12
Ərbakan istefa vermək məcburiyyətində qaldı. 1997-ci
il 21 mayda Ali Məhkəmə Respublika Baş Prokuroru
Vural Savaş, RP-nın bağlanması üçün Konstitusiya
Məhkəməsinə müraciət etdi və partiya bağlandı. Quru-
cusu olduğu “Milli Görüş Hərəkatı”nın 2001-ci ildə
bölünməsindən sonra Ərbakanın da dəstəklədiyi Milli
Görüşçü qanad Rəcai Kutan rəhbərliyindəki “Səadət
Partiyası”nı qurdu. Daha sonra partiyanın sədrliyini icra
etdisə də, siyasi fəaliyyətinə yasaq qoyulduğu üçün
işindən əl çəkdi və cəzası qurtardıqda da səhhətində ya-
ranan problemlərə görə vəzifəsinə qayıda bilmədi.
2010-cu il 17 oktyabrda təkrarən “Səadət Partiya-
sı”nın sədri seçildi. Səhhəti gedərək pisləşdiyi halda
vəfat etdiyi günədək qərargahları ilə partiya və ölkə mə-
sələləri haqqında görüşmələrinə davam etmişdir.
19 yanvar 2010-cu ildə ayağında yaranan damar
iltihabı rahatsızlığı səbəbi ilə xəstəxananın reanimasiya
şöbəsində bir müddət müalicə olunub xəstəxanadan çıx-
mışdır. Sonra tənəffüs və ürək çatışmazlığı rahatsızlığı-
na görə Ankaradakı “Güvən” xəstəxanasında reanimasi-
ya şöbəsində aparılan müalicələrə baxmayaraq tənəffüs
çatışmazlığına bağlı ürək və çoxlu orqan çatışmazlığı
səbəbi ilə 27 fevral 2011-ci il saat 8:50-də həkimlərinin
müayinəsi əsnasında arteriyaların rahatsızlığı nəticəsin-
də şüurunu itirərək koma vəziyyətinə düşmüş, saat
11:40-da həkimlərin bütün müdaxilələri ilə həyati funk-
siyalarının dəstəklənməsinə baxmayaraq həyatını itir-
mişdir.
Vəsiyyətinə əsasən rəsmi dövlət mərasimi təşkil
olunmamış və 1 mart 2011-ci il cərşənbə axşamı günü
13
zöhr namazının ardınca Fateh Camesində qılınan cənazə
namazından sonra Zeytunburnu Mərkəzəfəndi Qəbiris-
tanlığında dəfn edilmişdir. Qəbrinə, sevənləri tərəfindən
Türkiyənin müxtəlif bölgələrindən gətirilən torpaqlarla
bərabər Qüds, Şimali Kipr Türk Respublikası (ŞKTP),
bosniyalı lider Aliya İzzətbeqoviçin qəbrindən gətirilən
torpaqlar səpilmişdir.
Cənazə mərasimində Prezident, Milli Məclisin
Sədri, Baş Nazir, partiya sədrləri, nazirlər, deputatlar,
TSQ (Türk Silahlı Qüvvələri) mənsubları, səfirlər,
bələdiyyə sədrləri, partiyaların yanı sıra 60 ölkədən
camaat və hərəkat liderləri ilə təmsilçiləri iştirak etmiş,
cənazə namazı iki milyondan çox şəxs tərəfindən qılına-
raq, nəşi ailə qəbiristanlığının yerləşdiyi Mərkəzəfəndi
Qəbiristanlığında dəfn edilmişdir.
Məkanı Cənnət olsun! AMİN!
14
İSLAM VƏ ELM
1969-cu il, Prof. Dr. Nəcməddin Ərbakan
Bu gün çox əhəmiyyətli bir mövzu haqqında danış-
maq üçün sizin hüzurunuza gəlmişəm. Bu mövzunun
adını qısa olaraq “İslam və Elm” deyə adlandırdıq.
Mövzuya bu adı nə üçün verdiyimizi çıxış zamanı in-
şallah hamılıqla başa düşəcəksiniz və səbəbini də bilə-
cəksiniz.
Aramızda bu mövzu haqqında danışmağa çox böyük
ehtiyacımız var, çünki biz müsəlmanlar dünyanın gəlib-
getmiş ən böyük düşüncə sisteminə sahibik. Lakin bu
böyük düşüncə sisteminin və müsəlmanların – mübarizə
apararaq savabları və şərəfləri artsın deyə – qarşısına
daima batil fikirlər çıxmışdır. Bu batil fikirlər bir müsəl-
man ölkəsi olaraq bizi, öz dinimizi, öz müsəlmançılıq
həqiqətlərimizi öyrənə bilməyəcək vəziyyətə və hala
salmışdır. Baxın, mən bu gün sizə dinimizin verdiyi
sürətlə yazılmış olan elmi fəaliyyətlərin bəziləri haq-
qında söhbət açacağam. Əminəm ki, çoxumuz bu fəaliy-
yətlər haqqında heç bir məlumata malik deyilik. Nə
üçün? Çünki özümüz özümüzü öyrənməyə imkan tapa
bilməmişik.
Mövzuya başlamazdan əvvəl onun əhəmiyyəti haq-
qında diqqətinizi bir nöqtəyə yönəltmək istəyirəm; bi-
zim düşüncə sistemimizdə əslində heç bir nöqsan yox-
dur, lakin verilən tərbiyə tərzinə görə yanlış düşüncə-
lərin qurbanı oluruq. O da budur: Əfəndim, ortada bir
müsəlmançılıq var. Müsəlmançılıq, xüsusilə, axirətə,
mənəvi elmlərə, əxlaqa və digər elmlərə aid bir çox
15
əsaslar gətirmiş, biz də bunları öyrənmişik, lakin elə
zənn edirik ki, müsəlmançılığın xaricində başqa həqi-
qətlər də vardır. Nədir bu həqiqətlər? Əfəndim, görür-
sünüz ki, camaat fəaliyyət göstərir. Amerikalılar, avro-
palılar nə böyük işlər görürlər, Aya və ulduza yol açır-
lar. Bunların fəaliyyətləri Quran-kərimə istinad edilən
elmlərin nəticəsində ortaya çıxır, ya yox? Bunu iddia
edəcək vəziyyətdə deyilik, – deyə düşünür və deyirik ki,
bunlar Günəşin tutulmasını saniyəbəsaniyə hesabladıq-
larına, Aya bu dəqiqədə gedəcəyik, – deyib o dəqiqədə
də getdiklərinə görə yəqin onların da söykəndikləri bir
həqiqət qaynağı vardır. Beləcə müsəlmançılığın xaricin-
də sanki başqa bir həqiqət qaynağı, mənbəyi ola bilər-
miş kimi avropalıların düşüncə sisteminə bir pay ayır-
mağa başlayırıq. Biz bu çıxışımızda, xüsusilə, bildirə-
cəyik ki: “Müsəlmançılığın xaricində bir həqiqət qayna-
ğı ola bilməz”. Yaxşı, bəs bu Avropada gördüyümüz in-
sanların etdikləri işlər nədir? Bunlar haradan meydana
çıxır? Avropadakı insanların düşüncə sistemləri və gös-
tərdikləri fəaliyyətlərlə müsəlmançılıq arasındakı müna-
sibəti müəyyənləşdirməyə çalışacağıq.
Mövzuya başlamazdan əvvəl icazənizlə bir məsələ-
dən başlamaq istəyirəm. Sizinlə birlikdə çıxıb dünyanın
müxtəlif yerlərində fəaliyyətlər aparılan yerləri gəzsək,
kənardan baxdığımız vaxt “Aman Allah nə böyük bi-
nalar, nə böyük körpülər tikmişlər; bu reaktiv təy-
yarələrlə, bu raketlərlə necə uçurlar, Aya necə gedir-
lər? Bu laboratoriya fəaliyyətlərindəki qarma-qarı-
şıq alətlər üzərində necə işləyirlər?” – deyə heyrətlə
bunları seyr edərik. Amerikada Aya gedən hər hansı bir
Dostları ilə paylaş: |