Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə17/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   ...   9   10   11   12   13   14   15   16   17

 

53 


 

70-ci  illərdə  Xocamın  Ərzurumda  “İslam  və  Elm” 

mövzusunda  olan  konfransını  dinləyən  bir  müfti  əfəndi 

daha  sonra  xüsusi  söhbəti  əsasında  Xocamıza  doğru 

dönərək: “Sizi səmimi qəlbdən təbrik edirəm. Çox gözəl 

və  əhəmiyyətli  mövzulara  toxundunuz.  Mən  də  illərdir 

moizələrimdə dini və əxlaqi elmləri bilməklə kifayətlən-

mək  olmaz,  Avropanın  fənnini  və  texnikasını  da  öyrən-

mək  lazımdır”,  –  deyincə,  Xocamız  ona:  “Aman,  müfti 

bəy, hər halda bilmədən səhv bir ifadə işlətdiniz, çünki 

“İslami  elmlər  kifayət  etməz,  Avropanın  fənn  və  texni-

kasını da öyrənmək lazımdır” sözü bilərək deyilsə, ima-

nın yenilənməsini tələb edən bir küfr olar, çünki bu söz 

Qurandakı ən son nazil olan “Bu gün dininizi tamam-

layıb  mükəmməl  etdim,  sizə  olan  nemətimi  başa  çat-

dırdım. ...” mənasındakı ayəyə ziddir. Sizin sözünüz “İs-

lamda  fənn,  texniki  və  müsbət  elmlər  yoxdur.  Bunları 

Avropadan  götürməyə  və  öyrənməyə  ehtiyacımız  var-

dır.  Deməli,  bu  yöndən  İslam  əskikdir”  mənasını  verər 

ki, bu, fərqinə varmadan “Bu gün dininizi tamamlayıb 

mükəmməl  etdim,  sizə  olan  nemətimi  başa  çatdırdım, 

maddi  və  mənəvi  heç  bir  əskiklik  və  qüsur  buraxma-

dım” buyuran Cənabı-Haqqı təkzib etmək mənasını ve-

rər  və  əlbəttə,  səhvdir.  Doğrusu  isə,  maddi  və  müsbət 

elmlərin  də  qaynağı  Qurandır  və  bu  gün  qərblilərin 

əlindəki  bütün  elmlərin  təməl  əsaslarını  ortaya  qoyan 

İslam  alimləri  olmuşdur”,  –  deyərək  müftinin  səhvini 

düzəldir. 

                        Prof. Dr. Nəcməddin Ərbakan 

                                  Mütərcim: Xəyyam Qurbanzadə  

 



 

54 


 

QEYDLƏR VƏ İZAHLAR 

1.  Bəttani  (Əbuəbdillah  Mühəmməd  ibn  Cabir 

ibn  Sinan  əl-Bəttani)  850-ci  ildə  Hərran  bölgəsinin 

Bəttan şəhərində anadan olmuş və 929-cu ildə Samərra 

yaxınlığındakı  Qəsrul-Cis  rayonunda  vəfat  etmişdir. 

Bəttaninin  astronomiya  elmi  sahəsində  ən  çox  məşhur 

nailiyyətlərindən  biri  Günəş  ilini  365  gün,  5  saat,  46 

dəqiqə və 24 saniyə olaraq ölçməsidir. 

Bəttaninin  Zic  (islami  astronomiyada  zamanı  öy-

rənmək  üçün istifadə  olunan  tablolar) adı verilən çalış-

ması  İohann  Kepler  (1571-1630),  Tixo  Brahe  (1546-

1601)  kimi  avropalı  astronomların  fəaliyyətində  böyük 

təsiri  olmuşdur. Nikolay Kopernik (1473-1543), Zic  üç 

dəfə latın dilinə tərcümə edilməsinə baxmayaraq, ondan 

təxminən  700  il  əvvəl  yaşamış  Bəttani  nə  yazmışdırsa 

əsərlərində onu da təkrar etmişdir. 

Bəttani Suriyada Rəqqə və vəfat etdiyi şəhər Şamda 

fəaliyyət  göstərmişdir.  Bəttani  Ptolemeyin  bəzi  səhvlə-

rini  düzəltmiş  və  bunu  yeni  Günəş  və  Ay  tablolarında 

toplamışdır.  Uzun  müddət  elm  dünyasında  böyük 

nüfuza malik olmuşdur. Günəşin perigeyik

12

 hərəkətləri-



ni kəşf etmiş, göy sferinin xətləri üzərində  müşahidələr 

aparmış  və  ehtimala  əsasən  V  əsrdə  yaşamış  hindli 

astronom  Aryabhatadan  müstəqil  olaraq  sinusun  və 

qismən tangensin hesablamadakı istifadələrini açıqlamış 

və  beləcə  modern  triqonometriyanın  təməlini  qoymuş-

dur.  Bəttani  bunlardan  başqa,  astronomiyada  gecə-

gündüz bərabərliklərinin fırlanma hərəkətlərinin qiymət-

lərini  və  ekliptik  mailliyi  çox  yaxın  bir  nisbət  taparaq 

                                                 

12

 Perigey – Günəş orbitinin Yerə ən yaxın nöqtəsi  




 

55 


 

hesablamışdır.  Bəttani  tablolarında  hərəkət  üçün  arası 

kəsilməyən  bərabər  bölüşdürmə/paylaşdırma  dəyərlən-

dirmələrindən istifadə etmişdir. 

Onun  ən  önəmli  kəşflərindən  hesab  olunan  Zic, 

yaxud  nizamlı  astronomik  tablolar,  Tivolili  Platon 

tərəfindən  1116-cı  ildə  “Ulduzların  hərəkəti  ilə”  adı 

ilə  latın  dilinə  tərcümə  edilən  57  bölmədən  ibarət  olan 

“əz-Zicus-Sabi”  adlı  əsəri  Avropa  ölkələrində  astrono-

miya elmi sahəsində böyük təsir göstərmişdir. Zic bir az 

hind  təsiri  görünən  Ptolemeyin  nəzəriyyəsi  üzərində 

yaradılmışdır.  Bu  əsərin  yeni  bir  nəşri  1645-ci  ildə 

Bolonyada ortaya çıxmışdır. Kopernik Kopernik İnqila-

bının  başlanmasına  səbəb  olan  “Göy  cisimlərinin 



fırlanması  haqqında”  adlı  kitabında  Bəttaniyə  olan 

hörmət  və  borcluluq  hissini  dilə  gətirmiş  və  bir  çox 

yerdə ondan iqtibas etmişdir.  

Bəttani  əl-Mərvəzinin  tangens  fikrini  tangens  və 

kotangens  hesablamaları  məqsədi  ilə  tənliklər  inkişaf 

etdirmək üçün mövzu haqqındakı riyazi tablolarını top-

layaraq istifadə etmişdir. Bundan başqa sekans (sec) və 

kosekansın  (cosec)  qarşılıq-birgəlik  funksiyalarını  kəşf 

etmiş və “Kölgələrin tablosu” olaraq adlandırdığı kose-

kanslar  haqqındakı  ilk  riyazi  tablonu  1-dən  90-a  qədər 

hər bir dərəcəni əhatə edəcək şəkildə hazırlamışdır. Ay-

dakı  “Albategnius”  kraterinin  (vulkan  çökəkliyi)  adı 

onun adına ithafən verilmişdir.  

2.  Qiyasəddin  Cəmşid  əl-Kaşi  (Qiyasəddin  Cəm-

şid  ibn  Məsud  ibn  Mühəmməd  əl-Kaşi  (Kaşani)  d. 

1380,  Kaşan, İran – ö. 22.06.1437,  Səmərqənd). XIV 



 

56 


 

yüzilliyin  son  yarısında  Kaşanda  anadan  olmuş  bir 

həkim, riyaziyyatçı və astronomdur.  

Onun  doğulduğu  və  öldüyü  tarix  dəqiq  olaraq 

bilinmir. Təhsilini Kaşanda bitirmiş,  Uluğ Bəyin dəvəti 

ilə  Səmərqəndə  getmiş  və  sonrakı  fəaliyyətini  orada 

davam  etdirmişdir.  Riyaziyyat  və  astronomiya  sahələ-

rində  fəaliyyətləri  olan  əl-Kaşi  arifmetikada  onluq 

sistemdən  ilk  istifadə  edən  şəxs  olmuşdur.  Marağa 

Rəsədxanasında  aparılan  müşahidələri  ehtiva  edən 

“Zicul-İlxani”  (“Elxani  astronomik  cədvəli/təqvimi”) 

adlı  astronomik  təqvimdəki  tabloları  yenidən  hesabla-

yaraq  “Zicul-İlxani”ni  tamamlayan  “Zicul-Xaqani” 

(“Xaqani astronomik cədvəli/təqvimi”) adlı əsərini yaz-

mışdır.  “Sulləmus-Səma”  (“Səmanın  nərdivanı”)  adlı 

əsərində  isə  göy  cisimlərinin  uzaqlığı  haqqında  danış-

mışdır. 

Qiyasəddin Cəmşid əl-Kaşinin ən önəmli əsəri Orta 

Əsrlər  İslam  Dünyasındakı  riyazi  bilikləri  bütün  cə-

hətləri ilə izah etdiyi “Riyaziyyatın açarı” adlı kitabıdır. 

Bu  əsərinin  bir  bölümündə  onluq  kəsrlərin  nəzəri 

tərəflərini  araşdırmış  və  bu  kəsrlərlə  toplama,  çıxma, 

vurma  və  bölmə  kimi  arifmetik  əməliyyatların  necə 

aparılması lazım olduğunu misalları ilə göstərmişdir. Bu 

kitabda  verdiyi  məlumatlar  daha  sonra  XVI  əsrdə 

məşhur  osmanlı  riyaziyyatçılarından  və  astronomla-

rından  olan  Təqiyyəddin  Əbubəkr  Mühəmməd  ibn 

Məruf  Əş-Şami  əs-Sədi  tərəfindən  istifadə  edilmiş, 

triqonometriya  və astronomiyada tətbiq edilərək inkişaf 

etdirilmişdir.  

 



 

57 


 

Əsərləri:  

1. “Kitabu zicil-xaqani” (əsər farsca yazılmışdır); 

2.  “Əl-Əbad  vəl-əcram”  (“Məsafələr  və  göy  cisim-

ləri”); 

3. “Nuzhətul-Hədaiq” (“Bağlarda İstirahət/Gəzinti”); 

Kaşani bu əsərini m. 1416-cı ildə (h. q. 818-ci il 10 zil-

hiccə)  yazmış  və  o  əsərində  özü  tərəfindən  ixtira  olun-

muş və ulduzların uzunluğunu hesablamaq üçün istifadə 

olunan “Təbəqul-Mənatiq” (“Bölgələrin vəziyyəti”) adlı 

cihazdan  istifadə  qaydalarını  izah  etmişdir.  Bu  cihazın 

köməyi  ilə  Ayın,  Günəşin  və  o  vaxta  qədər  tanınımış 

beş  planetin  yerini,  həmçinin  onlardan  hər  biri  ilə  Yer 

arasında  olan  məsafəni  və  digər  bir  planetin  bəzi  para-

metrlərini öyrənmək mümkün idi. 

4. “Ər-Risalətul-Muhitiyyə”  (“Çevrə  haqqında  trak-

tat”); Bu əsərdə dairənin çevrəsinin diametrinə olan nis-

bətinin, yəni “P” ədədinin təyin olunma keyfiyyəti haq-

qında danışılır. 

5.  “Risalətul-Ceyb  vəl-Vətər”  (“Sinus  və  hipotenuz 

haqqında  traktat”);  Kaşi  bu  kitabı  sin  1

o

-ni  hesablama-



nın keyfiyyəti haqqında yazmışdır. 

3.  Əl-Xarəzmi  (Əbuəbdillah  ibn  Musa  əl-Xarəz-

mi; d. 780, ö. 850) Xarəzmdə (indiki Özbəkistanın Xivə 

şəhərində)  doğulub  Bağdadda  yaşamış  məşhur  riyaziy-

yatçı,  münəccimlik  və  coğrafiya  sahələrində  fəaliyyət 

göstərmiş  müsəlman  alimdir.  Riyaziyyat  sahəsindəki 

araşdırmaları  müasir  cəbr  elminin  inkişafına  böyük 

təkan vermişdir. 

İbtidai təhsilini Xarəzmdə alan Xarəzmi gəncliyinin 

ilk  illərində  Bağdaddakı  müasir  və  inkişaf  etmiş  elm 




 

58 


 

atmosferinin  varlığını  öyrənir.  Elmi  mövzulara  hədsiz 

dərəcədə  bağlı  olan  Xarəzmi  bu  mövzuda  çalışmaq 

ideyasını  həyata  keçirmək  üçün  Bağdada  gedir. 

Dövründə  alimlərin  himayəsi  ilə  məşhur  olan  Abbasi 

xəlifəsi  Məmun  Xarəzmidəki  elmi  qabiliyyətdən 

xəbərdar  olunca  onu  özü  tərəfindən  Qədim  Misir, 

Mesopotomiya,  Yunan  və  Qədim  Hind  mədəniyyət-

lərinə  aid  əsərlərlə  zənginləşdirilmiş  Bağdad  Saray 

Kitabxanasının  idarəçiliyi  vəzifəsinə  təyin  edir.  Daha 

sonra da Bağdad Saray Kitabxanasındakı başqa dillərdə 

olan əsərlərin tərcüməsini etmək məqsədi ilə yaranan bir 

tərcümə akademiyası kimi rolu olan “Beytul-Hikmət”də 

vəzifəyə qoyulur. Beləcə  Xarəzmi Bağdadda  araşdırma 

apara  bilmək  üçün  lazım  olan  bütün  maddi  və  mənəvi 

imkanlara  qovuşur. Burada  bütün həyati problemlərdən 

uzaq  olaraq  riyaziyyat  və  astronomiya  ilə  əlaqədar 

araşdırmalara başlayır. Bağdad elm atmosferi içərisində 

qısa  müddətdə  məşhurlaşan  Xarəzmi  Şamda  olan 

Qasiyun Rəsədxanasında fəaliyyət göstərən elmi heyətin 

üzvü və Yer kürəsinin bir dərəcəlik meridian qövsünün 

uzunluğunu  ölçmək  üçün  Sincar  ovasına  gedən  elmi 

heyətin üzvü olduğu kimi Hind riyaziyyatını araşdırmaq 

üçün Əfqanıstan yolu ilə Hindistana  gedən elmi heyətə 

başçılıq da etmişdir. 

Riyaziyyat  sahəsindəki  fəaliyyəti  cəbr  elminin  tə-

məlini formalaşdırmışdır. Bir müddət Hindistanda olar-

kən  sayları  ifadə  etmək  üçün  hərflər,  ya  da  hecalar 

yerinə  mərhələli  say  sisteminin  istifadə  olunduğunu 

müəyyənləşdirmişdir.  Xarəzminin  bu  mövzuda  yazdığı 

kitabın  “Algoritmi  de  numero  İndorum”  adı  ilə  latın 



 

59 


 

dilinə  tərcümə  edilməsi nəticəsində, simvollardan  mey-

dana  gələn  bu  sistem  və  “sıfır”  XII  yüzillikdə  qərb 

dünyasına  təqdim  olunmuşdur.  “əl-Müxtəsəru  fi 



hisabil-cəbr  vəl-müqabələ”  (“Cəbr  və  tənlik  haqqında 

müxtəsər  kitab”)  adlı  kitabı  riyaziyyat  tarixində  bir-

dərəcəli  və  ikidərəcəli  tənliklərin  sistematik  həll  olun-

duqlarının yer aldığı bir əsərdir. Buna görə də Xarəzmi 

Diofont ilə birlikdə “cəbrin atası” olaraq tanınır. Nəticə-

yə  gətirib  çıxaran  göstərişlər  və  hərəkətlər  ardıcıllığı 

olan alqoritm sözü də Xarəzminin latınca qarşılığı olan 

“Algoritmi”dən  törəmişdir.  Xarəzmi  ədədlər  üzərində 

hesab  əməllərinin  yerinə  yetirilmə  qaydalarını  müəy-

yənləşdirmişdir. 

Əl-Xarəzmi səma cisimlərini öyrənən elm sahəsində 

böyük  nüfuza  malik  şəxsiyyətlərdən  olmuşdur.  Coğ-

rafiya,  riyaziyyat  və  astronomiyaya  aid  kitablarında 

məntəqənin coğrafi enliyi və uzunluğunun dəqiq müəy-

yən  edilməsi  coğrafiya  tarixində  təqdirə  layiq  bir  iş 

sayılmışdır.  Əl-Xarəzmi  coğrafiya  ilə  əlaqəli  “Kitabu 



Surətil-Ərz”də (“Yerin mənzərəsi kitabı”), Yerin 2402 

məntəqəsinin koordinatlarını müəyyən etmişdir. 



4.  İbn  Heysəm  müsəlman  fizik,  riyaziyyatçı  və 

filosofdur.  965-ci  ildə  Bəsrədə  dünyaya  göz  açmış  və 

1038-1040-cı illər arasında Qahirədə vəfat etmişdir.  

Təhsilə  Bəsrədə  başlamış,  zəmanəsinin  yüksək  dini 

və  texniki  elmlərini  burada  öyrənmişdir.  Təhsilinin  bir 

hissəsini  tamamladıqdan  sonra  Bağdada  gedərək  ələl-

xüsus  riyaziyyat,  fizika,  mühəndislik,  astronomiya, 

metallurgiya kimi texniki elmləri öyrənib şöhrət qazan-

mışdır. Öyrəndiklərini tətbiq etmək üçün çox səy göstər-



 

60 


 

miş və bir çox önəmli nəticələr və müvəffəqiyyətlər əldə 

etmişdir.  O  zaman  cahillik  içində  olan  və  qaranlıq 

mühitdə  yaşayan  Avropaya  və  digər  ölkələrə  İslam 

dünyasındakı elm və mədəniyyət işıqlarını təqdim edən 

minlərlə alimdən biri də İbn Heysəm olmuşdur. 

İbn  Heysəm  Biruni  və  İbn  Sinanın  müasiri  idi. 

Qeyri-adi  dünyagörüşə  malik,    düşüncəli,  irəli  sürdüyü 

mühakimə, fikir və  mülahizələri ilə seçilən böyük  zəka 

sahibi idi. Aristotel və Ptolemeyin əsərlərini araşdıraraq 

onların səhvlərini göstərmişdir. Bunların qısa məzmunu-

nu  ərəb  dilinə  tərcümə  etmişdir.  Tibb  elmində  də  dərin 

bilgiyə sahib olmuş,  həndəsi  və ədədi  metodları inkişaf 

etdirmiş  və  praktiki  tətbiq  sahələrinə  işarə  etmişdir. 

Həndəsə və riyaziyyatın inşaat sahəsində tətbiq olunma-

sına  nail  olmuşdur.  Keçmiş  mədəniyyətlərdən  gələn 

riyaziyyat, həndəsə və astronomiya elmlərini araşdıraraq 

elmi cəhətdən fikirlərini ortaya qoymuş və bu sahədə öz 

nəzəriyyələrini  inkişaf  etdirərək  elm  aləminə  təqdim 

etmişdir. Məsələn, Aristotel və Ptolemeyə aid olan dün-

yanın  kainatın  mərkəzi  olduğu  fikirləri  üzərində  şübhə 

və  tərəddüdlərini  ifadə  etmiş,  mərkəzi  dünya  olan  bir 

kainat sisteminin qətiyyən olmadığını,  kosmosda  başqa 

sistemlərin də ola biləcəyini və Günəş sisteminin möv-

cud olduğunu söyləmişdir. Necə ki İbn Heysəmdən yüz-

lərlə il sonra əvvəl İbn Şatir və Batruci, sonra Nyuton və 

Kepler, Günəş sistemi nəzəriyyəsini qəbul etmiş və Yer 

kürəsinin bu sistemin içində olduğunu söyləmişlər. 

İbn  Heysəmin  yüzdən  çox  əsəri  olmuşdur.  Ancaq 

onun  əsərlərinin  ən  məşhuru  və  ən  əhatəlisi  “Kitabul-




 

61 


 

Mənazir”  (“Mənzərələr  kitabı”)-dır.  Əsər  yeddi  bölmə-

dən (hissədən) meydana ibarətdir:  

İkinci  bölmədə  gözlə  görünə  bilən  əşyalar, görməni 

meydana  gətirən  səbəblər,  görmənin  necə  baş  verdiyi, 

gözün gördüklərini bir-birindən necə fərqləndirdiyi, 

Üçüncü bölmədə gözdə və görmədə  meydana  gələn 

səhvlər  və  bunların  səbəbləri,  gözün  yanılması  ilə 

əlaqədar bilgidə meydana gələn yanlışlıqlar, düşüncə və 

tədqiqatlarda yarana biləcək səhvlər və xətalar,  

Dördüncü  bölmədə  parlaq  cisimlərdən  işığın  əks 

olunması yolu ilə gözün bunları görməsi, gözdə bunların 

görüntülərinin meydana gəlməsi, 

Beşinci bölmədə alınan görüntülərin, xəyalların yer-

ləri, 

Altıncı bölmədə işığın əşyalardan əks olunması yolu 



ilə görmədə  meydana gələn  yanlışlıq (səhv)  və  xətalar, 

bunların  səbəbləri,  müstəvi  güzgülərdə,  kürəvari  (kürə-

şəkilli) qabarıq güzgülərdə, silindirşəkilli (silindrik) qa-

barıq  güzgülərdə,  konusvari  qabarıq  güzgülərdə,  kürə-

şəkilli çökük güzgülərdə, silindrik çökük güzgülərdə və 

konusvari  çökük  güzgülərdə  işıqların  əks  olunması  və 

bütün  bunlara  görə  görmədə  meydana  gələbiləcək 

yanlışları və müxtəlif görüntüləri,  

Yeddinci bölmədə işığın şəffaf cisimlərdən keçməsi, 

işığın (və ya işıq dəstəsinin) düzxət boyunca yayılması, 

şəffaf cisimlərin içindəki qatı cisimlərə təsadüf edən işıq 

dəstəsinin qırılması və əks olunması, qırılma hadisəsinin 

izahı  və  necə  meydana  gəldiyi,  bundan  meydana  gələn 

xətalı görüntülər və ya yanlış görmə hadisələri haqqında 

söhbət açılır. 



 

62 


 

İbn  Heysəmin  bu  məşhur  əsəri  orta  əsrdə  beş  dəfə 

latın dilinə tərcümə edilərək bütün Avropa universitetlə-

rində  və  elm  mərkəzlərində  yeganə  müraciət  qaynağı 

olmuşdur.  Əsər  1572-ci  ildə  isə  Risner  tərəfindən 

“Opticae  Thesaurus  Alhazeni  Arabis  Libri”  adı  altında 

latın dilinə tərcümə olunaraq İspaniyanın Bale şəhərində 

nəşr  edilmişdir.  Kəmaləddin  Farisi  adlı  bir  müsəlman 

alimi  bu  əsəri  açıqlayaraq  genişləndirmiş  və  ona 

“Tənqihul-Mənazir” adını vermişdir. “Kitabul-Mənazir” 

1948-ci  ildə  Kəmaləddin  Farisinin  yazdığı  şərhlə 

bərabər  Hindistanın  Heydərabad  şəhərində  nəşr  olun-

muşdur.  İbn  Heysəmin  fizika,  astronomiya,  Günəş  və 

Ay  sistemləri  ilə  əlaqədar  o  qədər  çox  əsəri  vardır  ki, 

bunların  bəzilərindən  nəşr  olunaraq  hazırlanan  kitablar 

xristian  və  yəhudi  dünyasında  dərslik  kimi  istifadə 

edilmişdir.  Onun  müxtəlif  elm  sahələrində  ortaya  qoy-

duğu  terminlərdən  bu  gün  də  istifadə  olunur.  Astrono-

miyada  modern  nailiyyətlərin  qaynağı  İbn  Heysəmin 

aydın fikir və nəzəriyyələrinə əsaslanır. 



5.  Cabir  İbn  Həyyan  (Əbumusa  Cabir  ibn  Həy-

yan)  Abbasilər  dövründə  yaşamış  və  İslam  elminin  tə-

məlini  atmış  kimyaçıdır.  721,  yaxud  722-ci  ildə  Xora-

sanda  doğulmuş,  808,  yaxud  815-ci  ildə  Kufədə  vəfat 

etmişdir.  Cabir  ibn  Həyyan  ilk  dəfə  kimyada  eksperi-

mental metodları tətbiq etmiş və müasir kimya elmində 

indi  də  geniş  şəkildə  istifadə  olunan  bir  sıra  mühüm 

kimyəvi  prosesləri  kəşf  etmişdir.  Bunlardan  xlorid  və 

nitrat turşularının sintezini, kimyəvi məhsulların distillə 

edilməsi və kristalizasiya kimi kimyəvi prosesləri misal 

göstərmək olar. Bundan əlavə Cabir ibn Həyyan təkvin 




 

63 


 

– laboratoriya şəraitində canlıların süni yolla yaradılma-

sı  kimi  yüksək,  mütərəqqi  və  o  dövr  üçün  ağlasığmaz 

ideyanı  da  irəli  sürmüş  vəuzun  müddət  onun  üzərində 

çalışmışdır. 

Müasir dünyada atomla əlaqədar ilk çalışmaların in-

gilis fizik Con Dalton (1766-1844) tərəfindən aparıldığı, 

uranın  nüvəsinin  parçalana  biləcəyi  fikrinin  də  alman 

kimyaçı Otto Hahn (1879-1968) tərəfindən ortaya atıldı-

ğı fikri məşhurdur. Halbuki onlardan 1000 il əvvəl yaşa-

mış və dövrün ən böyük elm mərkəzlərindən olan Hər-

ran  Universitetində  rektorluq  etmiş  Cabir  ibn  Həyyan 

maddələrin  atom  quruluşunu  göstərən  sübutlar  ortaya 

qoyaraq reaksiyalarda müəyyən kütlələrin müəyyən küt-

lələrlə reaksiyaya girdiyini söyləmişdir. Atom haqqında 

isə  yalnız  neçə  əsrlərdən  sonra  başa  düşülə  biləcək  bu 

sözləri  demişdir:  “Maddənin  ən  kiçik  parçası  olan 

“əl-cuzu  la  yətəcəzza”da  (parçalanmayan  hissədə, 

yəni  atomda)  intensiv  bir  enerji  vardır.  Yunan 

alimlərinin dediyi kimi bunun parçalana bilməyəcəyi 

deyilə bilməz. Atom parçalana bilər. Parçalanınca da 

elə  böyük  bir  güc  yaranar  ki,  bir  anda  Bağdadın 

altını üstünə çevirə bilər. Bu, Allah-Taalanın qüdrət 

nişanəsidir”. 

Beləliklə,  görünür  ki,  İbn  Həyyan  Dalton  və  Hahn-

dan yüz illər əvvəl bu kəşfləri gerçəkləşdirmişdir. Distil-

yatonu inkişaf etdirmiş və ortaya atdığı “əsas məfhumu” 

(turşularla birləşəndə duz əmələ gətirən kimyəvi birləş-

mə)  ilə  kimya  elminin  inkişafına  böyük  xidmətlər 

göstərmişdir. Cabir ən zəhərli maddə olan arsen tozunu 

kəşf edən şəxsdir. 




 

64 


 

Əsərlərindən  XII  yüzillikdə  latın  dilinə  tərcümə 

edilmiş  “Kitabul-Kimya”  adlı  əsəri  ilə  simya  və  kimya 

sözlərinin  kökü  yaranmışdır.  Cabir  ibn  Həyyanın  bir 

alim  kimi  formalaşmasında  müəllimi  Cəfər  Sadiqin 

misilsiz rolu olmuşdur. Onda kimya elminə olan sonsuz 

marağı başlıca olaraq məhz İmam Cəfər əs-Sadiq yarat-

mışdır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

65 


 

Mütərcim: Xəyyam Əliağa oğlu Qurbanzadə  

Redaktor: Əfruzə Həsən qızı Həsənova  

Korrektor: Məhbubə Hüseynbala qızı Kərimzadə  

Operator: Şəfa Mir Hüseyn qızı Hüseynova  

Səhifə bağlayan: Seyran Telman oğlu Muradov  

 

Tiraj 2000.  Pulsuz paylanır.  



 

Sualları olanlar bizə müraciət edə bilərlər:  

Tel.: (+994 12) 447 70 66, (+994 50) 365 24 27  

E-mail: muselmanqadin@gmail.com, fitrat@box.az   



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə