Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 



Bu xidmət əsnasında hər il Amerikadan alınan təc-

hizatın  siyahısını  hazırladı.  Hazırladığı  bu  siyahı  Ame-

rikan yardım heyətinin diqqətini çəkmiş və bir amerikalı 

polkovnik  bu  siyahını  hazırlayan  şəxslə  görüşmək  istə-

diyini  məktəbin  komandiri  Şərəf  Özdiləyə  bildirmişdir. 

Məktəbin  komandiri  də  polkovniki  Ərbakanın  yanına 

gətirmiş  və  polkovnik:  “Siz  bu  günə  qədər  Amerika-

dan  yardım  olaraq  gizləmə  toru,  bel,  külüng  və  s. 

kimi şeyləri istərkən bu il nəzarət bölüyü üçün iş ma-

şınlarının təmir olunması əsnasında emal edilməsi la-

zım  olan  müxtəlif  hissələrin  emalatı  üçün  dəzgahlar 

istəmisiniz. Necə olur ki, bu dəzgahları istəyirsiniz?” 

– şəklində danışınca Ərbakan Amerikan ordusu quruluş 

təlimatnaməsini açaraq: “Bizim işi görən Amerikadakı 

həmin  birliklərdə  bu  dəzgahlar  var,  bizdə  nə  üçün 

olmasın?”  –  deyə  cavab  verincə  amerikalı  polkovnik 

deyəcək söz tapmamış və bir sözlə, dəzgahlar gəlmişdir. 

Əsgərlik xidmətindən sonra təkrarən universitetdə-

ki işinə qayıdan Nəcməddin  Ərbakan  “İstanbul Texniki 

Universiteti Motorlar Laboratoriyası”nda 100 ədəd yerli 

ilk  motoru  düzəltdi  və  1956-cı  ildə  Türkiyədə  ilk  yerli 

motoru  davamlı  halda  emal  edəcək  200  ortaqlı  (şərikli) 

“Gümüş Motor Səhmdar Cəmiyyəti”ni qurdu. Ərbakan-

da belə bir fabrik qurma fikri Almaniyada işlədiyi əsna-

da “Türkiyə Aqrar Təchizat Təşkilatı”nın sifariş verdiyi 

mühərrikləri  görüncə  oyanmışdı.  Vətənə  qayıtdıqda  bu 

fəaliyyətə  başladı.  Bu  gün  “Pancar  Motor”  adı  altında 

işləyən  fabrikin  təməlini  1  iyul  1956-cı  ildə  atdı.  “Gü-

müş Motor” fabrikində davamlı istehsal 1 mart 1960-cı 

ildə başlamışdır. 



 

 



O  dövrün  baş  naziri  rəhmətlik  Adnan  Menderes 

1960-cı  illərin  əvvəllərində  fabriki  gəzərkən:  “Mən  də 



fermerəm,  bu  motorlardan  özüm  də  istifadə  etmi-

şəm. Bunun nə qədər böyük bir addım olduğunu çox 

yaxşı bilirəm. Türkiyədə bunların icra edildiyini gör-

mək, məni son dərəcə məmnun etmişdir. Kaş ki mən 

bu fabriki 1960-cı ildə deyil, 1950-ci ildə görəydim. O 

vaxt  Sümərbankın  bir  çox  fabriklərini  özəl  sektora 

satar,  ondan  aldığım  pul  ilə  Türkiyədə  ağır  sənaye 

fabriklərini  qurardım”,  –  deyərək  hisslərini  dilə 

gətirmişdir. Menderes həmçinin fabrikin ehtiyacı olan 1. 

300 000  dollarlıq  valyutanı  da  bir  gündə  təxsis  etdir-

mişdir. 


“Gümüş Motor Fabriki”, digər adı ilə “Pancar Mo-

tor  Fabriki”  1960-cı  ildən  bəri  40  ildən  çox  bir  vaxtda 

Türkiyənin  torpaqlarını  sulayan,  inşaat  maşınlarını,  ki-

çik traktorları, dəniz qayıqlarını və kiçik gəmiləri hərə-

kətə  gətirən  motor  ehtiyacını  təmin  etməkdə  və  həmçi-

nin Suriya, İran, Pakistan və Sudan kimi qardaş ölkələrə 

motor ixrac etməkdədir.  

1960-cı  ildə  Ankarada  keçirilən  Sənaye  Konqre-

sində  “Gümüş  Motor”un  emalatlarını  təqdim  edən 

Ərbakan “Yeni hədəf avtomobillərin Türkiyədə istehsal 

olunmasıdır” – fikrini ortaya atmış, o zaman rəhbərlikdə 

olan  hərbçilər  tərəfindən  rəvac  tapan  bu  fikir  üzərinə 

“Əskişəhr  Dəmiryollar  CER”  emalatxanasında  “İnqilab 

avtomobili”  adı  ilə  ilk  yerli  avtomobil  emal  edilmişdir. 

Hərbi  rəhbərlik  “Gümüş  Motor  Fabriki”ni  gəzmiş,  fab-

rik onlarda böyük maraq və həyəcan oyandırmışdır. Bu-

na  görə  Nəcməddin  Ərbakan  “Milli  Müdafiə  Nazirli-



 

 



yi”nin  konfrans  salonunda  200-ə  yaxın  general  və  üst 

rütbəli zabitə “Sənaye Konfransı” vermişdir. 1965-ci il-

də  professor  olan  Ərbakan,  1966-cı  ilin  fevralında 

“Odalar  Birliyi  Sənaye  Dairəsi  Sədarəti”nə  gətirildi. 

Daha  sonra  Baş  Katib  olan  Ərbakan,  1968-ci  ilin  ma-

yında  “Odalar  Birliyi  İdarə  Heyəti”  üzvü,  1969-cu  ilin 

mayında  isə  “Odalar  Birliyi”nin  sədri  oldu.  O  zamankı 

Dəmirəl hökuməti hər cür qanuni hökmləri heçə sayaraq 

Ərbakanı polis gücü ilə vəzifəsindən uzaqlaşdırdı. 

Xoca Türkiyə “Odalar Birliyi Sənaye Dairəsi” səd-

ri  olduğu  zaman  tanış  olduğu,  həmin  qurumda  işləyən, 

iqtisadiyyat  məzunu,  yaxşı  ingiliscə,  kifayət  qədər  al-

manca  və  fransızca  bilən,  ölkə  və  dünyadakı  hadisələri 

yaxından  izləyən  əxlaqlı,  anlayışlı,  ağırbaşlı  və  cazibə-

dar bir xanım-xatın olan Nərmin Ərbakanla 1967-ci ilin 

yanvarında  evləndi.  1967-ci  ilin  sonlarında  böyük  qız-

ları  Zeynəb  və  1974-cü  ilin  oktyabrında  Əlif,  1979-cu 

ildə yeganə oğulları Məhəmməd Fateh dünyaya gəldi.  

Sənayeyə  lazımi  diqqət  göstərilmədiyinə  görə  si-

yasətlə məşğul olma qərarına gəldi və deputatlığa nami-

zəd olmaq üçün “Ədalət Partiyası”na müraciət etdi. Bu-

rada  veto  edilən  Ərbakan  1969-cu  il  seçkilərində  Kon-

yadan  müstəqil  olaraq  namizədliyini  irəli  sürdü  və  iki 

deputat seçdirəcək qədər səs yığaraq Məclisə daxil oldu. 

1970-ci  il  24  yanvarda  Ərbakan  tərəfindən  “Milli 

Görüş  Hərəkatı”nın  qurulan  ilk  partiyası  olan  “Milli 

Nizam  Partiyası”  1971-ci  il  aprel  ayında  çevriliş  üsul 

idarəsinin  də  təzyiqi  ilə  antidemokratik  bir  şəkildə 

Konstitusiya  Məhkəməsi  tərəfindən  bağlandı.  Ərbakan 

istirahət və müalicə üçün bir müddət İsveçrəyə getdi. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə