Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   2   3   4   5   6   7   8   9   10   ...   17

 

22 


 

daxil  olduğumuz  zaman  ortada  maddə  deyilən  bir  şey 

qalmır.  Hətta  deyilir  ki,  “Əfəndim,  bu  kənardakı  elek-

tron əslində yoxdur”. Yaxşı, bəs nə vardır? Belə bir şey 

vardır;  Yeni  modern  düşüncələrə  görə  burada  elektron 

yoxdur.  Belə  bir  dalğa  vardır.  Bu  dalğa  beləcə  dönür. 

Bir maddə yoxdur – deyirlər. Necə bir dalğa? Məsələn, 

bu salonun bir küncündən bura qədər bir ip tutsaq və hə-

min ipə buradan bir dalğa ötürsək, bu dalğa o məsafəyə 

qədər  hərəkət  edəcəkdir.  Bax,  siz  elektron  fırlanır,  – 

deyə  qəbul  edirsiniz.  Halbuki  əslində  fırlanan  elektron 

deyil.  Bəs  fırlanan  nədir?  Fırlanan  bu  dalğadır.  Maddə 

deyilən bir şey yoxdur. 

O  zaman  düşünürük  ki,  Qərb  ölkələri  bəzi  hesabla-

malar  aparır  və  yeni  ixtiralar  edir.  Lakin  əslində  onlar 

özlərinin  istifadə  etdiyi  anlayışların  nə  olduğunu  özləri 

də  bilmir.  Bu  gün  Qərbdəki  insan  maddənin,  enerjinin 

və qüvvənin nə olduğunu heç də tam dərk etmir. 

Nə üçün bu mövzunun üzərində bu qədər dayanırıq? 

Möhtərəm  qardaşlarımız,  bu  mövzuya  şüurlu  şəkildə 

dərk  etmək  üçün  çox  vaxt  ayırıq.  İndi  mövzunu  bir  az 

da geniş şəkildə izah edək; 

Müsəlman qardaşlarımız qərb elmlərini ala-yarımçıq 

oxumuş insanlarla qarşılaşdıqları zaman onlardan həqa-

rət  görürlər.  Bu  insanlar  müsəlmanlara  xor  baxırlar. 

Halbuki  özlərinin  hərəkətlərindən  xəbərləri  yoxdur. 

Mən bu axşam müsəlmanlara xor baxan belə insanların 

özlərinin kiçik insanlar olduğunu sizə sübut etmək üçün 

hüzurunuza  gəlmişəm.  Baxın,  ala-yarımçıq  təhsil  alıb 

gəlmiş  belə  adamlar  müsəlmançılığa  xor  baxmağa 

başlayırlar.  Nə  üçün?  Əfəndim,  dünyada  elm  var,  fənn 



 

23 


 

var – deyir. Sənin elm dediyin nədir? Bax, Aya, ulduz-

lara gedirlər. Gəl baxaq Aya və ulduzlara hansı hesabla-

malarla gedirlər? Onun (yəni natamam təhsil almış şəx-

sin) bunların heç birindən xəbəri yoxdur. Bir an belə bu 

hesablamalar haradan meydana çıxmışdır? – deyə soruş-

sanız, hesablamanın haradan yarandığını bilməz. Bildiyi 

təqdirdə bura gəlməyə məcburdur. Bəzi prinsiplər vardır 

–  deyəcək.  Bu  prinsipləri  biz  təcrübələrlə  sübuta  yetir-

dik.  Bu  prinsiplərə  inanırıq.  Bu  prinsiplərə  istinad  edə-

rək hesablamalar aparırıq. Nədir bu qayda və prinsiplər? 

Bax, təsir əks təsirə bərabərdir, maddə var ikən yox ol-

maz, yoxdan da var olmaz. Yaxşı, sənin bu maddə dedi-

yin  nədir?  Enerji  və  qüvvə  dediyin  nədir?  –  dediyimiz 

zaman qarşımızda yüksək bilik nümayiş etdirməyə çalı-

şan o insanlar bunların  nə olduğunu  izah edə bilmirlər, 

burada ilişib qalırlar. Nə üçün? Çünki onlar əsl elmin nə 

olduğunu bilmirlər. Bu bəsit tətbiqin elm olduğunu zənn 

edirlər. Halbuki əslində elm onların ilişib qaldığı yerdən 

sonra  başlayır…  Sən  maddənin  nə  olduğunu  bilmədən 

gəlib  bizim  qarşımıza  çıxırsan?  Enerjinin,  qüvvənin  nə 

olduğunu  bilmədən  burada  sənin  nə  işin  var?  Maddə 

dediyimiz şey mövcuddur, ya yox? Hələ bunu ortaya çı-

xarda  bilmirsən.  Hərə  bir  söz  deyir.  Biri  deyir  ki,  bəli, 

maddə  vardır.  Digəri  deyir  ki,  xeyr,  maddə  yoxdur,  bu 

bir dalğadır. Bunların ən böyük alimlərindən birinin adı-

nı  eşitmisiniz;  Eynşteyn  adlı  yəhudi  alimi.  Bu  yəhudi 

alimi olan Eynşteyn illərlə bu məsələlərlə məşğul olduq-

dan  sonra  ömrünün  sonunda  bunları  demişdir:  “Mən 

ömrümdə uzun müddət, həqiqətən, bu maddə, enerji 

və  qüvvə  ilə  məşğul  olub  çoxlu  hesablamalar  apar-



 

24 


 

dım, lakin bütün ömrüm boyunca bunların nə oldu-

ğunu  başa  düşə  bilmədim.  Hətta  sizə  bir  şey  deyim. 

Əcəba, biz hesablamalar apararkən maddə, enerji və 

qüvvə kimi məfhumlardan istifadə etməkdənsə, bun-

ların  yerinə  başqa  məfhumlardan  istifadə  etsəydik, 

görəsən,  daha  asan  hesablamalar  aparardıq?  Bunu 

da  bilə  bilmirəm.  Yalnız  hiss  etdiyim  bir  şey  var,  o 

da  budur  ki,  enerji,  maddə  və  qüvvə  deyilən  bir-bi-

rindən ayrı üç ayrı anlayış yoxdur. Mən bu işdə bir 

tövhid (vəhdət) olduğunu hiss edirəm. Məncə, bir tək 

məfhum  vardır  ki,  bu  bəzən  enerji,  bəzən  də  qüvvə 

vəziyyətinə  düşür,  lakin  bunun  nə  olduğunu  hiss  et-

diyim  bir  halda,  səbəbini  heç  cür  tapa  bilmirəm”. 

Necə  ki  atom  parçalandığı  zaman  maddə  enerji  halına 

çevrilir.  Həmçinin  enerjini  bir  yerdən  toplamaq  müm-

kün olduğu təqdirdə ondan da maddə meydana gəlir. O 

halda maddə haradadır? Enerji nədir? Bunların hansı əsl 

və əsasdır? – deyə soruşduğumuz zaman bugünkü Qərb 

elmi, onun ən məşhur alimlərindən olan, məsələn, Eynş-

teyn  bunun  cavabını  verə  bilmir.  Və  bu  sükutun  qarşı-

sında  öz  vəziyyətlərinin  çıxılmaz  olduğunu  özləri  belə 

etiraf  edir.  Müsəlmana  yuxarıdan  aşağıya  baxan  insan 

bilməlidir  ki,  özünün  bir  varlıq  olaraq  söykəndiyi  qərb 

elmi, bu gün çıxılmaz bir vəziyyətə düşmüşdür. Bir çə-

tinlik  içərisindədir. Bu  narahatçılıq  məfhumların və an-

layışların  nə  olduğunu  bilməməkdən  irəli  gəlir.  Burada 

başqa  bir  səbəb  də  ola  bilər.  Məsələn,  qərbli  insan  bu 

prinsipləri  tətbiq  etməklə  hesablama  aparmaq  istədiyi 

zaman bu gün hesablamalar da apara bilmir. Gərgin bir 

vəziyyətdədir.  Biz  universitetdə  doktorluq  dissertasiya-




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə