Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   ...   9   10   11   12   13   14   15   16   17

 

38 


 

lardan  “P”  rəqəminin  kim  tərəfindən  kəşf  edildiyini 

soruşsaq,  əfəndim  “P”  rəqəmini  qədim  yunanlar  kəşf 

etmişlər, – deyəcəklər. Xeyr, “P” rəqəmini ilk dəfə kəşf 

edən və “P” rəqəmlərini tamamilə düzgün hesablayanlar 

yenə  müsəlmanlardır.  Yenə  Qiyasəddin  Cəmşidin  “ər-

Risalətul-Muhitiyyə”  adlı  kitabından  bu  hesabı  sizə 

təqdim edirəm. Qiyasəddin Cəmşid “P” rəqəmi üçün bu 

rəqəmləri verir; 3,141 592 635 589 743. Yəni vergüldən 

sonra 15 rəqəm səlis şəkildə “P” rəqəmini doğru olaraq 

hesablayır.  Bu  gün  elektron  maşınlarla  hesabladığımız 

zaman  bunun  heç  bir  rəqəmini  başqa  cür  dəyişə  bilmi-

rik, çünki əsri-səadət gəlmiş, insanların elmi müsəlman-

ların əlinə keçmiş və elm, əsl elm olmağa başlamışdır. 

Müsəlmanlar  sadəcə  triqonometriya  və  astronomiya 

elmlərini qurmaqla kifayətlənməmişlər. Müsəlmanlar bu 

gün  oxuduğumuz  cəbr  elmini  qurmuşlar.  Müsəlmanlar 

bu  gün  gördüyümüz  bütün  riyaziyyatın  əsaslarını  qur-

muşlar.  Baxın,  bizim  qarşımıza  çıxıb  “Biz  aya  gedirik, 

ulduzlara  gedirik”,  –  deyən  insanların  birindən  bu  he-

sablamanı  necə  aparırsınız?  –  deyə  soruşduğumuz  za-

man  bəzi  rəqəmlər  yazacaq.  …  Hansı  rəqəmləri  yaza-

caq? 1, 2, 3, … 9 kimi bildiyimiz rəqəmləri yazacaq. Bu 

rəqəmlərin  sahibi  müsəlmanlardır.  Bu  rəqəmlərin  for-

malarını  müsəlmanlar  kəşf  ediblər.  Avropanın  bu  rə-

qəmləri  Afrika  və  İspaniyadakı  Qərb  müsəlmanlarının 

istifadə etdikləri rəqəmlər kimidir. Qədim yazıda istifa-

də etdiyimiz rəqəmlər isə şərq müsəlmanlarının istifadə 

etdikləri rəqəmlərdir. Buna görə də avropalıların istifadə 

etdikləri rəqəmlərin sahibi də müsəlmanlardır. 




 

39 


 

Bir az da irəliyə doğru gedirəm. Qarşımızda bizi zəif 

hesab  edib  lovğalanan  insanların  hesablamalar  aparar-

kən  istifadə  etdikləri  metodları  onlara  verənlər  də  mü-

səlmanlardır. Bu necə olmuşdur? Baxın, şərqşünas gəlib 

bizə  deyir  ki,  müsəlmanlar  qədim  hindlilərdən,  misirli-

lərdən və yunanlardan elm öyrənmişdir. Bu necə öyrən-

mədir ki, qədim Yunanıstanda rəqəmlər 60-dan daha bö-

yük deyildi, çünki qədim yunanların neçə hərfi vardırsa, 

o  qədər  də  rəqəmləri  vardı,  yəni  hərflər  bitir,  rəqəmlər 

də  bitir.  Müsəlmanlar  gəlib  deyirlər  ki,  “bizim  geniş 

üfüqümüzə  sizin  bəsit  kitablarınız  kifayət  etməz”.  Biz 

yeni  bir  rəqəm  sistemi  quracağıq.  Məsələn,  “bir”  rəqə-

mini  götürək.  Bunu  belə,  (1)  işarəsi  ilə  ifadə  edəcəyik. 

Bunu  belə  yazıb  qarşısına  bir  nöqtə  qoysanız,  bu  o  za-

man  (10)  olacaq,  iki  nöqtə  qoysanız,  (100)  olacaq,  üç 

nöqtə  qoysanız,  (1000)  olacaq,  –  deyib  bugünkü  “on-

luq” (“əşəri”) sistem dediyimiz sistemi kəşf edirlər.  

Bununla sonsuz sayı ifadə etmək mümkün olur. Ardı 

var.  Bu  onluq  sistemi  kəşf  etməklə  bugünkü  toplama, 

çıxma  və  bölmənin  də  prinsiplərini  ortaya  çıxarırlar. 

Halbuki qədim yunanlar toplama, çıxma, vurma və böl-

mə əməliyyatlarını həyata keçirə bilməzdilər, çünki on-

ların rəqəm sistemləri buna imkan vermirdi. Bu cür top-

lama və çıxmaları yerinə yetirmək üçün çubuqlarla işlə-

yirdilər.  Müxtəlif  ölçülərdə  çubuqları  uc-uca  düzməklə 

hesablamalar  aparırdılar.  Nəhayət,  müsəlmanlar  bunla-

rın etdiklərini araşdırdılar. Yetərsiz görüb bu onluq sis-

temi gətirdilər. Bu onluq sistem insanlıq üçün edilən ən 

böyük xidmətdir. …   




 

40 


 

Müsəlmanlar “biz hər şeyi sizə veririk, amma yalnız 

bizim  onluq  sistemimizi  özümüzə  qaytarın”  –  desələr, 

ortada Avropaya aid heç bir şey qalmaz, lakin bəylər gə-

lib  deyirlər  ki,  bu  sizin  müsəlmançılıq  dediyiniz  şey 

köhnəpərəstlikdir.  Biz  bu  köhnəpərstliklə  razıyıq,  lakin 

bizim  mallarımızı bizə qaytarın, qarşımıza çıxıb  “uzaq-

görənik  deyə  artıq  biz  onluq  sistemdən  istifadə  etmə-

yəcəyik”,  –  deyin.  Yeni  bir  hesablama  metodu  gətirin, 

görək sizi. Bu cür hesablama  metodlarını  gətirən  və bu 

cür  elmləri  insanlığa  hədiyyə  edən  müsəlmanlardır,  la-

kin biz özümüzü tanıya bilmirik. Baxın,  müsəlmanların 

gördükləri  işlər  bu  qədər  də  bəsit  deyil.  Müsəlmanlar 

cəbr  elmini  də  kəşf  etmişlər.  Cəbr  elmi  dediyimiz  bu 

elm  nədir?  Cəbr  elmi  sözü  əl-Cabir

7

  adlı  İslam  alimin-



dən  gəlir.  Avropalılar  da  buna  əl-Cabir  deməyə  dilləri 

dönmədiyi  üçün,  bunun  oxunmasını  bacarmadıqları 

üçün əl-Cabir adını Alqebra deyə oxuyurlar. Bu gün İn-

giltərədə  və  Almaniyada  nəşr  olunan  bütün  cəbr  kitab-

larının  üzərində  Alqebra  deməklə  əl-Cabirin  adına  nis-

bətlə  bu  elmi  liseylərdə  cəbr  deyə  oxuyuruq.  Bunları 

kim  kəşf  etmişdir?  Əlbəttə,  müsəlmanlar  kəşf  etmişlər. 

Yaxşı, bu Cabir nə etmişdir? Cabir qədim yunanların və 

hindlilərin etdiklərini araşıdrmışdır, lakin şərqşünasların 

dediyi  kimi onlara sahib çıxmamışdır. Bəs nə etmişdir? 

Onların araşdırdıqları məsələlərə baxmış, bəzi cəbr mə-

sələlərini üçbucaqlarla, həndəsi şəkillərlə həll etdiklərini 

görmüşdür, çünki cəbr elmi qədim Yunanıstanda, Misir-

də və Hindistanda yox idi. Cabir bəzi böyüklükləri hərf-

                                                 

7

 Burada Cabir ibn Həyyan yox, Cabir ibn Əfləh İşbili nəzərdə 



tutulur. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə