Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   2   3   4   5   6   7   8   9   ...   17

 

12 


 

Ərbakan  istefa  vermək  məcburiyyətində  qaldı.  1997-ci 

il  21  mayda  Ali  Məhkəmə  Respublika  Baş  Prokuroru 

Vural  Savaş,  RP-nın  bağlanması  üçün  Konstitusiya 

Məhkəməsinə  müraciət  etdi  və  partiya  bağlandı.  Quru-

cusu  olduğu  “Milli  Görüş  Hərəkatı”nın  2001-ci  ildə 

bölünməsindən  sonra  Ərbakanın  da  dəstəklədiyi  Milli 

Görüşçü  qanad  Rəcai  Kutan  rəhbərliyindəki  “Səadət 

Partiyası”nı qurdu. Daha sonra partiyanın sədrliyini icra 

etdisə  də,  siyasi  fəaliyyətinə  yasaq  qoyulduğu  üçün 

işindən əl çəkdi və cəzası qurtardıqda da səhhətində ya-

ranan problemlərə görə vəzifəsinə qayıda bilmədi. 

2010-cu  il  17  oktyabrda  təkrarən  “Səadət  Partiya-

sı”nın  sədri  seçildi.  Səhhəti  gedərək  pisləşdiyi  halda 

vəfat etdiyi günədək qərargahları ilə partiya və ölkə mə-

sələləri haqqında görüşmələrinə  davam etmişdir. 

19  yanvar  2010-cu  ildə  ayağında  yaranan  damar 

iltihabı  rahatsızlığı  səbəbi  ilə  xəstəxananın  reanimasiya 

şöbəsində bir müddət müalicə olunub xəstəxanadan çıx-

mışdır. Sonra tənəffüs və ürək çatışmazlığı rahatsızlığı-

na görə Ankaradakı “Güvən” xəstəxanasında reanimasi-

ya  şöbəsində  aparılan  müalicələrə  baxmayaraq  tənəffüs 

çatışmazlığına  bağlı  ürək  və  çoxlu  orqan  çatışmazlığı 

səbəbi ilə 27 fevral 2011-ci il saat 8:50-də həkimlərinin 

müayinəsi  əsnasında  arteriyaların  rahatsızlığı  nəticəsin-

də  şüurunu  itirərək  koma  vəziyyətinə  düşmüş,  saat 

11:40-da həkimlərin bütün müdaxilələri ilə həyati funk-

siyalarının  dəstəklənməsinə  baxmayaraq  həyatını  itir-

mişdir. 

Vəsiyyətinə  əsasən  rəsmi  dövlət  mərasimi  təşkil 

olunmamış  və  1  mart  2011-ci  il  cərşənbə  axşamı  günü 



 

13 


 

zöhr namazının ardınca Fateh Camesində qılınan cənazə 

namazından  sonra  Zeytunburnu  Mərkəzəfəndi  Qəbiris-

tanlığında dəfn edilmişdir. Qəbrinə, sevənləri tərəfindən 

Türkiyənin  müxtəlif  bölgələrindən  gətirilən  torpaqlarla 

bərabər  Qüds,  Şimali  Kipr  Türk  Respublikası  (ŞKTP), 

bosniyalı lider  Aliya İzzətbeqoviçin qəbrindən gətirilən 

torpaqlar səpilmişdir. 

Cənazə  mərasimində  Prezident,  Milli  Məclisin 

Sədri,  Baş  Nazir,  partiya  sədrləri,  nazirlər,  deputatlar, 

TSQ  (Türk  Silahlı  Qüvvələri)  mənsubları,  səfirlər, 

bələdiyyə  sədrləri,  partiyaların  yanı  sıra  60  ölkədən 

camaat  və  hərəkat liderləri ilə təmsilçiləri iştirak etmiş, 

cənazə namazı iki milyondan çox şəxs tərəfindən qılına-

raq,  nəşi  ailə  qəbiristanlığının  yerləşdiyi  Mərkəzəfəndi 

Qəbiristanlığında dəfn edilmişdir. 

Məkanı Cənnət olsun! AMİN!  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 


 

14 


 

İSLAM VƏ ELM 

 

1969-cu il, Prof. Dr. Nəcməddin Ərbakan  

Bu  gün  çox  əhəmiyyətli  bir  mövzu  haqqında  danış-

maq  üçün  sizin  hüzurunuza  gəlmişəm.  Bu  mövzunun 

adını  qısa  olaraq  “İslam  və  Elm”  deyə  adlandırdıq. 

Mövzuya  bu  adı  nə  üçün  verdiyimizi  çıxış  zamanı  in-

şallah  hamılıqla  başa  düşəcəksiniz  və  səbəbini  də  bilə-

cəksiniz. 

Aramızda bu mövzu haqqında danışmağa çox böyük 

ehtiyacımız var, çünki biz müsəlmanlar dünyanın gəlib-

getmiş  ən  böyük  düşüncə  sisteminə  sahibik.  Lakin  bu 

böyük düşüncə sisteminin və müsəlmanların – mübarizə 

apararaq  savabları  və  şərəfləri  artsın  deyə  –  qarşısına 

daima batil fikirlər çıxmışdır. Bu batil fikirlər bir müsəl-

man  ölkəsi  olaraq  bizi,  öz  dinimizi,  öz  müsəlmançılıq 

həqiqətlərimizi  öyrənə  bilməyəcək  vəziyyətə  və  hala 

salmışdır.  Baxın,  mən  bu  gün  sizə  dinimizin  verdiyi 

sürətlə  yazılmış  olan  elmi  fəaliyyətlərin  bəziləri  haq-

qında söhbət açacağam. Əminəm ki, çoxumuz bu fəaliy-

yətlər  haqqında  heç  bir  məlumata  malik  deyilik.  Nə 

üçün?  Çünki  özümüz  özümüzü  öyrənməyə  imkan  tapa 

bilməmişik.  

Mövzuya  başlamazdan  əvvəl  onun  əhəmiyyəti  haq-

qında  diqqətinizi  bir  nöqtəyə  yönəltmək  istəyirəm;  bi-

zim  düşüncə  sistemimizdə  əslində  heç  bir  nöqsan  yox-

dur,  lakin  verilən  tərbiyə  tərzinə  görə  yanlış  düşüncə-

lərin  qurbanı  oluruq.  O  da  budur:  Əfəndim,  ortada  bir 

müsəlmançılıq  var.  Müsəlmançılıq,  xüsusilə,  axirətə, 

mənəvi  elmlərə,  əxlaqa  və  digər  elmlərə  aid  bir  çox 




 

15 


 

əsaslar  gətirmiş,  biz  də  bunları  öyrənmişik,  lakin  elə 

zənn  edirik  ki,  müsəlmançılığın  xaricində  başqa  həqi-

qətlər  də  vardır.  Nədir  bu  həqiqətlər?  Əfəndim,  görür-

sünüz  ki,  camaat  fəaliyyət  göstərir.  Amerikalılar,  avro-

palılar nə böyük işlər görürlər, Aya  və ulduza yol açır-

lar.  Bunların  fəaliyyətləri  Quran-kərimə  istinad  edilən 

elmlərin  nəticəsində  ortaya  çıxır,  ya  yox?  Bunu  iddia 

edəcək vəziyyətdə deyilik, – deyə düşünür və deyirik ki, 

bunlar  Günəşin  tutulmasını  saniyəbəsaniyə  hesabladıq-

larına, Aya bu dəqiqədə gedəcəyik, – deyib o dəqiqədə 

də  getdiklərinə  görə  yəqin  onların  da  söykəndikləri  bir 

həqiqət qaynağı vardır. Beləcə müsəlmançılığın xaricin-

də  sanki  başqa  bir  həqiqət  qaynağı,  mənbəyi  ola  bilər-

miş  kimi  avropalıların  düşüncə  sisteminə  bir  pay  ayır-

mağa  başlayırıq.  Biz  bu  çıxışımızda,  xüsusilə,  bildirə-

cəyik ki: “Müsəlmançılığın xaricində bir həqiqət qayna-

ğı ola bilməz”. Yaxşı, bəs bu Avropada gördüyümüz in-

sanların  etdikləri  işlər  nədir?  Bunlar  haradan  meydana 

çıxır? Avropadakı insanların düşüncə sistemləri və gös-

tərdikləri fəaliyyətlərlə müsəlmançılıq arasındakı müna-

sibəti müəyyənləşdirməyə çalışacağıq. 

Mövzuya  başlamazdan  əvvəl  icazənizlə  bir  məsələ-

dən başlamaq istəyirəm. Sizinlə birlikdə çıxıb dünyanın 

müxtəlif  yerlərində  fəaliyyətlər  aparılan  yerləri  gəzsək, 

kənardan  baxdığımız  vaxt  “Aman  Allah  nə  böyük  bi-



nalar,  nə  böyük  körpülər  tikmişlər;  bu  reaktiv  təy-

yarələrlə, bu raketlərlə necə uçurlar, Aya necə gedir-

lər?  Bu  laboratoriya  fəaliyyətlərindəki  qarma-qarı-

şıq  alətlər  üzərində  necə  işləyirlər?”  –  deyə  heyrətlə 

bunları seyr edərik. Amerikada Aya gedən hər hansı bir 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə