Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə16/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
1   ...   9   10   11   12   13   14   15   16   17

 

50 


 

ların  əzəldə,  əlbəttə  ki,  sonu  yoxdur.  Riyaziyyatda  ak-

siomlar  dediyimiz  bəzi  mövzular  vardır.  İtalyan  Peano 

natural ədədlərin aksiomunu hazırlamaq üçün beş il ça-

lışmışdır. Bu professor dostumuz da həmin məlumatları 

Peanonun kitabından əxz etmişdir. Natural ədədlərin ak-

siomlarına  bugünkü  riyaziyyatçılar  Peano  aksiomu  de-

yirlər.  Bu  riyaziyyat  elminin  alimi  olan  dostumuz  “İs-

lam mədəniyyəti” adlı məcmuədə yazdığı məqalədə belə 

göstərir:  “Bu  aksiomları  Peano  beş  ildə  yazmışdır. 



Yusif Xas Hacib dörd sətirdə Cənabı-Haqqa aid mə-

nəvi bir şeir yazmışdır, lakin bu şeirdə Cənabı-Haq-

qın birliyini ifadə etmək üçün bir zəka əsəri göstərir. 

O zəka əsəri Peanonun təbii saylar aksiomunu orta-

ya çıxarmaq üçün göstərdiyi zəka əsərindən min qat 

daha kəskindir. Mən kitabımı təshih etməyə  məcbu-

ram.  Yusif  Xas  Hacibin  bu  kəskin  zəkası  qarşısında 

həm  Peanonun  söylədiklərini  qəbul  etməyə  məcbu-

ram,  həm  də  bu  aksiomlara  artıq  Peano  aksiomu 

deyə  bilmərəm.  Mən  bu  aksiomlara  Peano  –  Yusif 

Xas  Hacib  aksiomu  deməyə  məcburam,  çünki  bu 

zəka əsərini Yusif Xas Hacib Peanodan dörd əsr əv-

vəl kəşf etmişdir”. 

Bura qədər Qərbdəki elmin bu gün hansı nöqtəyə gə-

lib çatdığını müəyyənləşdirməyə çalışdım. İndi isə çıxı-

şımın sonunda bütün deyilənlərdən bir nəticəyə gələrək 

qısa şəkildə son fikirlərimi sizə çatdırmaq istəyirəm. 

Hər şeydən əvvəl belə bir sualı verməyə  məcburuq: 

Hansı  səbəbə  görə  insanlıq  tarixində  elm  yavaş-yavaş 

irəlilədiyi  halda,  əsri-səadətlə  birdən-birə  bugünkü  mə-

nada həqiqi elm olmağa başladı? Bu başlanğıcın qayna-



 

51 


 

ğı, insanlığa bu sürəti verən tilsim nədir? Bu sualın ca-

vabını  Quran-kərimdən  başqa  bir  şeyə  bağlamaq  müm-

kündürmü?  İnsanların  elm  sahəsindəki  bu  böyük  inki-

şaflarının tilsimi dünya və axirət səadəti gətirən Quran-

kərimdən başqa heç nə deyildir. Bu gün Qərbdəki elm-

lər tıxanma nöqtəsinə gəldikdə ona Quran-kərimin işıq-

ları  ilə  yol  göstərmək  olar.  Ona  görə  də  Quran-kərim 

üzərində  araşdırması  olmayan  insan,  dəqiq  elm  sahə-

sində  həqiqi  elm  adamı  ola  bilməz.  İstərdim  ki,  Şərqlə 

Qərb elmini müqayisəli şəkildə araşdıraq. Çox qiymətli 

bir  mütəfəkkirimizin  gözəl  bir  bənzətməsi  var.  O,  bir 

dəfə uzun-uzadı bir nitq söyləmiş, qərbin fəlsəfi fkirləri 

ilə  şərqdəki  İslam  alimlərinin  düşüncələrini  müqayisə 

etdikdən sonra bu sualı vermişdir. Demişdir ki;  “Qərb-

dəki fəlsəfələri sizə anlatdım. Görürsünüz ki, elə hey 

bir-birinin  fikrini  ləğv  etmişlər.  Dekart  gəlib  özün-

dən əvvəlki bilmirəm filankəsin nəzəriyyəsini ləğv et-

miş,  səhv  düşünür,  –  demişdir.  Ardınca  bir  başqa 

adam gəlib, xeyr, Dekart elə deyir, amma əslində be-

lədir,  –  demişdir.  Xülaseyi-kəlam,  Qərbdəki fikir və 

düşüncə silsiləsi bu günə qədər eləcə bir-birini təkzib 

edərək gəlmişdir. Şərqdəki fikir silsilələrinə baxdığı-

mız zaman görürük ki, onlar bir-birini təsdiq edərək 

gəlir. İmami-Əzəm Əbuhənifə həzrətləri “Peyğəmbər 

Əfəndimizin  buyurduqları”  kimi,  –  deyərək  sözə 

başlamışdır. Əshabələrdən birinin sözü nəql edildiyi 

zaman “filan şəxsin rəvayət etdiyinə görə” kimi söy-

lənir.  Muhyiddin  Ərəbi  həzrətləri,  bir-birini  təsdiq 

edə-edə  danışırlar.  Avropalılar  isə  bir-birini  təkzib 

edə-edə danışırlar”. O dost deyir: “İndi sizə sual veri-



 

52 


 

rəm;  Əgər,  həqiqətən,  mütləq  bir  həqiqət  varsa,  bu 

həqiqət  bir-birini  təkzib  edən  qərblilərin  arasında-

dır, yoxsa bir-birini təsdiq edən müsəlmanların ara-

sında? Həqiqət təkzib oluna bilərmi? Lakin qərblilə-

rin iş-gücü ancaq bir-birini inkar etməkdir. Bir həqi-

qət vardırsa,  –  doğrudan da, belə  bir doğru, dürüst 

fikirlər vardır, – əlbəttə, İslam alimlərinin gətirdiklə-

rinin içərisindədir”. Elm aləminə yuxarıdan nəzər sal-

dıqda  Şərq ilə Qərbin  müqayisəsində  dayanan  mənzərə 

budur;  qərbdəki  insan  gözləri  qapalı,  hara  gedəcəyini 

bilmir. Əlləri ilə bəzi həqiqətləri axtarır, tutur, lakin bu 

deyildir,  –  deyib  digərini  tutur,  yenə  də  bu  deyildir,  – 

deyir. Qərbdəki elm adamlarının vəziyyəti budur. Şərq-

dəki elm adamının vəziyyəti bundan tamamilə fərqlidir. 

O, elm sarayının içinə iman açarı ilə girir. Quran-kərim-

dən aldığı ilhamlarla onun hər tərəfini işıqlandıraraq do-

laşır, öyrənir, öyrədir. Bu baxımdan elm – bu dövrün el-

mi müsəlmanlar tərəfindən gətirilmiş elmdir. Bizim qar-

şımıza çıxıb Qərbdə bu vardır, o vardır, – deyə heç kim 

danışmasın. Biz və qərblilər üçün yeganə çıxış yolu is-

lamlaşmaqdır. Bunu sadəcə həmd edəcəyimiz imanımı-

za görə demirəm. Dəqiq elmlər sahəsində illərlə fəaliy-

yət  göstərmiş  bir  qardaşınız  olaraq  onu  da  deyim  ki, 

bütün  dəqiq  elmlər  artıq  inkişafdan  qalmaq  dərəcəsinə 

çatmışdır. Bu dayanıqlıqdan çıxmanın yolunu bütün hər 

növ maddi və mənəvi düşüncə sistemi ilə mütləq şəkildə 

inanıram  ki,  yalnız  Quran-kərimdən  aldığımız  işıqla 

tapa  bilərik.  Sözlərimi  bu  ayənin  duası  ilə  tamamlayı-

ram: “Rəbbim, mənim elm və anlayışımı artır və Mə-



ni salehlər zümrəsinə qat!” Amin! 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə