Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 

28 


 

ğunu ağlı ilə müəyyənləşdirə bilir. Heyvan qarşısındakı 

düşmənə hansı ölçüdə və nə atacağını düşünə bilmir, la-

kin  Cənabı-Haqq  insanlara  ağıl  və  başqa  nemətlər  ver-

mişdir.  Bu  nemətlər  sayəsində  müxtəlif  şeyləri  qiymət-

ləndirməyə  başlamışdır.  İnsanlıq  tarixində  bilgi  baxım-

dan mühüm bir məsələ atəşin öyrənilməsidir. Bəlkə, in-

sanlar yanardağların lavalarını gördülər, taxtaları, daşla-

rı bir-birinə sürtdülər, od yandırdılar. Bunun necə oldu-

ğunu bilmirik, lakin insanlıq yavaş-yavaş odun nə oldu-

ğunu öyrəndi. Bundan sonra insanlar müxtəlif tarixlərdə 

müxtəlif  şeylər  öyrəndilər.  Öyrənə-öyrənə  bu  günə  qə-

dər  gəldilər.  İlk  insanın  məlumatını  ilk  çağdakı  insanın 

məlumatı  olaraq  söyləməkdən  çəkinirəm,  çünki  biz 

Adəm  əleyhissəlamın  məlumatının  nə  olduğunu  bilmi-

rik.  İlk  insanlar  haqqında  nə  isə  bilirik,  daş  dövründə 

yaşayan insanların məlumatını bilirik. 

Əcəba, beş min illik insanlıq tarixində, ilk nöqtədən 

zamanımıza qədər insanlar bugünkü məlumatlarını necə 

əldə  etdilər?  Təbii  olan  izah  bu  olacaq  ki,  insanlar  bu-

günkü  məlumatlarını zamanla öyrənə-öyrənə, nərdivan-

dan çıxa-çıxa əldə etdilər, lakin elmlər tarixində aparılan 

tədqiqatlar  göstərir  ki,  insanlar  ilk  bilgilərindən  bugün-

kü  bilgilərinə  qədər  pilə-pillə  müntəzəm  bir  şəkildə 

gəlib çatmamışlar. Bəs necə gəlib çatmışlar? Bunu araş-

dırdığımız  zaman  belə  bir  inkişaf  görürük;  ilk  dövrün 

insanları  yavaş-yavaş  elm  sahibi  olmuşlar.  Bir  nöqtəyə 

qədər gəlmişlər, bu nöqtədən sonra birdən-birə artım ol-

muş.  Ondan  sonra  bu  artım  yenə  yavaş-yavaş  cərəyan 

etmişdir.  İnsanlıq  tarixində  məlumatların  birdən-birə 

artdığı başlanğıc nöqtəsi haradır? İki mühüm nöqtə var: 



 

29 


 

“B”  və  “C”  nöqtələri.  Bu  yerlər  haralardır?  Bugünkü 

elmlər tarixi deyir ki, insanların məlumatlarının artmağa 

başladığı birinci nöqtə əsri-səadətdir. Bu nöqtə VII əsrə 

təsadüf edir. Əsri-səadətdə insanların elmləri birdən-birə 

artmağa  başlayır.  Hara  qədər  getmişdir?  “C”  nöqtəsinə 

qədər getmişdir. Bu miladi təqvimi ilə XIV və XV əsr-

lərə təsadüf edir (h. q. VII və VIII əsrlər). 

Elm tarixindəki araşdırmalar, insanlığın bilgisinin bu 

şəkildə  inkişaf  etdiyini  göstərir.  Bu  ilk  nöqtədən  biri 

“B” müsəlmançılığın elmi bütün insanlardan təslim alıb 

inkişaf etdirməyə başladıqları tarixdir. Digər nöqtə “C” 

xaç  yürüşlərindən  sonra  renessansda  avropalıların  elm-

ləri müsəlmanlardan aldıqdan sonra idarə etməyə başla-

dıqları tarixdir. Buna əsasən insanlıq tarixində əsri-səa-

dətdən renassansa qədər keçən yeddi əsrlik bir dövr var-

dır ki, bu dövrdə bütün insanlığın elmlərini müsəlmanlar 

inkişaf  etdirirdilər.  Araşdırmalar  göstərir  ki,  bugünkü 

insan  bilgisinin  60-70%-  ni  müsəlmanlar  inkişaf  etdir-

mişlər. Bunun mənası nədir? Bizim qarşımızda lovğala-

nan,  qarşımıza  çıxıb  müsəlmanları  alçaltmağa  çalışan 

insanın  elminin  yarısından  çoxunun  sahibi  müsəlman-

lardır.  O  insan  sadəcə  bunları  bilmədiyi  üçün  bu  cür 

davranır. Əcəba, həqiqətən, belədirmi? Yəni, həqiqətən, 

müsəlmançılıq dövründə bu elmlərin inkişafı bu dərəcə 

yüksəlmişdirmi? Bunu araşdırmağa keçməmişdən əvvəl 

sizə  bu  iki  nöqtəyə  aid  üç  xüsusiyyət  söyləmək  istəyi-

rəm.  Baxın,  əsri-səadətdə  müsəlmanların  elmə  etdikləri 

xidmət necə olmuşdur, renassansda avropalıların müsəl-

manlardan elmi alması necə olmuşdur. 




 

30 


 

Bizim  qarşımıza  çıxan  insanlar  sadəcə  “Qərb  elmi 

deyilən bir şey vardır, sizin bundan xəbəriniz yoxdur”, – 

deməklə  kifayətlənməzlər,  ayrıca  bəzi  İslam  düşməni 

şərqşünasların  onlara  öyrətdikləri  bəzi  yanlış  fikirlərlə 

də  doludurlar.  Və  bunlar  bilirsiniz  nə  deyirlər?  Şərqşü-

nasların  bu  sözlərini  təkrar  edirlər:  “Müsəlmanların 

elm sahəsində əslində sizin böyütdüyünüz qədər xid-

mətləri  olmamışdır.  Onlar  qədim  Yunanıstanda, 

Hindistanda  və  Misirdə  olan  elmləri  əxz  etmiş,  öy-

rənmiş, insan təbiətinə uyğun olaraq bunları bir qə-

dər inkişaf etdirmiş və ondan sonra onu təkrarən bu 

sahibi olan avropalılara təslim etmişlər”. Bu fikir bü-

tünlüklə  yanlışdır.  Müsəlmanlar,  həqiqətən,  qədim  mi-

sirlilərin,  yunanların  və  hindlilərin  elmlərini  araşdırıb 

əxz etmişlər, lakin bu alışda üç mühüm xüsusiyyət var: 

1.  Bu  elmi,  bu  bilgini  kimin  kitabından  əxz  etdik-

lərini  açıqlamışlar.  “Biz  Ptolemeyin  kitabında  oxu-



duq,  biz  Evklidin  kitabında  oxuduq,  biz  Pifaqorun 

kitabında oxuduq ki, belə deyir”, – deyə daima əxz et-

dikləri qaynaqları açıqlamışlar.  

2.  İslam  alimləri  bu  qədim  dövrlərə  aid  kitabları 

oxuyaraq  oradakı  məlumatları  götürərkən  bunları 

əzbərləməmişlər.  Bunları  dərhal  qəbul  da  etməmişlər. 

Bu bilgiləri təshih etmişlər. 

3.  İslam  alimləri  yunanlardan,  misirlilərdən,  hindli-

lərdən  elmi  əxz  edərkən  özləri  yüksək  səviyyədə,  elmi 

əxz etdikləri  millətlər isə aşağı səviyyədə idi,  yəni aşa-

ğıdan  yuxarıya  doğru  əxz  etmişlər.  Bu,  nə  deməkdir? 

İndi bunu sizə açıqlamağa çalışaq. Üçüncü xüsusiyyətlə 

müsəlmanlar özündən əvvəlki elmi alarkən aşağıdan yu-




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə