Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

 

31 


 

xarıya  doğru  almışlar.  Buna  qarşılıq  xaç  yürüşləri  baş-

layıb  avropalılar  müsəlmanlarla  təmasda  olarkən  onlar-

dan  bəzi  elmlər  əxz  etdikləri  zaman  da  üç  xüsusiyyət 

gözə çarpmaqdadır: 

1. Avropalılar bu elmi kimdən əxz etdiklərini söylə-

məmişlər.  Müsəlmanların  kitablarını  oxumuşlar,  lakin 

bilgini  kimin  kitablarından  götürdüklərini  öz  kitabla-

rında  qeyd  etməmişlər.  Digər  avropalılar  bu  kitabları 

oxuduqları  zaman  bunu  o  müəllifin  özünün  yazdığını 

zənn etmişlər. Beləcə yanlış tərbiyə olunmuş bəzi insan-

lar var Avropada. Bu gün bu adlar bizim kitablarımızda 

da yazılmışdır. Biz elə zənn edirik ki, bu prinsipləri on-

lar kəşf ediblər. Halbuki onlar bu prinsipləri müsəlman-

ların  kitablarından  əxz  etmişlər.  Doğrudan  da,  belədir? 

Bunları  sübuta  yetirmək  üçün  sizə  misallar  verəcəyəm. 

Əvvəl bu xüsusiyyətləri müəyyənləşdirək. 

2. Avropalılar müsəlmanlardan elmi əxz edərkən bu 

elmləri  başa  düşmədən  əxz  etmişlər.  Bizim  bu  gün  bö-

yük gördüyümüz avropalı möhtərəm insanlar necə başa 

düşməzlər, bu  necə olur, əfəndim? İndi  misallar  gətirə-

cəyəm,  siz  həqiqətən  də  onların  bunu  başa  düşmədən 

əxz etdiklərini görəcəksiniz. 

3.  Avropalılar  müsəlmanlardan  elmləri  əxz  edərkən 

səviyyələri  bu  elmləri  qəbul  etməyə  hazır  vəziyyətdə  

deyildi, yəni avropalılar elmləri müsəlmanlardan yuxarı-

dan aşağıya almışlar. Müsəlmanlar yuxarıda, avropalılar 

isə aşağıda idi. Nə baxımdan müsəlmanlar yuxarıda idi? 

Avropalılar bu elmləri alarkən əvvəla dilləri bu elmləri 

almağa  hazır  deyildi.  Müsəlman  alimlərinin  yazdıqları 

kitablardakı məfhumları başa düşə və yadda saxlaya bil-



 

32 


 

mirdilər.  XIV  əsrdə  tərcümə  etdikləri  bu  kitablardakı 

məfhumları  ancaq  XVIII  əsrdə  başa  düşməyə  başla-

mışdılar,  yəni  dörd  əsr  sonra.  Bəzi  elmləri  isə  beş  əsr 

sonra başa düşmüşlər. 

Möhtərəm  qardaşlarım,  sözün  qısası,  müsəlmanlar 

başqalarından elmi əxz edərkən bunu kimdən aldıqlarını 

bildirmişlər. Bu elmləri olduğu kimi almamışlar,  yanlış 

cəhətləri düzəltmiş və təshih etmişlər. Bilgini əxz etdik-

ləri millətlərdən daha yuxarı səviyyədə idilər. Avropalı-

lar  isə  kimdən  nə  əxz  etdiklərini  qeyd  etməmişlər.  Bu 

aldıqları  bilgini  başa  düşmək  üçün  də  çox  vaxt  sərf  et-

mək məcburiyyətində qalmışlar. 

İndi biz bunları burada öz aramızda rahat şəkildə da-

nışırıq,  lakin  mühüm  məsələ  budur  ki,  İslam  düşməni 

şərqşünasların qarşısında bunları danışmaq və onlara bu 

məsələni  qəbul  etdirmək  lazımdır.  Ona  görə  də  bu  da-

nışdığımız  məsələlərin  həqiqətə  uyğun  olduğunu  isbat 

etməyə məcburuq. Baxın, bu xüsusiyyətlərə aid bəzi mi-

sallar verməyə çalışaq. İndi ortaya daha böyük bir iddia 

irəli sürürəm. Deyirəm ki, bu gün qərblinin elmi dediyi-

miz fizika, kimya, riyaziyyat, astronomiya, tibb, tarix və 

coğrafiyanı  və  hətta  bugünkü  elmlərin  hamısını  müsəl-

manlar  yaratmışlar.  Əlbəttə  ki,  bu  çox  böyük  bir  iddi-

adır… Lakin bu iddianı isbat etməyə hazırıq. 

Baxın, məsələn, bu gün ən mühüm mövzulardan biri 

Aya  və  ulduzlara  getmə  məsələsidir,  elə  deyilmi?  Bu 

məsələ bizim astronomiya dediyimiz ulduz bilgisinə aid 

bir məsələdir. Deyirik ki, astronomiyanın yaradıcısı mü-

səlmanlardır.  Kimdir  bu  müsəlmanlar?  Sizə  bunlardan 

bir neçəsi haqqında danışacam. Məşhur İslam alimlərin-



 

33 


 

dən  əl-Bəttani  adlı  bir  astronom,  yəni  fəza  cisimlərini 

tədqiq  edən  alim  haqqında  danışmaq  istəyirəm.  Əl-

Bəttani


5

  kimdir?  İçərinizdə  onun  barəsində  nə  isə  bilən 

vardırmı? Bəlkə, bəzilərimiz bunun adını eşitmişik. Çox 

təəssüflər  olsun  ki,  bizə  öz  alimlərimizi  tanıtdırmamış-

lar.  Çoxunuz  Ptolemeyin  adını  eşitmisiniz.  Nə  üçün? 

Çünki  bizim  kitablarımızda  bu  ad  yazılmışdır.  Əl-Bət-

taniyə  gəlincə  isə  adı  belə  qeyd  olunmur.  Nə  üçün? 

Çünki bizim kitablarımız bəzi tərəfkeş qərblilərin kitab-

larından tərcümə edilmişdir. Halbuki Ptolemey hara, əl-

Bəttani hara? Baxın, bunların arasındakı fərqi sizə açıq-

lamağa çalışım. Əl-Bəttani özündən əvvəlki misirli alim 

Ptolemeyin  Günəşin  fəzada  olduğu  yerdən  həmin  yerə 

təkrarən gəlməsi üçün, yəni bir illik bir zamanın keçmə-

si  üçün  bizim  bugünkü  təbirimizlə  Yerin  öz  ətrafında 

260 dəfə fırlanması lazımdır – dediyini,  yəni bir ili 260 

gün zənn etdiyini görür. Əl-Bəttani Ptolemeyin yanıldı-

ğını, bir ilin 365 gün, 5 saat, 46 dəqiqə və 22 saniyə ol-

duğunu  söyləyir.  İndi  şərqşünas  bizə  əl-Bəttani  ilə 

Ptolemeyin  arasındakı  fərqin  bəsit  bir  fərq  olduğunu 

iddia  edə  bilərmi?  Bu  gördüyümüz  rəqəm  bugünkü  ən 

həssas  ölçü  alətləri  ilə  ortaya  çıxarılan  ölçüyə  nisbətən 

bir  ilin  həqiqi  müddəti  baxımından  sadəcə  2  dəq  və  24 

san qədər fərqli bir miqdardır. Əl-Bəttani ilin uzunluğu-

nu bu qədər həssas bir şəkildə ölçə bilmişdir. Yaxşı, bir 

ilin 260 gün olduğunu zənn etməyin səbəbi nədir? Bir ili 

saniyəsinə  qədər  bildirmənin  vəziyyəti  nədir?  Bəli,  bu 

fərqlər  başqa  sahələrdə  indi  görəcəyimiz  kimi  davam 

                                                 

5

  Bəttani  haqqında  ətraflı  məlumat  almaq  üçün  “Qeydlər  və 



izahlar” bölməsinə baxın. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə