Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 



Daha sonra 11 oktyabr 1972-ci ildə qurulan “Milli 

Səlamət Partiyası” (MSP), Süleyman Arif Əmrənin rəs-

mi rəyasətində, Ərbakan xocanın isə təbii liderliyi ilə iş-

tirak etdiyi seçkilərdə, 12  səslə 48 deputat və 3  senator 

yeri qazanaraq 51 deputatla Məclisə daxil olub qrup ya-

ratdı.  


1974-cü  ildə  MSP-CHP  koalisiyasında  Baş  Nazir 

köməkçisi və İqtisadi Qurum Sədarəti vəzifələrini öhdə-

sinə  götürən  Nəcməddin  Ərbakan  beləcə  Türkiyənin 

maddi və mənəvi inkişafı yolundakı fəaliyyətlərini felən 

başlamış oldu. 

1977-ci il 5 iyun seçkilərindən sonra qurulan 3 tə-

rəfli koalisiyada da bu vəzifəni davam etdirən Ərbakan 

liderliyindəki MSP, beləcə cəmi 4 il  müddətində höku-

mət ortağı oldu. 

1974–1978-ci  illər  arasında  qurulan  3  hökumət 

dövründə  də  Baş  Nazir  köməkçisi  və  Nazirliklərarası 

İqtisadi Qurum Sədarəti vəzifəsini icra edən Prof. Nəc-

məddin  Ərbakan  bu  dövrdə  Kipr  Zəfərinin  qazanılma-

sında böyük rol oynamış, Kipr Barış Hərəkatından sonra 

adanın  hamısının  ələ  keçirilməsi  fikrini  müdafiə  etmiş, 

böyük tarixi “Ağır Sənaye Kampaniyası”nın həyata ke-

çirilməsi  və  müvəffəqiyyətlə  davam  etməsinə  rəhbərlik 

etmiş,  Türkiyənin  İslam  Konfransına  tam  üzv  olmasını 

təmin  etmiş,  yeni  nəsillərin  milli  və  mənəvi  dəyərlərə 

bağlı olaraq yetişməsində böyük önəm daşıyan  “İmam-

Xətib  Məktəbləri”nin  açılmasında  və  yayılmasında 

önəmli xidmətlər etmişdir. 




 

 



Bu dövrdə rant iqtisadiyyatı

3

 yerinə real iqtisadiy-



yatı  tətbiq  etmiş,  milli  qaynaqlara  dayanaraq  Anado-

lunun bütünü ilə inkişafı və sənayeləşməsi yönündə mü-

vəffəqiyyətli  addımlar  atmışdır.  Türkiyənin  iqtisadi  in-

kişafını  və  güclənməsini  özləri  üçün  uyğun  görməyən 

xarici  düşmənlərin  təsiri  ilə  koalisiya  ortağı  “Ədalət 

Partiyası”ndan 11 şəxsin müxalifət partiyasına daxil ol-

ması və nazir qoyulmaları hadisəsi ilə TBMM-də iqtida-

rın çoxluğu qalmayınca bir müxalifət partiyasının lideri 

olaraq  parlament  çalışmalarında  böyük  təsir  göstərmiş-

dir. 


1978-ci ilin əvvəlindən 1980-ci ilin 12 sentyabrına 

qədər  müxalifətdə  qalan  və  MSP-nin  sədrliyini  edən 

Nəcməddin  Ərbakan  12  sentyabr  çevrilişinin  gətirdiyi 

antidemokratik  tətbiqat  və  yasaqlarla  1987-ci  ilin  sen-

tyabrına qədər siyasətdən rəsmən uzaqlaşdırıldı.  

1987-ci  ilin  sentyabrında  keçirilən  referendumda 

yenidən  siyasi  haqlarını  əldə  edən  Ərbakan,  1983-cü  il 

19  iyulda  qurulan  “Rifah  Partiyası”nın  1987-ci  il  11 

oktyabrda  keçirilən  tarixi  qurultayında  yekdilliklə  tək-

rarən  sədrlik  məqamına  oturdu.  1991-ci  il  20  oktyabr 

seçkilərində yenidən deputat seçilən Ərbakan daha son-

ra  bələdiyyələr  inqilabını  həyata  keçirmiş  və  nəhayət, 

1995-ci  il  ümumi  seçkilərdə  böyük  bir  müvəffəqiyyət 

qazanaraq “Rifah Partiyası”nı birinci partiya  məqamına 

gətirmişdir.  Buna  görə  də  28  iyunda  hökuməti  qurma 

                                                 

3

  Haqsız  qazanca  dayanan  iqtisadiyyat.  Rant  əziyyət  çəkmə-



dən, layiq olmadan qazanılan mülk, pul, yəni əməksiz qazanc 

deməkdir. 

 



 

10 


 

vəzifəsini alaraq 7 iyulda referendumla Türkiyənin Baş 

Naziri olmuşdur. Prof. Nəcməddin Ərbakan 54-cü T. R. 

Baş  Naziri  olaraq  1996-cı  il  28  iyundan  1997-ci  il  2 

iyula qədər 1 illik hakimiyyət dövründə uğurlu addımlar 

atmışdır.  Faiz  və  borc  spiralları  içərisində  pərişan  bir 

vəziyyətə  düşən  türk  iqtisadiyyatını  6  aylıq  qısa  bir 

müddət içərisində daxili və xarici borc almadan, qiymət-

ləri  artırmadan  tamamilə  milli  qaynaq  paketlərini  hərə-

kətə gətirməklə düzəltmiş, Türkiyəni iqtisadi krizlərdən 

xilas  etmiş,  milli  qaynaqlardan  dövlətə  30  mlr.  Dollar-

dan çox qaynaq təmin etmişdir. Şirin reseptlərlə kəndli, 

fəhlə, məmur, tacir, təqaüdçü, dul və yetimlərə qısa za-

manda  görülməmiş  orta  rifah  artımı  gerçəkləşdirmişdir. 

Etdiyi  müxtəlif  islahatlar  arasında  ictimai  təşkilatlar 

arasında  “Hovuz  sistemi”nin  qurulmasını  da  göstərmək 

olar.  

Atdığı bu addımlarla iqtisadiyyatı gücləndirən Ər-



bakan  1997-ci  il  büdcəsini  balanslaşdırılmış  büdcə  ola-

raq  formalaşdırmağa  müvəffəq  olmuş  və  bu  büdcəni 

yanvar  və  fevral  aylarında  balanslaşdırılmış  büdcə  ola-

raq idarə etmişdir. Xalqın dəstəyini alan bu çox əhəmiy-

yətli  nailiyyətlərin  yanında,  beynəlxalq  sahədə  də  inki-

şaf  etməkdə  olan  8  ölkənin  əməkdaşlığına  liderlik  edə-

rək böyük bir cəhdlə bir il kimi qısa bir müddətdə D-8

4

 



təşəkkülünü  meydana  gətirməsi  önəmli  bir  dünya  hadi-

səsidir. 

Xalqdan alınan vergilərin və milli imkanların haq-

sız  bir  rant  iqtisadiyyatı  ilə  kiçik  bir  zümrəyə  ötürül-

                                                 

4

 Divelənmənt 8; İnkişaf etməkdə olan 8 ölkə 



 


 

11 


 

məsi, beləcə milyonların əzilməsi, fəqirləşməsi və milli 

iqtisadiyyatın  təxribata  uğraması  siyasətinə  son  qoyan 

Prof. Dr. Nəcməddin Ərbakanın bu tətbiqatı rant iqtisa-

diyyatı ilə dolanan bir ovuc rantçı zümrənin xoşuna gəl-

məmiş, bu zümrə 1997-ci ilin yanvarından etibarən əlin-

dəki mətbuat və sərmayə gücü ilə 54-cü hökumətin mü-

vəffəqiyyətli addımlarına təsir etmək üçün müxtəlif yol-

lara  baş  vurmuşdur.  Müxtəlif  təsirlərlə  koalisiya  ortağı 

“Doğru  Yol  Partiyası”nın  deputatlarının  hökumətdən 

dəstəklərini çəkməyə məcbur edilməsi fəaliyyətləri qar-

şısında bir ilin sonunda bir dəyərləndirmə aparılmış, 550 

şəxslik  parlamentin  RP+DJP+BBP-dan  meydana  gələn 

278 nəfərlik deputatın imzası ilə məclisdə çoxluq olaraq 

ən  qısa  müddətdə  seçkiyə  gedilib,  daha  güclü  olaraq 

gəlmək  şərti  ilə  hazırlanmış  “Yenidən  Böyük  Türkiyə” 

layihəsinin  istiqrar  və  hüzur  içində  təmin  olunmasına 

qərar verilmişdir.  

Koalisiya  Protokolunun  tələbinə  əsasən  seçkiyə 

qədər  baş  nazirlik  vəzifəsini  icra  edəcək  olan  Prof.  Dr. 

Nəcməddin Ərbakan bu vəzifəni dünyada bənzəri olma-

yan bir nümunəvi davranışı ilə DJP sədri Prof. Dr. Tan-

su Çillərə vermək istəmişdir. Prezident Süleyman Dəmi-

rəlin daha öncə siyasi həyatı boyunca uğrunda mübarizə 

apardığı  demokratik  prinsipləri  bir  tərəfə  qoyaraq,  yan-

lış  bir  tətbiqat  ilə  uğursuz  bir  vəzifələndirmə  aparması, 

1997-ci  ilin  iyulundan  etibarən  Türkiyəni  4  il  boyunca 

xalqın  maddi  və  mənəvi  çətinliklər  çəkdiyi  bir  dövrün 

içinə salmışdır.  

Laiklik  (sekularizm  və  dünyəvilik)  və  Atatürkçü-

lük  mübahisələri  nəticəsində  post-modern  çevriliş  ilə 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə