8
Daha sonra 11 oktyabr 1972-ci ildə qurulan “Milli
Səlamət Partiyası” (MSP), Süleyman Arif Əmrənin rəs-
mi rəyasətində, Ərbakan xocanın isə təbii liderliyi ilə iş-
tirak etdiyi seçkilərdə, 12 səslə 48 deputat və 3 senator
yeri qazanaraq 51 deputatla Məclisə daxil olub qrup ya-
ratdı.
1974-cü ildə MSP-CHP koalisiyasında Baş Nazir
köməkçisi və İqtisadi Qurum Sədarəti vəzifələrini öhdə-
sinə götürən Nəcməddin Ərbakan beləcə Türkiyənin
maddi və mənəvi inkişafı yolundakı fəaliyyətlərini felən
başlamış oldu.
1977-ci il 5 iyun seçkilərindən sonra qurulan 3 tə-
rəfli koalisiyada da bu vəzifəni davam etdirən Ərbakan
liderliyindəki MSP, beləcə cəmi 4 il müddətində höku-
mət ortağı oldu.
1974–1978-ci illər arasında qurulan 3 hökumət
dövründə də Baş Nazir köməkçisi və Nazirliklərarası
İqtisadi Qurum Sədarəti vəzifəsini icra edən Prof. Nəc-
məddin Ərbakan bu dövrdə Kipr Zəfərinin qazanılma-
sında böyük rol oynamış, Kipr Barış Hərəkatından sonra
adanın hamısının ələ keçirilməsi fikrini müdafiə etmiş,
böyük tarixi “Ağır Sənaye Kampaniyası”nın həyata ke-
çirilməsi və müvəffəqiyyətlə davam etməsinə rəhbərlik
etmiş, Türkiyənin İslam Konfransına tam üzv olmasını
təmin etmiş, yeni nəsillərin milli və mənəvi dəyərlərə
bağlı olaraq yetişməsində böyük önəm daşıyan “İmam-
Xətib Məktəbləri”nin açılmasında və yayılmasında
önəmli xidmətlər etmişdir.
9
Bu dövrdə rant iqtisadiyyatı
3
yerinə real iqtisadiy-
yatı tətbiq etmiş, milli qaynaqlara dayanaraq Anado-
lunun bütünü ilə inkişafı və sənayeləşməsi yönündə mü-
vəffəqiyyətli addımlar atmışdır. Türkiyənin iqtisadi in-
kişafını və güclənməsini özləri üçün uyğun görməyən
xarici düşmənlərin təsiri ilə koalisiya ortağı “Ədalət
Partiyası”ndan 11 şəxsin müxalifət partiyasına daxil ol-
ması və nazir qoyulmaları hadisəsi ilə TBMM-də iqtida-
rın çoxluğu qalmayınca bir müxalifət partiyasının lideri
olaraq parlament çalışmalarında böyük təsir göstərmiş-
dir.
1978-ci ilin əvvəlindən 1980-ci ilin 12 sentyabrına
qədər müxalifətdə qalan və MSP-nin sədrliyini edən
Nəcməddin Ərbakan 12 sentyabr çevrilişinin gətirdiyi
antidemokratik tətbiqat və yasaqlarla 1987-ci ilin sen-
tyabrına qədər siyasətdən rəsmən uzaqlaşdırıldı.
1987-ci ilin sentyabrında keçirilən referendumda
yenidən siyasi haqlarını əldə edən Ərbakan, 1983-cü il
19 iyulda qurulan “Rifah Partiyası”nın 1987-ci il 11
oktyabrda keçirilən tarixi qurultayında yekdilliklə tək-
rarən sədrlik məqamına oturdu. 1991-ci il 20 oktyabr
seçkilərində yenidən deputat seçilən Ərbakan daha son-
ra bələdiyyələr inqilabını həyata keçirmiş və nəhayət,
1995-ci il ümumi seçkilərdə böyük bir müvəffəqiyyət
qazanaraq “Rifah Partiyası”nı birinci partiya məqamına
gətirmişdir. Buna görə də 28 iyunda hökuməti qurma
3
Haqsız qazanca dayanan iqtisadiyyat. Rant əziyyət çəkmə-
dən, layiq olmadan qazanılan mülk, pul, yəni əməksiz qazanc
deməkdir.
10
vəzifəsini alaraq 7 iyulda referendumla Türkiyənin Baş
Naziri olmuşdur. Prof. Nəcməddin Ərbakan 54-cü T. R.
Baş Naziri olaraq 1996-cı il 28 iyundan 1997-ci il 2
iyula qədər 1 illik hakimiyyət dövründə uğurlu addımlar
atmışdır. Faiz və borc spiralları içərisində pərişan bir
vəziyyətə düşən türk iqtisadiyyatını 6 aylıq qısa bir
müddət içərisində daxili və xarici borc almadan, qiymət-
ləri artırmadan tamamilə milli qaynaq paketlərini hərə-
kətə gətirməklə düzəltmiş, Türkiyəni iqtisadi krizlərdən
xilas etmiş, milli qaynaqlardan dövlətə 30 mlr. Dollar-
dan çox qaynaq təmin etmişdir. Şirin reseptlərlə kəndli,
fəhlə, məmur, tacir, təqaüdçü, dul və yetimlərə qısa za-
manda görülməmiş orta rifah artımı gerçəkləşdirmişdir.
Etdiyi müxtəlif islahatlar arasında ictimai təşkilatlar
arasında “Hovuz sistemi”nin qurulmasını da göstərmək
olar.
Atdığı bu addımlarla iqtisadiyyatı gücləndirən Ər-
bakan 1997-ci il büdcəsini balanslaşdırılmış büdcə ola-
raq formalaşdırmağa müvəffəq olmuş və bu büdcəni
yanvar və fevral aylarında balanslaşdırılmış büdcə ola-
raq idarə etmişdir. Xalqın dəstəyini alan bu çox əhəmiy-
yətli nailiyyətlərin yanında, beynəlxalq sahədə də inki-
şaf etməkdə olan 8 ölkənin əməkdaşlığına liderlik edə-
rək böyük bir cəhdlə bir il kimi qısa bir müddətdə D-8
4
təşəkkülünü meydana gətirməsi önəmli bir dünya hadi-
səsidir.
Xalqdan alınan vergilərin və milli imkanların haq-
sız bir rant iqtisadiyyatı ilə kiçik bir zümrəyə ötürül-
4
Divelənmənt 8; İnkişaf etməkdə olan 8 ölkə
11
məsi, beləcə milyonların əzilməsi, fəqirləşməsi və milli
iqtisadiyyatın təxribata uğraması siyasətinə son qoyan
Prof. Dr. Nəcməddin Ərbakanın bu tətbiqatı rant iqtisa-
diyyatı ilə dolanan bir ovuc rantçı zümrənin xoşuna gəl-
məmiş, bu zümrə 1997-ci ilin yanvarından etibarən əlin-
dəki mətbuat və sərmayə gücü ilə 54-cü hökumətin mü-
vəffəqiyyətli addımlarına təsir etmək üçün müxtəlif yol-
lara baş vurmuşdur. Müxtəlif təsirlərlə koalisiya ortağı
“Doğru Yol Partiyası”nın deputatlarının hökumətdən
dəstəklərini çəkməyə məcbur edilməsi fəaliyyətləri qar-
şısında bir ilin sonunda bir dəyərləndirmə aparılmış, 550
şəxslik parlamentin RP+DJP+BBP-dan meydana gələn
278 nəfərlik deputatın imzası ilə məclisdə çoxluq olaraq
ən qısa müddətdə seçkiyə gedilib, daha güclü olaraq
gəlmək şərti ilə hazırlanmış “Yenidən Böyük Türkiyə”
layihəsinin istiqrar və hüzur içində təmin olunmasına
qərar verilmişdir.
Koalisiya Protokolunun tələbinə əsasən seçkiyə
qədər baş nazirlik vəzifəsini icra edəcək olan Prof. Dr.
Nəcməddin Ərbakan bu vəzifəni dünyada bənzəri olma-
yan bir nümunəvi davranışı ilə DJP sədri Prof. Dr. Tan-
su Çillərə vermək istəmişdir. Prezident Süleyman Dəmi-
rəlin daha öncə siyasi həyatı boyunca uğrunda mübarizə
apardığı demokratik prinsipləri bir tərəfə qoyaraq, yan-
lış bir tətbiqat ilə uğursuz bir vəzifələndirmə aparması,
1997-ci ilin iyulundan etibarən Türkiyəni 4 il boyunca
xalqın maddi və mənəvi çətinliklər çəkdiyi bir dövrün
içinə salmışdır.
Laiklik (sekularizm və dünyəvilik) və Atatürkçü-
lük mübahisələri nəticəsində post-modern çevriliş ilə
Dostları ilə paylaş: |