Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

 

34 


 

edəcək.  Nə  üçün?  Çünki  müsəlmanlar  elmi  əllərinə  al-

mış, bu tarixdən sonra Ptolemey qədim dövrlərdə qalmış 

olan bir insandır.  

Qədim  misirlilər  Aralıq  dənizinin  genişliyini,  yəni 

məsələn, Mersindən İskəndəriyyəyə qədər olan məsafə-

ni  bugünkü  həqiqi  məsafənin  iyirmidə  biri  qədər  oldu-

ğunu zənn edirdilər, yəni Ankara ilə Konyanın arası 260 

km-dir.  Onlar  Ankara  ilə  Konyanın  arasındakı  məsafə-

nin  10  km  olduğunu  zənn  edirdilər.  İş  İslam  alimlərinə 

gəlincə Aralıq dənizinin həqiqi genişliyini ilk dəfə İslam 

alimləri  ölçmüşlər.  Necə  ölçdülər?  Abbasilər  dövründə 

xəlifə  Məmun,  “Mən  Aralıq  dənizi  bölgəsindəki  müsə-

man torpaqların kodastrını çıxarmaq,  hər bir kəsin haq-

qını  sübuta  yetirmək  istəyirəm.  Mənə  bütün  Aralıq  də-

nizi boyundakı İslam diyarlarının ölçülərini dəqiq olaraq 

çıxarıb gətirin”, – dedi və bu işi alimlərinə vəzifə olaraq 

tapşırdı. İslam alimləri o zamankı imkanlara görə Aralıq 

dənizinin genişliyini ölçmək üçün belə bir metod tətbiq 

etdilər;  Aralıq  dənizinin  kənarında  sahildə  qurulan  bir 

şəhərdən ölçməyə başladılar. Yüksək bir təpənin üstünə 

çıxıb  o  təpədən  etibarən  görünə  biləcək  qədər  irəlidəki 

məsafəyə  baxırlar.  Çıxmış  olduğu  təpənin  dənizdən 

yüksəkliyini ölçürlər. Günəş batarkən təpədən o zaman-

kı alətlərlə aradakı bucağı ölçürlər. Daha açıq bir misal 

üzərində  danışsaq,  məsələn,  Konyada  bir  təpənin  üzə-

rinə  çıxırıq.  Baxırıq  ki,  Kuluda  Günəş  batır.  Günəşin 

orada neçə dərəcəlik bir bucaq altında batdığını ölçürük. 

Üstündə durduğumuz təpənin hündürlüyünü ölçürük. Bu 

hündürlüyü və bu bucağı ölçdükdən sonra aradakı məsa-

fəni  hesablayıb  tapırıq,  yəni  Kuludan  Konyaya  qədər 



 

35 


 

olan  məsafəni hesablayırıq. Necə hesablayırıq? Sırf bu-

nu  hesablamaq  üçün  bizim  bu  gün  triqonometriyada 

istifadə  etdiyimiz  sinus,  kosinus,  tangens,  kotangens 

məfhumlarını  yaradaraq  hesablayırıq.  Bu  məfhum  və 

anlayışları kəşf edən xəlifə Məmun zamanındakı müsəl-

man  alimlərdir.  Bunlar  bu  məsafəni  hesablayarkən  qar-

şısındakı bucağın sinus və kosinusunu hesablayır və bu 

hesablar  vasitəsi  ilə  məsafələri  ölçürlər.  İndi  bu  sinus 

məsələsinə  təkrarən  qayıdacağıq.  Sadəcə,  bütün  Aralıq 

dənizinin genişliyini necə ölçdüklərini izah edirəm. Bu-

radan  gedib  Kuludakı  təpəyə  çıxır,  oradan  da  Ankara 

istiqamətinə baxırlar. Aradakı məsafəni ölçür, beləcə tə-

pələrə çıxa-çıxa şəhərlər arasındakı məsafələri ölçə-ölçə 

Aralıq dənizinin bütün uzunluğunu hesablayırlar. Bu şə-

kildə  tapdıqları  uzunluq  Aralıq  dənizinin  bu  gün  bildi-

yimiz  uzunluğudur.  Qədim  misirlilər  Aralıq  dənizinin 

uzunluğunu bugünkünün iyirmidə biri qədər zənn etmə-

lərinə  baxmayaraq,  müsəlman  alimləri  işi  ələ  alınca 

ogünkü  imkansızlıqlara  baxmayaraq,  həqiqi  məsafəni 

hesablaya  bilirdilər.  İndi  isə  bu  sinus  məsələsinə  qayı-

daq. Triqonometriyanı oxuyan nisbətən yaşlı qardaşları-

mız bilirlər ki, qədimdən bəri triqonometriya dərsi oxu-

narkən sinus, kosinus kəlməsi yerinə ceyb, taceyb sözlə-

rindən  istifadə  edilirdi.  Bizim  otuz  il  əvvəl  yazılmış 

lisey kitablarında bunlara ceyb, taceyb deyilir. Ceyb sö-

zü  ərəb  sözüdür.  İlk  dəfə  xəlifə  Məmun  zamanındakı 

müsəlman  alimləri  məsafə  ölçərkən  bu  sözdən  istifadə 

etmişlər.  Bu  uzunluğu  o  dövrdəki  insanlar  cibə  bənzət-

miş və buna bizim turkcəmizdə cib deyilən “ceyb” dem-

işlər.  Hesablamalarında,  kitablarında  “ceyb  aşağı,  ceyb 



 

36 


 

yuxarı” – deyə bəzi hesablamalar aparmışlar. Bu kitab-

ları  xaç  yürüşlərindən  sonra  avropalılar  götürmüş  və 

Aralıq dənizinin genişliyinin  fövqəladə doğru bir şəkil-

də ölçüldüyünün şahidi olmuşlar. Bunu necə etdiklərini 

və  hesablamalarda  ceyb  kimi  istifadə  etdikləri  təbirləri 

başa  düşə  bilməmişlər.  Bu  hesablamaları  başa  düşmə-

dən lüğəti açmış və ərəb dilindəki ceyb sözünün latınca 

qarşılığı olan “sinus” kəlməsindən istifadə etmişlər. Av-

ropalılar buna “sinus” dedikləri üçün biz də bir çox mə-

sələləri  avropalılardan  götürdüyümüzə  görə  bu  gün  öz 

məktəblərimizdə özümüz kəşf etdiyimiz elmlərin adları-

nı onların başa düşmədən istifadə etdikləri sözlərlə oxu-

yuruq.  Ona  görə  də  sinus,  kosinus  sözlərindən  istifadə 

edirik.  Halbuki  bunları  kəşf  edənlər  müsəlmanlardır. 

Maln sahibi müsəlmanlardır. Avropalı bunu bizdən başa 

düşmədən  əxz  etmiş,  biz  də  başa  düşmədən  onlardan 

əxz edirik.  

Ancaq  müsəlmanların  araşdırmaları  və  yenilikləri 

yalnız  bundan  ibarət  deyildir.  Müsəlmanlar  bugünkü 

coğrafiyadan  bildiyimiz  bir  dərəcəlik  meridian  qövsü-

nün uzunluğunu ölçmüşlər. Bu, xəlifə Məmun zamanın-

da Hərran ovasında, bizim Türkiyədə olan bir rayon ilə 

İrakda olan digər bir şəhər arasındakı məsafələrin felən 

ölçülməsi  və  məsafələrdə saat qurşaqlarına aid aparılan 

hesablamalarla sübut olunmuşdur. Bir dərəcəlik meridi-

an  qövsünün  uzunluğunu  bugünkü  məlumatlarımıza 

görə 111 000 km-dir. Xəlifə Məmun zamanında da bu-

nun  111  000  km  olduğu  hesablanaraq  ortaya  qoyul-

muşdur. 



 

37 


 

Məsələ bundan ibarət deyildir. Müsəlmanlar bu elm-

lər  arasında  sinus,  kosinus  və  s.  kəşf  etməkdən  əlavə 

bunların cədvəllərini də tərtib etmişlər. Bu gün məktəb-

lərdə sinus cədvəlindən istifadə edirik. Hətta bu cədvəl-

lərin çoxu tərcümə edilmişdir. Tərcümə edilən kitablara 

baxsaq,  İngiltərə,  Fransa  və  Almaniyada  nəşr  olunmuş 

kitablardır.  Biz  zavallı  insanlar  bu  gün  elə  zənn  edirik 

ki, bu kitabların içindəki hesablamaları ilk dəfə avropa-

lılar aparmışlar. Halbuki triqonometriya cədvəllərini ilk 

dəfə müsəlmanlar hazırlamışlar. Həm də çox həssaslıq-

la. Bir dərəcənin sinusunu “ər-Risalətul-Muhitiyyə” adlı 

kitabında  ilk  dəfə  böyük  müsəlman  alimlərindən 

xorasanlı  Qiyasəddin  Cəmşid

6

  hesablamışdır.  İndi  isə 



gəlin  avropalını,  xüsusilə,  şərqşünas  bir  alimi  təkrarən 

qarşımızda  oturdurub  soruşaq;  Siz  deyirsinz  ki,  müsəl-

manlar bu elmləri yunanlardan və misirlilərdən götürüb-

lər. Misirlilərdə sinus anlayşı və triqonometriya hesabla-

maları  var  idi?  Misirlilərdə  sinus  bir  dərəcənin  qiyməti 

var idimi? Belə bir şey  yoxdur, lakin  Qiyasəddin  Cəm-

şid sinus bir dərəcəni baxın hansı dəqiqliklə hesablamış-

dır.  0,017 452 404 437 238 371.  Təqribən  vergüldən 

sonra  18  rəqəm  həssaslıqla  sinus  bir  dərəcəni  hesabla-

mışdır. Bu gün bu hesablamanı elektron maşınla apardı-

ğımız  zaman  bir  rəqəmi  belə  çaşmır.  Qiyasəddin  Cəm-

şid oturub triqonometriya cədvəlini bax bu cür dəqiqli-

klə  tərtib  etmişdir.  Bunu  necə  etmişdir?  Onların  bu  işi 

necə  gördüklərini  düşünnəndə  adam  məəttəl  qalır.  Bu 

metodlar  qarşısında  heyranlıqdan  başqa  bir  şey  hiss 

etmək  mümkün  deyil.  Həmçinin  bu  gün  yenə  avropalı-

                                                 

6

 “Qeydlər və izahlar” bölməsinə baxın. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə