Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   2   3   4   5   6   7   8   9   ...   17

 

19 


 

olunan  əsl  fikri  mahiyyət,  fikri  mühakimə,  əsl  düsturda 

hesabın təməlini təşkil edən düşüncə əslində bu üç fikir-

dən ibarətdir. Bu gün heç bir fizika, kimya və mexanika 

məsələsi  yoxdur  ki, bu üç prinsip  vasitəsi ilə  hesablan-

mamış olsun. Bunun xaricində başqa bir əqidə, başqa bir 

baxış  yoxdur.  O  halda  bizim  qarşılaşdığımız  hər  hansı 

bir qərbli elm adamı bir hesablama aparıb bizə bir məri-

fət  göstərdiyi  zaman  bilməliyik  ki,  bu  mərifət  və  qabi-

liyyətin mahiyyətində və arxasında yatan əsl insan oğlu-

nun  fikir  dünyası  və  düşüncəsi  dayanır.  Onun  hesabla-

malarının  hamısını  sıxsaq,  yerə  üç  damcı  düşər;  biri 

“təsir  əks  təsirə  bərabərdir”  –  prinsipi,  ikincisi  “maddə 

yoxdan var olmaz, var da  yox olmaz” –  prinsipi,  üçün-

cüsü isə “enerji yoxdan var olmaz, var da yox olmaz” – 

prinsipidir. Bütün bu hesablamalar bu üç prinsipə əsasən 

aparılır.  

İndi  bu  hesablamaları  aparıb  bəzi  nəticələri  ortaya 

qoyan alimə “Əfəndim, sən bu hesablamaları apararkən, 

bəzi ifadələrdən istifadə edirsən. Qüvvə, maddə, enerji – 

deyirsən. Bu dediklərin nədir belə?” – desək, qərbli elm 

adamı bütün bu hesablamaları apardığı halda, qüvvənin, 

enerjinin  və  maddənin  nə  olduğunun  tərifini  bizə  verə 

bilmir.  Bu  məfhumlardan  istifadə  edir,  lakin  bunlar  nə-

dir – deyə soruşduğumuz zaman başa sala bilmir, göstə-

rə  bilmir.  Nə  üçün  göstərə  bilmir? Axı  məsələn  maddə 

dediyimiz  vaxt  insan  maddəni  göstərməyə  bilərmi? 

Nədir maddə? Bax, buradakı masa, sütun və s. Görür ki, 

maddə,  bax,  budur.  Məsələ  elmi  baxımdan  yanaşıldığı 

zaman  bu  qədər  də  sadə  deyil.  Maddə  nədir  dedikdə, 

məsələn,  bu  masadır  –  deyə  bizə  göstərildiyi  təqdirdə, 



 

20 


 

görəsən,  bu  masa  nədir?  –  deyə  araşdırmağa  başlasaq, 

masanın  üzərinə  çox  böyük  bir  mikroskopla  yaxınlaş-

mağa  başlayaq.  Maddənin  nə  olduğunu  başa  düşmək 

üçün öncə masanın üst səthində bəzi çıxıntılar görürük. 

Sonra  bu  çıxıntıların  içərisinə  girdiyimiz  zaman  ayağı 

bitkidən  hazırlanmış  taxta  bir  masadırsa,  bu  bitkinin 

hüceyrələrini  görürük.  Bu  hüceyrələrin  tərkibini  yavaş-

yavaş öyrəndiyimiz zaman hüceyrənin öz daxilində bəzi 

üzvi maddələr olduğunu və bu üzvi maddələrin də bəzi 

molekullardan  ibarət  olduğunu  görürük.  Bu  molekulla-

rın  daxilinə  bir  elektron  mikroskopu  ilə  baxsaq,  bir  də 

görürük ki, maddənin içindəki bu ən kiçik hissə dediyi-

miz  molekul  atomlardan  meydana  gəlmişdir.  Atom  nə-

dir – deyə atomun tərkibini araşdırdığımız  zaman görü-

rük  ki,  atom  bizim  Günəş  və  ətrafında  fırlanan  planet-

lərə bənzəyən bir quruluşa sahibdir. Mərkəzində eyni ilə 

Günəş kimi bir mərkəzi hissəsi vardır. Buna proton de-

yilir.  Bunun  ətrafında  dünyanın  və  digər  ulduzların  fır-

lanması kimi bəzi elektronlar fırlanır. Eyni ilə dünya və 

digər planetlər Günəş ətrafında necə fırlanırsa, bu masa-

nın içərisindəki hər bir atomda da bu fırlanmalar vardır.  

Yaxşı, bu atom dediyimiz şey necə bir şeydir? Elek-

tron mikroskopu ilə bunun daxilinə nüfuz etdiyimiz za-

man Günəşi dünyadan çox  uzaqlarda gördüyümüz kimi 

atomun protonu ilə elektronu arasında da çox böyük bir 

boşluğun olduğunu görürük. Belə ki biz dünya ilə Günə-

şin arasına on min dənə dünya qoysaq, Günəşə çata bilə-

rik.  Halbuki  atomun  içərisindəki  elektron  ilə  protonun 

arasına, yəni oradakı dünya ilə Günəşin arasına yüz min 

ədəd  dünya  qoyduğumuz  zaman  Günəşə  çata  bilərik. 



 

21 


 

Bunun  mənası  budur;  Biz  buradan  maddə  deyə  hər  tə-

rəfini  dolu  olaraq  gördüyümüz  cismin  içərisinə  daxil 

olduğumuz zaman boşluqda qalırıq. Biz zənn edirik  ki, 

doludur, halbuki bunun əsli dolu deyil. Bəs nədir? Boş-

luqdur.  Lakin  nə  boşluq?  Əfəndim,  maddə  dediyimiz 

şeyin  içərisində  bir  elektron,  bir  də  proton  vardır.  Və 

bunların arasında da Yer ilə Günəşin arasındakı boşluq-

dan  on  dəfə  böyük  boşluq  vardır.  Biz  bunu  dolu  zənn 

edirik. Bəli, kənardan baxdıqda dolu zənn edirik, çünki 

içərisini  görə  bilmirik.  Görmə  qabiliyyətimiz  çatmır. 

Bunun içərisində boşluq var. 

İndi bu Amerikan laboratoriyasında o hesablamaları 

ilə  bizim  qarşımızda  lovğalanan  insanı  gətirib  mikros-

kopla  bu  boşluğun  içərisinə  salanda  və  “Bəy  əfəndi, 

bayaq  hesablamalarında  maddə  haqqında  danışdın.  O 

halda haradadır bu maddə?” – deyə soruşanda həmin in-

san  bu  boşluğun  içərisinə  girib  itir,  çünki  bunun  içəri-

sindəki  elektron  və  protonun  özü  də  əslində  bir  ağırlıq 

və hər hansı bir predmeti olan bir əşya deyildir. Dünya-

dakı  bütün  qızılların  hamısını  əgər  atomların  içindəki 

boşluqları  doldura  biləcək  qədər  sıxa  bilsək,  yalnız  bir 

üsküyün içərisini doldurar. Dünyadakı bütün qızıllar bir 

ucu  Lissabonda olan, digər ucu Sibirə qədər uzanan bir 

qatarı  doldurar.  Düşünün,  bütün  Avropanı  başdan-başa 

qət edəcək bir qatarı doldurar. Bax, bu qatarın içərisini 

dolduran  bütün  dünyadakı  qızıl  maddənin  molekulu  ilə 

atomu  arasındakı  məsafəni  sıxdığımız  zaman  bütün  bu 

qədər  qızılı  bir  üsküyün  içinə  sığışdırmaq  mümkündür, 

yəni  bizim  gördüyümüz  qızıl  kimi  ən  ağır  bir  maddə 

belə  böyük  boşluqlardan  meydana  gəlir.  İşin  içərisinə 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə