏLƏR 

 

“Həyat”  qəzetində  və  “Füyuzat”  jurnalında  olduğu  kimi, 

M. Hadi mükəmməl bildiyi ərəb və fars dillərindən tərcümə etdiyi 

əsərləri  “Təzə  həyat”  qəzetində  də  nəşr  etdirmişdir.  Bəri  başdan 

qeyd  edək  ki,  əvvəldə  olduğu  kimi,  M.  Hadi  estetik  idealına, 

məqsəd  və  mərəmaına  uyğun  gələn  əsərləri  tərcümə  edərək 

oxuculara  təqdim  etmiş  və  tərcümələrin  dili  ilə  də  azadlıq 

arzusunu  elan  etməyi  bacarmışdır.  Tərcümə  etdiyi  publisitik 

yazılardan  əvvəlki  səhifələrdə  bəhs  etdiyimizdən,  biz  burada 

yalnız  onun  poetik  tərcümələrindən  bəhs  edəcəyik.  Qəzetdə  M. 

Hadinin fars dilindən çevirdiyi üç poetik tərcümə nəşr olunmuşdur  

ki,  bunlardan  biri  Hafiz  Şirazidən,  ikincisi  XX  əsr  cənubi 

Azərbaycan  şairi  Bayrəməli  Abbaszadədən  (Qulamhüseyn 

Hammal),  digəri  isə  Hüseyn  Həsənzadə  İrani  adlı  bir 

müəllifdəndir. 

Hafiz Şirazidən edilmiş və “Dinlə, gözəlim” adı ilə təqdim 

olunmuş  əsər  doqquz  beytlik  qəzəldir(212,  N  102).  Tərcümənin 

son beytində Hafizin adı verilməsə də, qəzetdə sərlövhədən sonra 

belə  bir  qeyd  verilmişdir:  “Hafizdən  tərcümə”.  Bu  qeyd  eyni  ilə 

əsərin  “Fiqdovsi-ilhamat”  kitabında  dərc  olunmuş  mətnində  də 

təkrarlanmışdır(377,  150-151).  Tərcümə  “Firdovsi-ilhamat”dan 

götürülərək olduğu kimi sonrakı kitablara da daxil edilmişdir(379, 

291). Böyük sufi şairi – yəni Hafizin M. Hadinin bizə “Ediyorlar” 

rədifi  ilə  təqdim  olunan  əsərinin  tərcüməsindən  anlaşılan  ümumi 

məzmun  bunda  ibarətdir  ki,  dünyadakı  işlər  əksliklər  üzərində 

qurulub. Bir firqə insanı sevinc və şadlığa çağırırsa, digər qism bu 

halları  mey  ilə  əlaqələndirib  keflilik  kimi  qəbul  edir,  qoca  da, 

cavan da eşq əhlini məzəmət etməkdən çəkinmir. Eşqin mənasını 

anlamadıqlarından  ağızlarına  gələni  söyləməyi  özlərinə  peşə 

etmişlər  bir  yana,  hətta  özlərinə  mürid  –  salik  deyənlər  belə 

pirlərinə - mürşidlərinə iftira atırlar. Bütün aləm biri-digərini inkar 



İslam  Qəribli 

 

 



240 

etməkdə,  hiyləbazlıq  və  yalan  qarışdırmaqla  məşğuldur.  Biri 

ümidə  çatmaq  üçün  səy  və  çalışmağın  tərəfdarı,  digəri  isə 

asılılığın, başıqapazlı olmağın tərəfdarıdır. Belə ki: 



Bir firqə deyir: “Səy ilədir vüsləti-ümmid”, 

Bir baĢqası vabəstəni təqdir ediyorlar. 

Sabit duracaq zənn ediyorsanmı cahanı? 

Bu kargəhi-fitrəti təğyir ediyorlar. 

Iç badəni kim, möhtəsibü sufiyü müfti- 

Diqqətlə baxarsan hamı təzvir ediyorlar(379,  391). 

Tərcümənin  sonuna  M.  Hadi  tərəfindən  yazılan  və 

“Mütərcim”  qeydi  ilə  əlavə  olunan  dörd  beyt  məzmununa  görə 

Hafizin  şeirindən  fərqlidir.  Bu  beytlərdə  dünya  millətlərinin 

tərəqqi,  müsəlmanların  tənəzzül  etmələrinin  səbəbləri  aşağıdakı 

kimi şairanə və mütəfəkkiranə bir şəkildə ümuiləşdirilir: 



Meydani-rəqabət kəsilib məĢhəri-aləm, 

Bax, bax nə gözəl əmtəə təĢhir ediyorlar. 

 

 Biz yıxmadayız cəhl ilə bünyani-cahanı, 

Sairləri viranəni təmir ediyorlar. 

Biz yıxmadayız zülm ilə cənnati-həyatı, 

Ərbabi xirəd gör necə dilsir ediyorlar(379,  391). 

“Bir iranlının lisanından” adı ilə tərcümə edilərək qəzetdə 

dərc  olunan(231,  N  205)  ikinci  tərcümənin  müəllifi  şeirlərini 

Azərbaycan  və  fars  dillərində  yazan  “Hammal”  təxəllüslü 

Bayraməli  Abbaszadədir  (1859-1926).  Cənubi  Azərbaycanda 

Məşrutə  inqilabı  başlanan  kimi  fədai  dəstələrinə  yazılaraq  şah 

qoşunlarına qarşı döyüşən bu şəxs döyüşlərin birində yaralanmış, 

çörək qazanmaq üçün doğma yurdunu tərk etməyə məcbur olmuş, 

bir  çox  yerləri  gəzdikdən  sonra  “Merkuri”  gəmi  –  bərəsində 

hanballıq  etməklə  ailəsinə  ruzi  qazanmış,  satirik  şeirlərini 

“Hammal” imzası ilə mətuat orqanlarınd çap etdirmişdir.  

Tərcümənin “Təzə  həyat” qəzetindəki variantında şeirdən 

qabaq  belə  bir  qeyd  verilmişdir:  “İran  ədəbiyyatı.  Qulamhüseyn 

Hammal  İrani  arxasında  böük  bir  sandıq,  sandığın  üstündə  dolu 

bir məfrəş hambal ipi ilə şələlənib. Beli ikiqat əyilib, şələsini şələ 

sahibi xahiş edən yerə apara-apara belə tərənnüm eləyir”(231,  N 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



241 

205).  Qeyddən  sonra  şeirin  fərsca  mətni,  ondan  sonra  isə  M. 

Hadinin  tərcüməsi  verilmişdir.  Tərcümənin  “Firdovsi  ilhamat”da 

verilən və qəzet mətni ilə eyni olan çapında isə nə qəzetdəki izah, 

nə də şeirin farsca mətni verilməmiş, sərlövhənin üzərinə* işarəsi 

qoyularaq  səhifənin  sonunda  “Farscadan  tərcümə”  qeydi 

verilmişdir(377,  179).  

Bir iranlının dilindən söylənilən on beytlik bu tərcümə M. 

Hadinin  azadlıq  idealına  uyğun  gəldiyindən  və  şairin  İran 

mövzusunda  yazdığı  əsərləri  ilə  səsləşdiyindən  o,  əsəri  tərcümə 

edərək  “Təzə  həyat”ın  oxucularına  təqdim  etmişdir.  Tərcümənin 

ümumi  məzmunundan  aydın  olur  ki,  yük  altında  olan  bu  insan 

İran  vətəndaşıdır.    Yük  daşımaq  üçün  Allah-təala  insanları  yox, 

heyvanları xəlq edib. Bu isə: 



Gərçi heyvan deyil, cəfalardan- 

Haləti tibqi hali-heyvandır. 

Zülm və cəfalardan halı heyvan halına bənzəyən bu yazıq 

üzün illərdir ki, vətəndən ayrı düşmüş, sərsəriyanə bir ömür sürür. 

Elə  bir ömür ki, bu  cür  yaşayışdan  ölüm  yaxşıdır.  Təsvir olunan 

bu şəxs tək deyil və onun kimi yüz minlərlə iranlı vətən avarəsidir 

ki, bunlar iranlının dilindən belə təqdim olunur: 



Qəsəm olsun cahanda mən kimi həp –  

Əhli-iran səd həzərandır. 

Gecə-gündüz qərib yerlərdə, 

Bir quru əkməyə Ģitabandır. 

Yad  ellərdə  bir  tikə  çörək  qazanmaq  məcburiyyətində 

qalan  bu  bədbəxtin  vətənində  harın  molla,  qazı,  xan  kefdə-

damaqda,  torpaqsız,  işləmək,  ruzi  qazanmaq  üçün  iş  yeri 

olmayanlar  isə  ailə-uşaqdan  uzaq  əhli-əyal  yanında  üzüqara, 

səfilanə  bir  tərzədə  gün  keçrməkdədirlər.  Buna  səbəb  nədir? 

Səbəb iranlının dilindən son beytdə belə açıqlanır: 

Eylərəm dad, ta alınsın dad, 

Mülk ola çarayabi-istibdad(379, 392). 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə