19
görə ki, fermanı, anbarı istədi. İstədi ki, qaz vurub qazan doldursun, niyyəti gözündə yandı,
camaatın malına qəsd elədi, elə bildi, yaxasını əlimizdən qurtaracaq. Dərz tayasına od vurduğu
yerdə filankəs görüb. Bu da kommunist!.. Mən onun əsgərlikdə düşmən gülləsinə tuş gəlməyinə
qətiyyən inanmıram, hər nə olubsa, özü özünə eləyib...» Mehdi indiyə kimi fikirləşmişdi ki, bu
halda kolxoz sədri işləyə bilməz, yuxarının, aşağının yanında üzüqara olar, həm də şeytan
Yusifin oğlu açıqca yüz hoqqa çıxarar, onu-bunu dalaşdırar, özü dupduruca qıraqda durar.
«Mənim ora-bura yüyürən vaxtım deyil, bu vədə gərək gecə-gündüz bilməyəsən, qolunu
çırmayıb kişi kimi işləyəsən, həm buranı kiridəsən, həm ora, özü də həmişəkindən on qat artıq
kömək eləyəsən. Yox, ələyim ələnib, daha xəlbirim də göydə fırıldayıb, mən bacarmaram.
Heyvan başından bağlanar, insan dilindən. Dilimə görə ki, diyirçəyim olmayacaq, səsimi niyə
çıxarım?!» Mehdiyə elə gəlmişdi ki, davadan qabaq da kolxoz sədri istəyən «məni sədr seçsələr,
belə edərdim, elə edərdim», – deyən, heç kimin gördüyü işi bəyənməyən şeytan Yusifin oğlu indi
Mehdinin bədinə getməyəcək, onun özünə bir gün, bir güzəran düzəltməsinə əngəl törətməyəcək;
çünki Mehdinin sədrliyi dilinə gətirməməsi şeytan Yusifin oğluna əvəzsiz yaxşılıq idi, sonsuz
hörmət idi. Demə, Rəhim kişi Mehdidən hələ də qorxurmuş, elə bilirmiş onu «atdan salacaq,
sədrlik yəhərinə yenə özü qalxacaq». Demə, Mehdini bir qara qəpiklik eləməyincə
dincəlməyəcəkmiş. – Səndən heç nə istəmirəm, Rəhim kişi. – Bəs, evində haçana kimi ac-susuz
oturacaqsan? – Şəhərə gedəcəm. – İşəmi?
– Hə. – Katibə belə deyimmi? – De, niyə demirsən!..
– Amma mən südlü qoyunun öz sürüsündən çıxmasını istəməzdim. Öz eybimizi öz
geyimimiz örtsə, daha yaxşı olmazmı? – Yox, Rəhim kişi!.. O gəlin burda qala bilməyəcək. –
İncidim səndən, canınçün. Biz kişi deyilik, yəni, sən çöllərə düşürsən?! Mehdi ona cavab
vermədi, durub içəri keçdi. Rəhim kişi də yaşına, saqqalına hörmət qoyulmayan adam kimi
deyinə-deyinə getdi: – Allah bu camaata lənət eləsin!.. Qoymadılar kişinin oğluna görüm-
baxımımız olsun. Mən ona gözümün yağını da yedirtməyə hazıram, amma neynim, sözüm
keçmir, mənim öyüd-nəsihətimi bir danqı hürüşü də hesab eləmir. Tosu aralıda durub onların
söhbətinə qulaq asmışdı. Atasının gedəcəyini, şəhərə köçəcəyini, orada işə girib işləyəcəyini
eşidəndən ürəyi üşüməyə başlamışdı. Demək, Nazlı da gedəcəkdi, o, bu boş bucaqda tək
qalacaqdı. İçəri girən kimi doluxsuna-doluxsuna soruşdu:
– Dədə, məni aparmayacaqsan? – Səni də aparmayanda, bəs kimi aparacam, Tosu? Heç
sənsiz dura bilərəmmi?! Dan yeri qıpqırmızı qızarmışdı. Sanki gündüz köçüb getmək istəməyən
gecənin ətəyinə od vurmuşdu, yandırırdı gecəni, üfüqə topalaşmış qara buludlar da yanan
gecənin təpə-təpə gülləri idi. Böyüyürdü, sonra dilimlənir, axırda isə süzülür, üzülür, bir səmtə
axırdı bu güllər. Elə bil gündüz külək əsdirir, yandırdığı gecənin külünü yellərə verirdi. Tosu
yenə yatmışdı, şirin-şirin mışıldayırdı. Nazlı pıçıldadı:
– Doğrudanmı şəhərə köçəcəyik? Mehdi alçaq səslə cavab verdi: – Yox!..
– Bəs o kişiyə niyə elə deyirdin? – Çox xətakar adamdır. – Bəs, səhər köçmədiyimizi
eşidəndə nə təhər olacaq? – Gücü çatmayacaq. – Necə? – Darıxma, görərsən... Nazlının bir əli
çarpayının başından aşdı, Mehdinin alnına qondu. Mehdi bu əli tutub tüklü üzünə sıxdı...
* * *
Mehdi təzədən harasa getdi. Onun nə üçün getdiyini nə Nazlı bildi, nə də Tosu. Tosu belə
güman etdi ki, atası ya maşın, ya da araba gətirəcək, ikicə-üçcə şələlik ev ayın-oyunlarını
yığışdıracaq, bu kəndlə əbədi olaraq vidalaşacaqlar. Nazlı isə Mehdinin bu hərəkətindən, bu
işindən baş açmırdı kişi quşa dönmüşdü, qoltuq ağaclarını yerə vurur, irəli elə hoppanırdı ki, elə
bil zəmisinə afat çəyirtkələri dolmuşdu, onları qırmağa tələsirdi. Üzündəki itilik, gözündəki
ovxar da sanki nəyisə kəsəcəkdi, bir şikəstin sağlam hünərinə yol açacaq, onun ürək təpərinə
meydan verəcəkdi. Tosu ilə Nazlı günortaüstü eşitdilər ki, raykomun maşını kəndə gəlib, içində
də Mehdi. Katib kolxoz idarəsinə girib, şeytan Yusifin oğlunu çağırtdırıb, qərarı oxuyub, sonra
da deyib ki, təhvil-təslimə başlayın, təsərrüfat hesablarında, əyrilik, israfçılıq olarsa Rəhim kişi,
hansı yanda olsa da, cəzalanacaqdır. Ümum-iclas çağırıb sədr seçməyə ixtiyarımız yoxdur, çünki
bu kişi öz yerinə partiya və hökumətimizin qərarına görə qaytarılır. Quyruğu düyülmüş kəhər at
20
axşamüstü Mehdinin doqqazında saxlandı. At qaşovlanmışdı, tumarlanmışdı, yəhərinin üstünə
bir döşəkcə də qoyulmuşdu. At fınxırırdı, dırnağı ilə yeri qazıyırdı. Kişnədi, elə bil sahibini
çağırdı, elə bil kəhər də dünyanın yaxşı vaxtı əyləndiyini doqqaza gətirildiyi üçün sevinirdi;
sanırdı ki, dünya yenə düzəlib, yenə bəsdir deyincə arpa-saman yeyəcək, biçənəklərin ən yaxşı
yerlərinə hörüklənəcək, toylarda zurnaçıların qabağında duracaq, hava alıb havalanacaq,
oynayacaq, sonra da çöllərə üz tutacaq, qaçaraqdan qalana qədər çapacaq, hər dağda, hər dərədə
bir ildırım qoyub keçəcəkdir. Kəhər sanırdı ki, o, bu doqqaza gətirilən günlərdə ilxı vardı, hərdən
ilxıya buraxılardı, sonra o boyda ilxıdan beş-on yabı qaldı, yəqin, həmin ilxı harasa aparılmışdı,
indi geri qaytarılıb, o yenə də həmin ilxıya qatılacaq... Kəhər bir də kişnədi. Mehdi qoltuq
ağaclarına şəstli-qəsdli bir yeriş yeridə-yeridə doqqaza çıxdı. Mehtər onun üzəngisini basdı.
Mehdi qoltuq ağaclarını Nazlıya verib yəhərin qaşından yapışdı, atın belinə qalxdı. Kəhər
qulaqlarını qırpıb yana ğərdi, geri döndü, yorğa, lovğa bir yeriş açdı. Anası Tosuya danışardı ki,
atan hər sədrin tayı deyildi, dağdan ağır adı vardı, dünya dolusu xətir-hörməti vardı. İşi göynən
gedərdi. İclasda-zadda bir dəfə də danlanmamışdı. Əmək gününə pendir də, yağ da, yun da,
yumurta da bölürdü – bu, hər kolxoz sədrinin hünəri deyil. İnəyi, qoyun-keçisi olmayana
fonddan kömək eləyir, iri, xırda davar aldırırdı. Alma-armud üzünü naxoşlayandan-naxoşlayana
görənlərə bağ saldırırdı. İndi görürsənmi hərənin bir bağı var ki, quşu ayağından tut. Hamısı
onun işidir. Hamının boynu-boğazı yağlanmışdı, rəngindən qan damırdı, ağzının yeli adam
yıxırdı. Rayona gələn ən hörmətli qonaqlar bizə gətirilərdi. Bu darısqal otağımız, bu alçaq
evimiz mənə də, qonaqlara da elə geniş, elə hündür görünərdi ki... Bolluq yaman yaxşı şeydir,
bala, hər şeyi başından yağdırsan, quruca daşın da bəyliyi, ağalığı, xanlığı tutar. Tosu elə bildi ki,
bu axşammı, ya da sabah evlərinə qonaqlar gələcək. Anasının danışdığı evdən, vardan-haldan nə
qalmışdı ki... Atası bir ucdan şəhərə daşımışdı. Qonaqlar nədə yatardılar? Var-dövlət güney qarı
kimi imiş, səfalət tüğyanı onu tez əridərmiş. Aclıq hər şeyi necə tez yeyər, necə tez yoxa
çıxararmış. Bucaq boşalanda insanın gözü necə çox acarmış, insan necə doymaz-toxtamaz
olarmış. Aclıq bəzi qohumları, qonşuları necə tez döndərərmiş – Tosu görmüşdü ki, çuval-çuval
taxılı olanlar da qan ağlayırlar, hamıdan çox sızıldaşırlar, gündə bir ərizə yazıb kolxoz sədrindən
borc dən istəyirlər. Güdmülün uşaqları çörək deyib ağlaşardılar. Amma yağı küpədə acıyar, taxılı
quyuda kiflənərdi. Hərdən buğdanı gecə yelə verərdilər. Arvadı uşaqlarının yaxşı paltarlarını
sandığa yığmışdı, yer hanasında pambıqdan, dana kökü qalınlıqda «parça» toxumuşdu, bu
«parçadan» uşaqların hərəsinə bir şalvar, bir tuman tikmişdi. Bu şalvar sürtməkdən uşaqların
qılçalarını yara eləmişdi. Yaz gələndə uşaqları dağların döşünə daraşdırardılar. Camaat onda
bilərdi ki, pencər çıxıb. Güdmülün uşaqları axşam üstü evə qayıdanda bir xurcunu pencərlə dolu
gətirərdilər, hamısının da ağzı pencər yeməkdən, gömgöy olardı. Güdmülün arvadı özündən də
bic idi: hər gün qonşulardan bircə kasa un almağa gələrdi. Deyərdi ki, uşaqlar acından qırılır,
neçə gündür evimizdə ələk çevrilmir, körpələrə umac bişirib başlarını bu axşam bir təhər
qatacam. Qonşuların hamısı, hətta Tosunun anası da bilə-bilə ki, onların bir quyu taxılı var,
üyüdüb, bişirib yeyəsi olsalar, iki-üç illərinə çatar, Güdmülün arvadını yenə də boş qaytarmırdı,
bir yoğurumluq unu tən yarı bölürdü. Tosuya indi elə gəlirdi ki, camaatın gözü aclıqdan qorxub,
atası birin əvəzinə min qandırsa da, Güdmüllər öz qılçıqlarını quyudan çıxarmayacaqlar... –
Nazlı xala, atam gələndə, nə yeyəcək? Nazlı həyətə süpürgə çəkirdi. O bayaqdan bəri döşəkləri,
yastıqları da çölə çıxarıb çırpmış, stolu, stulları aynaları yaş əski ilə silmiş, millərin tozunu,
torunu almış, evin torpaq döşəməsini şirələmişdi. Elə bil bu axşam bu evdə balaca bir xeyir iş
məclisi qurulacaqdı, ya da bir-iki qonaq gələcəkdi. Nazlının üzü gülürdü. Bu günortadan sonra
ev yiyəsi kimi hərlənirdi, elə bil hər şey öz yerində olmasa, kişinin üzünə nə söz gəlsə onun
arvadlığına görə gələcəkdi, kişi utansa onun qabiliyyətsizliyi, onun səliqəsizliyi utandıracaqdı.
Elə bil hər göz danlağından, hər üz anlağından, ona da çatacaq, ona da dəyəcək, onu da
ağrıdacaqdı: «Varını, halını sel apardı, bəs ağlını, kamalını nə apardı?». Nazlı dikəldi, saçlarını
əlinin arxası ilə dala atdı:
– Biz aş yesək – o da aş, biz daş yesək o da daş... – Elə demirəm... Nazlı süpürgəni yerə
atıb Tosunu sinəsinə sıxdı: