5
odun nə olduğunu öyrəndi. Bundan sonra insanlar müxtəlif tarixlərdə müxtəlif şeylər öyrəndilər. Öyrənə-öyrənə
bu günə qədər gəldilər. İlk insanın məlumatını ilk çağdakı insanın məlumatı olaraq söyləməkdən çəkinirəm,
çünki biz Adəm əleyhissəlamın məlumatının nə olduğunu bilmirik. İlk insanlar haqqında nə isə bilirik, daş
dövründə yaşayan insanların məlumatını bilirik.
Əcəba, beş min illik insanlıq tarixində, ilk nöqtədən zamanımıza qədər insanlar bugünkü məlumatlarını necə
əldə etdilər? Təbii olan izah bu olacaq ki, insanlar bugünkü məlumatlarını zamanla öyrənə-öyrənə, nərdivandan
çıxa-çıxa əldə etdilər, lakin elmlər tarixində aparılan tədqiqatlar göstərir ki, insanlar ilk bilgilərindən bugünkü
bilgilərinə qədər pilə-pillə müntəzəm bir şəkildə gəlib çatmamışlar. Bəs necə gəlib çatmışlar? Bunu
araşdırdığımız zaman belə bir inkişaf görürük; ilk dövrün insanları yavaş-yavaş elm sahibi olmuşlar. Bir
nöqtəyə qədər gəlmişlər, bu nöqtədən sonra birdən-birə artım olmuş. Ondan sonra bu artım yenə yavaş-yavaş
cərəyan etmişdir. İnsanlıq tarixində məlumatların birdən-birə artdığı başlanğıc nöqtəsi haradır? İki mühüm
nöqtə var: “B” və “C” nöqtələri. Bu yerlər haralardır? Bugünkü elmlər tarixi deyir ki, insanların məlumatlarının
artmağa başladığı birinci nöqtə əsri-səadətdir. Bu nöqtə VII əsrə təsadüf edir. Əsri-səadətdə insanların elmləri
birdən-birə artmağa başlayır. Hara qədər getmişdir? “C” nöqtəsinə qədər getmişdir. Bu miladi təqvimi ilə XIV
və XV əsrlərə təsadüf edir (h. q, VII və VIII əsrlər).
Elm tarixindəki araşdırmalar, insanlığın bilgisinin bu şəkildə inkişaf etdiyini göstərir. Bu ilk nöqtədən biri
“B” müsəlmançılığın elmi bütün insanlardan təslim alıb inkişaf etdirməyə başladıqları tarixdir. Digər nöqtə “C”
xaç yürüşlərindən sonra renessansda avropalıların elmləri müsəlmanlardan aldıqdan sonra idarə etməyə
başladıqları tarixdir. Buna əsasən insanlıq tarixində əsri-səadətdən renassansa qədər keçən yeddi əsrlik bir dövr
vardır ki, bu dövrdə bütün insanlığın elmlərini müsəlmanlar inkişaf etdirirdilər. Araşdırmalar göstərir ki,
bugünkü insan bilgisinin 60-70%- ni müsəlmanlar inkişaf etdirmişlər. Bunun mənası nədir? Bizim qarşımızda
lovğalanan, qarşımıza çıxıb müsəlmanları alçaltmağa çalışan insanın elminin yarısından çoxunun sahibi
müsəlmanlardır. O insan sadəcə bunları bilmədiyi üçün bu cür davranır. Əcəba, həqiqətən, belədirmi? Yəni,
həqiqətən, müsəlmançılıq dövründə bu elmlərin inkişafı bu dərəcə yüksəlmişdirmi? Bunu araşdırmağa
keçməmişdən əvvəl sizə bu iki nöqtəyə aid üç xüsusiyyət söyləmək istəyirəm. Baxın, əsri-səadətdə
müsəlmanların elmə etdikləri xidmət necə olmuşdur, renassansda avropalıların müsəlmanlardan elmi alması
necə olmuşdur.
Bizim qarşımıza çıxan insanlar sadəcə “Qərb elmi deyilən bir şey vardır, sizin bundan xəbəriniz yoxdur”, –
deməklə kifayətlənməzlər, ayrıca bəzi İslam düşməni şərqşünasların onlara öyrətdikləri bəzi yanlış fikirlərlə də
doludurlar. Və bunlar bilirsiniz nə deyirlər? Şərqşünasların bu sözlərini təkrar edirlər: “Müsəlmanların elm
sahəsində əslində sizin böyütdüyünüz qədər xidmətləri olmamışdır. Onlar qədim Yunanıstanda,
Hindistanda və Misirdə olan elmləri əxz etmiş, öyrənmiş, insan təbiətinə uyğun olaraq bunları bir qədər
inkişaf etdirmiş və ondan sonra onu təkrarən bu sahibi olan avropalılara təslim etmişlər”. Bu fikir
bütünlüklə yanlışdır. Müsəlmanlar, həqiqətən, qədim misirlilərin, yunanların və hindlilərin elmlərini araşdırıb
əxz etmişlər, lakin bu alışda üç mühüm xüsusiyyət var:
1. Bu elmi, bu bilgini kimin kitabından əxz etdiklərini açıqlamışlar. “Biz Ptolemeyin kitabında oxuduq,
biz Evklidin kitabında oxuduq, biz Pifaqorun kitabında oxuduq ki, belə deyir”, – deyə daima əxz etdikləri
qaynaqları açıqlamışlar.
2. İslam alimləri bu qədim dövrlərə aid kitabları oxuyaraq oradakı məlumatları götürərkən bunları
əzbərləməmişlər. Bunları dərhal qəbul da etməmişlər. Bu bilgiləri təshih etmişlər.
3. İslam alimləri yunanlardan, misirlilərdən, hindlilərdən elmi əxz edərkən özləri yüksək səviyyədə, elmi əxz
etdikləri millətlər isə aşağı səviyyədə idi, yəni aşağıdan yuxarıya doğru əxz etmişlər. Bu, nə deməkdir? İndi
bunu sizə açıqlamağa çalışaq. Üçüncü xüsusiyyətlə müsəlmanlar özündən əvvəlki elmi alarkən aşağıdan
yuxarıya doğru almışlar. Buna qarşılıq xaç yürüşləri başlayıb avropalılar müsəlmanlarla təmasda olarkən
onlardan bəzi elmlər əxz etdikləri zaman da üç xüsusiyyət gözə çarpmaqdadır:
1. Avropalılar bu elmi kimdən əxz etdiklərini söyləməmişlər. Müsəlmanların kitablarını oxumuşlar, lakin
bilgini kimin kitablarından götürdüklərini öz kitablarında qeyd etməmişlər. Digər avropalılar bu kitabları
oxuduqları zaman bunu o müəllifin özünün yazdığını zənn etmişlər. Beləcə yanlış tərbiyə olunmuş bəzi insanlar
var Avropada. Bu gün bu adlar bizim kitablarımızda da yazılmışdır. Biz elə zənn edirik ki, bu prinsipləri onlar
kəşf ediblər. Halbuki onlar bu prinsipləri müsəlmanların kitablarından əxz etmişlər. Doğrudan da, belədir?
Bunları sübuta yetirmək üçün sizə misallar verəcəyəm. Əvvəl bu xüsusiyyətləri müəyyənləşdirək.
2. Avropalılar müsəlmanlardan elmi əxz edərkən bu elmləri başa düşmədən əxz etmişlər. Bizim bu gün
böyük gördüyümüz avropalı möhtərəm insanlar necə başa düşməzlər, bu necə olur, əfəndim? İndi misallar
gətirəcəyəm, siz həqiqətən də onların bunu başa düşmədən əxz etdiklərini görəcəksiniz.