9
gələndə ərinin var-dövləti olsa da, əməlli-başlı bir otağı da yox idi. Bunların
hamısında onun, Zərnigar xanımın əməyi vardı.
O özünə toxtaqlıq verdi. Heç yana getməməyi, əksinə, onun yurduna su
salmaq istəyəni evdən qovmağı qərara aldı. Yarğanın kənarında oturub
oğlunu gözləyəsi oldu. "Şamxal bu işləri belə qoymaz, - deyə özünə təsəlli
verdi. - Harada olsa gəlib çıxacaq. Kimin anasının mələr qaldığını onda
görərik..."
***
...Kürün o tayında, hündür qovaqların seyrəlib yulğunluğun başladığı
yerdə beş-altı qaraltı görünürdü. Zərnigar xanım dikəldi. Əlini gözünün
üstünə qoyub diqqətlə baxdı. Gələnlərin, qayığı yuxarıdan salıb, suyun axan
ilə bəri üzə keçmək İstədiklərini anladı. Arvadın ürəyi atlandı. Oğlu
Şamxalın da orada olduğunu yəqin etdi. Qaraltılar bir-bir atılıb qayığa
mindilər. Sahildən aralanan kimi kürəyi işə saldılar. Çəpin təkanı ilə
şütüyən uzun qayıq ləpələri yara-yara irəlilədi. Onlar çayın ortasına
yaxınlaşdılar. Arvad oğlunu tanıdı. Şamxal qabaqda oturub kürək çəkirdi.
Kürün suyu bulanmışdı. Yəqin yuxarılara yağmışdı. Qayıqdakılar nə qədər
çalışsalar da, istiqaməti düz götürə bilmir, su qayığı əyirdi.
Zərnigar xanım qayığın suyun axarı ilə gedib, çiləkənə çırpılacağından
qorxdu. Ancaq əbəs yerə həyəcan keçirirdi. Çəpin güclü təkanı qayığı suyun
axarından çıxartdı. Onlar bəri üzə şütüdülər. Zərnigar xanım əllərini yanına
salıb dərindən nəfəs aldı. Qayıq sahilə yanaşdı, burnu xırdaca daşları
şaqqıldatdı. Şamxal quş kimi sıçrayıb kənara atıldı. Təkandan silkələnmiş
qayıq ləngərləndi və sahildən aralandı. Şamxal əlindəki heybəni çiyninə
atdı. Kərəntiyə dirənib suvadağı çıxdı. Qayığı suyun axarına buraxıb
yarğanın dibi ilə gedən yoldaşlarının arxasınca baxdı. Onlar bir az aşağıdan,
kəndin ucqarındakı qazmaların bərabərindən sahilə çıxacaqdılar.
Şamxal üst-başını çırpıb, kəmərini daraltdı. Gümüş dəstəkli xəncərini
yana çəkdi. Kərəntiyə çiyninə alıb, pəncərəsi Kürə baxan evlərinin
qənşərindəki cığırla asta-asta yuxarı qalxdı. Zərnigar xanım oğlunun
qabağına gəldi. Ana-oğul dikdirdə qabaqlaşdılar. Şamxal anasını gözü-yaşlı
görüb, evdə bədbəxt bir hadisə baş verdiyini zənn etdi. Yoxsa arvad bircə
gecənin içində bu qədər qocalıb, yumaq kimi büzüşməzdi. Onun beli də
bükülmüşdü. Zərnigar xanım yaman günə düşmüşdü.
10
Şamxal anasına yaxınlaşdı. Qolundan tutub, diqqətlə üzünə baxdı:
-
Yenə nə olub, niyə gözüyün on yerindən əhəyirsən?
Arvad daha da kövrəldi. Önlüyünün ətəyi ilə gözlərini silib, hikkəsindən
boğula-boğula:
-
Gördünmü, ay bala, - dedi, - atan mənim başıma nə oyun açdı?
Şamxal bir az sakitləşdi. Hətta ürəyində anasını yamanladı da. Onun
kərənti çəkib, ot çalmaqdan qolları gizildəyirdi. Bu saat doyunca yemək,
qılçalarını uzadıb, əzalarının sızıltısı kəsincəyə qədər uzanmaq, rahat nəfəs
almaq istəyirdi. Anası isə səhər-səhər onu vay-şivənlə qarşılayırdı.
O, anasının yanından sakitcə ötüb qabağa keçdi. Zərnigar xanım uzun
donunun ətəyi ilə gözlərini silə-silə Şamxalın arxasınca cığıra düşdü və
oğlunun enli kürəyinə yapışmış tərli köynəyinə, belindəki sallamalı
kəmərinə, Kürdən keçəndə islanmış zər baftalı dolağına, suya batmış
quşburun çarığına baxdı. Belə bir oğulun onu darda qoymayacağını yəqin
edib, özünə toxtaqlıq verdi. Şamxal isə iki yanını basa-basa gedir, yeridikce
çiynindəki kərənti sağa-sola ləngər vururdu. Kərəntinin ovxarlanmış və ora-
burasında yaşıl ot qırıntıları ilişib qalmış iti ağzı parıldayırdı. Şamxalın üst-
başından təzəcə çalınmış ot iyi gəlirdi.
Zərnigar xanım yenidən kövrəldi. Anasının bu halı Şaraxalı darıxırdı.
"Görəsən yenə nə olub? Bu zalım qızının da göz yaşı ovcunun içindədir. Bir
şey olan kimi gözünü yumub tökür," - deyə öz-özünə düşündü.
Oğlunun gəlişindən sonra həm ürəklənən, həm də kövrələn Zərnigar
xanım yenidən dilləndi:
Mənim hayıfımı ondan almasan, südümü sənə halal eləmərəm, oğul!
Qiyamətəcən ahu-naləm səni yandırar, bala!
Şamxalın səbri tükəndi. Cəld geri dönüb, anasının üstünə qışqırdı:
-
Bəs deyilmi, səhər-səhər nə çərənləyirsən?
-
Belə, atan ölmüş təzə eşqə düşüb, ay bala - deyə, Zərnigar xanım
göz yaşına ara verib səsini ucaltdı. - Bizi el içində biabır edib. Heç
ərlik-boyluq qızı olan, sənin kimi oğul böyüdən kişi də belə iş tutarmı?
Şamxal dinmədi. O bu cür sözləri birinci dəfə eşitmirdi. Atası hər dəfə
bir yana gedəndə, toydan-mağardan qayıdanda evdə belə söhbətlər olurdu.
Anası həmişə kişinin üstünə düşüb dava-dalaş salar, ağlayıb-sızıldayar,
sonra da sakitləşərdi.
Şamxal həyotə girdi. Xalxalın yanından ötüb çardağa yaxınlaşdı.
Kərəntini dirəkdən asdı. Heybəni çiynindən götürdü. Üstünə boz ki-
11
lim salınmış taxtda oturub, əlini çarığın bağına uzatdı. Oğlunun sakitcə
əyləşib, çarıqlarını və corabını soyunmaq istadiyini görən Zərnigar xanım
irəli gəldi, əllərini belinə qoyub Şamxalın qabağında dayandı.
-
Deyəsən, mənim dediklərimi qulaqardına vurursan?! Atan ölmüşün
tərəfini saxlayırsan?! Yoxsa inanmırsan, hə? Gəl, yaxın gəl, gör atan sənə
nə yaxşı ana gətirib? Hər yanı bir gəmi boyda. Yeriyəndə
yırım-yırım yırğalanır. Gəl, yaxın gəl, tamaşa elə!..
Zərnigar xanım oğlunun əlindən yapışıb çəkə-çəkə ağ daşdan tikilmiş
imarətə doğru apardı. Şamxal anasının hirsindən əsdiyini görüb, bu dəfə
dinməz-söyləməz onun ardınca astanaya qədər gəldi. Arvad təpiklə vurub
qapını taybatay açdı. İçəridə taxtın üstündə büzüşüb oturan gəlini göstərdi:
-
İndi gördünmü tərifli atan nə iş tutub? Xalqın halal-kamal kəbinli
arvadını gətirib, mindirib mənim boynuma! - O, saçını yolub üzünü
cırmağa, şappıltı ilə dizlərini döyməyə başladı. - Haradasan, ay gözü
tökülmüş tanrı, bu zülmü niyə götürürsən?!
Anasının fəryadı bu dəfə Şamxala yaman təsir etdi. Doğrudan da atası
nə iş tutmuşdu? Oğluna toy eləyib gəlin gətirmək əvəzinə, özü eşqə
düşmüşdü? "Yaxşı, deyək ki, atam kişidi, gözü qızışıb, bəs bu nə üçün
evini-eşiyini buraxıb arvad üstünə gəlib?!"
Şamxalın rəngi qaçdı. Yenicə uzatdığı bığlarının ucunu ağzına salıb
çeynəməyə başladı. Bayaqdan qorxu içində, küncə qısılıb titrəyə-titrəyə
qardaşının bərəkətlərinə göz qoyan Salatın özünü Şamxalın üstünə saldı,
əllərini tutub yalvardı:
-
Qurbanın olum, ay qağa, evimizə qan salma. Amanın bir günüdü,
əlini qana bulama!
Şamxal bacısını itələyib kənara yıxdı. Əlini sallamalı kəmərindən asdığı
xəncərin gümüş dəstəyinə yetirdi. Salatın yenə özünü qardaşının üstünə
saldı.
-
Dərdin alım, ay qağa, farağat dur. Başına dönüm, evimizi yıxma.
Amanın bir günüdü, bizi yazıq eləmə. Dədəm hamımızı tikə-tikə doğrayar.
Qızının dizin-dizin sürünüb əl çəkmədiyini görən Zərnigar xanım:
-
Bircə belə dur, gədənin əl-ayağına dolaşma, - deyə Salatnın
hörüklərindən tutub dartışdırdı. - Qoy bu həyasız köpək qızını tikə-tikə
doğrasın. Onun ovuc-ovuc qanını içəcəm. Qoy bilsin ki, qızışıb adam
üstünə gəlməyin axın necə olur.
Dostları ilə paylaş: |