Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   2   3   4   5   6   7   8   9   ...   17

 

16 


 

raketin  hərəkətini  diqqət  altında  saxlayan  bir  nəzarət 

mərkəzində işləyən insanın yanına yaxınlaşsaq, bu şəx-

sin məlumatı nə qədərdir, – deyə araşdırmağa başlasaq, 

hər  şeydən  əvvəl  bunu  bildirmək  lazımdır  ki,  bizə  elə 

tərbiyə  verilmişdir  ki,  bu  laboratoriyada  işləyən  insan-

lara istər-istəməz böyük bir heyrət hissi ilə baxırıq. On-

ları  özümüzdən  çox  böyük  görürük.  İndi  biz  bu  böyük 

görmə məsələsini təhlil etmək istəyirik. Ona görə də bu 

laboratoriyada  işləyən  böyük  alimlərdən  birinin  yanına 

yaxınlaşsaq və “Bəy əfəndi, siz burada nə edirsiniz?” – 

deyə soruşsaq, o: “Mən burada bu raketin Aya gedişinə 

nəzarət edirəm”, – deyə cavab verəcəkdir. “Necə nəzarət 

edirsən?” – soruşsaq, “Yalnız bu alətə nəzarət edirəm”, 

– deyə cavab verəcəkdir. “Bu alət necə düzəlmişdir?” – 

sualını versək, həmin şəxs bizim üçün bəzi düsturlar ya-

zacaqdır.  Bu  düsturların  baş  tərəflərinə  bəzi  hərflərlə 

müəyyən işarələr qoyacaqdır.  Yəqin öz-özümüzə  düşü-

nəcəyik ki, bu şəxs bizə bilmədiyimiz və heç bir zaman 

da  öyrənə  bilməyəcəyimiz  məsələlər  haqqında  danışır. 

Halbuki  heç  bir  müsəlman  belə  bir  vəziyyətlə  qarşılaş-

dığı  zaman  bunları  çox  da  böyük  bir  məsələ  kimi  gör-

məməlidir.  Laboratoriyada  işləyən  alimlərdən  bu  işləri 

necə gördüyünü soruşduğumuz vaxt, o da bizə bəzi düs-

turlar göstərməyə başlayacaq. İndi biz bu düstur və for-

mula məsələsi ilə bağlı nə nəzərdə tutulduğunu qısa şə-

kildə olsa da, şərh etmək istəyirik. 

Baxın, bu şəxs bizə hansı düstur və formula haqqın-

da  danışırsa-danışsın,  haqqında  danışdığı  düsturun  for-

ma  və  möhtəvası  mühüm  deyil.  Əslində  düstur  olaraq 

formalaşdırılmış  şeylər,  bəzi  fikir  və  düşüncə  silsilə-



 

17 


 

lərini simvollarla ifadə etməkdən başqa bir şey deyildir. 

Məsələn, bu şəxsin Aya raketin gedişi ilə əlaqədar apar-

dığı hesablama ilə mahiyyət etibarı ilə, pəncərədən yerə 

atdığımız daşın nə qədər zaman sonra yerə düşəcəyinin 

hesablanması arasında heç bir fərq yoxdur. 

Prinsipləri  etibarı  ilə  nə  üçün?  Dostlarımızın  çoxu, 

ələlxüsus,  lisey  səviyyəsinə  qədər  riyaziyyat  və  fizika 

fənnini  bilənlər,  pəncərədən  atdığımız  daşın  nə  qədər 

zaman sonra yerə düşəcəyinin hesablanmasını çox yaxşı 

bilirlər.  Məsələn,  liseydə  oxuyan  dostlarımızdan  birinə 

sual  verib:  “On  metr  yüksəklikdə  bir  pəncərəmiz  var. 

Bu  pəncərədən  bir  daş  atdıqda  o  daş  neçə  dəqiqədən 

sonra yerə düşər?” – desələr və Amerikada gördüyümüz 

ağköynəkli  və cihaz arxasında oturmuş alimə də həmin 

sualı  versələr,  hər  ikisi  dərhal  qarşımıza  bir  düstur  ya-

zar.  Bu  yazdığı  düsturda  “t”  bərabərdir  yazar.  Əslində 

bunun  istifadə  etdiyi  H=1/2GS2  düsturu  olduğu  üçün 

S=2M/G  (kvadrat  kökdür)  şəklində  bir  düstur  yazar  və 

bu düsturda deyər ki, əfəndim, daşı on metrdənmi aşağı 

atırsınız? O halda bura 10 yazıb 2-yə vuracağıq, 20 alı-

nacaq.  Cazibə  qüvvəsi  9,81-dir.  Buna  böldüyümüz  za-

man 2 alınacaq. Kvadrat kökü aldığımız zaman 1,41 alı-

nacaq. Bu daş 10 metrlik bir yerdən sərbəst şəkildə bu-

raxılarsa,  1,41  saniyədən  sonra  aşağıya  düşəcək.  Həqi-

qətən, pəncərədən bir daşı yerə atdığımız zaman əlimiz-

də bir xronometr tutsaq, daşın aşağıya tam 1,41 saniyə-

də  düşdüyünü  görərik.  Əlbəttə  ki,  biz  bu  mənzərəni 

gördükdə  “Vay  canım,  bu  adam  bu  işi  bilir”  –  deyirik. 

Yaxşı,  bu  adamın  bildiyi  nədir?  Bunu  sübut  etməyə 

çalışsaq, sadə bir şeydir. O da budur: Bu hesablanarkən 



 

18 


 

“Bu  hesabı  necə  apardınız?  Bu  hesabı  haradan  çıxar-

dın?” – deyə soruşsaq, bizə deyiləcək ki, bu daş buradan 

aşağıya doğru düşərkən hər hansı bir anda daşı yer özü-

nə  doğru  çəkir.  Deməli,  bir  cazibə  qüvvəsi  var.  Cazibə 

qüvvəsi deyilən bir şey haqqında danışılacaq. Sonra de-

yiləcək  ki,  əfəndim,  daş  aşağı  doğru  düşərkən  bir  təcil 

aldı. Bu təcilə görə daşın bir ətalət qüvvəsi var. Daş aşa-

ğı doğru enərkən  yerin çəkmiş olduğu bu güc  yuxarıya 

doğru  mövcud olan ətalət  gücünə bərabərdir. “Nə üçün 

bərabərdir?”  –  soruşduğumuz  zaman  deyiləcək  ki,  dai-

ma hər yerdə, harada qarşılaşırsa-qarşılaşsın təsir əks tə-

sirə  bərabərdir.  Doğrudan  da,  elədirmi?  Bizə  misallar 

veriləcək. Deyiləcək ki, baxın, mən bunu bir kilo ilə be-

lə  itələyərəmsə,  o  da  bir  kilo  ilə  məni  bu  tərəfə  doğru 

itələmiş  olacaq.  Hara  gedirsən  gedək,  təsir  əks  təsirə 

bərabərdir. İndi bu gün bütün dünyada hər sahədə aparı-

lan çalışmalarda, həqiqətən, bu hesablamaların sonunda, 

məsələn,  bu  hesablamada,  bizə  əsas  bərabərliyi  verən, 

“təsir əks təsirə bərabərdir” – deyilən bir prinsipdir. Tə-

sir əks təsirə bərabərdir, yəni hər hansı bir güc daim qar-

şısındakı  başqa  güclərlə  tarazlıqdadır.  Bu  cür  hesabla-

maları  apardığımız  zaman  bir  daşın  düşməsində  “təsir 

əks təsirə bərabərdir” – prinsipindən faydalanırıq. Başqa 

hesablamalarda  faydalana  biləcəyimiz  digər  tədqiqat 

üsulları da vardır. Bu metodlardan önəmli olanlardan bi-

ri də “maddə yoxdan var edilməz, var da yox edilməz” 

prinsipidir  (buna  maddənin  qorunması  deyilir).  Digər 

prinsip isə “enerji yoxdan var edilməz, var da yox edil-

məz” – prinsipidir. Bu gün bütün dünyada texnika sahə-

sində aparılan fəaliyyətlərin hamısında nəticədə istifadə 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə