Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

 

25 


 

ları  müdafiə  edirik.  Digər  bütün  qərb  ölkələrində  də 

doktorluq  dissertasiyaları  müdafiə  edilir.  Müdafiə  etdi-

yimiz doktorluq dissertasiyalarında bəzən  bir az qarışıq 

bir  məsələ  olduğu  vaxtlarda  bu  məsələləri  biz  həll  edə 

bilmirik. Qarşınıza gələn bu insanlar bunları çox vaxt bu 

açıqlığı ilə deyə bilmirlər, lakin biz bunları öz aramızda 

etiraf etməyə  məcburuq. Bu anda  mən çox arzu edirəm 

ki,  Qərb  universitetlərində  doktorluq  dissertasiyası  mü-

dafiə  etmiş  bir  elm  adamı  kaş  qarşımızda  olsaydı,  bu 

məsələni biz onlarla müzakirə etsəydik, siz də aramızda 

hakimlik etsəydiniz. Mən deyirəm ki, Qərb bu gün apar-

dığı hesablamaların, istifadə etdiyi anlayışların nə oldu-

ğunu  özü  də  bilmir,  bu  bir.  İkincisi,  bu  hesablamaları 

apararkən  çıxılmaz  bir  vəziyyətin  içindədir.  Qərbin  he-

sab və riyazi imkanları bunları həll etməyə yetmir. Yax-

şı, siz bu doktorluq fəaliyyətinizdə nə edirsiniz? Baxın, 

mən  sizə  başa  salım  biz  nə  edirik.  Məsələn,  təsəvvür 

edək  ki,  doktorluq  fəaliyyətlərimizdə  buradan  bir  gəmi 

keçir, bu  gəminin arxasında, əcəba, necə dalğalar  mey-

dana  gələcək?  Bunu  hesablayın  –  desələr,  indi  bizim 

universitetlərimizdə elm deyə gördüyümüz iş budur; Bu 

gəmini  hərəkətə  gətiririk,  gəminin  arxasındakı  dalğala-

rın bir modelin üzərində fotoşəklini çəkirik. Baxırıq ki, 

bu cür dalğalar meydana gəlir, masa başına gəlib deyirik 

ki, biz bunu hesablayacağıq. Hesablamaq dedikdə bu üç 

prinsipi düsturlarla yazmaqdır. Yazdıqdan sonra deyirik 

ki, bunları həll et. Həll edə bilmirik, yəni mühakimə sil-

siləsini  idarə edə bilmirik,  yaxşı  məfhumlar  seçmədiyi-

miz üçün bir yerdə ilişib qalırıq. Bundan sonra bəzi asan 

yollar göstəririk, lakin bu asanlıq elm deyildir. Bu asan-



 

26 


 

lıq  bir  rəssamın  şəkil  çəkməsinə  oxşar  bir  şeydir.  Üzə-

rində  o  önəmli  deyildir,  bu  önəmlidir  –  deyə  hesabla-

maları öz əlimizdə oynadaraq o şəklini çəkdiyimiz şəklə 

oxşatmağa  çalışırıq  və  istəyirik  ki,  daha  əvvəl  şəklini 

çəkdiyimiz  şey  buradakı  hesabın  nəticəsi  olaraq  mey-

dana gəlsin. Nə  üçün bu şəkildə işləyirik? Ona görə ki, 

bu  prinsipləri,  istifadə  etdiyimiz  anlayışları  həll  etmək 

üçün riyazi məlumatımız yetərli deyildir, çünki məsələ-

ləri həll etmək içinə girdiyimiz yol çıxılmaz bir yoldur. 

Qərblilərin  bu  gün  Aya  raketlə  getmələrinə  baxmayın, 

elm  sahəsindəki  fəaliyyət  etibarı  ilə  Qərb  bir  çıxılmaz 

nöqtənin içərisində ilişib qalmışdır. 

Bu misallarla bizə hər zaman qarşımızda müsəlman-

çılığın qarşısında bir güc kimi göstərilmək istənən Qər-

bin bütün içinin, özünün ortasında nə var? Bunu açıqla-

maq  üçün  sizə  bunları  anlatdım.  Bizim  qarşımızda 

lovğa-lovğa  dayanıb  bunların  ardından  “bu  hesablama-

lar aparılar, siz bilməzsiniz”, – deyənlər əslində öz isti-

fadə  etdiklərini  özləri  bilmirlər  və  girdikləri  yol  da  bir 

çıxılmaz  yoldur.  Bəs  nə  olacaq?  Bu  çıxılmaz  yoldan 

çıxmanın  mümkün  olub-olmadığı  məsələsini  müzakirə 

etmək  üçün  müsəlmançılığın  bu  elmlərə  necə  baxdığı 

məsələsini araşdırmağımız lazımdır. 

Bu  düsturlara  və  hesablamalara  müsəlmanlar  necə 

münasibət göstərir? Öncə baxaq görək bu qərbli adamın 

lovğalıqla istifadə etdiyi bu düsturların, bütün bu məlu-

matların sahibi kimdir? Əvvəl bunu araşdıraq. Bu qərbli 

adam nə bilirsə, gətirib hamısını üst-üstə qarşımıza yığ-

sın, “Mən bunu bilirəm”, – desin. Bunların hamısını üst-

üstə yığaq; bunun bu qədər boyu var. Bax, onun bildiyi-



 

27 


 

nin hamısı bu qədərdir. Hamımız yaxşı bilirik ki, insan-

ların bütün elmini toplasaq, Cənabı-Haqqın sonsuz elmi 

qarşısında  dənizdəki  bir  nöqtə  belə  deyildir.  Ona  görə 

də bu adamın belə lovğalanmağa əslində haqqı yoxdur. 

O, qul olduğunu bilsə, Cənabı-Haqqın elminin genişliyi-

ni qiymətləndirə və təsəvvür edə bilsə, heç vaxt elə hə-

rəkət  etməz.  Cənabı-Haqdan  sadəcə  ona  daha  çox  elm 

verməsini  diləyər.  Və  bunun  məlumatlarının  hamısını 

toplayıb  üst-üstə  yığsaq,  məsələn,  bu  qədər  olsun.  Bəs, 

bu  elmin  sahibləri  kimdir?  Bu  elm  necə  meydana  gəl-

mişdir?  Bunu  araşdırmalıyıq.  İnsanlığın  bu  gün  sahib 

olduğu  məlumatların  hamısının  insanlıq  tarixində  bir-

biri  üzərində  əlavə  oluna-oluna  meydana  gəldiyini  bili-

rik.  Bu  gün  əlimizdəki  yazılı  sənədlər  beş  min  əvvələ 

qədər gedib çatır. Ondan öncəsinə aid bir yazı olmadığı 

üçün, görəsən, daha əvvəl insanlar nələr bilirdi? Bu haq-

da heç bir məlumatımız yoxdur. Ona görə indi bugünkü 

vəziyyətdən geriyə doğru qayıdaq və insanlığın beş min 

illik  tarixində  elmin  necə  inkişaf  etdiyini  araşdıraq.  İlk 

insanı sıfır qəbul edək. İndiyə qədər keçən beş min ildə 

insanlığın məlumatı necə inkişaf etmişdir? Beş min əv-

vəlki insan – ilk insan daş dövründə  mağarada  yaşayır. 

Atəşin  nə  olduğunu  hələ  bilmir.  Yavaş-yavaş  Cənabı-

Haqq  insanlara  zəka  vermiş,  ağıl  vermiş,  bəzi  nemətlər 

vermişdir. İnsan digər məxluqlardan fərqli bir varlıqdır. 

Digər  heyvanlar,  məsələn,  bir  aslan,  meymun  və  s. 

müəyyən  qabiliyyətlərlə  təchiz  edilmişdir,  lakin  insan-

lardakı zəka bunlarda yoxdur. Məsələn, bir insan qarşı-

sındakı  heyvana  bir  daş  atdığı  zaman,  o  heyvanı  yıxa 

bilmək  üçün  bu  daşın  hansı  ölçüdə  olması  lazım  oldu-



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə