Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə15/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   ...   9   10   11   12   13   14   15   16   17

 

47 


 

çox kiçikdir. Nə üçün? Ona görə ki, orada ev hamamı-

nın  tarixi  yoxdur,  çünki  onlar  əvvəllər  yuyunmurdular. 

Nə üçün yuyunmurdular? Muzeyin hamamlar hissəsinin 

divarına  üzərinə  bu  sözlər  yazılmış  lövhə  asılmışdır: 

“Almanların məşhur filosofu Göte bir gün çimərkən 

gözü təqvimə ilişdi və baxdı ki, daha əvvəlki son çim-

məsi düz bir il əvvəl imiş”. Çox üzr istəyirəm, bu gün 

bizdə yüksək təbəqəyə mənsub olanlar (sosyetə) yatağın 

yanına  qoyulan  şkafa  komod  deyirlər.  Bu  komod  şkafı 

nədir?  Biz  bunu  avropalılardan  götürmüşük.  Komodun 

lüğəvi mənası, çox üzr istəyirəm, içinə oturaq

11

 qoyulan 



şkaf  deməkdir.  Nə  üçün  belədir?  Çünki  avropalı  çim-

mək  nə  olduğunu  bilmir,  ayaqyolunun  da  nə  olduğunu 

bilmir. Necə  ki Fransadakı Versay  sarayında tualet  yox 

idi. Bir əsr əvvələ qədər bu saraya xarici elçilər günorta-

dan sonra qəbul edilərdilər. Nə üçün? Çünki səhər vaxtı 

tualet  olmadığına  görə,  yaranan  pis  qoxular  elçilərin 

gəlməsinə  mane  olurdu.  Müsəlmanlar  bütün  insanlığa 

yalnız bu dəqiq elmləri verməklə qalmamış, insanlıq da 

vermişlər.  Bu  gün  Avropada  gördüyümüz  təmizlik  mü-

səlmanlardan  götürülmüşdür.  Ona  görə  də  bu  gün  hər 

bir  avropalının  müsəlmanların  qarşısına  çıxıb  lovğalan-

mağa heç bir haqqı yoxdur. Müsəlmanlar onun üstündə-

ki  haqqını  istəyərlərsə,  lümlüt  bir  zavallı  olaraq  ortada 

qalar,  çünki  başındakı  elmi,  belindəki  paltarı,  hər  cür 

ictimai həyatın əsaslarını müsəlmanlardan almışlar. Mü-

səlmançılıq insanlığa həm maddi, həm də mənəvi elmlər 

gətirmişdir. 

                                                 

11

 İçinə pəşov edilən və nəcasət ifraz edilən qab, rusca qorşok  




 

48 


 

Avropalılar bu elmləri bizdən mahiyyətini başa düş-

mədən  götürdülər,  lakin  uzun  əsrlər  boyunca  bunları 

yavaş-yavaş  başa  düşməyə  başladılar.  Özlərindən  işlər 

görmək istədilər. Bugünkü çıxılmaz bir vəziyyətə  gəlib 

çatdılar.  Bu  nöqtədən  irəli  getməyə  isə  gücləri  çatmaz. 

Nə üçün gücləri çatmaz? Çünki yuxarıda müəyyənləşdi-

rilən məfhumların yerinə yeni məfhumlar gətirə bilmək 

üçün onların  kifayət qədər gücləri  yoxdur. Bəs, nə ola-

caq?  Nə  olacağı  məsələsini  belə  başa  salmağa  çalışaq. 

Belə bir söz vardır: “İnsanlara təməl bilgilər peyğəm-

bərlər tərəfindən gətirilmişdir”. Sadəcə mənəvi bilgi-

lər deyil, dinin, imanın, ibadətlərin yerinə yetirilmə qay-

dalarının  peyğəmbərlər  vasitəsi  ilə  gəldiyini  bilirik,  la-

kin maddi və müsbət elmlərin də peyğəmbərlər vasitəsi 

ilə gəldiyini hamımız bilməyə bilərik. 

Məsələn,  gəmiçilik  sənayesinə  aid  ilk  fikirləri  Nuh 

əleyhissəlam gətirmişdir. Dərziliyi İdris (ə), tibbi İsa (ə), 

sehrə aid elmləri isə Musa (ə) gətirmişdir. Peyğəmbərlə-

rin  bunlara  bənzər  təməl  fikirləri  gətirməsi  ilə  bu  elmi 

inkişaflar  başlamışdır.  İçində  yaşadığımız  axırzamana 

aid  bütün  elmlərin  hamısının  bünövrəsini  də  insanlara 

Quran-kərim gətirmişdir. Ona görə də yaşadığımız dövr, 

mütləq  Quran-kərimin  göstərdiyi  yollar  içərisində  qal-

mağa məhkum olunan bir dövrdür. 

Bu gün kosmos əsrində yaşadığımızı söyləyirik. Hal-

buki Quran-kərimdə kosmosa aid nə qədər ayələr vardır. 

Bizə  önümüzdəki  dövrün  fəza  və  kosmos  dövrü  olaca-

ğını  söyləməkdədir,  lakin  biz  bunun  fərqinə  varmırıq. 

Bütün  bu  elmlərin  təməlləri  və  əsasları  Quran-kərimdə 

vardır. Kosmosa getməklə Quran-kərim arasında nə əla-




 

49 


 

qə  vardır?  –  deyirik.  Daha  əvvəl  ifadə  edildiyi  kimi, 

müxtəlif düsturların sahibi müsəlmanlardır. Bu düsturla-

rı  sıxdığımız  zaman  yerə  düşən  gözəl  qoxu,  üç  damcı-

dan  ibarətdir.  Bu  gözəl  qoxunun  nə  olduğunu  da  onlar 

bilməzlər. Yeni məfhumlar və anlayışlar tapmaq lazım-

dır.  Bu  yeni  məfhumların  tapılması  üçün  insanların 

Quran-kərimdən  işıq  almağa  ehtiyacları  vardır.  Əfən-

dim, necə olacaq? Baxın, dostlarımdan birinin bu barədə 

bir  məqaləsi  də  var.  Özü  on  il  Amerikada  professorluq 

etmişdir. Keçən gün mühüm bir məsələyə toxunmuşdur. 

Qədim əsərlərdən biri əlinə keçmişdir. Bu kitab məşhur 

Yusif Xas Hacibin  “Kutadqu  Bilik” (“Xoşbəxtlik  verən 

elm”, ya “Uğurlu məlumatlar kitabı”) adlı şeir kitabıdır. 

Yusif  Xas  Hacib  əslində  böyük  bir  alimdir.  Biz  bu  in-

sana yalnız bəzi mənəvi şeirlər yazmış bir insan gözü ilə 

baxsaq,  çox  səhv  etmiş  olarıq.  “Kutadqu  Bilik”dəki  bir 

şeirdə baxın nə yazır: Riyaziyyat elmi sahəsində profes-

sor olan dostumuz diqqəti belə bir şeirə doğru yönəldir: 

“Ey  bir  olan  Tanrı,  bir  başqası  sənə  şərik  qoşula 

bilməz; başda hər şeydən əvvəl və sonra, hər şeydən 

sonra  Sənsən.  Yaradıcı  varlığına  yaradılmış  olanlar 

şahiddir.  Yaradılan  iki,  Birin  hazır  şahididir”.  İndi 

biz  bunu  oxuduğumuz  zaman  deyirik  ki,  Cənabı-Haqq 

və Onun sifətlərinə aid yazılmış mənəvi bir şeirdir. On il 

riyaziyyat  sahəsində  çalışan  dostumuz  bunu  oxuduğu 

zaman sanki beyni donub qalır. Nə üçün? Əlbəttə ki, biz 

fərqinə  varmırıq.  Bu  dostumuz  natural  ədədlər, 1, 2, 3, 

…  dediyimiz  ədədlərə  aid  kitab  yazmışdır.  Bu  ədədlər 

elə  ədədlərdir  ki,  əvvəl  bir  vahidin  varlığı  qəbul  edilir, 

digərlərinin hamısı onun təkrarı ilə meydana gəlir. Bun-



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə