15
Cahandar ağa onun hönkürtüsünə baxmayıb, yenə də oğlunun üstünə
yeridi...
Nökərlər səs-küyə tökülüşüb gəldilər. Kürün sahilində qaynar asmağa
gedən qulluqçulardan da özünü haraya yetirənlər oldu. Tapdıq hamıdan
qabaq gəldi. O gördü ki, ağanın təzə arvadı kişinin ayağını qucaqlayıb irəli
buraxmır, Şamxal isə namusa boğulub atasının qabağından qaçmaq istəmir.
Bircə an keçsə yenə hər şey təkrar olacaq, kişi oğlunu təzədən
yaxalayacaqdı. Tapdıq bir sıçrayışla özünü araya saldı. Cahandar ağa onun
enli kürəyinin arxasında qalan Şamxalı görə bilmədi.
-
Əl-ayağına dolaşma!
-
Ağa, ayıbdır, yoldan ötən, keçən olar.
-
Qabağımı kəsmə, deyirəm sənə!
-
Ağa...
-
Burax məni, o it küçüyünü tikə-tikə doğrayacağam!
-
Ağa, səbrin olsun.
Tapdıq Cahandar ağanın başını qatdı. O biri nökərlər isə Şamxalın
dartınmasına fikir vermədilər. Çəkə-çəkə onu çardağın yanına apardılar.
Papağını yerdən götürüb tozunu çırpdılar, hələ də özünə gəlməyən Şamxala
verdilər. Eyvanda nərildəyib, Şamxalın ardınca söyüş söyən Cahandar
ağanın gözündən birtəhər uzaqlaşdırdılar.
Hər şey bir-birinə qarışmışdı. Toyuqlar qorxusundan tara çıxıb
qaqqıldaşırdılar. Küllükdə eşələnən ana toyuq sirkanların arasına dolub
civildəşən balalarının başına bir iş gələcəyini zənn edib, tüklərini
pırpızlaşdıraraq çığırırdı. Hətta talvarın altına bağlanmış itlər belə zəncirini
dartıb qırmaq və hadisə yerinə cummaq istəyirdilər...
2
Şamxal birbaş sahilə endi.
Göyün üzü tərtəmiz idi. Yalnız o tayda, meşədən uzaqlarda, üfüqlə
birləşmiş kimi görünən boz dağların başı üstündə topa-topa ağ buludlar
dolaşırdı. Laylanmış buludların qalın kölgələri boz təpələrin, dərələrin
üzərində qanadını gırmış nəhəng bir quş kimi sürünürdü. Bu kölgələr uzanıb
bərilərə, meşənin ətəklərinə qədər gəlirdi.
İndicə baş veren əhvalatın təsirindən yaxasını qurtara bilməyən Şamxal
yarğanın kənarında oturdu.
16
Hündür boz təpələri yarıb uçurumlara çevirən Kür meşənin yaxası boyu
uzanıb gedirdi. Tez-tez köpüklənib daşan, yaz aylarında yatağına sığmayıb,
gah sol sahildəki meşəyə soxulan, gah da bəri üzdəki hündür yarğanları,
biçənəkləri, yulğunluqları yuyub aparan Kür bu il daha coşqun idi. O,
nəhəng palıd ağaclarını kökündən qoparıb bir yumaq kimi bürmələyir, özü
ilə uzaqlara - aşağıdakı kəndlərin bəra-bərinə qədər aparırdı.
Şamxal əlini gözünün üstünə qoyub Kürün şaxələnmiş qollarına, eninə-
uzununa yayılan bu nəhəng çayın ortasındakı xırdaca adalara tamaşa etdi.
Həmin adaların bəziləri zaman keçdikcə böyümüşdü. İllərdən bəri suyun
lilləndiyi bu adalarda balaca pöhrələr əmələ gəlmiş, get-gedə qalınlaşıb
meşəyə dönmüşdü. Gecələr o taydan üzüb keçən və kəndə soxulub, toyuq-
cücə oğurlamağa çalışan ac çaqqallar çox zaman bu adadakı cələyə toplaşır,
qaranlıq qarışan kimi səs-səsə verib ulaşırdılar.
Şamxal həmişə yarğanın qaşında oturub, bunlara tamaşa etməkdən
doymazdı. Ancaq indi onun gözünə beç nə görünmürdü. Bir az bundan
əvvəl baş verən hadisələr yenidən xəyalında canlanırdı.
Əvvəlcə o heç bir şey ayırd edə bilmədi. Atası hardan gəlib çıxdı? Kim-
kimə qabaqca əl qaldırdı? Bəs necə oldu ki, Mələk sağ qaldı? Bəs onun
əlindəki xəncər niyə iki bölündü? O heç nə anlamırdı. Beyni uğuldayırdı.
Qulaqları və bil tutulmuşdu, güy-güy güyüldəyirdi.
Şamxal hadisələri təkrar-təkrar yadına saldı. Anasını, yerə döşənən
Salatını, qorxusundan rəngi ağarıb dodaqları titrəyən Mələyi, atasının
heybətli, qorxunc sifətini gözünün qabağına gətirdi. Hadisələr getdikcə
aydınlaşmağa, lilli su kimi çöküb durulmağa başladı. Şamxal hər şeyi başa
düşdü. O, atasına əl qaldırmışdı. Hələ indiyə qədər onların evində belə
hadisə olmamışdı. Nə Şamxal atasının üzünə ağ olmuş, nə də atası ona
güldən ağır söz demişdi. Cahandar ağa həmişə onun boyunu sevər, səhər-
səhər atı minib Kürə sulamağa aparanda samanlığın üstünə çıxıb arxasınca
baxardı. Şamxal atasının onun yelinə uçduğunu, hər yerdə, hər evdə
oğlundan danışdığını çox gözəl bilirdi. O neçə dəfə atasının anası ilə
söhbətini eşitmiş, kənd qızlarının adını çəkib gəlin seçdiyini bilmişdi. Atası
onu çox sevirdi. Bəs indi?..
Cahandar ağanın heybətli nəriltisi yenidən onun qulaqlarında səsləndi.
"Yox, mən bir də onunla üz-üzə gələ bilmərəm. Yəqin kişinin indi məndən
zəhləsi gedir. Harda görsə, yenə üstümə cumacaq. Bəs
17
anamın təqsiri nədir? Axı niyə onun üstünə günü gətirir? Bundan sonra
anamın günü ah-vayla keçməyəcəkmi? Mən onun göz yaşına necə
dözəydim? Arvad bircə gecənin içində büzüşüb yumağa dönməmişdimi?.."
Samxal düşündükcə daha uzaqlara gedir, ürəyində Mələyi asıb-kəsirdi. O
heç bir vəchlə Mələyə haqq verə bilmirdi. Bu cavan arvadın nə üçün ev-
eşiyini buraxıb, özündən yaşlı kişiyə qoşularaq galdiyini ah-vayla bilmirdi.
"Axı o istəsəydi, gəlməzdi. Atamın sözünə baxmazdı. O gəlməsəydi, bizim
evdə bu dava-dalaş da olmazdı. Taqsırın hamısı ondadır".
Düşüncələr bir burulğan kimi onu qoynuna alıb fırladırdı. Şamxal
yarğanın qaşından ayağa durub üstünün tozunu çırpdı. Suvadağdan düşüb
yarğanın kölgəsinə endi.
Uşaqlar qızıl tozu səpələnmiş kimi par-par parıldayan qumluqda
uzanmışdılar. Bəziləri özünü suya atıb çimir, bəziləri də yastı daşları suyun
üzündə sürüşdürürdülər. Narın ləpələrə toxunub şütüyən daşlar şıldır yerdə
qurulamış qovaq ağacına qədər gedirdi.
Şamxal daş atmaqda bəhsə girən uşaqlara, budaqları lillənib qalan
çiləkənə, ağacı yerindən tərpədə bilməyən boz-bulanıq sulara baxdı.
Elə bil gücsüzlüyünü hiss edən sular hirslənib kötüyün ətrafında
fırlanırdılar. Bunlara əhəmiyyət verməyən çılpaq bir uşaq isə ağacın üstündə
oturub suya qarmaq atırdı.
Şamxal ixtiyarsız olaraq köksünü ötürdü. Axı o da cami altı-yeddi il
bundan əvvəl, bu uşaqlar kimi çimib, qumsallıqda eşələnirdi. Yoldaşları ilə
birlikdə üzə-üzə Kürü keçib meşəyə adlayardı. Axşama qədər moruqdan, cır
meyvələrdən yeyər, qaranlıq qarışanda isə sal bağlayıb, bəri üzə
qayıdardılar. Bəzən də istilənmiş qara camışları suya töküb çimizdirər,
sonra da şığıyıb Kürdən keçirərdiiər. Fınxıra-fınxıra üzən kəllərin
quyruğundan yapışıb Kürü adlamaq onlara ləzzət verərdi.
Şamxal birdən-birə qocaldığını hiss edən adamlar kimi uşaqlığını
xatırlayıb kədərləndi. Onu qəhər boğdu. Bayaq yad adamların yanında
biabır olmamaq üçün ağlamağını saxlaya bilmişdisə də, indi bacarmadı.
Gənclik qürurunun tapdalandığını hiss edib kövrəldi. Onu atasının
hərəkətlərindən daha çox Mələyin mərhəməti daha yandırırdı. Şamxal
Mələyin diz çöküb yalvardığını, "A kişi, yazıqda tutar qoymadın", - deyə
ona tərəf durmasını xatırlayanda dözə bilmədi. Hirs onu boğdu. "Gör nə
günə qalmışam ki, mənim döydüyüm adam mənə qəhmər çıxır, mənə yazığı
gəlir. Məni atamın əlindən almaq istəyir. İndi mən
Dostları ilə paylaş: |