Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   ...   9   10   11   12   13   14   15   16   17

 

41 


 

lərlə  göstərərək  bugünkü  cəbrin  əsaslarını  ortaya  qoy-

muşdur.  Bu  gün  təkəbbürlə  qarşımızda  söylədikləri  bu 

elmin sahibi də Cabirdir… Yəni cəbrin sahibi də müsəl-

manlardır.  Bir  bərabərliyin  iki  tərəfinə  eyni  miqdar 

əlavə  edilərsə,  çıxılarsa,  vurularsa  və  ya  bölünərsə,  bu 

bərabərlik pozulmaz, – deyən Cabirdir. Cabir nə etmiş-

dir?  Öz  kitabında  birdərəcəli  və  ikidərəcəli  tənliklərin 

həllini göstərmişdir… 

Eyni  zamanda  üçdərəcəli  tənliklərin  həllini  vermiş-

dir.  Ayrıca  kvadrat  kökü  oxuyan  tələbələrimizin  çoxu 

üçdərəcəli tənlikləri həll edə bilmirlər, lakin Cabir, yəni 

müsəlmanların  elmləri  inkişaf  etdirdiyi  dövrün  böyük 

bir alimi olan əl-Cabir, üçüncü dərəcəli tənlik həll etmə-

yi göstərmiş və həm də bütün bunların yanında kub kök 

almağı  da  göstərmişdir.  Bunlar  elə  böyük  məsafələrdir 

ki,  bu  məsafələri  keçmiş  bəsit  vəziyyətindən  alıb  apar-

maq  yalnız  müsəlmanların  fərasəti  ilə  mümkün  olmuş-

dur.  Peyğəmbərimiz  buyurur  ki:  “Möminin  fərasətin-

dən qorxun. Onlar Allahın nuru ilə baxırlar”. Bu ba-

xış  yalnız  mənəvi  sahədə olmamışdır,  maddi sahədə də 

olmuşdur. İslam alimlərinin bu elmlərə gətirdikləri qay-

da-qanunları  araşdırdığımız  zaman  insan  heyran  qalır. 

Bunlar  bu  böyük  nüfuzu,  bu  böyük  intizamı  necə  qur-

muşlar,  –  deyə  heyrət  edərsiniz,  çünki  qədimdə  çubuq-

larla,  şəkillərlə  bu  məsələlərin  həll  edilməsi  haradadır? 

Bu  gün  on  əsr  keçməsinə  baxmayaraq,  hələ  də  Cabirin 

gətirdiyi elmin yerinə daha yaxşısını gətirmək mümkün 

olmamışdır.  Haydı  uzaqgörənlik  edin  görək  sizi  … 

Bizim cəbrdə istifadə etdiyimiz sıfır məfhumunu da mü-



 

42 


 

səlmanlar gətirmişlər. Bugünkü cəbrin ən yüksək qisim-

lərini göstərən limit hesabları vardır. 

Müsəlmanlar həm də loqarifmi kəşf etmişlər. Loqa-

rifm  cədvəllərini  və  loqarifm  məfhumunu  ilk  dəfə  kəşf 

edən  əl-Xarəzmi

8

  adlı  İslam  alimidir.  Müsəlmanlar  bü-



tün bu riyazi kəşflərlə kifayətlənməmiş, həmçinin tarix, 

fizika  və  kimya  sahəsində  də  yeniliklər  yaratmışlar. 

Yaxşı  müsəlmanlar  fizika  sahəsində  nə  etmişlər?  Şərq-

şünasın  dediyi  kimi  qədim  yunan  filminin  göstərdiyini 

dərhal  əxz  etməmişlər.  Bir  misalla  bunu  başa  salmağa 

çalışaq;  Bugünkü  fizikanın  yaradıcısı  İbn  Heysəmdir.

9

 

Kimdir bu İbn Heysəm, – desəm, əlbəttə ki, heç birimiz 



tanımırıq,  –  deyəcəksiniz.  Çoxumuz  liseydə  oxuduq  və 

ali  təhsil  aldıq,  lakin  İbn  Heysəmin  adı  belə  bizə  öyrə-

dilmədi. Amma İbn Heysəm fizikanın yaradıcısı və ata-

sıdır.  İbn  Heysəm  həmçinin  bugünkü  atom  və  molekul 

nəzəriyyəsini aşkar edən insandır. İbn Heysəm bu atom 

və molekul nəzəriyyəsinə əsasən sınma qanunlarını kəşf 

edən insandır. Qədim yunanlardan, məsələn, Evklid sın-

ma  qanunu  haqqında  demişdir  ki,  işıq  bir  prizmadan 

sınaraq  digər  tərəfə  keçir.  Evklidə  görə  işıq  prizmanın 

bir tərəfindən digər tərəfinə keçərkən işığın sürəti kəsilir 

və bu kəsilən sürət aradakı bucaqlarla mütənasibdir. İbn 

Heysəm  Evklidin  səhv  düşündyünü,  əslində  bucaqların 

özləri ilə deyil, sinusları ilə mütənasib olduğunu irəli sü-

rür. Bu sürətlərin qırılması bu materialların ardıcıllıqları 

ilə  mütənasibdir,  –  deyir.  Və  bu  materialların  içərisin-

                                                 

8

 “Qeydlər və izahlar” bölməsinə baxın. 



9

 “Qeydlər və izahlar” bölməsinə baxın.  




 

43 


 

dəki  molekul  nəzəriyyəsinə  istinadən  bu  hesablamaları 

aparıb ortaya çıxarır. 

Kimya  elminin  yaradıcısı  da  müsəlmanlardır.  Cabir 

ibn  Həyyan

10

  kimya  elminin  qurucusudur.  O  ilk  dəfə 



ato-mun  parçalana  biləcəyini  söyləyən  və  hicrətin  II 

əsrində  yaşamış  böyük  bir  alimdir.  Əsri-səadətdən 

dərhal  sonra  kimya  elminə  aid  ikinci  araşdırmaları  ilə 

tanınan  Cabir ibn Həyyan  müəzzəm bir insandır.  Atom 

nəzəriyyəsini  ortaya  çıxarmışdır.  Cabir  ibn  Həyyan  bu 

gün  bizə  kimya  dərslərində  öyrədilən  Lavuazye 

prinsipini tədqiq edib üzə çıxarmışdır. Nyuton prinsipini 

ortaya  qoymuşdur.  Neçə  əsr  əvvəl?  Avropalılardan 

təqribən  on  əsr  əvvəl.  Cabir  ibn  Həyyan  VIII  əsrin 

insanı.  Halbuki  Nyuton  prinsipindən  ancaq  XIX  əsrdə 

Avropada  danışılmışdır.  Cabir  ibn  Həyyan  cazibə 

qüvvəsi  qanunlarını  da  ortaya  çıxarmışdır.  Bunu 

haradan bilirsiniz? Bu yaxınlarda Al-maniyada 4 cildlik 

bir  kitab  nəşr  ediləcək.  Cabir  ibn  Həyyanın  kitabı 

fotosurətləri  ilə  yayılacaq.  O  kitabın  içərisində  hər  bir 

kəs  bunu  biləcək  və  görəcək.  Avro-palılar  Cabir  ibn 

Həyyanın  kitabını  XIV  əsrdə  tərcümə  etmişlər,  lakin 

XVI  əsrdə  nə  olduğunu  başa  düşmüş  və  beləcə 

Lavuazye  prinsipi  ortaya  çıxmışdır.  XVII  əsrdə  digər 

söylədiklərini  başa  düşmüşlər.  Gey  Lussak  prin-sipi 

yaranmışdır.  XIX  əsrdə  cazibə  qanununu  başa  düş-

müşlər,  beləcə  Nyuton  qanunu  ortaya  çıxmışdır,  lakin 

Cabir  ibn  Həyyan  bunları  artıq  on  əsr  əvvəldən  ortaya 

qoymuşdu.  Cabir  ibn  Həyyan  bütün  elm  tarixində  ilk 

dəfə laboratoriya quran və ilk dəfə müşahidə və təcrübə 

                                                 

10

 “Qeydlər və izahlar” bölməsinə baxın. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə