Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   ...   9   10   11   12   13   14   15   16   17

 

44 


 

metodunu  elmə  gətirən  insandır.  Hətta  öz  laboratoriya-

sında ilk süni hüceyrə yaratmış insandır ki, avropalı bu 

gün  belə  onun  səviyyəsinə  çata  bilməmişdir.  Təbii  ki, 

bunları oxuduqca insan inana bilmir. Lakin İbn Həyyan 

hicrətin II əsrində kimya elmini bu nöqtəyə çatdıran bir 

insandır. Bu gün Almaniyada Cabir ibn Həyyanın əsər-

ləri  üzərində  doktorluq  fəaliyyətləri  aparılır,  lakin,  çox 

təəssüflər  olsun  ki,  biz  öz  şəxsiyyətlərimizi  və  onların 

kəşf  etdikləri  elmləri  Qərbdən  aldığımız  üçün  və  qərb-

lilər də müsəlmanların kitablarını özlərinə ötürərkən ad 

qeyd  etmədikləri  üçün  biz  öz  böyük  şəxsiyyətlərimizi 

tanıya bilmirik.  

Müsəlmanlar  tarix  və  coğrafiya  elmlərinin  də  yara-

dıcısı hesab olunurlar. Qədimdə tarix hekayələrdən iba-

rət idi. İlk dəfə İbn Xəldun “Müqəddimə” adlı əsərində 

tarixin  bir  hekayə  elmi  olmadığını,  bütün  insanların  və 

millətlərin yaşayışlarını səbəb və nəticələri ilə araşdıran, 

bunların  təhlilini  verən  bir  elm  olduğunu  müəyyənləş-

dirdi və ilk tarix kitabını yazdı. İlk dəfə coğrafi xəritəni 

çəkən  də  müsəlmanlar  olmuşlar.  Hətta  Amerika  da  ilk 

dəfə  müsəlmanlar  tərəfindən  kəşf  olunmuşdur.  Müsəl-

manların  xəritələrində  Amerikanın  varlığı  göstərilirdi. 

Biz  bilirik  ki,  Amerikanı  Xristafor  Kolumb  kəşf  etmiş-

dir.  Nə  üçün  belə  bilirik?  Çünki  biz  məlumatlarımızı 

avropalılardan alırıq. Baxın, Xristafor Kolumb haqqında 

aparılan  yeni  araşdırmalar  nəyi  göstərir;  Xristafor  Ko-

lumb Venesiyalıdır, yəni ticarət gəmiləri ilə İslam aləmi 

ilə  ən  çox  təmasda  olan  yerdəndir.  Kitablar  daha  çox 

Venesiyada,  Genuyada  tərcümə  edilərək  Avropaya  ötü-

rülmüşdür. Xristafor Kolumb Venesiyada müsəlman ki-



 

45 


 

tablarından  qərbə  doğru  gedilərsə,  yeni  qitələrə  çıxma-

ğın  mümkün  olduğunu  oxumuş  və  öyrənmişdir.  Buna 

görə də özü bu işlə maraqlanmış və mən də gedib bunu 

görüm,  –  demiş  və  ilk  dəfə  Atlantik  okeanına  çıxmaq 

cəsarətini göstərmişdir. Xristafor Kolumb aylarla Atlan-

tik  okeanında  gedir,  lakin  quru  torpaqları  heç  cür  tapa 

bilmir. Hətta elə bir nöqtəyə gəlir ki, gəmisinin içərisin-

dəki  insanlar  böhran  keçirdikləri  üçün  üsyan  etməyə 

qalxırlar.  Qayıdacağıq,  –  deyirlər.  Sən  bizi  bilmədiyin 

bir yerə aparırsan, bunun sonu yoxdur, – deyirlər. Apa-

rılan araşdırmalar göstərir ki, o gəmidə olan bəzilərinin 

xatirə  dəftərindəki  qeydlərdən  başa  düşüldüyünə  görə 

Xristafor  Kolumb  bu  sözləri  söyləyərək  üsyanı  yatız-

dırır: “Belə qarşı çıxmayın, belə deyinməyin. Mən hə-

mişə Qərbə gedildiyi zaman yeni qitələrə rast gəlinə-

cək fikrini və məlumatını müsəlmanların kitabların-

dan oxumuşam. Bu torpağa mütləq çatacağıq, çünki 

müsəlmanlar  yalan  danışmazlar”.  Necə  ki  səbir  edib 

yollarına  davam  edirlər.  Nəhayət,  qarşılarına  Amerika 

qitəsi çıxır. 

Müsəlmanların  tarix,  coğrafiya,  fizika,  kimya,  riya-

ziyyat  və  cəbr  elmlərinə  etdikləri  xidmətlərin  ardı-arası 

kəsilməmişdir.  Buna  görə  də  bu  elmlərin  daim  inkişaf 

etməsində  müsəlmanların  böyük  rolu  olmuşdur.  Bəs 

avropalılar bu elmləri müsəlmanlardan necə əxz etdilər? 

Bir az da bu barədə danışaq: avropalılar xaç yürüşlərini 

başladılar  və  müsəlmanlardakı  bu  elmləri  yavaş-yavaş 

öz  dillərinə  tərcümə  edib  öyrənməyə  başladılar,  lakin 

başlanğıcda nə olduğunu başa düşə bilmədilər. Fransız-

lar müxtəlif yürüşlər edib İspaniyada bəzi İslam şəhərlə-



 

46 


 

rini zəbt etdikləri vaxt bu şəhərlərdəki İslam alimlərinin 

fəaliyyətlərinin nə olduğunu başa düşmək bir tərəfə qal-

sın, bu kitabları yığdılar və yandırdılar. Yalnız Qurtubə 

şəhərinin  meydanlarında  30 000  kitab  yandırılmışdır. 

Hülakü  Bağdadı  istila  etdikdə  Bağdad  kitabxanaların-

dakı kitablar Bağdaddan keçən Dəclə və Fərat çaylarına 

atıldığı  vaxt  kitabların  axışı  bir  həftə  davam  etmişdir. 

Fransızlar İspaniyanı işğal etdikləri zaman İspaniyadakı 

bir  çox  İslam  mərkəzində  olan  rəsədxanaların  nə  oldu-

ğunu  uzun  müddət  başa  düşə  bilməmişlər.  Və  sonra 

bunları  başa  düşdükləri  zaman  müsəlmanlara  qarşı  bö-

yük heyranlıq hissi duymuşlar. O qədər ki, daha iki əsr 

əvvələ  gəlincəyə  qədər  Parisdəki  Sorbon  Universitetin-

də dərs deyən professorlar kürsüyə müsəlman xocaların 

paltarı ilə, çiyinlərində cübbə, başlarında sarıqla çıxırdı-

lar, çünki elmi bu insanlar yaratmışdılar, elm adamı ol-

maq üçün bu libasda olmaq lazımdır, – deyirdilər. Avro-

panın İslam elmlərinə qarşı heyranlığı sadəcə iki əsr əv-

vəldə  qalmış  hesab  olunmur.  Bu  günə  qədər  də  davam 

etməkdədir.  Avropalılar  ictimai  həyatın  bir  çox  nümu-

nələrini  də  müsəlmanlardan  götürmüşlər.  Yeri  gəlmiş-

kən  başqa  bir  hadisəni  danışım.  Bir  gün  Almaniyada 

Dusseldorf  şəhərindəki  bir  iqtisadiyyat  muzeyini  gəzir-

dim.  Bu  muzeydə  müxtəlif  bölmələr  vardır.  Elə  hazır-

lanmışdır  ki, aşağı  mərtəbəsində ev  hamamlarının  mər-

hələli  inkişafı  göstərilmişdir.  Yuxarı  mərtəbədə,  məsə-

lən,  maşınların  inkişafı  göstərilmişdir.  Onun  üst  mərtə-

bəsində  təyyarələrin  inkişafı  göstərilmişdir.  Yalnız  təy-

yarələrin  inkişafı  üçün  bütün  bir  salon  ayrıldığı  halda, 

ev  hamamının  inkişafını  göstərən  hissə  bunun  yanında 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə